Demokratiya və ərəb birliyi



Yüklə 40 Kb.
tarix13.06.2017
ölçüsü40 Kb.
Güntay Gəncalp

Demokratiya və ərəb birliyi
Müsəlmanların peyqəmbəri ortaya çıxdığı zaman ərəblər qəbilələr biçimində yaşayırdılar. Hər qəbilə bir başqasının düşməni. Gah bizans imperatorluğu bu qəbilələri Sasani impratorluğuna qarşı qullanır, gah da Sasanilər Bizansa qarşı. Müsəlmanların peyqəmbəri ortaq ərəb kimliyi və ərəb dili əsasında ərəb dövlətini Mədinədə qurdu. Abudullaoğlu Məhəmmədin böyük öndərlik dühası hesabına ərəb qumsallığında islama inanmayanlar tam olaraq silinib və kristal bir ərəb kimliyi islam ideolojisi əsasında ortaya çıxdı. Quranda da deyildiyi kimi bu kitab açıq və aydın ərəb dilində yazılmışdır. Ərəb dilinin ilk möhtəşəm əsəri olaraq ərəbcəni öz kökləri üzərində yüksəldən ilk kitab Quran olmuşdur. Ancaq ərəb boyları arasındakı düşmənliyin kökləri tarixin çox dərinliyində olduğundan ərəb birliyi asanca əldə edilməyəcəkdi. Müsəlmanların peyqəmbəri vəfat etdikdən sonra ərəblər arasında inanc sahəsində savaş başladı. Peyqəmbərin təlimlərindən üz çevirdilər. Üz çevirənlərin sayı da az deyildi. Peyqəmbər təlimlərindən üz çevirənlərə qarşı birinci xəlifə Əbubəkir öndərliyində savaş açıldı və onların kökünü kəsib, hamısını məhv edib öldürdülər. Bu savaşın adı tarixdə “rədiyyə” olaraq bilinməkdədir. Yəni İslamı rədd edənlərə qarşı savaş. Rədiyyə savaşında İslamiyəti öncə qəbul edib daha sonra rədd edənləri öldürmə daha sonra İslam tarixində sünnət (gələnək) halına gəldi. Bu gün bilə, İslam ilkələrindən çıxıb başqa inanc ilkələrini qəbul etmənin cəzası bir çox islam ölkələrində edamdir. Sanıldığı qədər də İslam mərhəmət və tolerans dini olmamışdır və deyildir. İnanc dəyişiminin cəzası edam isə, bunun harasında ədalət və insan haqları ola bilər? Keçən əsrin ikinci onilliyinə qədər bütün islam dünyasında islamdan çıxmanın cəzası edam idi. 1400 illik bu qorxunc gələnəyi ilk kəz Böyük Atatürk Anadluda ortadan qaldırıb və ölkədə inanc pluralizminə olanaq sağladı. Daha sonra 1925-ci ildə Batı ölkələrinin Cenevrə andlaşması zorla sörmürgə islam ölkələrinə qəbul etdirildi. Bu andlaşmaya görə islam ölkələri öz ana yasalarında rəsmən köləliliyin ləğv edilməsini yazmalıydılar. İslamda köləliyin ləğvi ilə bağlı heç bir bilgi olmadığından köləliyin ibtalını islam ilkələrinə ayqırı olaraq anlayırdılar müsəlmanlar. Ancaq Batının aydınlıq dalğaları islam ölkələrinin qaranlıq dünyasını silah gücünə aydınlatmaq iradəsində idi. Öz Orta çağından qurtulmuş olan Batı, Doğunu da İslam Orta Çağından qurtarmaq istəmişdir. Ancaq bir türlü ərəb ölkələri arasında birlik duyğu və düşüncəsi sağlana bilməmişdir.

İslamdan sonra parçalanma islamın da tarixdən silinmə təhlükəsini doğurmuşdu. Bu təhlükəni ortadan qaldırmaq amacı ilə ilk öncə Əbubəkir, daha sonra Ömər və başqaları ərəblərin diqqətlərini yabancı ölkələri işğal etməyə yönəltdi. İslam yasalarına görə savaşda qazanılan qənimətlər, qadınlar, kölələr savaşçısının şəxsi mülkü sayılırdı. Çox qısa sürədə içindən çökmüş olan Sasani imperatorluğu ərəblər tərəfindən devrildi. Arxasınca da Misir və digər işğallar. Bu işğallar sonucunda ərəblər arasında birlik sağlandı və sahabilərdən tutmuş yoxsul ərəblərə qədər zənginləşmə sürəci başladı. Zənginləşən ərəblər böyük dövlət və imperatorluqlar qurduqca asimilasion və sömürü politikası da gəlişdirməkdəydilər. Ərəb kimliyi islami kimliyin ötəsinə yüksəldi. Müsəlman olmayan uluslar ərəblər üçün daha yararlı idi. Çünkü müsəlman müsəlmanı kölə kimi sata bilməzdi. ərəblər müsəlman olmayanların müsəlman olmasını istəmitrdilər. Insanları kölə kimi satıb zənginləşmə onlar üçün daha əlverişli idi. Ancaq islamı qəbul edən ərəb olmayanlara da bu dəfə “məvali” deyilirdi. Yəni sahibi olan insan. Sahib də yenə ərəblər idi. Həm məvali, həm də “məmluk”. Məmluk da yəni ərəblərin özəl mülkü olanlar. Daha sonra türk məmluklar Misirdə Məmluklar dövlətini qurdular. Məmluklar dövləti 1517-ci ildə Osmanlı Sultan Yavuz tərəfindən devrildi. Ərəblər heç bir zaman ortaq düşüncə və davranış əsasında birləşə bilməmişlər. Yalnız savaşlarda göz tikdikləri qənimətlərə görə birləşmişlər. Türklər də böylə olmuş. Sanki bütün ulusların ortaq yazqısıdır bu. Bunu Dosteyevski “Karamazov qardaşları” romanında rusların tarixi psixologiyası kimi açıqlar. “Karamazov qardaşları”ı əsərində Alyoşa Xristian-rus kimliyinin təmsilçisi. Karamazov oğuşunda (ailəsində) ən dürüst insan. Ancaq onun dürüstlüyü bir keşiş kimi, yalnız başqalarını idarə etdiyi, başqalarına öyüd verdiyi sürəcə davam edər. Başqası olmadığında Karamazov oğuşuna özgü olan kötülüklər və əxlaq çöküntüləri onda da baş qaldırar. Dosteyevskinin aldığı sonuc bu: Ruslar başqalarını idarə etdiklıri sürəcə, tarixin üstün milləti olacaqlar. İdarə edəcəkləri millətlər olmadığında ruslar öz içlərindən çöküb yox olacaqlar. Böyük psixoloq yazar bu tarixi sorunu çox doğruca kəşf etmişdir. Dosteyeviskinin önə sürüdüyü bu önərmə bütün uluslar üçün keçərli. Dövlət və imperatorluq olmanın ilkəsidir. Eyni psixoloji ilkəni bu gün Amerika Birləşik Dövlətləri üstlənmişdir. Bir çox araşdırmaçılar böylə görüşdədilər ki, Amerika Dünya İmperatorluğu olmağa can atmazsa, öz içindən 52 dövlətə parçalana bilər.

Mövzular bir-birinə qarışır. Əvət, söz qonusu ərəblər idi. Ərəblər də digər millətlər kimi başqa millətləri din adına talan edib, yağmalayıb zənginləşdikləri müddətcə, birlik içində olmuşlar. Başqa millətlər güclənib və talanmanın qarşısını aldığı zaman ərəblər bir-birinin ətini yemişlər. Öylə ki, az saylı ordusuyla Moğol-Türk birliyi 1258-ci ildə İslam xilafətini devirib Bağdadı işğal etdikdə heç də zorluqlarla qarşılanmadı. Yerli millətlər xilafətin zülmündən bezdikləri üçün moğolların gəlişini bir qurtuluş olaraq sanırdılar.

20-ci əsrdə milli dövlətlər qurulduğu zaman ərəblər bir çatı altında birləşə bilmədilər. Onların birləşmə şansları digər millətlərdən daha artıq idi. Çünkü ortaq bir inanc kitabları var idi. Böyük birliklər də genəldə ortaq bir inanc çərçivəsində oluşa bilir. Ərəblərdə milliyətçi ideolojilər doğsa da tarixi və zehni qoşullar buna yatqın olmamışdır. Çünkü birliklər zorla oluşmaz. Bunun insanca yaşama amacları və insancıl içəriyi olmalıdır. Başqa millətlərə nifrət və kin üzərindən birlik düşüncəsi oluşmaz. Oluşsa oluşsa, birlik ideolojisi oluşar. İdeolojilər düşüncənin çevrəsinə dəmir divar hörüb həbs edərlər. Ərəb milliyətçiliyi türklərə və yəhudilərə nifrət əsasında quruldu. Özəlliklə də türklərə. 1918-ci ildə Orta Doğuda Türk Ordusuna arxadan zərbə vurdular ərəblər. Ərəblər deyirdilər: Quranın “yəcuc-məcuc” olaraq tanımladığı Tanrının qarğadığı bu türklər Fələstindən dəf olub getsinlər, biz əmi uşağıyıq yəhudilərlə, bir yerdə keçinə bilərik. Ərəb və yəhudi əfsanəsinə görə İbrahim peyqəmbərin iki oğlu olmuş İshaq və İsmayıl adında. İshaqdən törəyənlər ərəblər, İsmayıldan törəyənlər yəhudilər olmuşlar. İştə bilinməzliklərə dayanan bu əfsanəyə inanaraq yəhudilərlə əmi oğlu olduqlarını iddia edib türklərə saldırdılar. Türk Ordusu Orta Doğudan çıxdığı gündən bəri də bu əmi oğlanları bir-birinin ətini yeyir, bir-birinin çocuqlarını qətl edirlər. Ancaq yüz milyonlarca ərəb əhalisi 6 milyonluq yenicə qurulmuş yəhudi dövləti qarşısında birləşə də bilmədilər.

Batı Dünyası gündən günə irəlilədikcə, ərəb dünyası “əsri-səadət”in həsrətində bolluca nostaljik fiqh kitabları yazdı. Bu kitabların yeri indi tarixin zibil qabları. Bu fiqh kitabları nə ərəblərə bir yarar sağladı, nə də insanlığa. Ərəblər İslam Orta çağından ayrılmaz oldular. Ancaq ərəb aydın qadınları və kişiləri Batıya sığınaraq modern ərəb kimliyi üzərinə bir sürü kitablar yazıb yaydılar. İslam ölkələrində edamdan, zindan və işkəncədən canlarını qurtarmış olan ərəb aydınları islam Orta çağından qurtuluş bilgilərini oluşdura bilmişdilər. Məhəmməd Ərkon kimi aydınlar Quran üzərinə modern Hermenevtik yöntəmini gəlişdirdilər. İranda türk kökənli Məhəmməd Müctəhid Şəbistərinin gəlişdirdiyi kimi. Tarixdə bir çox yabancı dövlətlərin sömürgə ölkələr üzərinə uyqulamadığı qətlləri islam ölkələrindəki dinçi diktatorlar öz millətləri üzərinə uyquladılar. Qəzzafinin örnəyində görüldüyü kimi. Bu diktator çəkinmədən açıqca qətlam törədəcəyini dilə gətirdi. Uluslar arası güclər bir az daha gec davransaydılar, Liviya da günahsız insanların qanı sel olub axacaqdı. Bu gün Liviya xalqı Fransız bayrağını qaldırıb “Mersi Sarkozi!” deyə bağırır. Yüz illər boyunca, dini istibdad altında inləyən xalqlar yabancı demokratlardan qurtuluş bəkləməkdədirlər. Bunun ötəsində ilginc olan ərəb birliyinin ortaya çıxmasıdır.

Bütün ərəb dövlətləri bir-birlərini anlaya bilirlər. Kürəsəlləşmənin ilkin yararı dini diktatorluq altında inləyən millətlər üçün olmuşdur. Tunes illər boyu fransız sömürgəsi olduğundan dolayı daha mədəni bir ölkə olmuş və daha modern ana yasası olmuşdur. Bu üzdən də ilk etiraz ordan başladı. Ordan başlayan ərəb etirazı çox qısa bir zaman içində digər ərəb ölkələrinə yayıldı. Misir, Ərəbistan, Yəmən, Küveyt, Bəhreyn və...

Ərəb tarixində ilk kəz olaraq ərəblər bilincli bir şəkildə istibdada qarşı savaş açırlar. İlk kəz olaraq dini istibdada qarşı savaşda yabancı güclərdən dəstək alarkən, vicdanlarını çox rahat hiss edirlər. Çünkü özgürlük hər şeyin ötəsində. Çünkü demokrasi yolunda savaşmaları üçün öz tarixlərindən, öz dəyərlərindən və bayraqlarından ilham ala bilmirlər. Ərəb dünyasında eyni zamanda başlamış olan özgürlük dalğaları qısa zamanda ərəb dövlətləri arasında daha da yaxın işbirlıiyi oluşduracaq. Samuel Handingtonun “Demokrasilər bir-biri ilə savaşmaz” ilkəsi qəbul edilirsə, demokratikləşən ərəb ölkələri ortaq dil və inanc əsasında fərqli tarixi evrəyə girmiş olacaqlar. Bunu sağlayan da ancaq və ancaq demokrasi olacaqdır. Batıdan Doğuya tərəf əsən demokrasi dalğaları. Günəş Doğudan çıxıb Batıya doğru hərəkət etsə də, özgülük və insan haqları, demokarsi neməti batıdan Doğuya doğru hərəkət etməkdədir.

Yaşasın inanc çoğulculuğu və özgürlüyü, yaşasın insan haqları və demokrasi!



29.03.2011


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə