Tədris metodları Mühazirə x
Qrup müzakirəsi x
Praktik tapşırıqlar x
Praktik məsələnin təhlili x
Qiymətləndirmə Komponentləri Tarix/son müddət Faiz (%) Davamiyyət Semestrin sonunda
5
Fəallıq Hər dərs
5
Yazılı yoxlama işi (Quiz) Semestr ərzində 2 dəfə (aralıq və
final imtahanlarındam əvvəl)
10
Prezentasiya Semestr ərzində 1 dəfə
10
Aralıq imtahanı Cədvəl üzrə
30
Final imtahanı Cədvəl üzrə
40
Yekun 100 Kursun təsviri Bu kurs insanın həyat fəaliyyətinin təhlükəsizliyi (tibbi biliklərin əsasları, əmək mühafizəsi
və mülki müdafiə) məsələlərini əhatə edir.
Tibbi biliklərin əsasları bəhsi həyat fəaliyyətinin təhlükəsizliyinin tibbi əsasları, insan
orqanizminin normal anatomiyası və fiziologiyası haqqında, fövqəladə hallarda
zəhərlənmələr və xəstələnmələr zamanı ilk yardım və xəstələrə qulluq, xəstəlik haqqında
anlayış, müxtəlif sistemlərin xəstəliklərinin təsviri, həkiməqədər yardım və profilaktikası,
qəzalar və fəlakətlər zamanı tibbi yardım barəsindəki biliklərə həsr olunmuşdur.
Əmək mühafizəsi bəhsi özündə istehsalatda həyat fəaliyyətinin ümumi məsələlərini, insan-
yaşayış və iş mühiti sistemində neqativ amilləri, təhlükəsizlik texnikasını, yanğın və partlayış
hadisələrində həyat fəaliyyətinin təhlükəsizliyini əks etdirir.
Mülkü müdafiə bəhsi fövqəladə hallar və onların xarakteristikası, fövqəladə hallarda
yaranmış şəraitin qiymətləndirilməsi və əhalinin mühafizəsi, obyektlərin işinin dayanıqlığı,
rabitə, xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təhlükəsizliyinin təmini, fövqəladə
hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması haqqındakı məlumatları cəmləşdirir.
Kursun məqsədi Tələbələrə insan orqanizminin anatomo-fizioloji xüsusiyyətləri və xəstəlikləri haqqında
biliklərin öyrədilməsi, əmək təhlükəsizliyi məsələləri, mülkü-müdafiə tədbirləri, fövqəladə
hallarda tibbi fəaliyyətin prinsipləri, ilk tibbi yardım və onun təşkili haqqındakı
məlumatlarınçatdırılmasıdır.