Hüceyrənin keçiriciliyi
Hüceyrə membranının müxtəlif maddələri (amin turşuları, şəkərlər, ionlar və s.) hüceyrənin daxilinə və
xaricinə ötürmək qabilyyətidir.
Müəyyən maddələrin hüceyrə ilə ətraf mühit arasında paylanması prosesi sitolemma vasitəsilə baş verir.
Sitolemma yalnız müəyyən molekulların və ionların keçməsinə imkan verir. Maddələrin hüceyrəyə daxil
olması və onların mühitlə hüceyrə arasında qeyri-bərabər paylanması necə baş verir: maddələr
sitolemmada həll olur və onun tərkibindəki kolloidlər tərəfindən maddələrin udulması baş verir.
Hüceyrə qıcıqlanması
Müxtəlif fiziki və kimyəvi agentlərin - qıcıqlandırıcıların (işıq enerjisi, elektrik cərəyanı, zərbə, təkan,
havanın tərkibinin dəyişməsi və s.) təsiri altında hüceyrə bu və ya digər reaksiya ilə cavab verir. Hüceyrənin
bu qabiliyyətinə qıcıqlanma, hüceyrənin özünün reaksiyasına isə qıcıqlanma effekti deyilir. Əzələ
2
hüceyrələri qıcıqlanmaya yığılma, sinir hüceyrələri impuls keçirmə, epitelinin vəz hüceyrələri ifrazat və s.
kimi reaksiya verir. Qıcıqlanmanın ən yüksək forması oyanıqlıqdır (həyəcanlı olması). Bu sinir, əzələ və vəzi
toxumalarına xas olan xüsusiyyətdir.
Hüceyrənin komponentləri
Hüceyrə üç əsas komponentdən ibarətdir: 1) Plazmatik membran; 2) Nüvə (hüceyrə genomu ilə); 3)
Sitoplazma (sitozol – onda strukturlaşan subhüceyrə vahidi – orqanoidlər).
Hüceyrə - mübadilənin fizioloji prosesinin vahidi kimi
Hüceyrənin plazma membranı. Plazma membranının quruluşu. Plazma membranının funksiyaları.
Heyvan hüceyrələri plazma membranı ilə əhatə olunmuşdur.
Heyvan hüceyrələri plazma membranı ilə əhatə olunmuşdur.
Membranın əsas matriksi lipidlərdən, əsas etibarilə fosfotidilxolindən təşkil olunmuşdur.
Bu lipidlər hidrofil qruplu başcıqdan və ona birləşən uzun hidrofob karbohidrat zəncirli quyruqcuqdan
ibarətdir.
Suda bu cür lipidlər spontan olaraq 4-5 nm qalınlıqda ikiqat təbəqə yaradırlar ki, burada da hidrofil
qruplar sulu mühitə tərəf istiqamətlənir. Hidrofob karbohidrat zəncirləri isə iki cərgədə düzülərək susuz
lipid faza yaradırlar. Hüceyrə membranları məhz bu tipli ikiqat lipiddən ibarət olub, özlərində
qlikolipidləri, xolesterolu və fosfolipidləri saxlayır.
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən təşkil olunmuşdur. Qlikolipidlər plazma membranının
xarici səthində yerləşirlər və molekulun oliqosaxarid hissəsi ətraf mühitə çıxmış tükcük şəklində
istiqamətlənir. Fosfolipidlər arasına səpələnmiş xolesterol molekulları isə onlarla birlikdə membranı
sabitləşdirir.
|