Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə65/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   61   62   63   64   65   66   67   68   ...   150
derma

Tubokurarin-xlorid (Tubocurarini chloridum). A siyahılsına daxildir. 1%-li məhlulu 1,5 ml- lik ampullarda buraxılır. Bədən kütləsinin hər kiloqramına 0,4-0,5 mq dozada vena daxilinə təyin olunur. Tubokurarin venaya yeridilirdikdən 3-4 dəq. sonra tam təsir göstərməyə başlayır və bu təsir 20- 40 dəq davam edir. Əgər preparatın təsirini uzatmaq lazım gələrsə, bu, onun məhlulunu təkrar venaya yeritməklə əldə edilir. Lakin preparatın hər sonrakı dozası əvvəlkindən iki dəfə az olmalıdır.

Pipekuronium-bromid (Pipecuronium bromide). Sin.: Arduan. A siyahısına aiddir. İçərisində 4 mq preparat olan flakonları həlledici ilə (natrium xloridin izotonik məhlulu - 4 ml)

komplekt şəkildə buraxılır.

Orta təsir müddətinə malik olan antidepolyarizəedici miorelaksantdır.

Təsir xarakterinə görə tubokurarin xloridə yaxındır. Müxtəlif tipli cərrahi əməliyyatlar zamanı əzələlərin relaksasiyası üçün istifadə edilir. Venaya yeridilir.

Narkoz zamanı əzələlərin relaksasiyası üçün 0,04-0,05 mq/kq dozalarda tətbiq edilir. Bu zaman yaranan relaksasiya 50 dəqiqəyə yaxın davam edir. Bu müddəti uzatmaq lazım gələrsə başlanğıc dozanın 1/4 tətbiq olunur.

Pipekuronium-bromidin təsirini aradan qaldırmaq zərurəti yaranarsa venaya əvvəlcə 0,5-o,7mq atropin sulfat məhlulu (0,1%-li məhlulundan 0,5-0,7 ml nəbzin tezləşməsindən 0,5-2 dəqiqə sonra isə 1,5 mq neostiqlimin (0,05%-li məhlulundan 3 mil) yeridilir. Lazım olan effekt alınmazsa neostiqmin təkrar olaraq həmin dozada venaya yeridilir. (Əgər bradikardiya baş verərsə təkrar atropin sulfat yeridilir).

Depolyarizoedici miorelaksantlara suksametonium- yodid (Ditilin) və dioksonium aiddir. (Dioksonium tətbiq olunarkən əvvəlcə depolyarizasiya fazası törədir, sonra isə

antidepolyarizəedici miorelaksant kimi təsir göstərir. Odur ki, təsir mexanizminə görə onu qarışıq təsir tipli miorelaksant da adlandrirlar).



Suksametonium-yodid (Suxamethonii iodidum). Sin.: Ditilin A siyahısına daxildir. 2%-li məhlulu 5 və 10 ml-lik ampullarda buraxılır. 1,0-1,5 mq/kq hesabı ilə venaya təyin olunur. Suksametoniumun təsir müddəti adətən 5-15 dəq. olur. Antixolinesteraz maddələr suksametoniumun təsirini nəinki zəiflətmir, hətta onu gücləndirir. Ona görə də antilxolinteraz maddələrdən suksametoniumun antaqonisti kimi istifadə etmək olmaz

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin