Mədən vergisinin vergitutma obyekti, dərəcələri və hesablanması qaydası Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla Azərbaycan Respublikasının ərazisində yerintəkindən çıxarılan faydalı qazıntılar mədənvergisinin
vergitutma obyekti sayılır. Mədən vergisi üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt faydalı
qazıntıların çıxarıldığı vaxt sayılır. Mədən vergisi yerin təkindən çıxarılan faydalı qazıntılara
aşağıdakı dərəcələrlə tətbiq olunur: 1. Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına görə mədən vergisi
onların qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyən edilmişdir:
Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı
qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış)qiyməti (bazar
qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən
qiymətlər nəzərdə tutulur.
2. Yerin təkindən çıxarılan qeyri-filiz faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi
hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
Mədən vergisi yerin təkindən çıxarılmış xam neft, təbii qaz və bütün növ metalların topdansatış
qiymətinə, yerin təkindən çıxarılmış digər faydalı qazıntıların isə hər kubmetrinə yuxarıdakı
cədvəllərdə qeyd olunan dərəcələri tətbiq etməklə hesablanır. Xam neftin və qazın hasilatı zamanı
mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar
quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlər
əsasında çıxılır.
Verginin ödənilməsi və bəyannamənin verilməsi müddətləri