Strateji tədqiqatlara giriş
liyin
əsas amili olaraq qalır. Müvafiq surətdə, lokal kompleks-
l
ərin inkişafı, məsələn, iştirakçı-dövlətlər arasında təhlükəsizlik
münasib
ətlərinin dinamikası və onların xarici güc mərkəzləri
il
ə əlaqələri, endogen amillərlə yanaşı, həm də Rusiyanın geo-
siyasi f
əallığı ilə formalaşır.
11.2. Regional siyasi strukturun qeyri-sabitliyi
Regionun siyasi strukturu onun t
əhlükəsizlik dinamikasına
bilavasit
ə təsir edir. Bu əlaqəni dəyərləndirərkən, biz bəzi tədqi-
qatlarımızda regional təhlükəsizlik sisteminin siyasi strukturu-
nun (qeyri)stabilliyi parametrini ir
əli sürmüşdük [13; 34; 35].
O,
fikrimizc
ə, aşağıdakı üç amilə əsaslanır: regional sistemi təşkil
ed
ən dövlətlərin daxili gücü/zəifliyi; onun daxilində güc (a)sim-
metr
iyası və həssaslıq (a)simmetriyası; bu dövlətlərin bir-biri ilə
münasib
ətlərinin (qeyri)yetkinliyi.
Bütövlükd
ə PTM gücün/zəifliyin, təhlükələrin/həssaslıq-
la
rın aydın asimmetriyası, əsasən zəif dövlətlərdən ibarət olma-
sı və onların münasibətlərində mövcud təhlükəsizlik dilemma-
la
rının tənzimlənməsində lazımi kooperativ praktikanın olma-
ması ilə səciyyələnir. Bu məkanda çoxlu konfliktlərin mövcud-
luğu və onların bugünə qədər həllini tapa bilməməsi deyilən-
l
ərə əyani sübutdur.
PTM bizim klassifikasiyaya gör
ə neqativ asimmetrik RTS-
dir.
7
Bel
ə bir struktur özünəməxsusluğu region dövlətlərinin təh-
7
Siyasi strukturun (qeyri)stabillik parametrl
ərinə biz aşağıdakı dörd tip regio-
nal t
əhlükəsizlik sistemi müəyyənləşdiririk: 1) pozitiv simmetrik RTS – bütün
dövl
ətlər eyni dərəcədə güclüdürlər və bir-birindən təqribən eyni həssaslıq sə-
viyy
əsinə malikdirlər; 2) neqativ simmetrik RTS – bütün dövlətlər eyni də-
r
əcədə zəifdirlər və bir-birindən təqribən eyni həssaslıq səviyyəsinə malik-
dirl
ər; 3) pozitiv asimmetrik RTS – bəzi dövlətlər güclü, digərləri zəifdir və
bir-biri il
ə münasibətdə güclülərin həssaslıq səviyyəsi aşağı, zəiflərdə isə bu
s
əviyyə yüksəkdır. Sistemdə güclülər həm kəmiyyət (güclülər zəiflərə nis-
b
ətən çoxdur), həm də keyfiyyət (regional münasibətlərin dinamikasının mü-
153
|