Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə89/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   85   86   87   88   89   90   91   92   ...   150
derma

Natrium-oksibutirat (Natrii oxybutiras). Poroşok halında, 20%-li məhlulu 10 ml-lik ampullarda və 5%-li şərbəti (Sirupus Natrii oxybutiratis 5%) 400 ml-lik flakonlarda buraxılır.

Natrium-oksibutirat insan orqanizminin təbii mübadilə məhsullarındandır. O, beyin toxumasında olur və sinir fəaliyyətinin tənzimlənməsində iştirak edir. Natrium-oksibutirat sedativ və narkotik təsir göstərir, orqanizmin, o cümlədən beyinin və ürəyin oksigen aclığına davamlılığını artırır. Skelet əzələlərinin tonsunu aşağı salır. Zəif analgeziyaedici təsirə malikdir, analgetik maddələrin və narkotiklərin təsir gücünü artırır. Ürəkdamar və tənəffüs sisteminə, həmçinin qaraciyərin və böyrəyin funksiyalarına əhəmiyyətli təsir göstərmir. Yüksək dozalarda uzun müddət istifadə etdikdə hipokalliemiya törədə bilər.

Venaya (tədricən yeridilir), əzələ daxilinə və daxilə təyin olunur. Giriş və bazis narkozu üçün tətbiq edilir. Cərrahi narkoz mərhələsi orqanizmə yeridildikdən 30-40 dəq. sonra başlayır və 2-4 saat davam edir. Preparatdan, həmçinin psixoloji gərginliyin aradan qaldırılması, beyinin hipoksik ödemlərinin müalicə və profilaktikası üçün istifadə olunur.

Hipokalliemiya və miasteniya zamanı natrium-oksibultiratdan istifadə olunması əks göstərişdir.



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin