Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 18,07 Kb.
Pdf görüntüsü
tarix21.03.2017
ölçüsü18,07 Kb.
#12131

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 



 

 

LİV-52 



®

     damcı 

LIV-52 


®

 

 

Tərkibi 

Hər ml-in tərkibində olan aktiv komponentlər: 

Ekstraktlar 

Tikanlı kapers (Capparis spinosa) 

17 mq 

Kasnı (Cichorium intybus) 



 

17 mq 


Köpək üzümü (Solanum nigrum) 

  8 mq 


Arjuna terminaliyası (Terminalia arjuna)   8 mq 

Qərbi kassiya (Cassia occidentalis) 

  4 mq 

Adi boymadərən (Achillea millefolium)    4 mq 



Qall tamariksi (Tamarix gallica)   

  4 mq 


İşlənilib: Ağ eklipta (Eclipta alba), Filantus niruri (Phyllanthus amarus), Diffuz berxaviya (Boerhaavia 

diffusa), Tinospora (Tinospora cordifolia), Qırmızı turp (Raphanus sativus), Emblika (Emblica officinalis), 

Seylon plumbaqosu (Plumbago zeylanica), Yalançı qara bibər (Embelia ribes), Haritaki (Terminalia 

chebula), Dərman şahtərəsi (Fumaria officinalis). 

 

Farmakoterapevtik qrupu 

Bitki mənşəli preparat. Hepatoprotektor, ödqovucu dərman vasitəsi. 



 

Farmakoloji xassələri 

LİV-52 qaraciyəri qoruyur və onun parenximasını  bərpa edir, orqanın funksional effektivliyini yüksəldir

sağalmanı tezləşdirir və infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını  təmin 

edir. Antioksidant təsirə malik olduğuna görə LİV-52 hüceyrə membranının zədələnməsinin qarşısını alır. 

LİV-52 sitoxrom P450–nin səviyyəsini normallaşdırır. Asetaldehidin, alkoqol metabolizminin aralıq toksik 

məhsulunun eliminasiyasını  təmin edir, bununla da qaraciyəri alkoqol təsirindən yaranan 

zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm zamanı qaraciyərin piy 

infiltrasiyasının qarşısını alır. Presirrotik vəziyyətlərdə LİV-52 xəstəliyin inkişafını tormozlayır, qaraciyərin 

gələcəkdə  zədələnməsinin qarşısını alır, həyatın keyfiyyətini yaxşılaşdırır. Hər gün profilaktik məqsədlə 

istifadə zamanı LİV-52 iştahanı artırır və həzmi yaxşılaşdırır, bu da çəkinin artmasına səbəb olur. 

 

İstifadəsinə göstərişlər 

1. Müalicə və profilaktika məqsədi ilə: 

- virus hepatiti; 

- qaraciyərin alkoqol xəstəlikləri

- presirrotik vəziyyətlər və sirrozun başlanğıc mərhələləri; 

- zülal çatışmazlığı; 

- iştahanın olmaması; 

- kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri. 

2. Hepatotoksik preparatların istifadəsi zamanı. 

3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi. 



 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz. 

 

İstifadə qaydası və dozası 

Daxilə. 


Kəskin virus hepatiti:  

0-3 aylıq uşaqlarda: 1-2 damcı gündə 2-3 dəfə. 

3 aydan 1 yaşa kimi olan uşaqlarda: 2-3 damcı gündə 2-3 dəfə. 

1-3 yaşında olan uşaqlarda: 3-5 damcı gündə 3-4 dəfə. 



Anoreksiya və kütlənin azalması zamanı:  

1 yaşadək uşaqlarda: 5-10 damcı gündə 3 dəfə. 

1 yaşdan yuxarı uşaqlarda: 10-20 damcı gündə 3 dəfə. 

Fizioloji sarılıqda:  

5 damcı gündə 2 dəfə. 

İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır. 


 

Xəbərdarlıqlar 

Yoxdur. 



 

Əlavə təsirləri 

Aşkar olunmayıb. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Birgə istifadə zamanı: 

sorulmanı ləgitmək hesabına Liv.52 ibuprofenin qandakı olan səviyyəsini azaldır; 

Tetrasiklinin və doksisiklinin biomənimsənilməsini azaldır. 

 

Xüsusi göstərişlər 

Yoxdur. 


 

Buraxılış forması 

60 ml və ya 100 ml-lik “nəzarət qapaqlı” flakonlarda buraxılır. Bir  flakon içlik vərəqə ilə birgə karton 

qutuya yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş  şüası olmayan və  uşaqların  əli çatmayan yerdə 

saxlamaq lazımdır. Dondurmamaq. 

 

Yararlılıq müddəti 

3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Rеsеptsiz. 



 

 

                            «The Himalaya Drug Company» -  

                            firması tərəfindən istehsal olunur. 

                            Makali, Bangalore 562 123, Hindistan 

                            www.himalayahealthcare.com 

                            ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Document Outline

  •  

Yüklə 18,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin