“Dədə Qorqud”. 2003. 9 aprel. Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri Nazim mustafa



Yüklə 37.66 Kb.
Pdf просмотр
tarix07.09.2017
ölçüsü37.66 Kb.

“Dədə Qorqud”.-  2003.- 9 aprel. 

 

Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri 

 

Nazim MUSTAFA,  

Azərbaycan MEA Tarix İnstitutunun elmi işçisi 

 

Son  iki  yüz  ildə  xalqımız  dəfələrlə  kütləvi  qırğınlara  və  soyqırımlara  məruz  qalmışdır.  XIX  əsrin 



əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının 

köməyi  ilə  soydaşlarımızın  yaşadıqları  minlərlə  yaşayış  məntəqəsini  viran  etmiş,  bir  milyondan  artıq 

soydaşımızı soyqırıma məruz qoymuşlar.  

İlkin mənbə və tarixi ədəbiyyatların təhlili göstərir ki, Azərbaycan xalqına qarşı erməni təcavüzünün 

başlıca  məqsədi  tarixi  Azərbaycan  torpaqları  hesabına  erməni  dövlətinin  əsasını  qoymaq  və  sonradan 

müxtəlif  yollarla onu  genişləndirməklə  “Böyük  Ermənistan”  yaratmaqdan ibarət  olmuşdur.  Ermənilərin 

bu  niyyətlərinin  qismən  də  olsa  reallaşmasında  Rusiyanın  və  bəzi  Qərb  dövlətlərinin  müstəsna  rolu 

olmuşdur.  

1826-1828-ci  illər  Rusiya-İran,  1828-1829-cu  illər  Rusiya-Türkiyə  müharibələrindən  dərhal  sonra 

İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının 

ərazilərində  məskunlaşdırılmışdı.  Həmin  müharibələr  nəticəsində  359  müsəlman  kəndi  dağıdılmış, 

əhalisinin  xeyli  hissəsi  qırılmış,  qalanları  isə  qaçqın  düşmüşdülər.  Türkmənçay  müqaviləsindən  sonra 

İrəvan  və  Naxçıvan  xanlıqları  ərazisində  təşkil  edilən  Erməni  vilayətində  mövcud  olan  1111  yaşayış 

məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşadılar.  

Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, 

deportasiya  və  soyqırımları  nəticəsində  onların  yaşadıqları  iki  minə  yaxın  yaşayış  məskənləri 

boşaldılmışdır.  Azərbaycanlıların  öz  əzəli  torpaqlarından  qovulması  ilə  paralel  ermənilərin  onların 

yerində məskunlaşdırılma kompaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin 

yatırılmasından  sonra  daha  geniş  vüsət  almışdır.  20-ci  əsrin  əvvəllərində  Zaqafqaziyada  yaşayan  1,3 

milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur.  

Həmin  dövrdə  “Daşnaksutyun”  partiyası  öz  proqramında  dəyişiklik  edərək,  fəaliyyətinin  ağırlıq 

mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə silahlı birləşmələr təşkil 

etmişdi.  

Rusiyanın  rəsmi  dairələrinin  ermənipərəst  mövqeyindən  istifadə  edən  “Daşnaksutyun”  partiyası 

İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək 

və  orada  erməniləri  məskunlaşdırmaq  məqsədilə  kütləvi  qırğınlar  törətmişdi.  1905-1906-cı  illərdə 

əvvəlində Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə 

İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı 

qırğınlar törətmişdir. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində yerləşən 

azərbaycanlı  yaşayış  məskənlərinin  əhalisini  qırmaqla,  qovmaqla  və  həmin  ərazilərdə  erməniləri 

məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan 

artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-

Dərələyəzdə,  Gəncə  quberniyasının  Zəngəzur  qəzasının  Gorus,  Qapan  və  Qarakilsə  (Sisyan) 

nahiyələrində,  Şuşa,  Cavanşir,  Cəbrayıl,  Qazax  qəzalarında  kütləvi  soyqırım  törətmiş,  200-dən  artıq 

azərbaycanlı kəndini viran qoymuşlar.  

1914-cü  ildə  Rusiya-Türkiyə  müharibəsinin  başlanmasından  istifadə  edərək  “Daşnaksutyun” 

partiyası  rus  ordusunun  tərkibində  4  böyük  silahlı  birləşmə  təşkil  etmişdi.  Cəllad  Andranikin  başçılığı 

etdiyi erməni dəstələri Cənubi Azərbaycanın Xoy, Urmiya və Səlmas əyalətlərində 150 minə yaxın, sonra 

isə  Şərqi  Anadolunun  Qars,  Ərzurum  və  Ərdahan  bölgələrində  200  mindən  artıq  Azərbaycan  türklərini 

uşaq, qoca, qadın arasında fərq qoymadan qətlə yetirmiş, həmin əraziləri Çar Rusiyasının ermənilərə vəd 

etdiyi Ermənistan dövlətini qurmaq üçün türklərdən təmizləmişdilər.  

Rusiyada  1917-ci  il  oktyabr  çevrilişindən  sonra  özlərini  Qafqazda  bolşevik  hakimiyyətinin  qanuni 

nümayəndələri  hesab  edən  ermənilər  əsasən  Türkiyədən  qaçıb  gələn  erməniləri  silahlandıraraq  Sovet 

hakimiyyətini qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər.  

1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Rusiyanın hərbi 

yardımı  ilə  Bakıda  soyqırım  törədərək  15  min  müsəlmanı  qətlə  yetirmişdilər.  Məqsəd  Bakını  ələ 

keçirməkdən,  onun  neft  sərvətinə  sahib  çıxmaqdan  ibarət  idi.  Həmin  ilin  mart-aprel-may  aylarında 

ermənilər  Şamaxıda,  Qubada,  Xaçmazda,  Ağsuda,  Kürdəmirdə,  Salyanda,  Lənkəranda  kütləvi  qırğınlar 

törətmiş, 50 mindən artıq soydaşımızı ən vəhşi üsullarla qətlə yetirmişdilər. Qırğınlar İrəvan quberniyası 


ərazisində,  Qarabağda,  Zəngəzurda,  Naxçıvanda,  Qars  vilayətində  daha  amansız  şəkildə  törədilmişdi. 

Şamaxı  qəzasında  58,  Quba  qəzasında  112,  Gəncə  (Yelizavetpol)  quberniyasında  272  (o  cümlədən 

Zəngəzurda  115,  Qarabağda  157),  İrəvan  quberniyasında  211,  Qars  vilayətində  82  yaşayış  məntəqəsi 

yerlə-yeksan  edilmiş,  yüz  minlərlə  azərbaycanlı  qətlə  yetirilmiş,  bir  milyona  yaxın  əhali  öz  tarixi-etnik 

torpaqlarından didərgin salınmışdı.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  qurulduqdan  sonra  fövqəladə  istintaq  komissiyası  yaradılmış  və 

ermənilərin  xalqımızın  başına  gətirdikləri  müsibətlər  şahid  ifadələri  əsasında  sənədləşdirilmişdir.  Xalq 

Cümhuriyyəti hökumətinin qərarı ilə hər il martın 31-ni matəm günü kimi qeyd etmək qərara alınmışdı. 

Erməni  təcavüzünün  qurbanlarının  xatirəsi  1919-cu  və  1920-ci  il  martın  31-də  matəm  kimi  qeyd 

edilmişdi.  

1920-ci  ildən  sonra  Ermənistanda  azərbaycan  türklərinə  qarşı  deportasiya  siyasəti  “dostluq”  və 

“beynəlmiləlçilik”  pərdəsi  altında  davam  etdirilmişdir.  1930-1937-ci  illərdə  Ermənistanın  Türkiyə  və 

İranla  sərhəd  boyunda  yaşayan  50  minə  yaxın  azərbaycanlı  repressiyaya  məruz  qalaraq  həbs  edilmiş, 

Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər.  

1947-ci  il  dekabrın  23-də  SSRİ  Nazirlər  Sovetinin  “Ermənistan  SSR-də  kolxozçu  və  digər 

azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi  haqqında”  qərarına  əsasən 

1948-1953-cü  illərdə  azərbaycanlılar  yaşayan  ən  münbit  ərazilərdən,  xüsusən  də  İrəvan  və  onun  ətraf 

rayonlarından  150  minə  yaxın  əhali  deportasiyaya  məruz  qalaraq  Azərbaycanın  aran  rayonlarına 

köçürülmüşdür. Köçürülən əhalinin təqribən yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur.  

1988-ci  ildə  keçmiş  SSRİ  rəhbərliyinin  Azərbaycana  qarşı  qərəzli  mövqeyindən  istifadə  edən 

Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, 

Ermənistan  SSR  Ali  Soveti  sessiyasının  məxfi  göstərişinə  əsasən,  1988-ci  il  noyabrın  22-dən  28-dək 

müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri 

azərbaycanlılardan  təmizlənmiş,  nəticədə  200  mindən  artıq  azərbaycanlı  18  min  müsəlman  kürd,  min 

nəfər  rusdilli  əhali  Azərbaycana  pənah  gətirmişdir.  Həmin  vaxt  216  azərbaycanlı  vəhşicəsinə  qətlə 

yetirilmiş,  minlərlə  qadın,  uşaq  və  qoca  bədən  xəsarəti  almış,  on  minlərlə  ailənin  əmlakı  qarət 

olunmuşdur.  

Rəsmi  Ermənistan  azərbaycanlılara  qarşı  soyqırım  həyata  keçirərək,  onları  tarixi-etnik 

torpaqlarından  təmizlədikdən  sonra  mənəvi  soyqırım  -  türkmənşəli  toponimləri  ermənicələşdirmək 

aksiyasını  həyata  keçirmişdir.  Son  vaxtlara  qədər  mövcud  olan  türkmənşəli  toponimin  hamısı 

dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin 

siyahısından silinmişdir.  

Monoetnik  Ermənistan  dövləti  yaratmağa  nail  olan  Ermənistan  rəhbərləri  onu  dəstəkləyən 

dövlətlərin  hərbi-sənaye  potensialından  qidalanaraq  əhalisinin  30  faizini  azərbaycanlılar  təşkil  edən 

Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, 

Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar.  

Ermənistan  silahlı  qüvvələri  Azərbaycanın  12  rayonunu  işğal  etmiş  (ərazisinin  20  faizi,  yaxud  1/5 

hissəsini),  20  minə  yaxın Azərbaycan  vətəndaşını  öldürmüş,  4  minə  yaxın  əhalini  girov  götürmüşlər  ki, 

onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalar təşkil edirlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı 

soyqırımı  dünya  tarixində  analoqu  olmayan  vəhşiliyin  nümunəsidir.  Bir  milyona  yaxın  azərbaycanlı 

erməni təcavüzü nəticəsində öz torpaqlarından qaçqın düşmüşdür.  

İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə 

qarət  edilmiş,  ümumi  sahəsi  6  milyon  kv.  metr  olan  180  mindən  artıq  mənzil  və  şəxsi  ev,  minə  yaxın 

təlim  tərbiyə  müəssisəsi,  3  minə  yaxın  mədəni-maarif  ocağı,  700-dən  artıq  tibb  müəssisəsi  erməni 

vandalları tərəfindən dağıdılmışdır.  

Təkcə  XX  yüzillikdə  bir  milyona  yaxın  azərbaycanlı  ermənilər  tərəfindən  vəhşicəsinə  öldürülmüş, 

1,5  milyondan  artıq  soydaşlarımız  indiki  Ermənistan  ərazisindən  deportasiya  edilmişdir.  1918-ci  ildə 

imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9 min kv. km. ərazisi olan Ermənistan 1988-ci ildə onu 30 

min kv. km.-ə çatdırmış, hazırda isə işğal etdiyi ərazilərlə birlikdə azı 45 min kv. km. əzəli Azərbaycan 

torpaqlarını öz nəzarəti altına almışdır.  

Ermənistan  silahlı  qüvvələrinin  işğal  olunmuş  Azərbaycan  ərazilərindən  qeyd-şərtsiz  çıxarılması 

haqqında  BMT  Təhlükəsizlik  Şurası  4  qətnamə  (822,  853,  874,  884  saylı)  qəbul  etmişdir.  Ermənistan 

Respublikası həmin qətnamələrin tələblərinə indiyədək əməl etməmişdir.  

Tarixi  faktlar,  arxiv  sənədləri,  statistik  məlumatlar  belə  nəticəyə  gəlməyə  əsas  verir  ki,  indiki 

Ermənistan  ərazisində  və  Azərbaycanın  işğal  edilmiş  ərazilərində  erməni  silahlı  birləşmələrinin 

azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və cəza aksiyaları BMT Baş Məclisinin 9 dekabr 1948-

ci il tarixli Konvensiyasına görə soyqırım hesab edilməlidir.  


Ermənilərin  XIX-XX  əsrlərdə  azərbaycanlılara  qarşı  törətdikləri  soyqırım  və  kütləvi  repressiya 

aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Ümummilli liderimiz Heydər Əliyev 26 mart 1998-

ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək 

məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.  

Ümummilli liderimiz Heydər Əliyevin istər “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci 

il  fərmanı,  istər  “1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik 

torpaqlarından  kütləvi  surətdə  deportasiyası  haqqında”  18  dekabr  1987-ci  il  tarixli  fərmanı,  istərsə  də 

həmin fərmanların icrası ilə bağlı imzaladığı sərəncamlar və eləcə də dövlətimizin başçısı İlham Əliyevin 

hər il soyqırım günü ərəfəsində etdiyi müraciətlər qan yaddaşımızın oyanmasına, tarixi keçmişimizə qarşı 

biganəliyimizə son qoymağa xidmət edir.  

Ermənilər  xalqımızın  qan  yaddaşının  bərpa  olmasından,  tarixi  keçmişində  ona  qarşı  edilən 

zülmlərdən  xəbərdar  olmasından,  erməni  şovinizminin,  erməni  terrorizminin  ifşa  olunmasından  çox 

narahatdırlar.  Digər  tərəfdən,  Azərbaycanın  bir  dövlət  kimi  qüdrətlənməsi,  onun  regionun  aparıcı 

dövlətinə çevrilməsi, Ermənistanın isə bütün beynəlxalq layihələrdən təcrid olunması, insan ehtiyatlarının 

tükənməsi onun bir dövlət kimi perspektivsizliyindən xəbər verir. Azərbaycan isə sülhpərvər, beynəlxalq 

hüquq  normalarına  hörmət  edən,  separatizmin  və  terrorçuluğun  əleyhinə  ardıcıl  mübarizə  aparan  bir 

dövlət  imici  qazanıb.  Azərbaycanın  haqq  işi,  o  cümlədən  ona  qarşı  edilən  tarixi  ədalətsizliyin  bərpası 

istiqamətində  atdığı  addımlar  tədricən  beynəlxalq  ictimaiyyət  tərəfindən  anlaşılır  və  qəbul  edilir. 

Azərbaycanlılara  qarşı  ermənilərin  törətdikləri  soyqırımların  tanınması  da  gec-tez  tarixi  ədalətsizliyə 

verilən  hüquqi-siyasi  qiymət  kimi  dünya  dövlətləri  tərəfindən  qəbul  ediləcəkdir.  Ermənilər  “soyqırıma 

məruz qalan xalq” kimi deyil, məhz soyqırım törədən xalq imicini qazanacağı tarix çox da uzaqda deyil.  

 

 



Каталог: docs -> qazet
qazet -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
qazet -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
qazet -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
qazet -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
qazet -> “Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr
qazet -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
qazet -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
qazet -> S. Azərbaycan səhiyyəsi bu gün
qazet -> "Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3
qazet -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə