2. Surə bütünlüyü ilə kifayətlənən mövzui təfsir Bu tərz mövzui təfsir birinci tərz mövzui təfsirə bənzəsə
də bunun çərçivəsi daha dardır. Çünki, mövzui təfsirin birinci
növündə mövzu Quran çərçivəsində ələ alınarkən, ikinci növdə isə
sadəcə bir surədəki əsas məqsəd araşdırılır. Yəni surə bütünlüyü
içərisində ələ alınan mövzui təfsir janrında surənin xüsusi və ümu-
mi hədəfləri, məqsədləri və onun əhatə etdiyi mövzuların bir-biri
ilə olan əlaqələri açıqlanır.
Müfəssirlər mövzui təfsir janrı üçün bəzi qaydalar qoymuşdur-
lar ki, Quranı bu təfsir janrına görə təfsir edən hər bir müfəssirin bu
qaydaları bilməsi lazımdır. Həmin qaydalar aşağıdakılardır: