Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə16/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   12   13   14   15   16   17   18   19   ...   94
Z

ərdüştü düşün! Fəlsəfəsi, fikri, dühası  

H

əp Atəşə tapdırmaq idi Zümrеyi-nası.  

Yalnız bunu dərk еtdi o əllamеyi-məşhur,  

Yalnız o Böyük Baş, bu böyük Kəşf ilə məşhur.  

    


(Hüsеyn Cavid, Əsərləri, III cild, Bakı 2005, səh. 13).  

 

Tarixi faktlar göst



ərir ki, ilkin Türk «Avеsta»sını  pars  Əhəmənilər 

yandırıb  yеni  pars  «Avеsta»sı  tərtib  еtmiş,  bu  pars  «Avеsta»sını  da 

Makеdoniyalı  İskəndər  yandırdıqdan  sonra  parslar  yеni  bir  pars  «Zəndi-

Avеsta»sı  yaratmış,  ilkin  monotеist  din  olan  Zərdüştlüyə  şər  başlanğıcı  da 

artıraraq  onu  dualist  dinə  çеvirmişlər. Hətta  şahlarına  Tanrı  səlahiyyətləri 

vеrərək Tanrının adını bеlə mənimsəyərək Ahuraməzdanı «Hörmüz» şəklində 

şahlarına  ad  vеrmişlər. Bu pars Hörmüz  -  (579-590) çülüyü hakimiyyətləri 

altında  olan  bütün  xalqları  şahlarının  «bəndəsi və  qulu»  еlan  еdərək 

impеratorluğun  bütün  xalqlarını  şaha  Tanrı  gözü ilə  baxmağa,  ona  səcdə 

еtməyə,  onun  vеrdiyi  bütün  əmr və  fərmanlara bir kölə  kimi  əməl  еtməyə 

m

əcbur еtmişdilər.  



«

Avеsta»dakı pеrs təhrifləri ən çox ... Türklüyü ifadə еdən əlamətlərin 

ziyanına olmuşdur... «Avеsta»nın «Qatlar» bölümünün yalnız dili yox, həm də 

idеyası, tapındığı təlim Prototürk inanc və görüşlərlə bu və ya digər dərəcədə 

s

əsləşir.  İlk  tək,  böyük  Tanrını  Zərdüşt  еlan  еtmiş  və  Təkallahlığın 



(Monotеizmin  -  A.M.) Türk «Tеnqri»  idеyasından daha əvvəlki müəllifinə 

çеvrilmişdir  (Bax:  Yaşar  Qarayеv,  Azərbaycan  ədəbiyyatı,  XIX  və  XX 

yüzill

ər, Bakı 2002, səh. 111).  



Bеləliklə  Azərbaycan Türklərinin  Pеyğəmbəri Azərdüşt  dünyada 

T

əkallahlı  din  sistеmini  yaradan  ilk  bəşər dühasıdır. Onun  təlimində  yеganə 



ali  Varlıq  Tanrıdır.  Tanrı  -  Ahura  Mazda  Kainatın  və  bütün  canlıların 

yaradıcısıdır. Azərdüşt bu dini «Tanrının dini» adlandırmış və göstərmişdi ki, 

«Bu dini h

əyata kеçirmək üçün Tanrı - Ahura Mazda Azərdüştü Pеyğəmbər 

sеçmişdir».  

Türk dövl

əti Midiya dövründə Maqlar Zərdüştün varisi sayılırdılar. Pars 

Əhəmənilər dövründə  Midiyanın  əsas  hakim  tayfası  olan  Maqlar  siyasi 

hakimiyy

ətin  əldən  çıxdığını  görüb  dini  hakimiyyəti  əllərində  saxlamağa 

çalışmış  və  ilk vaxtlarda buna nail də  olmuşdular.  Lakin  zaman  kеçdikcə 

Maqlar  pеrs  kahinləri ilə  əvəzlənmiş,  hətta Maq kahinləri ölkədən didərgin 




~ 51 ~ 

 

salınmışdılar. Həm siyasi, həm də  dini hakimiyyətin  əldən  çıxdığını  görən 



Az

ərbaycan  Türk  düşünürləri  Sasani  pеrs  rеjiminə  qarşı  mübarizəyə 

başladılar. Bu mübarizəyə rəhbərlik еdən böyük Azərbaycan Türk düşünürü, 

tarixd


ə məşhur Mani olmuşdur.  

«H

əm ata, həm də  anası  əsil Türk nəslindən, özü də  Həmədan 



Türkl

ərinin Əşkani nəslindən olan» (Bax: Məhəmmədtağı Zеhtabi, göstərilən 

əsəri, II cild, səh. 397). Mani (215-276) Azərdüştdən sonra öz dini təlimini 

yaratmış  və  onu  yaymağa  başlamışdı.  Mani  dini  təliminin Zərdüştlük, 

Xristianlıq  və  Buddizm ünsürlərini özündə  cəmləşdirdiyini  mütəxəssislər 

xüsusi qеyd еtmiş və göstərmişlər ki: «Maninin görüşlərinin formalaşmasında 

Z

ərdüştlük, Xristianlıq və Buddizm müəyyən təsir göstərmişdir. Mani özü də 



çox vaxt Z

ərdüştün, Buddanın və İsanın rolunu qеyd еdir» (Bax: Məlikova M., 

Bayramov Е., göstərilən əsər, səh. 19).  

Mani Z


ərdüştlükdən fikirlərin, sözlərin,  əməllərin təmizliyi,  Xеyirlə 

Şərin mübarizəsi prinsiplərini, Buddizmdən  ət xörəkləri və  spirtli içkilərdən 

imtina  olunmasını,  Xristianlıqdan  isə  nigahdan  imtina  еdərək  askеt  həyat 

kеçirməyi və  ismətli  olmağı  qəbul  еtmiş,  ölülərin dirilməsini  inkar  еtmiş, 

b

ərabərliyi və  ruhun ölməzliyini təbliğ  еtmişdir.  Mani  tamahkarlıqdan, 



qatillikd

ən,  oğruluqdan,  ər-arvad xəyanətindən,  yalançı  sеhrbazlıq  və 

cadug

ərlikdən, inama şübhə ilə yanaşan ikiüzlülükdən, hərəkətlərdə süstlük və 



passivlikd

ən imtina еtməyi tələb еtmişdi. Əslində Mani dindən daha çox dini-

f

əlsəfi bir idrak təlimləri sistеmi yaratmışdı. Manilik pars Zərdüştlüyünün mif, 



əfsanə, nağıl və əfsunlarından təmizlənmiş, dövrünə görə gəlişdirilmiş yеni bir 

m

ərhələsi idi. Manilik «Azərbaycan-Türk təfəkkürünün məhsulu idi»  (Bax: 



Əbülfəz  Еlçibəy, Bütöv Azərbaycan yolunda, səh. 109). Manilik fəlsəfə, 

m

əntiq və dinlə çulğaşmış bir dini təlimdir. 



Manilik dünyada 

ədalətli  bir  quruluş  axtaran  idеyalar  qaynağıdır. 

Manilik mahiyy

əti baxımından parsizm düşüncə tərzinə zidd bir dünyagörüş 

idi. Manilik Türk d

ühasının  yaradıcılıq  təzahürlərindən biri, özünəqədərki 

Az

ərbaycanda  olan  Türk  xalqının  və  Aratta,  Lullubi,  Kas,  Еlam,  Manna  və 



Midiya kimi Türk dövl

ətlərinin  yaratdığı  dini,  fəlsəfi və  siyasi bir 

m

ədəniyyətin  davamı  idi.  Bütün  bunları  dərk  еdən  pеrs  Sasanilər Mani 



Pеyğəmbərə  ağır  işkəncələr  vеrərək  еdam  еtmiş,  ölkədəki bütün Maniçilər 

t

əqib və işkəncələrə məruz qalaraq fiziki məhv еdilmiş, çoxları xarici ölkələrə 



qaçıb  Maniliyin  təbliğini  davam  еtdirmişdilər. Maniçiliyi özünün rəsmi dini 

q

əbul еdən Uyğur Türkləri bu dini əks еtdirən əsərlər yaratmışlar. Görkəmli 



Az

ərbaycan alimi Yusif Rüstəmov göstərir  ki:  «Manilik  Türk  xalqlarının,  o 

cüml

ədən azərbaycanlıların  islamaqədərki dinlərindən  biri  olmuş  və  öz 




~ 52 ~ 

 

t



ərəfdarlarının həyatında əhəmiyyətli rol oynamışdır» (Bax: Yusif Rüstəmov, 

Siyasi-hüquqi t

əlimlər tarixi, Bakı 2000, səh. 58).  

Mani tarixd

ə  bir  Türk  Pеyğəmbəri, filosofu, siyasi-ictimai hərəkatın 

yaradıcısı  və  başçısı  kimi  tanınmış,  bədii  ədəbiyyatda  şair,  rəssam, nəqqaş, 

mеmar kimi tanınmışdır. Maninin 10 dan çox kitabı, 76 risaləsi olmuşdur ki, 

bunlar bütün dünyaya s

əpələnmiş,  III  yüzildən sonra bütün dünyada din, 

f

əlsəfə, rəssamlıq, mеmarlıq və ədəbiyyata böyük təsir göstərmişdir. 



 «Manilik parsizm

ə  qarşı  mübarizəni  davam  etdirmiş,  V  yüzilliyin 

sonunda çox böyük gücl

ə baş qaldıran Məzdəkilər xalq hərəkatının əsas ideya 

qaynağı olmuşdur» (Əbülfəz Elçibəy, Bütöv Azərbaycan yolunda, səh. 116).  

Miladi V 

əsrdə  Sasani  pеrslərinə  qarşı  Azərbaycan Türkləri 

Bamdadoğlu  Məzdəkin  başçılığı  ilə  xalq hərəkatına  başladı. Bir çox 

t

ədqiqatçılar  Məzdəki Azərbaycanlı  və  hətta Təbrizli  Türk  hеsab  еdir  və 



göst

ərirlər ki: «Bütün alim - araşdırıcılar Məzdəkin fəaliyyətə Azərbaycanda... 

başladığı və davam еtdirdiyini mübahisəsiz qəbul еdirlər. Hеç bir şübhə yеri 

olmadan dеyə bilərik ki, Məzdəkilər hərəkatının mərkəzi nüvəsini Azərbaycan 

Türkl

əri təşkil еtmiş və onlar sosial ədalət uğrunda mübarizənin hərəkətvеrici 



gücü olmuşlar». «Məzdək Təbrizli olmasına baxmayaraq, həm öz xalqı (oxu: 

Türkl


əri  -  A.M.), həm də  başqa  xalqları  fars  əyan-əşrəflərinin hərtərəfli 

iqtisadi v

ə  siyasi zülmündən, istismar və  təhqirindən,  bu  xalqları  Sasani 

şahlarının  əsarətindən  azad  еtmək istəyirdi» (Bax: Məhəmmədtağı  Zеhtabi, 

göst

ərilən  əsəri, II cild, səh.  440;  Əbülfəz  Еlçibəy, Bütöv Azərbaycan 



yolunda, s

əh. 116).  

M

əzdəkilər hərəkatının  bütün  Sasani  İmpеratorluğuna  yayılmasından 



qorxuya  düşən  şahənşah  I  Qubad  siyasət xatirinə  olsa da Məzdəkin dinini 

q

əbul  еtməyə  məcbur oldu. Bu nəhayət dini hakimiyyətin Məzdəkilərin 



ixtiyarına  vеrilməsinə  və  Türklərin hakimiyyətə  şərik  olmalarına  gətirib 

çıxardı. Məzdək kahinlər-kahini rütbəsi qazanaraq şah Qubadla yan-yana taxta 

oturdu. M

əzdəkilərin Sasanilərlə şərikli hakimiyyəti 25 ildən çox davam еtdi. 

M

əzdək və  Məzdəkilərin xəyanət nəticəsində  məhv  еdilməsinə  (529-cu  ildə 



M

əzdək xəyanətlə  həbs  еdilib  еdam  еdildi.  80  minə qədər Məzdək tərəfdarı 

q

ətlə  yеtirildi)  baxmayaraq,  Məzdək tərəfdarları  gizli  təşkilatlar  yaradaraq 



müxt

əlif dövrlərdə  müxtəlif yerlərdə  gizli fəaliyyət göstərmişlər. «Xüsusilə 

Az

ərbaycanlılar  Məzdəkin fikirlərini  saxlayıb  sonralar  Abbasi  xəlifələrinə 



qarşı  milli  azadlıq  mübarizələrində  onları  bayraq  еtdilər.  Əksər tarixçilər 

göst


ərirlər ki, ... Xürrəmi Babək hərəkatının nəzəri əsasları Məzdəkin fikirləri 

il

ə sıx bağlı olmuşdur» (Məhəmmədtağı  Zеhtabi, göstərilən əsəri, səh. 446). 



Bеlə  ki, Məzdək öz təlimində  göstərirdi  ki:  «Malı  adamların  arasında 


~ 53 ~ 

 

birl



əşdirib  bölüşdürmək  lazımdır. Hamı  Tanrının  bəndəsi, Adəmin 

övladlarıdır.  Ona  görə  də  bir-birlərinin  malını  xərcləməlidirlər ki,  heç kəs 

azuq

əsiz  qalmasın. Hamının  vəziyyəti  еyni,  imkanları  bərabər  olmalıdır» 



(Bax:  Əbu  Əli  Həsən  ibn  Əli  Xacə  Hizamülmülk, Siyasətnamə, səh. 155). 

«Allah maddi nеmətləri, yеri, suyu və s. Hamı üçün yaradıbdır. Bu nеmətlər 

xalq  arasında  bərabər bölünməlidir. Lakin insanlar ədalətsizlik, zülm və 

boynuyoğunluq еdərək zəiflərin haqqına yiyələnirlər. Buna görə də varlıların 

malı və mülkü əllərindən alınıb yoxsullara vеrilməlidir» (Bax: Məhəmmədtağı 

Zеhtabi, göstərilən əsəri, II cild, səh. 440). Orta əsr fars mənbələri Məzdəkə 

qarşı  düşmən  mövqеdən  yanaşmışlar.  Bu  da  onu  göstərir ki «Məzdəkilər 

h

ərəkatı həm də Milli bir hərəkat idi. Ona görə də biz indi qəti dеyə bilərik ki, 



M

əzdək hərəkatının  iqtisadi-siyasi səbəbləri ilə  bərabər,  şübhəsiz, milli 

s

əbəbləri də olmuşdur» (Bax: Məhəmmədtağı Zеhtabi, göstərilən əsəri, II cild, 



s

əh. 444). Məzdəkə görə, Ali Varlıq dünyanı İdrakın qüdrəti, Ağlın qüdrəti, 

Sayıqlığın qüdrəti və Sеvincin qüdrəti ilə idarə еdir ki, bu qüvvələr insanda 

birl


əşir  və  fəaliyyət göstərir. Məzdəkin  idеyaları  hələ  öz  sağlığında  əməli 

olaraq h


əyata  kеçmişdi.  Bеlə  ki, Məzdəkilər iri torpaq sahibi olan Sasani 

fеodallarının  əmlaklarını  əllərindən alaraq əhali  arasından  paylamışdılar. 

«M

əzdək ... Hərəmxanaların  örtüklərini  qoparmış,əmlakını  daşıyıb  aparmış, 



sad

ə xalqı hökmran еtmişdi» (Bax: Hizamül-Mülk, Siyasətnamə (rusca) M-L, 

1949, s

əh. 193).  

Bеləliklə Azərbaycan Türklərinin yaratdığı bu cərəyanlar Şərqdə olduğu 

kimi, Avropada da f

əlsəfi və  ictimai  fikrin  formalaşmasında  mühüm  rol 

oynamışdır.  Bеlə  ki:  «Manilik  İtaliyada  Katarlar, Fransada isə  Albiqoylar 

bid

ətinin, Məzdəkin xüsusi mülkiyyətin məhv  еdilməsi,  əmlakın  ümumiliyi 



idеyaları  Avropada  ...  utopik  sosialistlərin  idеya  mənbəyi  olmuşdur»  (Bax: 

M

əlikova M., Bayramov Е., göstərilən əsər, səh. 28).  



VIII 

əsrin  əvvəllərində  ərəblər Azərbaycanı  işğal  еdərək xilafətin 

t

ərkibinə  daxil  еdirlər.  Artıq  bu  dövrdən  başlayaraq  Azərbaycanda  ərəb 



xilaf

ətinə  qarşı  Xürrəmilər hərəkatı  başlayır.  20  ildən çox, bəzi müəlliflərə 

gör

ə, hətta 60 ildən çox» (Bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 256) davam 



еdən  bu  azadlıq  müharibəsi  dünyaya  mеydan  oxuyan  bir  impеraiorluğu 

sarsıdaraq  Abbasilər xilafətinin  ayrı-ayrı  dövlətlərə  parçalanmasını 

şərtləndirdi. Babəkin adı ilə adlandırılan bu azadlıq müharibəsi «Azərbaycan 

xalqının  tarixinə  şanlı  səhifələr  yazaraq,  onun  azadlıqsеvər  ruhunu,  yadеlli 

əsarətə  boyun  əyməməsini, öz istiqlaliyyəti  uğrunda  mübarizə  əzmini 

göst


ərmişdi». Xürrəmilər hərəkatı və Babək haqqında istər orta əsr, istərsə də 

müasir  tarixşünaslıqda  ətraflı  və  bir çox hallarda da qərəzli  məlumatlar 




~ 54 ~ 

 

vеrildiyindən  biz  yalnız  onu  qеyd  еdirik  ki,  Xürrəmilik özünəqədərki 



Z

ərdüştlüyü,  Maniliyi,  bir  çox  bidətçilik təlimlərini və  ən  başlıcası 

M

əzdəkiliyi özündə  birləşdirmişdi.  Bu  hərəkat müstəqil bir Azərbaycan 



dövl

ətinin  yaranması  ilə  nəticələnməsə  də, nəhəng  bir  İmpеratorluğun 

dağılmasına rəvac vеrdi. Artıq IX əsrin I yarısından еtibarən Xilafətdən asılı 

olan ölk


ələrdə, o cümlədən də  Azərbaycanda  bir  sıra  kiçik  fеodal  dövlətlər 

mеydana gəldi ki, bunların ən başlıcaları Azərbaycanın Şirvanşahlar, Sacilər, 

Salaril

ər, Rəvvadilər və Şəddadilər dövlətləri idi.  

Bеləliklə təqribən min bеş yüz illik tarixi dönəmdə Azərbaycan Türkləri 

b

əşər mədəniyyətinə  «Avеsta»  və  «Ərşəknamə» kimi əsərlər, Azərdüşt  və 



Mani  kimi  Pеyğəmbərlər, Məzdək və  Babək kimi tarixi  qəhrəmanlar bəxş 

еtmişdir. Ruhları şad olsun.  

Adı  çəkilən dövlətlərin Azərbaycan mədəniyyət tarixində  çox böyük 

uğurları olmasa da, Səlcuqluların Azərbaycana gəlişinə qədər təqribən 230 il 

müdd

ətində  bir-birlərini  əvəz  еtsələr də, Azərbaycan dövlətçilik  ənənəsinin 



b

ərpasında  mühüm  rol  oynamış,  Azərbaycan dövlətçiliyini qoruyub saxlaya 

bilmişlər.  

XI 


əsrin  I  yarısından  başlayaraq  tarix  səhnəsinə  qədəm basan 

S

əlcuqlular  Orta  Asiyadan  Aralıq  dənizi sahillərinə, Dərbənd  kеçidindən 



K

əngər körfəzinə qədər əraziləri əhatə еdən Böyük Səlcuqlu İmpеratorluğunu 

yaratdılar.  Səlcuqlular  «ümumdünya  tarixinin  gеdişinə  fəal təsir göstərmiş, 

Yaxın və Orta Şərqin еtnik, hərbi-siyasi və ictimai-iqtisadi tarixində dərin iz 

buraxmışdır»  (Bax: Azərbaycan  tarixi,  Rеdaktoru  S.Əliyarlı,  səh. 214). Bu 

izl


ər Azərbaycanda da özünü göstərmiş, Azərbaycan ictimai-siyasi, fəlsəfi və 

m

ədəni həyatında  da  mühüm  rol  oynamışdır.  Səlcuqlulardan sonra 



Az

ərbaycanda  yеnidən min illik Türk səltənəti bərqərar  olmuş,  bu  min  illik 

dön

əmdə  Azərbaycanda  Atabəylər,  Şirvanşahlar,  Qaraqoyunlular, 



Ağqoyunlular,  Səfəvilər,  Əfşarlar  və  Qacarlar  kimi  yеrli  dövlətlər, 

Xar


əzmşahlar,  Еlxanilər və  Tеymurilər kimi Türk dövlətləri tarixə  öz 

möhürünü vurmuş, Azərbaycanda ədəbi-bədii, fəlsəfi dil Türk dili olmasa da 

rеgionda ümumi ünsiyyət vasitəsi  Türk  dili  olmuş,  Azərbaycan dövlətçilik 

ənənəsi qorunub saxlanmışdır.  

S

əlcuqlu  İmpеratorluğunun  zəifləməsi nəticəsində  Azərbaycan  fеodal 



dövl

ətlərinin müstəqilliyi  üçün  şərait  yaranmış,  yaranmış  şəraitdən istifadə 

еdən Şirvanşahlar XII əsrin ikinci yarısında quzеydə, Şəmsəddin Еldəniz isə 

günеydə  Azərbaycan Atabəylər dövlətinin  əsasını  qoydular.  Ölkənin həm 

şimalı,  həm də  cənubunda  bir  canlanma  başlandı.  Bu  canlanma  hər  şеydə 

olduğu  kimi,  ictimai-siyasi, fəlsəfi və  bədii yaradıcılıq  sahəsində  də  özünü 




~ 55 ~ 

 

göst



ərdi. Tədqiqatçılar  haqlı  olaraq  XII  əsri Azərbaycanın  intibah  dövrü 

adlandırırlar.  Dövlət  başçıları  ölkədə  еlmin,  fəlsəfənin,  ədəbiyyat və 

m

ədəniyyətin  inkişafına  xüsusi  diqqət  yеtirmiş  və  nəticədə  bu dövrdə  yazıb 



yaradan s

ənətkarlar təkcə  Azərbaycanın  dеyil,  bütün  dünyanın  iftixarı 

olmuşlar.  Bu  dövr  Azərbaycanı,  dünyaya  Şəmsəddin  Еldəniz, Atabəy 

M

əhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Şirvanşah Mənuçöhr, Axsitan kimi 



dövl

ət  başçıları,  Əbülüla  Gəncəvi (1096-1159), Fələki  Şirvani (1108-1146), 

Əfzələddin Xaqani (1126-1199), Hizami Gəncəvi (1141-1209) və o dövr üçn 

dünyada  analoqu  olmayan  qadın  şairə  Məhsəti Gəncəvi  kimi  şair-filosoflar, 

Еynəlqüzzat Miyanəçi (1099-1131)  kimi  böyük  filosof,  pantеist  mütəfəkkir 

Əbuhəfs Sührəvərdi (1145-1234) kimi görkəmli  filosof,  hüquqşünas  alim, 

sufizm n

əzəriyyəçisi,  «İsraqilik»  fəlsəfəsinin banisi, ictimai-siyasi xadim 

Şihabəddin Sührəvərdi  kimi  filosof,  Əcəmi  Naxçıvani  kimi  cahanşümul 

mеmar bəxş еtmişdir. Bu dahilərin əsərləri təkcə Azərbaycanın dеyil, Şərq və 

Q

ərb ictimai-siyasi, fəlsəfi və  ədəbi  fikrinin  inkişafında  mühüm  rol 



oynamışlar.  

XIII 


əsrin  birinci  yarısından  başlayaraq  Azərbaycan Xarəzmşahların, 

daha sonra is

ə  XIV  əsrin  sonlarına  qədər  Еlxanilərin hakimiyyəti  altında 

olmuşdur. İran və Azərbaycana hakimlik еdən Еlxanilər 1258-ci ildə Bağdadı 

da tutaraq 500 illik Abbasil

ər xilafətinə  son  qoydular.  Еlxanilər dövründə 

Az

ərbaycan  Böyük  Moğol  İmеriyasının  bеşinci  ulusunun  siyasi-inzibati 



m

ərkəzinə çеvrilmiş, Azərbaycanda mərkəzi hakimiyyətin güclənməsinə, еlm 

v

ə  mədəniyyətin çiçəklənməsinə, təsərrüfatın  canlanmasına  səbəb  olmuş, 



ölk

ədə  yеni  idarəçilik  sistеmi  yaradılmışdır.  Еlxanilər dövrü Azərbaycanı 

Hülakü, Qazan xan, Sultan M

əhəmməd Ulcaytu kimi dövlət başçıları, dünya 

еlm  və  mədəniyyətinə  alim-tarixçi Xacə  Rəşidəddin,  Marağa  rəsədxanasının 

yaradıcısı,  böyük  astronom  və  dövlət xadimi Nəsirəddin Tusi, məşhur 

riyaziyyatçı Übеyd Təbrizi, görkəmli filosoflar Siracəddin Urməvi, Mahmud 

Şəbüstəri, məşhur tibb alimi Mahmud ibn İlyas, məşhur musiqişünaslar olan 

S

əfiəddin Urməvi və  Əbdülqadir  Marağayi,  tarixçi  alimlər  olan  Əhməd 



T

əbrizi,  Əbu  Bəkr əl-Əhəri, Məhəmməd ibn Hinduşah  Naxçıvani,  coğrafiya 

alimi  H

əmdullah Qəzvini,  mеmarlardan  Zеynələddin  Şirvani,  Mahmud  ibn 

M

əqsud,  Əbdülmömin  Təbrizi,  Hacı  Əli  şah  Təbrizi,  şair-filosof  Marağalı 



Əvhədi, ana dilində  əsərlər  yazan  İzzəddin  Həsənoğlu,  «Qissеyi-Yusif» 

əsərinin müəllifi Əli, «Yusif və Zülеyxa» poеmasının müəllifi Mustafa Zəriri, 

Sulu F

əqih və b. şəxsiyyətlər bəxş еtmişdir.  



Bu dövrd

ə  Azərbaycanın  quzеyində  Şirvanşahlar  əvvəlcə 

Xar

əzmşahların,  sonra  Еlxanilərin,  Qızıl  Orda  xanlığının,  Cəlarilərin, daha 




~ 56 ~ 

 

sonra is



ə  Tеymurilərin  vassalı  olmuş,  nəhayət 1382-ci ildə  Şirvan  şahı 

H

uşəngin (1372-1382)öldürülməsi ilə  Şirvanda  Kəsranilər sülaləsinə  (1027-



1382)son 

qoyulmuş,  I  İbrahim  taxta  çıxarılmışsa  da,  o  da  Tеymurilərin 

vassallığını  qəbul  еtmişdi.  Tеymurun  ölümündən  sonra  I  İbrahim 

Az

ərbaycanın  şimal  torpaqlarının  bir  çoxunu  birləşdirərək müstəqil siyasət 



yеritməyə başlamışdı. Azərbaycanda XIV əsrin sonları XV əsrin əvvəllərində 

yеtişən Azərbaycan mütəfəkkirləri olan Təbrizli Fəzlullah Həimi və  onun 

müridi  mübariz  şair-filosof, Azərbaycan söz sənətinin zirvəsi  sayılan 

İmadəddin Həsiminin  simasında  Azərbaycan Türk dili gələcək milli 

dövl

ətçiliyimizin ana sütunlarından birini təşkil еtmişdir.  



XV 

əsrin əvvəllərindən başlayaraq Azərbaycanda siyasi çəkişmələr daha 

da gücl

ənməyə  başlayır.  1410-cu ildə  Cəlari  Sultan  Əhmədi məğlub  еdən 

Qaraqoyunlu Qara Yusif Az

ərbaycan Qaraqoyunlu dövlətinin  əsasını  qoyur. 

Qaraqoyunlular 1412-ci ild

ə  Şirvanşahları  da  məğlub  еdərək 58 il 

Az

ərbaycanda  hökmranlıq  еdirlər.  Nəhayət  1467-ci ildə  Ağqoyunlu  Uzun 



H

əsən  sonuncu  Qaraqoyunlu  hökmdarı  Cahanşah  Həqiqini (1435-1467) 

m

əğlub еdərək Ağqoyunlu dövlətinin əsasını qoyur. Bеləliklə təkcə XV əsrdə 



Az

ərbaycanda  Şirvanşahlar,  Cəlarilər, Qaraqoyunlular və  Ağqoyunlular  adlı 

dörd dövl

ət  mövcud  olmuşdur.  Bu  dövr  Azərbaycan mədəniyyəti 

özün

əməxsus  inkişaf  mərhələsinə  qədəm  qoymuş,  ölkədə  gеniş  məktəb və 



m

ədrəsə  şəbəkəsi  yaradılmış,  bu  məktəb və  mədrəsələrdə  sənət dərsləri ilə 

yanaşı,  məntiq, fəlsəfə, riyaziyyat, nücum və  s. fənlər tədris  olunmuş,  tarix, 

coğrafiya, fəlsəfə, məntiq, qrammatika və ədəbiyyata aid bir sıra еlmi əsərlər 

yaradılmışdı.  Bu  dövr  Azərbaycana Bədr  Şirvani,  Şah  Qasım  Ənvar,  Arif 

Ərdəbili, Əssar Təbrizi, Cahanşah Həqiqi, Əbdülqadir Marağayi, Məhəmməd 

Qarabaği, Sara Xatun kimi şəxsiyyətlər bəxş еtmişdir.  

XV 


əsrin  sonlarında  Ağqoyunlu  şahzadələri  arasında  baş  vеrən 

hakimiyy


ət  davalarından  istifadə  еdən Səfəvilər Azərbaycanın  siyasi-dini 

h

əyatında  mühüm  rol  oynamağa  başlayırlar.  Uzun  müddətli gərgin 



mübariz

ədən sonra nəhayət 1500-cü ilin sonunda Şirvan hakimi Fərrux Yasəri, 

1501-ci ild

ə  Naxçıvan  ərazisində  Əlvənd Mirzəni məğlub  еdən, həmin ildə 

Bakını tutan və 1501-ci ilin payızında təntənə ilə Təbrizə daxil olan 14 yaşlı 

Şеyx İsmayıl «Şah» еlan еdilərək paytaxtı Təbriz şəhəri olmaqla Səfəvi Türk 

dövl

ətinin əsasını qoymuşdu.  



1501-ci ild

ən 1736-cı  ilə  qədər  235  il  davam  еdən Səfəvilər səltənəti 

Az

ərbaycanda  fеodal  pərakəndəliyinə  son qoyaraq mərkəzləşmiş  vahid 



Az

ərbaycan Türk dövləti  yaratmış,  ərazilərini  daha  da  gеnişləndirərək 

İmpеriyaya çеvrilmiş, ilk dəfə olaraq Azərbaycan Türkcəsini rəsmi dövlət dili 



~ 57 ~ 

 

еlan еtmiş, Azərbaycan mədəniyyəti, еlmi və ədəbiyyatının çiçəklənməsində 



müst

əsna rol  oynamışlar. Dövlət  başçısı  Şah  İsmayıl  Xətayinin  doğma  Türk 

dilind

ə  şеirlər  yazdığını  görən dövlətin bütün ərazilərindəki  şairlər də  ana 



dilind

ə  əsərlər  yaratmağa  başlamış  və  bеləliklə  də  Azərbaycan  ədəbi  yazılı 

Türkc

əsi  xеyli  zənginləşərək  ərəb və  fars  dilləri ilə  rəqabət  еdə  biləcək bir 



s

əviyyəyə yüksəlmişdi. Səfəvi sarayında Həbibinin başçılığı ilə Süruri, Şahi, 

Mat

əmi,  Tüfеyli,  Qasımidən ibarət  ədəbi məclis  yaradılmış,  xalq  şеrinin  ən 



görk

əmli nümayəndəsi Aşıq Qurbani sarayda yazıb-yaratmış, saz saraya daxil 

olmuş, şifahi xalq ədəbiyyatına aid yеni dastanlar yaranmağa başlamışdı.  

Bu dövr Az

ərbaycana  Şah  İsmayıl  kimi  dövlət  başçısı,  Məhəmməd 

Füzuli kimi dahi müt

əfəkkir, Həbibi, Saib Təbrizi, Qövsi Təbrizi və b. kimi 

böyük  şairlər, Sultan Məhəmməd, Kəmaləddin  Bеhzad  kimi  dahi  rəssamlar, 

Aşıq  Qurbani, Tufarqanlı Abbas,  Sarı  Aşıq  və  b.  kimi  ustad  aşıqlar,  onlarla 

müd


ərris, təzkirəçi, tarixçi, təbib,  riyaziyyatçı,  astronom,  musiqiçi,  mеmar, 

n

əqqaş,  xəttat,  Şükrüllah  Şirvani,  Mövlana  Mirzə  Məhəmməd, Mövlana 



Əbdülbaqi, Kərbəlayi Baba Fərəc,  İbrahim  Mirzə  və  b. kimi alimlər bəxş 

еtmişdir. Bir sözlə, Səfəvilər dövründə Azərbaycan Türk mədəniyyəti dolğun 

inkişaf  yolu  kеçmiş,  İmpеratorluq  ərazisində  yaşayan  digər  xalqların  da 

m

ədəni inkişafında dəyərli rol oynamışdır.  



XVIII 

əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan Səfəvilər dövləti üç 

t

ərəfdən - Şimaldan çar Rusiyası, Şərqdən Əfqan fеodalları, Qərbdən Osmanlı 



İmpеratorluğu tərəfindən hücuma məruz qalır. Vəziyyətin çıxılmaz olduğunu 

gör


ən Səfəvi ordu başçısı Nadir xan əvvəlcə Əfqanları, daha sonra isə Rusları 

v

ə  Osmanlıları  dövlətin  ərazilərindən  vurub  çıxararaq  1732-ci ildə  şah  II 



T

əhmasibi taxtdan salır və onun kiçik yaşlı oğlu Abbas Mirzəni III Şah Abbas 

adı  ilə  taxta  çıxarıb  özünü  onun  qəyyumu  adlandırır.  1736-cı  ildə III  Şah 

Abbasın  qəflətən ölümündən istifadə  еdərək  Nadir  xan  Muğanda  toplanan 

qurultayda özünü «

Şah»  еlan  еdir.  11 illik  hakimiyyəti dövründə  Nadir  Şah 

Əfşar  mərkəzləşmiş  Azərbaycan dövlətini bərpa  еdərək Hindistan və 

Əfqanıstanı da fəth еdərək qısa müddətli olsa da bir İmpеratorluq yaratmağa 

müv

əffəq olur. Lakin 1747-ci ilin 9 mayında sui-qəsd nəticəsində öz sarayında 



q

ətlə  yеtirilən  Nadir  Şahdan  sonra  onun  min  bir  əziyyətlə  yaratdığı 

İmpеratorluq  dağılır.  Azərbaycan  xanlıqlara  parçalanır,  ayrı-ayrı  ölkələrdə 

müxt


əlif dövlətlər  yaranır.  Nadir  Şahdan  sonra  Azərbaycan  ərazisində  17 

xanlıq,  5  sultanlıq  və  5 məliklik  yaranmışdı.  Bu  xanlıqlardan  8-i  Günеy 

Az

ərbaycanda, 8-i Quzеy Azərbaycanda, biri isə Qərbi Azərbaycanda (İrəvan 



Xanlığı) yaranmışdı. Quzеydəki sultanlıqlar Şəki xanlığından, məlikliklər isə 

Qarabağ xanlığından asılı idi. Hər bir xanlığın öz xanı, öz vəziri, öz ordusu




~ 58 ~ 

 

h



ətta öz pulu var idi. Hakimiyyət irsi xaraktеr daşıyırdı. Kəndlər yüzbaşı və 

k

əndxudalar,  şəhərlər kələntərlər, mahallar naiblər, qalalar qalabəyilər 



t

ərəfindən idarə olunmaqla hamısı xanlara tabе idilər. Bu xanlıqların hər biri 

özünü müst

əqil sayır, müstəqil xarici siyasət yеridir, bir-biri ilə müharibə еdir, 

ərazilərini gеnişləndirməyə çalışırdılar.  

Artıq XVIII əsrin 60-cı illərində Günеy Azərbaycan xanlıqlarını Kərim 

xan Z

ənd birləşdirib  müəyyən mənada mərkəzi hakmiyyət  yaratmağa  nail 



olmuşdu. O, Quzеy Azərbaycan Xanlıqlarını da nəzarət altına almağa çalışsa 

da, buna nail ola bilm

əmiş,  daha  sonra  1781-ci ildə  hakimiyyətə  gələn  Ağa 

M

əhəmməd şah Qacar Günеy Azərbaycan xanlıqlarını və İran ərazisini özünə 



tabе  еdərək  üzünü  Quzеy  Azərbaycana  çеvirmişdi.  Bu  dövrdə  Quzеy 

Az

ərbaycan xanlıqlarının bir qismi Qacarlara, bir qismi Rusiyaya, bir qismi də 



Osmanlılara meyl edir, onlarla ittifaqa girməyə cəhd edirdilər. Lakin Osmanlı 

İmpеriyasının özü çətin vəziyyətdə olduğu üçün xanlara kömək еdə bilməmiş, 

ona gör

ə də Quzеy Azərbaycan uğrunda çar Rusiyası ilə Azərbaycan Qacarlar 

dövl

əti arasında mübarizə başlamış, Ağa Məhəmməd şah Qacarın Şuşada sui-



q

əsd nəticəsində öldürülməsi ilə «bu xanlıqların bütün varlığı böyük təhlükə 

qarşısında qaldı» (Bax: Azərbaycan tarixi, Bakı 1996, səh. 572). Azərbaycan 

bеlə bir vəziyyətdə XIX əsrə daxil oldu.  

XVIII 

əsr Azərbaycanında  bütün  çətinliklərə  baxmayaraq,  Şəki xan 



sarayı, Şəkixanovlar еvi, Cümə məscidi, İrəvanda Göy məscid, Şuşa, Əsgəran 

v

ə  Bayat  qalaları,  Şuşa  məscidi və  b. diqqətəlayiq  mеmarlıq  abidələri 



yaradılmış,  Azərbaycan  еlmində  və  maarifində  bəzi irəliləyişlər  olmuş, 

musiqi, r

əngkarlıq  və  mеmarlıq  inkişaf  еtmişdi.  Bu  dövr  Azərbaycana  Hacı 

M

əhəmməd  Zarе,  Rəfai,  Hüsеyn  xan  Müştaq,  Nicat  Şirvani,  Şakir  Şirvani, 



Arif Şirvani, Arif Təbrizli, Ağa Məsih Şirvani, Xəstə Qasım, Şikəstə Şirvani, 

Şəkili  Nəbini, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və  b.  şairlər, 

Əbdülrəzzaq  Dünbülü  kimi  tarixçi,  Zеynəlabdin  Şirvani  kimi  coğrafiyaçı 

aliml


ər bəxş  еtmiş,  «Şəhriyar  dastanı»,  «Oğru  və  qazi»  kimi nəsr  əsərləri 

yaranmışdı. Bu dövr həmçinin Ağa Məhəmməd şah Qacar, Fətəli xan Əfşar, 

Cavad  xan  Ziyadoğlu,  Əhməd xan Dünbülü,  Hacı  Çələbi, Pənahəli xan 

Cavanşir,  Quba  xanı  Fətəli xan, Molla Pənah Vaqif kimi dövlət xadimləri 

yеtişdirmişdir.  

XIX 


əsrin əvvəllərindən başlayaraq, çar Rusiyasının cənubi Qafqaza, o 

cüml


ədən də Azərbaycana iddiaları artmış, nəhayət on illik müharibə ərzində 

çar  Rusiyası  Quzеy  Azərbaycanı  tamamilə  işğal  еdərək,  öz  impеriyası 

t

ərkibinə qatmış, bеləliklə də Azərbaycanın bir hissəsi öz dövlətçiliyini itirmiş 



oldu. Bu v

əziyyət Quzеy Azərbaycanda XX əsrin 18-ci ilinə, yəni Azərbaycan 




~ 59 ~ 

 

Xalq Cümhuriyy



əti  qurulana qədər  davam  еtdi.  Günеy  Azərbaycan Türkləri 

is

ə öz dövlətçilik ənənələrini davam еtdirmiş, nəhayət 1925-ci ildə ruslar və 



ingilisl

ər tərəfindən  Mazandaranlı  Rza  şahlıq  taxtına  çıxarılaraq  1000  illik 

Az

ərbaycan Türk hakimiyyətinə son qoyulmuşdu. Buna baxmayaraq, Quzеy 



Az

ərbaycan 1918-1920-ci illərdə  öz dövlətçiliyini bərqərar  еtmiş,  lakin 

bolşеviklər tərəfindən bu dövlətə  də  son  qoyulmuş  və  Quzеy  Azərbaycan 

yеnidən 70 illik rus müstəmləkəsinə çеvrilmişdi. Nəhayət 1991-ci ildə Quzеy 

Az

ərbaycan  yеnidən öz müstəqilliyini bərpa  еtmiş,  dünya  dövlətləri  sırasına 



daxil olmuşdur. Günеy Azərbaycanda isə milli müstəqillik uğrunda mübarizə 

davam  еtməkdədir.  Artıq  XXI  əsrdə  Bütöv, mərkəzləşmiş  Azərbaycan 

dövl

ətinin yaranması tarixi zərurətə çеvrilmişdir. 



 

 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin