BAKI İSLAM UNİVERSİTETİ
NƏŞRİ № 01
TƏFSİR ÜSULU VƏ TARİXİ
II Nəşr
Bakı - 2011
AZƏRBAYCAN RESPUBLİKASI
BAKI İSLAM UNİVERSİTETİ
Kitabın adı:
« TƏFSİR ÜSULU VƏ TARİXİ »
Müəllif:
Dr. Mehman İsmayılov
Dizayn:
Əflatun Məmmədov
ISBN:
978-9952-8102-7-1
Bu Kitab Bakı İslam Universiteti Zaqatala korpusunda
hazırlanmış və elmi şuranın 10 fevral 2011-ci il tarixli iclasının
3 saylı qərarına əsasən nəşr edilmişdir.
Dərs kitabları №: 1
Ünvan: AZ6200, Zaqatala Şəhəri,
Heydər Əliyev prospekti №: 88
Tel: (+994 174) 5 32 46
Faks: (+994 174) 5 21 83
e-mail: zakatalailahiyat@gmail.com
ÖN SÖZ
İlahi kitabların sonuncusu olan və bütün əsrlərə xitab edən
Qurani-kərim bəşəriyyəti aydınlatmaq üçün göndərilən nurdur.
Bu misilsiz kitab insanların inadını qırmaq, əvvəlcədən formalaşan
baxışlarını dəyişmək, onlara “görünənin arxasındakını göstərmək”
üçün ən mənalı, ən gözəl ecazkarlıq nümunələri ortaya qoyur.
Nüzulundan bəri Quran bir çox elmlərin ilham qaynağı ol-
muşdur. Onun sayəsində böyük İslam mədəniyyəti ortaya çıxmış-
dır. VII əsrdən bəri onu anlamaq və anlatmaq üçün milyonlarla,
hətta milyardlarla əsər yazılmıdır. Hər kəs bu böyük dəryadan öz
gücü nisbətində bir damla almağa çalışmışdır. Lakin heç kəsə bu
dəryanın dibinə çatmaq nəsib olmamışdır.
Bu kitab da, Azərbaycan oxuyucusuna, xüsusilədə da ilahiyyat
elmləri ilə məşğul olanlara Quran dəryasından bir damla almağa
yardım etməyi qarşısında məqsəd qoymuşdur.
Kitab giriş və üç fəsildən ibarətdir. Giriş qismində Quranın ta-
rix səhnəsinə çıxışı, Quran nüzul olmadan əvvəlki Ərəbistan yarı-
madası və Məkkədəki dini, siyasi, iqtisadi və sosial vəziyyət barədə
məlumat verilmişdir. Burada eyni zamanda təfsir, təfsir üsulu
terminləri və təfsirə mənaca yaxın olan digər kəlmələr ələ alınmış-
dır.
“Quran və Vəhy” adlanan birinci fəsildə, vəhy və vəhyin
ma hiyyəti, Qurani-kərim leksik və terminoloji mənası, Quranın
fəsilləri, Quranın əsas mövzularından bəhs olunur. Quranın kitab-
Dostları ilə paylaş: |