“Atvud maşını” qurğusunu yığmaq (bax şək.2), yüklərin hərəkətinə mane olmamaq üçün aşağı kronşteyni 900 fırlatmaq. Saniyəölçən 1-i naqilin köməyilə üst kronşteyndə olan elektromaqnit yuvasına birləşdirmək və sistemin sərbəst tarazlıq vəziyyətində olmasına nail olmaq lazımdır. İdarəolunan dayaqların köməyilə əsasın vəziyyətini idarə etmək, vizual müşahidə üçün yükü olan iplərdən istifadə etmək.
Fotodatçik olan kronşteyni şaquli dayağın şkalasının aşağı hissəsində elə yerləşdirmək lazımdır ki, kronşteynin kəsik müstəvisi (onun vəziyyəti datçikin optocütünün oxu ilə üst-üstə düşür) xətkeşin şkalasının 500 mm göstəricində yerləşsin, sağ yük isə aşağı hərəkət zamanı fotodatçikin işçi pəncərəsinin mərkəzindən keçsin.
Sağ yükü kənar üst vəziyyətdə yerləşdirmək.
Blokun “SET” düyməsini basmaq. Bu zaman indikasiya lövhəsini qoşmaq və fraksion elektromaqnit tormozu işləməlidir.
Sol yükdən bir yükü çıxartmaq (müxtəlif çəki).
“FM-13” markalı kabelin köməyilə fotodatçiki bloka qoşmaq.
İdarəolunan dayağın köməyilə əsasın vəziyyətini idarə etmək, vizual müşahidə üçün riyazi rəqqasdan istifadə etmək.
Üst kronşteyndən fiziki rəqqası çıxartmaq. Fotodatçikli aşağı kronşteyni şkalanın aşağı vəziyyətində elə yerləşdirmək lazımdır ki, göy rənglənmiş kronşteynin müstəvisi şkalanın bir bölgüsü ilə üst-üstə düşsün.
Üst kronşteyni elə yerləşdirmək lazımdır ki, riyazi rəqqasın 4 kürəsi fotodatçikin işçi zonasında yerləşsin. Qurğunun 5 rolikini fırladaraq kürəni elə vəziyyətə gətirmək lazımdır ki, onun mərkəzi fotodatçikin yuxarısı ilə üst-üstə düşsün.
Şaquli dayağın şkalasına əsasən riyazi rəqqasın l1uzunluğunu təyin etmək.
Blokun “SET” düyməsini basmaq. Bu zaman indikasiya lövhəsi işə düşməlidir.
Əl ilə riyazi rəqqasın kürəsini təqribən 5-6 dərəcə aralamaq və onu burxmaq.
Blokda “PUSK” düyməsini basmaq və əmin olmaq lazımdır ki, rəqqasın rəqslərinin sayını (sol lövhə) və zamanı (sağ lövhə) qeydə alır. Blokda “STOP” düyməsini basmaq və əmin olmaq lazımdır ki, hesablama zamanı və rəqslərin yarımperiodlarının sayı növbəti rəqs periodunda dayandı.
Metallik kürəni təqribən 5-6 dərəcə kənar vəziyyətə gətirərək, riyazi rəqqası rəqsi hərəkətə gətirmək, sonra blokda “PUSK” düyməsini basmaq.
“STOP” düyməsini basaraq, taymerin göstəricisinə əsasən rəqqasın 60-70 rəqsinə sərf olunan zamanı təyin etmək. Rəqqasın rəqslərinin periodunun orta qiyməti aşağıdakı ifadə ilə təyin olunur:
Burada t1 – rəqsə sərf olunan zaman, san
n – rəqslərin yarımperiodlarının sayı
Fotodatçikli kronşteyni 20 mm yuxarı qaldırmaq.
Qurğunun 5 rolikini fırladaraq, yükü elə vəziyyətə gətirmək lazımdır ki, onun mərkəzi fotodatçikin yuxarısı ilə üst-üstə düşsün.
Şaquli dayağın şkalasında riyazi rəqqasın l2 uzunluğunu təyin etmək.
Təcrübəni təkrar etmək (yuxarıda bax.). T2-ni aşağıdakı ifadə ilə hesablamaq:
Sərbəstdüşmə təcilini aşağıdakı ifadə ilə hesablamaq:
Rəqqasın C yayının sonundan təqribən 120 mm məsafədə O1 prizmatik dayağını şək.4-də olduğu kimi bərkitməli.
Şək.4
Rəqqası yayın sonuna yaxın yerləşən prizmada elə bərkitməli ki, yayın o biri sonu D fotoelektrik datçikin optik oxu ilə kəsişsin.
Rəqqası təqribən 50 tarazlıq mərkəzindən kənarlaşdıraraq əl ilə tutmaq:
- rəqqası buraxmaq (rəqqas hərəkətə başlayacaq)
- rəqqasın 10 rəqsinə sərf olunan zamanı ölçmək
- rəqqasın T1=t/n rəqs periodunu təyin etmək
- rəqqası çıxadıb, onu ikinci prizmada bərkitmək
- T2 periodunu ölçmək, 4-7 dəfə təkrar etmək
- sərbəstdüşmə təcilini ( ) hesablamaq
- period üçün mütləq xətanı hesablamaq.