17. İncəsənətin dizayn növü “Dizayn” sözünün mənası “desiqnare” latın sözündən götürülüb, mənası təyin etmək, göstərmək, müəyyən etmək, işarə etmək deməkdir. Dizayn təkcə günlük həyatda istifadə etdiyimiz əşyalar və ətrafımızda gördüyümüz görüntülərdən ibarət deyildir. Təbii olaraq dünyada mövcud olan hər şey bir formada dizayn edilmişdir. Bir dizaynı və ya dizayn məhsulunu beynimizdə mücərrəd olaraq canlandıra bilərik. Bu dizaynı təfəkkürümüzdə şəkildən-şəkilə sala bilərik və istədiyimiz özəllikləri qataraq bizə xidmət edən bir dizayn məhsulu halına gətirə bilərik.Fərqli olanı tapmaq, zehnimizdə təsəvvür etmə, bir hadisə və ya əşya haqqında fikir yürütmə, obyektiv yanaşma, kreativ düşünmə, tənqidi yanaşma kimi zehni fəaliyyətin dizayn məhsulunun inkişaf etdirilməsində və yaradılmasında önəmli yeri vardır.Texnologiya inkişaf etdikcə insan həyatında dizayn məhsulları ilə bərabər insanların beyinlərində yer alan ideyalarda inkişaf etməkdədir.Dizayn sözünü ilk eşitdiyimizdə beynimizdə yaranan anlamlar demək olar ki eynidir.Dizayn sənətini öz arasında iki qrupa ayıra bilərik.Real həyatımızda olan dizayn məhsulları: karandaş işləri, qrafit işləri, xəttatlıq, yağlı boya, sulu boya kimi rəng qata biləcəyimiz yaradıcılıq nümunələri ilə çəkilən tablolar, dizayn məhsulları və s.Texnoloji mühitdə dizayn məhsulları: Adobe Photoshop, Adobe İllustrator, Adobe İndesign, CorelDRAW, 3DMAX kimi proqramları istifadə edərək inkişaf etdirdiyimiz dizayn məhsulları.
18. Kompyuter dizaynı Kompyuter sahəsində ən mühüm sahələrdən biri də Dizayn proqramları olan sahədir. Müasir dövrdə dizayna olan ehtiyacı nəzərə alaraq bu sahədə çoxlu proramlar yaradılmışdır. Dizayn proqramlarınını ən mühümləri Adobe Photoshop, Corel Draw, AutoCad və s. proqramlar daxildir. Hər il demək olar ki, bu sahədə yeniliklər olur və ildən – ilə bu sahə üzrə proqramlar artmaqdadır.Bu proqramlar yaradıldıqdan sonra insanların diqqətini çəkdi və insanlar bu proqramları öyrənməyə başladılar. Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal,reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər.Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi