3) Məktəbdə ayrı-ayrı müəllimlərin şagirdlərə göstərdikləri təsirlərdə uyğunsuzluqlar.
Milli pedaqogikanın pedaqoji prosesin ziddiyyətlərindən biri kimi təqdim etdiyi bu uyğunsuzluq tərbiyə prosesi üçün də xarakterikdir.
Ümumtəhsil məktəblərində şagirdlərə ayrı-ayrı müəllimlərin, yəni fənn müəllimlərinin, istər sinif rəhbərlərinin, istər maraq kurslarına rəhbərlik edən müəllimlərin, istər fakültativ məşğələ aparan müəllimlərin, istər dərnək rəhbərlərinin göstərdikləri təsirlərin mahiyyəti, məzmunu, xarakterik xüsusiyyətləri çox müxtəlif olur, əsas ziddiyyətləri də yaradan qeyd olunan bu amillərdir.
Müəllimlərdən və müətəxəssislərdən qismi öz ixtisas təmayülünə uyğun olaraq təhkim olunduqları sahənin təbliğinə, təşfiqinə, inkişafına daha çox maraq göstərir və onun inkişafı ilə fəaliyyətini məhdudlaşdırırlar. Onlardan biri yalnız estetik tərbiyəni, biri ekoloji tərbiyəni, biri əxlaq tərbiyəsini inkişaf etdirməyə üstünlük verir. Beləliklə məktəbdə kompleks tərbiyənin inkişafı üçün mövcud imkanlar qarşısında sədd çəkilir. Məhz belə hallarda tərbiyə prosesində uyğunsuzluqlar özünü daha qabarıq göstərir. Belə uyğunsuzluqlar aradan qaldırılmazsa uşaqların hərtərəfli tərbiyəsi düzgün sayıla bilməz. Çünki qeyd olunan keyfiyyətlər hamısı davranışla əlaqədar olan mənəvi keyfiyyətlərdir. Onların məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması bütöv və tam bir proses kimi təşkil olunmazsa tərbiyə prosesi birtərəfli olar.
2) Xarici mühitə şüurlu münasibət göstərməyin getdikcə artması ilə belə bir münasibətin reallaşması üçün zəruri sayılan biliklərin, bacarıqların şəxsdə çatışmaması arasında uyğunsuzluqlar.
- Şagird onu əhatə edən mühitə münasibət bəsləməyi bacarır;
- Bu münasibətləri inkişaf etdirməyə səy göstərir;
- Lakin bu münasibətləri reallaşdıra bilmir. Onların gerçəkləşdirilməsində çətinliklərlə üzləşir;
- Ona görə ki, onların gerçəkləşdirilməsi üçün onun bu sahədəki bilikləri bəsitdir;
- Əgər ona bu sahədə zəruri biliklər verilsə, biliklərin bacarıqlara çevrilməsinə, vərdiş halına düşməsinə şərait yaradılsa nəzərdə tutulan uyğunsuzluqlar aradan qalxar.
Tutaq ki, şəhər məktəblərinin birində şagird zeytun yığmaq üçün iməciliyə cəlb olunur. O, könüllü surətdə bu iməcilikdə iştirak edir. Deməli, o, ətraf mühiti yaxşı bilir. Əgər zeytun yığarkən ağacları kəsir, onlara ziyan vurursa deməli, o zeytunun dünya bazarına valyuta ilə ixrac olunduğunu, belə bir dəyərli bitginin ölkəmizə iqtisadi cəhətdən səmərə verəcəyini, bu bitginin ixracından barter yolu ilə xəstələrə, əlillərə, şəhid ailələrinə dərman preparatlarının alınmasını, xüsusilə onun yağından mədə-bağırsaq, ürək-damar sistemi xəstəlikləri zamanı istifadə olunmasını bilmir. Yəni onun bu sahəsdəki biliklərə yiyələnməsi belə ziddiyyətlərin yaranmasına səbəb olur. Belə bir şəraitdə həmin şagirdə məqsədyönlü, planlı yanaşılması və davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin ona mütəşəkkil surətdə aşılanması həmin uyğunsuzluqların aradan qaldırılmasını stimullaşdırır.
Dostları ilə paylaş: |