Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə90/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   281
QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
81
Yuxarıda zikr olunan rəylərdən hansının daha doğru olduğu-
nu  söyləmək  çətindir. Amma  Quranın  oxunmasını  asanlaşdırnaq 
məqsədi güdən bu rüxsət Hz. Osmanın müshəfləri çoxaltması ilə 
ortadan qalxmışdır. Buna görə də yeddi hərf məsələsi artıq bu gü-
nün məsələsi olmayıb, tamamilə o dövrlə əlaqədar olan müvvəqqəti 
rüxsət idi. 
V. QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
Qurani-kərimdə və hədisdə Quranın başqa dillərə tərcüməsini 
açıq şəkildə əmr edən və ya qadağan edən hər hansı bir ifadə yoxdur. 
Ancaq xüsusilə fiqh məzhəblərinin ortaya çıxdığı dövrdən etibarən 
bu məsələ mübahisə mövzusu olmuşdur. Alimlərin bir qismi bəzi 
ayələrdən və hədislərdən yola çıxaraq Quranın tərcümə edilməsinin 
vacib olduğunu söyləmişlər. Bəzi alimlər isə yenə Qurandan yola 
çıxaraq onun başqa dillərə tərcümə edilməsinin doğru olmayacağı, 
tərcümə edildiyi təqdirdə möcüzə xüsusiyyətini itirəcəyi görüşündə 
olmuşlar.  Nəticə  də  isə  tərcümə  edilməsi  tərəfdarlarının  görüşü 
üstün gəlmiş və Quran müxtəlif dillərə tərcümə olunmağa başlan-
mışdır.  Çünki  hər  nə  qədər  Qurani-kərim  ərəb  dilində  nazil  olsa 
da, onun muxatəbləri sadəcə ərəblər deyil, eyni zamanda bütün in-
sanlardır. Buna görə də Quranı sadəcə ərəblərlə məhdudlaşdırmaq 
doğru olmazdı. 
Ərəblərin xaricindəki digər millətlər İslam dinini qəbul etdikdən 
sonra, Qurani-kərimi və başqa din kitablarını ana dillərinə tərcümə 
etmə  ehtiyacını  hiss  etmişlər.  İranlı  və  türk  mənşəli  alimlər  bu 
sahədə mühüm fəaliyyətlər göstərmişlər .
95
Quran  tərcümə  tarixində  ilk  olma  xüsusiyyətinə  malik  olan 
tərcümə,  Hz.  Peyğəmbər  tərəfindən  bəzi  xarici  dövlət  başçılarına 
95  Abdulkadir İnan, Kurani Kerimin Türkçe Tercümeleri Üzerine İnceleme, s. 3.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin