Xlorpromazin (Chlorpromazine). Sin.: Aminazin.
25, 50 və 100 mq dozalarda draje şəklində və 2,5% -li məhlulu 1; 2, 5 və 10 ml-lik ampullarda buraxılır.
Sakitləşdirici və antipsixotik təsirə malikdir. Onun vasitəsilə qorxu, həyəcan və əsəb gərginliyini, sayıqlama va qarabasmaları (hallusinasiyaları) zəiflətmək, yaxud tamamilə aradan qaldırmaq mümkündür.
Xlorpromazinin təsirindən orqanizmin psixi və hərəki fəallığı azalır, skelet əzələlərinin tonusu və bədən temperaturu aşağı düşür, qusma mərkəzinin fəaliyyəti zəifləyir. Xlorpromazin yuxu
dərmanlarının, analgetik maddələrin, narkoz preparatlarının, yerli anesteziyaedici maddələrin təsirini gücləndirir.
Tibbi təcrübədə xlorpromazin anti psixotik maddə kimi saylqlama və qarabasmalarla müşayiət edilən ruhi xəstəliklərin (Şizofreniya, kəskin alkohol psixozları və s.) müalicəsi üçün istifadə edilir. Bundan başqa xlorpromazindən qusmanın dayanmadığı hallarda (hamiləlik qusmalarında, bəzən dərman preparatlarının qəbulu nəticəsində baş verən qusmalarda) onu aradan qaldırmaq üçün, cərrahiyyə təcrübəsində narkotik və ağrıkəsici maddələrin təsirini gücləndirmək üçün istifadə olunur.
Daxilə (gündə 1-3 dəfə, yeməkdən sonra, 25-75 mq dozalarda), əzələ daxilinə və venaya təyin olunur
Uzun müddət xlorpromazindən istifadə edildikdə parkinsonizm əlamətləri törədir, qaraciyəri zədələyir, qanda dəyişiklik yaradır. Parenteral yolla orqanizmə yeridildikdən sonra ortostatik kollaps baş verə bilər. Belə hallarda epinefrin (Adrenalin) arterial təzyiqi bərpa edə bilmir. Bu zaman norepinefrindan (Noradrenalindən), yaxud Fenilefrindən (Mezatondan) istifadə etmək olar.
Dostları ilə paylaş: |