Dərs 4 Əlavə Dəyər Vergisi



Yüklə 423,16 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix19.05.2022
ölçüsü423,16 Kb.
#58589
növüDərs
1   2   3   4   5   6   7
DƏRS 4

Vergitutma obyekti 
 
1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının 
hüdudlarından kənara buraxılması; 
2. idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli 
malların gömrük xidmətinin nəzarətindən çıxması. 
3. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, 
köməkçi anbar sahələri və digər oxşar binalar aiddir 
 
Vergi tutulan əməliyyatın məbləği 
Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın 
məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, 
aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV 
çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər 
aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur. 
İdxal malları üçün (avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu 
məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik 
və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 
istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə 
uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük 
dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla). 
İdxal olunan avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər 
üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat – onların mühərrikinin 
həcmidir. İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan 
hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal 
olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır. 



Yüklə 423,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin