Əldə etmə
|
Mülküyyət üzərində hüquqlaları əldə etmə və saxlamaad.
|
Ad valorem
|
Latın sözü olub “dəyərə əsasən’ mənasını verir.
|
Hökm çıxarma
|
İnsanların Daşınmaz Əmlak üzərində mövcud olan hüquqlarının və iddialarının yekun və rəsmi olaraq müəyyən edilməsi prosesi.
|
Məhəl qoymadan yiyələnmə
|
Torpağa dinc yolla uzun müddətə yiyələnmək və ya yaşamaqla sahib olmaq. Məhdud istifadə müddətindən sonra əgər hüquqi olaraq müdafiə olunan iddia yoxdursa torpağa sahib çıxmaq hüquqi.
|
Qiymətləndiril miş vergi
|
Mülkiyyətin dəyərinin qiymətləndirilməsinə əsaslanan vergiqoyma.
|
Qiymətləndiril miş dəyər
|
Mülkiyyətin dəyərinin bazar qiymətinə əsasən dövlət qurumu tərəfindən qeydiyyatdan keçirilməsi.
|
Tikintiyə icazə
|
Daşınmaz Əmlakdan istifadə və orada mülkün tikilməsi və ya yenilənməsi planının yerli dövlət qurumu tərəfindən təsdiq edilməsi.
|
Tikinti standartları
|
Binaların və ya daşınmaz obyektlərin tikilməsi və yenilənməsi üçün gözlənilməli standartların müəyyən olduğu qaydalar və təlimatlar. Binaların hündürlüyü, yoldan və qonşulardan nə qədər aralı olması daxil olmaqla və s. nümunələr. Əgər belə standartlar gözlənilməzsə yerli qurumlar cərimələr təyin edə bilər və tikintiyə dəyişiklərin edilməsi üzrə təlimatlar verə bilər.
|
Kadastr
|
Kadastr bir qayda olaraq Daşınmaz Əmlak üzərində maraqların qeydiyyatını özündə göstərən və Daşınmaz Əmlak informasiya sisteminə əsaslanan və yenilənən Daşınmaz Əmlak parçasıdır. (FIG 1995)1
|
Təsnifat
|
Təsnifat qərarverməyə yardım etmək üçün Daşınmaz Əmlakdan istifadə və idarəetmə mexanizmidir. Təsnifat sahiblik tipinə və ya Daşınmaz Əmlakla/mülkiyyətlə bağlı hüquqlara deyil Daşınmaz Əmlakdan istifadəyə əsaslanır.
|
Kollektivhüquqlar
|
Təbii ehtiyyat üzərində kollektiv sahiblikhər hansı verilmiş təbii ehtiyyat üzərində hüquqların sahibləri kollektiv qrup kimi aydın müəyyən olduğu təqdirdə verilir və onların hüquqları vardır ki, üçüncü tərəfləri bu hüquqlardan məhrum etsinlər.
|
Ümumi mülkiyyət
|
Ümumi mülkiyyət fərd və ya qrup şəklində müəyyən olunmuş benefisiarların ümumi sahə üzərində spesifik ümumi hüquqları olan tipik Daşınmaz Əmlakdır və ya digər ehtiyyatlardır Kolletiv özü kollektiv mülkiyyətdən istifadəyə nəzarət edir vəona üzv olmayanları ondan istifadə etməkdən kənarlaşdıra bilər.
|
Güzəşt
|
Güzəşt ictimai Daşınmaz Əmlakın böyük hissəsini özəl tərəfə verən məhdud istifadə hüququdur və spesifik məqsəd üçün verilir (məsələn, meşəçilik, bio-yanacaq, mədəniyyət/turizm və s.).
|
İctimai Daşınmaz Əmlak
|
İctimaiyyətin hüquqları olan və ondan istifadə imkanı olan Daşınmaz Əmlak. İctimaiyyətin Daşınmaz Əmlak üzərində hüquqi baxımdan tanınan və tanınmayan sahibliyi. Bəzi hallarda məsələn Dövlət belə sahib kimi nəzərdə tutula bilər.
|
Kondominiumlar
|
Kondominium fərdi ev mənzillərindən ibarət Daşınmaz Əmlak üzərində tikilmiş binadır. Fərdlərin belə kompleks/bina üzərində şəxsi hüquqları vardır lakin onlar ümumi sahələrdən, məsələn zallar, pilləkənlər və xarici sahələrdən də istifadə edə bilərlər. Onlar tipik olaraq mülkiyyətə daxil olan ümumi mülkiyyət sahələridir onlara həmin yerin sakinləri tərəfindən rəhbərlik edilir.
|
Əmlak və hüququn həvalə edilməsi
|
Daşınmaz Əmlak əmlakının və üzərində hüququn başqasına həvalə olunması həmin Daşınmaz Əmlakın faktiki transfer prosesidir.
|
Sahiblik müddəti
|
Torpağa qanuna uyğun surətdə sahib olmaq. Daşınmaz Əmlak haqqında qanun Daşınmaz Əmlakdan istifadə hüquqlarını tənzimləyir digər məsələlər isə yazılmış və məcəllə qanunları ilə tənzimlənir. Razılışdırılmış, qəbul edilmiş standartlar, social normalar və praktikalar deməkdir.
|
Desentralizasiya
|
Desentralizasiyasiyasi qərarvermə və səlahiyyət məsuliyyətlərinin dövlət qurumlarının yerli səviyyələrinə həvalə edilməsi prinsipidir.
|
Əqd
|
Hüquqi fəaliyyəti etibarlı sayan yazılmış və ya çap olunmuş instrumentdir satış üçüm kontrakt kimi
|
Sərəncam
|
Mülkiyyət üzərində hüquqların ləğvi, təyin edilməsi və həvaləsi üçün lazım olan tədbirdir.
|
Mübahisələrin həlli
|
Ölkədə tipik olaraq bir sira mübahisələrin həlli mexanizmləri mövcuddur. Bunlar iki böyük sinfə qruplaşdırılırlar: formal həll mexanizmləri və qeyri-formal həll mexanizmləri. Formal həll mexanizmlərinə formal məhkəmə sistemi eləcə də bir sıra digər variantlar daxildir ki, buraya inzibati həll yolları və dövlət tərəfindən idarə olunan və sanksiya olunan alternativ mübahisələrin həlli mexanizmləri aiddir. Qeyri-formal sistemlərə isə icma rəhbərləri, kənd ağsaqqalları və ya mübahisələrin həlli komitələri daxildir. Onlar qanunla dövlət tərəfindən formal surətdə bəzən tanınırlar bəzən yox.
|
Servitut
|
Servitutlar bir Daşınmaz Əmlak parçası sahibləri tərəfindən hüquqların digər Daşınmaz Əmlak sahəsi üzərində icrasıdır.
|
EminentSahib
|
Dövlət tərəfindən Daşınmaz Əmlakın və ya mülkiyyətin məcburi mənimsənilməsi halında bütün Daşınmaz Əmlakların suveren sahibi olan dövlət tərəfindən hüquqların icrası prosesi
|
Ələ keçirmə
|
Qeyri-təsnifatlı və ya Dövlət tərəfindən az istifadə olunan Daşınmaz Əmlakın ələ keçirilməsi.
|
Əmlaka qoyulan girov kağızı
|
Torpağa ciddi surətdə təsiri olan hüquq. Belə hüquqların bir çoxu rəsmi surətdə daşınmaz əmlakın qeydiyyat sistemləri ilə qeydə alına bilir: məsələn məhdudlaşdırıcı müqavilələ, servitutlar, girovlar və qeydiyyatdan keçmiş icarələr.
|
Əmlakdan məhrum etmə
|
Əmlakdan məhrum etmə bir kəsi sahibliyində olduqları Daşınmaz Əmlak və mülkiyyətdən çıxarmaq. Bu termin çox geniş surətdə sığıncaq tapanların tutduqları Daşınmaz Əmlakdan çıxarılmasına aid edilir lakin həmçinin qeyri-qanuni məhrum etmə hallarında da istifadə olunur.
|
Azadolma (vergi)
|
Vergi ödəmək öhdəliyindən azad olma. Mülkiyyət vergisi əsasən mülkiyyətdən xüsusi istifadəyə əsaslanır (məsələn ilkin məskunlaşma yeri, ictimai istifadə, kənd təsərrüfatı istehsalı və s.), sahiblik (investorla, hökumət kimi xüsusi sahiblik tipləri) və ya digər faktorlae (Daşınmaz Əmlakın keyfiyyətinin yaxşılaşdırılması, təsərrüfatın yerləşməsi və ölçüsü və s.).
|
Ekspropriasiya
|
Ekspropriasiya ictimai maraq səbəbindən dövlət tərəfindən fərdlərin' Daşınmaz Əmlaklarının alınması fəaliyyətidir lakin bu zaman əvvəlcədən qanunla müəyyən olunmuş prosedurlar nəzərə alınmalı və ədalətli kompensasiya ödənişləri həyata keçirilməlidir.
|
Birinci instansiya (Əsas tribunal)
|
Bu məhkəmə sistemində mübahisənin birinci dinlənilməsini təmin edən birinci ədliyyə(məhkəmə) instansiyasadır. Belə məhkəmələrdə qəbul edilmiş qərarlar apelyasiyaya verilə bilər və daha yüksək səviyyədə ədliyyə məhkəmə sistemi qarşısında qaldırıla bilər.
|
Meşələr
|
Bir sıra meşə təsnifatları vardır ki, müxtəlif istifadə məqsədləri üçün təyin olunmuş və fərqli səviyyələrdə rəhbərlik mandatı və müxtəlif qüvvədə olan qaydalarla idarə olunurlar. İdarəetmə qaydaları əsasən istifadəçilərin hüquqları, mədən istifadəsi hüquqları, ov və tədarük hüquqları və s. müəyyən edir. Sakinlərə məxsus meşələrə və Daşınmaz Əmlaklara qulluq göstərən xüsusi sakinlər qrupu sakinlər üçün ayrılmış bu sahələrdən istifadə etmək və idarə etmək üçün təyin olunurlar lakin bir çox hallarda onlar idarəetmə planları üçün dövlətin razılığını almalıdırlar. Daha geniş mənada meşələrin təsnifatları ovalıqlar, otlaqlar, səhralar və təmizlənmiş sahələr daxil olmaqla təbii ehtiyyatların idarə olunması üçün geniş sahələri əhatə edə bilər.
|
Daşınmaz Əmlak sahibi
|
Daşınmaz Əmlak sahibi (mülkədar), qeyd-şərtsiz (fee simple absolute) surətdə torpağa malik olmağı bildirən hüquq terminidir, və ingilis qanununa görə Daşınmaz Əmlakın tam sahibidir ki, bu zaman Daşınmaz Əmlak sahibinə sahibliklə bağlı çox böyük və “külli miqdarda hüquqlar” verir.
|
İdarə etmə
|
Biz idarəetməni ölkədə səlahiyyətli qurum tərəfindən icra edilən ənənələr və institutlar kimi müəyyən edirik. Buraya daxildir: (i) hökumətin seçilməsi, monitor olunması və dəyişdirilməsi prosesi; (ii) sağlam siyasətləri effektiv surətdə tərtib edib icra edən hökumtəin potensialı; və (iii) ölkədə iqtisadi və social fəaliyyətləri idarə edən institutlara vətəndaşların və dövlətin münasibəti (Kaufmann və s., 20022)
|
İdarəetmə (Daşınmaz Əmlak)
|
Bu termin Daşınmaz Əmlakın əldə edilməsi və istifadəsi ilə bağlı edilmiş qərarlar və bu qərarların icra edilmə yolları və Daşınmaz Əmlak üzərində maraq toqquşması hallarının həlli prosesini əks etdirir Bu tərifin əsas elementlərinə daxildir: qərarvermə, icra və münaqişənin həlli və proses və nəticələrin ikili emfazı. (GLTN, 20083)
|
Qrup
|
Qrup yerlərdə məskunlaşmış və eyni təşkilat eləcə də dövlət tərəfindən tanınan və tanınmayan qaydalar və normalar daxilində fəaliyyət göstərən təsərrüfatlar toplusudur. Kənd rayonlarında bu qruplara yerli əhali, köçəri və pastoral(çoban) sakinlər daxildir. Şəhər kontesktində isə bu qruplara təşkil olunmuş qeyri-formal qəsəbələr, konkret bir ərazidə dəstə halında məskunlaşmış kollektiv miqrantlar və yerli sakinlərdən ibarət dəstələr daxildir.
|
Qeyri-rəsmi məskunlaşma
|
Hər hansı bir sahənin fərdlər (təsərrüfatlar) qrupu tərəfindən tutulması və belə ərazilərin həmin yeri tutanların adına hüquqi qeydiyyatın olmaması. Qeyri-rəsmi məskunlaşma formaları bəzən yalnız rəsmi qeydiyyatı olmayan lakin çox yaxşı salınmış və əla surətdə tikilmiş təsərrüfatlar şəklində bəzən də yol, kommunal xidmətlər və s. kimi infrastruktura əlaqəsi olmayan və ya pis surətdə planlanmış və müxtəlif cinsli ev qruplarına malik olmaqla müxtəlifdir
|
Yerli əhali
|
“Yerli əhali” termini məskun ərazi üçün dogma olan və çox hallarda spesifik mədəni ənənələri və praktikaları, xüsusilə Daşınmaz Əmlakla bağlı qaydaları olan və, cəmiyyətin əsas təbəqəsindən fərqlənən, sıxışdırılan və nisbətən zəif olan sakinləri bildirir. “Yerli əhalidən ibarət sakinlər” statusu qanunla da müəyyənləşdirilə bilər.
|
Daşınmaz Əmlakın inzibati-ifarəsi
|
Daşınmaz Əmlak idarəetmə siyasətlərini icra edərkən torpağa sahibliyin müddəti, dəyəri və istifadəsi ilə bağlı məlumatları müəyyən etmək, qeydə almaq və yaymaq prosesidir (UNECE 19964).
|
Daşınmaz Əmlak üzərindəmübahisə / münaqişə
|
Daşınmaz Əmlak üzərində mübahisə Daşınmaz Əmlak üzərində razılaşmanın olmamasıdır. Daşınmaz Əmlak üzərində mübahisə hər hansı bir fərdin və ya kollektiv maraqların Daşınmaz Əmlakla bağlı münaqişə olan zaman yaranır. Daşınmaz Əmlak üzərində mübahisələr həm beynəlxalq həm də qonşu fərdlər arasında olmaqla istənilən miqyasda baş verə bilər.
|
Daşınmaz Əmlakın idarə edilməsi
|
Daşınmaz Əmlakın idarə edilməsi ilə bağlı fəaliyyətlər.
|
Torpağa sahiblənmə sistemi
|
Torpağa sahiblənmə elə hüquq rejimə aid edilir ki, bu zaman Daşınmaz Əmlak üzərində hüquqlar eksklusiv olaraq hər hansı fərdə və ya quruma təyin edilir və həmin şəxs Daşınmaz Əmlakın “sahibi” olur.
Torpağa sahiblənmə sistemi Daşınmaz Əmlak üzərində hüquqların təyin edilməsi və qorunması, mülkiyyətlə bağlı əməliyyatlar, hüquqlar və mülkiyyətin hüdudları ilə bağlı münaqişələrin idarə edilməsi və hökmlərin çıxarılması qaydalarını bildirir.
|
Daşınmaz Əmlakdan istifadə planı
|
Daşınmaz Əmlakın idarə edilməsi məqsədilə təyin olunmuş istifadəni müəyyən edən plan. Təsnifatlaşdırma, resursların idarə olunmasının planlaşdırılması, gələcək inkişaf istfadəsi üçün yerlərin müəyyən olunması üçün yolun genişləndirilməsi də daxil olmaqla istfadə olunur.
|
İcarə
|
İcarə Daşınmaz Əmlak sahibi ilə Daşınmaz Əmlakın icarəyə götürən icarəçi arasında olan kontrakt müqaviləsidir.
|
Hüquqi Proqram
|
Cəmiyyəti idarə edən və icra mexanizmlərini müəyyən edən məhkəmə qərarları, qanunlar, qaydalar, təlimatlar və qərarlar kimi ədliyyə, qanunla müəyyən olunmuş və inzibati sistemlərdir.
|
Girov
|
Götürülmüş borca zaminlik məqsədilə Daşınmaz Əmlak üzərində marağın transferidir.
|
Bələdiyyə Daşınmaz Əmlakları
|
Bələdiyyə idarəsi və ya yerli idarəetmə qurumu tərəfindən qorunan Daşınmaz Əmlak və mülkiyyətdir.
|
Notaris
|
Sənədlər hüquqi təsdiqlənməsi.
|
Əməliyyat xərcləri (qeydiyyatla bağlı)
|
LGAF məqsədləri üçün, qeydiyyat əməliyyatları ilə bağlı ümumi əməliyyat xərclərinə bütün qeyri-kapital investisiya xərcləri (yəni, maaşlar və məvaciblər, materiallar, nəqliyyat və s.) daxildir. Qeydiyyat əməliyyat xərclərinə uzun-müddətli kapital investisiya və əlaqədar amortizasiya xərcləri daxil deyildir.
|
Daşınmaz Əmlak parçası
|
Daşınmaz Əmlak parçası Daşınmaz Əmlak üzərində sahibliyin, istifadənin və ya digər xarakteristikaların özünəməxsus surətdə qeydə alındığı Daşınmaz Əmlak parçasıdır.
|
Potensial (əmlak) vergisi
|
Vergi mövcud olan vergi siyasətlərinə əsasən toplana bilən vergi deməkdir.
|
İctimaiyyətin təsdiqi
|
İctimaiyyətin təmsilini və konsultasiyasını cəlb edən iştirakçı proses vasitəsilə Daşınmaz Əmlakdan istifadə planına dair qərarların və instrumentlərin təsdiqi.
|
İctimai mal
|
Xalqın faydası üçün təmin edilən aktiv, obyekt və ya infrastructure.
|
İctimai məlumat
|
Məlumatın ictimai əldə olunması elə bir ictimai siyasətdir ki, bununla hər bir cəmiyyət müəyyənləşdirir ki, xüsusilə özəl vətəndaşlar və korporativ qurumlar haqqında olan hansı məlumatictimaiyyət üçün təmin edilməlidir.
|
Dövlət torpağı
|
Dövlət torpağı özəl Daşınmaz Əmlakdan fərqli olaraq dövlətin, bələdiyyənin və yerli qurumun qoruduğu Daşınmaz Əmlakdır.
|
İctimaiyyət tərəfindən əldə edilə bilən
|
Bu elə məlumatdır ki, sorğu edən şəxsdən/tərəfdən heç bir xüsusi tələbatlar və ya şəhadətnamələr tələb etmədən ictimaiyyət tərəfindən əldə edilə bilir.
|
Qeydiyyat
|
“Qeydiyyat” və ya “qeydə alan” termini qeydiyyatdan keçmiş Daşınmaz Əmlak hüquqlarının dair məlumatın saxlanıldığı təşkilatı bildirir. Qeydə alınmış Daşınmaz Əmlak barədə məlumat tipik olaraq mətni və ya məkani şəkildə olur və birinci qeydiyyat idarəsində ikinci isə kadastr ofisində saxlanılır. Bəzi ölkələrdə bu təşkilat vahid şəkildə təşkil olunmuşdur və hər iki tipli məlumata malikdirlər və bəzi ölkələrdə belə idarəni kadastr idarəsi (məsələn, Balkan yarımadası ölkələri) adlandırırlar. Əgər aydın surətdə başqa cür müəyyənləşdirilməyibsə, yalnız LGAF məqsədləri üçün, biz həm qeydiyyatı həm də kadastrı əhatə etmək üçün “qeydiyyat” terminindən istifadə edirik. (əgər bu idarədən biri mövcuddursa).
|
Qeydiyyatdan keçmiş
|
LGAF-ın tətbiqi zamanı, “qeydiyyatdan keçmiş” termini hüquqların birmənalı surətdə Daşınmaz Əmlak idarəsi sistemində qeydə alınmasını bildirir və adətən belə qeydə alınmış məlumat barəsində az sayda mübahisələr olur. “qeydiyyatdan keçmiş” termini heç də yekun şəhadətnamənin və titulun verildiyini bildirmir.
|
Tənzimləmə / rəsmiləşdirmə
|
Daşınmaz Əmlak üzərində sahibliyin tənzimlənməsi Daşınmaz Əmlakın qeyri-formal və ya qanunsuz surətdə ələ keçirilməsinin qanun əsasında qanuniləşdirilməsi və beləliklə Daşınmaz Əmlakda məskunlaşanlara sahiblik, məşğuliyyət və istifadəyə dair qanuni hüqüqların verilməsi deməkdir
|
Həll etmə - formal
|
Mübahisələrin inzibati və hüquqi proses vasitəsilə və hüquqi qüvvəyə malik qərarla həll edilməsidir.
|
Həll etmə – qeyri-formal
|
Mübahisənin hüquqi qüvvəsi olmayan proseslə həllidir.
|
Məhdudiyyətlər
|
Bunlar birinin hüquqlarına olan məhdudiyyətlərdir.
|
İkinci dərəcəli hüquqlar
|
Mülkiyyəti satış, hədiyyə, mübadilə və ya miras və qirov, həbs qoyma və digər məsuliyyət vasitəsilə transfer etmək üçün birinci dərəcəli hüquqlardan aşağı olan hüquqlar. İkinci dərəcəli hüquqlar əsasən istifadə hüquqlarına aid olmaqla qeydiyyat üçün etibarlı və ya etibarsız hesab oluna bilər.
|
Sporadik qeydiyyat
|
Daşınmaz Əmlak üzərində hüquqların ayrı-ayrılıq əsasında qeydiyyatı prosesi
|
Dövlət torpağı
|
Mərkəzi/Ölkə Səviyyəsində olan Hökumətin qəyyumluğunda olan Daşınmaz Əmlaklar.
|
Sistemliqeydiyyat
|
Hüquqların sahələr üzrə və məhkəmə qərarı, yer ölçmə işləri və qeydiyyat əsasında bitişik Daşınmaz Əmlak parçaları üzərində qeydiyyatı.
|
Sövdələşmə xərci
|
Mülkiyyət hüquqları üzərində müqavilə ilə bağlı xərclər və bu hüquqların icrası ilə bağlı xərclər. Məsələn, Daşınmaz Əmlakın satınalınması təkcə onun qiyməti ilə bağlı danışıqların ödənilməsini deyil həm də kimin hüquqi sahibi olduğunu müəyyən edən, yer ölçmə və qiymətləndirmə xərcləri, kredit xərcləri və hüquqi transfer sənədinin layihəsinin hazırlanması kimi Daşınmaz Əmlakın hüquqi transferi ilə bağlı rüsumların da ödənilməsini tələb edə bilər. Vergilər və rüsumlar belə sövdələşmə ilə bağlı xərclərə aid deyil.
|
Transfer vergisi
|
Dövlətə ödənilməli olan əmlakların transferi ilə bağlı xərclər. Ən çox yayılan ştamp xərci və kapital qazanc vergisi formasında olur.
|
Sahiblik statusunun tipologiyası
|
Daşınmaz Əmlak üzərində sahibliyin ölkə üzrə spesifik tipologiyası LGAF-ın icrası zamanı təyin edilmişdir. Bu zaman Dövlət Mülkiyyəti/istifadəsi, Özəl mülkiyyət/istifadə və yerli əhali və gəlmə əhalinin sahibliyi arasında fərqləri müəyəyn edir.
|
Sahibliyin Təzələnməsi
|
Gəliri artan mülkiyyət üzərində maraqların rəsmiləşdirilməsi ilə bağlı sahiblik təminatının artırılması mexanizmi. Hüquqların hamısı və bəziləri mülkiyyət üzərində olan məhdudiyyətlərin dərəcələrindən asılı olaraq qeydə alınır.
|
Şəhər qruplarının hüquqları
|
Şəhər qəsəbələrində müxtəlif qruplara təyin olunur. Bu qruplar sahədə spesifik hüquqlardan faydalanmaq məqsədilə üzvlər və qeyri-üzvlər olmaqla asanlıqla təsnifatlaşdırıla bilirlər.
|
Usufrukt, istifadə hüquqları
|
Usufrukt digər şəxsə və quruma mənsub olan mülküyyətdən istifadə etmə, gəlir götürmə və faydalanma haqqında olan qanuni hüquqdur. .
|
Dəyərləndirmə siyahısı
|
Yurisdiksiya (adətən yerli özünü qurumu) tərəfindən əmlak vergisinin qiymətləndirilməsində istifadə olunan vergiqoyulan əmlakların siyahısı və əlaqədar əmlakların dəyəri.
|