MÖVZU 15. EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ
SAHƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ
VƏ ƏMƏKDAŞLIQ
Müasir dövrün iqtisadi inteqrasiya şəraitində bütün
təhlükəsizlik növləri (hərbi, ekoloji, iqtisadi, sosial və s.)
içərisində ekoloji təhlükəsizliyin təmin olunması problemi
bu gün üçün aktual hesab edilir. Ekoloji problemlər ardı
cıllığını hər hansı bir götürülmüş dövlət və region çərçi
vəsində həll etmək olar, lakin Yer kürəsinin əhalisinin eko
loji təlükəsizliyi yalnız bütün cəmiyyətin birgə səyi nəticə
sində təmin oluna bilər. Həmçinin, ekoloji problemlərin qlo
bal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin
qorunması istiqamətində tədbirlər sisteminin həyata keçi
rilməsində geniş beynəlxalq əməkdaşlığı tələb edir. Bundan
ötrü planetin ekoloji böhran problemi haqqında birgə,
vahid anlayış tələb olunur və problemin həll edilməsi üçün
bütün dövlətlərin və xalqların birgə koordinasiyaedilmiş
fəaliyyəti lazımdır.
Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 100 il
əvvəl yaranmış və indi də surətlə inkişaf etməkdədir. 1960-cı
illərdə qərbin bir qrup alimləri tərəfindən ətraf mühitdə baş
verən neqativ hadisələrə münasibət 1968-ci ildə «Roma
Klubu» adı altında bir təşkilatın formalaşmasına şərait
yaratdı. Bunu ətraf mühitin mühafizəsi sahəsində ilk bey
nəlxalq təşkilat adlandırmaq olar. «Roma klubu» romalı iş
adamı Aurelio Reççeinin başçılığı altında yaradılmış və 30-
dan çox ölkənin alimlərini, iş adamlarını və ictimai xa
dimlərini birləşdirən Beynəlxalq Qeyri-dövlət Təşkilatı kimi
fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi insanla təbiət
arasındakı qarşılıqlı əlaqəsini öyrənmək olmuşdur. «Qlobal
problemlər» anlayışı da onların adı ilə bağlıdır. «Roma
klubu» o dövrdə qlobal problemlərə:
- əhali artımı;
370
- ozon təbəqəsinin dağılması;
- su hövzələrinin qorunması;
- enerjinin ənənəvi sahələrinin tükənməsi;
- aclıq problemi;
- insan həyatının saxlanılması və s. aid etmişlər.
BMT bu məsələyə daim diqqət yetirir. 1962-ci ildə
BMT-in XVII Baş Məclisində «Ekoloji İnkişaf və Təbiətin
Mühafizəsi» adlı xüsusi qətnamə qəbul olundu. Bu qət
namədə qeyd edilir ki, təbiətin mühafizəsi BMT-yə üzv olan
bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların
qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə
eyni zamanda aparılmalıdır.
1972-ci ildə Stokholmda BMT-nin ətraf mühit məsələsi
üzrə konfransı keçirildi. Konfrans ətraf mühitin mühafizəsi
haqqında bəyanat qəbul etdi və 5 iyun «Beynəlxalq ətraf
mühitin mühafizəsi» günü elan olundu.
Ətraf mühit probleminin Beynəlxalq xarakter almasına
ölkə, region, ümumbəşəri və qlobal səviyyədə baxmaq tələb
olunur. Belə yanaşma ona görə gərəklidir ki, ətraf mühitin
qorunması ümumbəşəri xarakterlidir. İnsanların əmək
fəaliyyətinin predmeti sayılan yerüstü və yeraltı sərvətlər
bütün dünya üçün gərəklidir. Dünya okeanı sərvətləri, iqlim
və kosmik resurslar ümumbəşəri xarakter daşıyır. Belə
elementlər qloballaşmanın vüsət alması imkanlarını daha da
artırır. Nəticədə bütün dövlətlər üçün qorunması gərək olan
vahid ekoloji məkan yaranır. Vahid qlobal əməkdaşlığın hə
yata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac vardır.
Bu, hər şeydən əvvəl, cəmiyyət və ətraf mühit problemlərinin
həllinin həyata keçirilməsi üçündür.
Ə traf təbii mühitin beynəlxalq hüquqi mühafizəsi
obyektləri içərisində 2 kateqoriya ayrılır:
1) Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olan;
2) Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil ol
mayan.
371
Birinciyə daxil olan: atmosfer hövzəsi, yaxın kosmos,
dünya okeanı, Antarktida, köçəri heyvan növləri. Qeyd
edilən obyektlər beynəlxalq ekoloji hüquq normalarına
müvafiq olaraq qorunur və istifadə edilir. O obyektlər ki,
beynəlxalq mühafizə olunan obyektlərə daxil deyildir, zə
rurət yarandıqda beynəlxalq əməkdaşlıq obyektləri kimi
ətraf təbii mühitin mühafizəsi, təbiətdən səmərəli istifadə,
ekoloji təhlükəsizlik sahələrində çıxış edə bilər.
Konkret ölkənin yurisdiksiyasına daxil olan ətraf mü
hitin beynəlxalq hüquqi obyektləri - dünya təbiət abi
dələrinə daxil edilmiş obyektlər, beynəlxalq qırmızı kitaba
daxil edilmiş və nəsli kəsilmək təhlükəsi qarşısında qalan
nadir heyvan və bitki növləri, beynəlxalq çaylar, dənizlər,
göllər və başqa obyektlərdir. Məhz ətraf mühitin mühafizəsi
sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri Stokholm
bəyannaməsində dürüst ifadə edilmişdir. Bunlardan birincisi
və başlıcası hər bir dövlətin özünün milli siyasəti ilə ətraf
mühitin problemlərinə yanaşmağa müvafiq olaraq öz ərazi
sindəki resurslardan istifadə etmək hüququna malik ol
masıdır. Lakin burada hər hansı fəaliyyət ölkənin milli əra
zisindən kənarda yerləşən dövlətlərin mühitinə zərər vur
mamalıdır.
İkincisi, yerin təbii resursları, o cümlədən hava, su,
torpaq, flora, fauna, xüsusilə də təbii ekosistemin xarakterik
növləri insanların səmərəli planlaşdırma fəaliyyəti vasitəsilə
indiki və gələcək nəsillər üçün qorunmalıdır.
Üçüncüsü isə, bərpa olunmayan resurslardan elə is
tifadə edilməlidir ki, gələcəkdə bu ehtiyatların tükənməsinin
qarşısı alınsın və beynəlxalq məkanda bütün insanlar
onların istifadəsindən faydalana bilsinlər. Ətraf mühitin
mühafizəsinin təşkili sahəsində beynəlxalq qarşılıqlı təsir
müddəaları ümumdünya təbiət xartiyası ilə tamamlanmışdır
ki, bu da BMT Baş Asambleyası tərəfindən təqdir edilmiş və
28 oktyabr
1988-ci ildə çıxarılmış qətnamədə elan
edilmişdir.
Müasir dövrdə hər bir dövlətin qarşısında iki növ
ekoloji hüquqi məsuliyyət durur: siyasi və maddi.
Məsuliyyətin ən geniş yayılmış forması sanksiyalardır.
Bunu qanunpozucu dövlətə qarşı inzibati, məcburedici
tədbirlər sistemi də adlandırmaq olar.
Maddi məsuliyyət bu və ya digər dövlət tərəfindən
beynəlxalq öhdəliklərin pozulması zamanı meydana çıxır ki,
onun da nəticəsində cəmiyyətə maddi zərər vurulmuş olur.
Maddi məsuliyyətin bir neçə formaları mövcuddur:
- təzminat - ekoloji zərərin pulla ifadəsi;
- restitusiya - pozulmuş hüquqi bərpa etmə və zərərin
ödənilməsi;
- substitusiya - məhv edilmiş və yararsız hala düşmüş
obyektlərin əvəzlənməsi;
- restovrasiya - hər hansı bir obyektin bərpası ilə
əvvəlki vəziyyətə gətirilməsidir.
Deyilənlərlə əlaqədar olaraq vahid qlobal əməkdaşlığın
həyata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac du
yulur. Bu baxımdan, müxtəlif təşkilat və müəssisələr fəa
liyyət göstərir.
Ümumdünya təşkilatı sayılan BMT-nin və onun ixti
saslaşdırılmış bölmələri xüsusi rol oynayır və ətraf mühitin
mühafizəsi də bilavasitə BMT-nin nizamnaməsindən irəli
gəlir. Onun məqsəd və vəzifəsi - insan hüquqlarının qorun
ması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, sağlam
lığın qorunması, sosial və iqtisadi həyatdakı problemlərin
həll edilməsində yardım göstərməkdir. Həmçinin, BMT-nin
Baş Assambleyası, ətraf mühitin qorunması sahəsində ölkə
lərin iki və çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsinə
şərait yaradır, yeni təbiət qoruyucu orqanlar yaradır, ətraf
mühitin mühafizəsi haqqında təkliflər hazırlayır, ümum-
372
373
dünya birliyinin ekoloji siyasətinin əsas istiqamətlərini
müəyyən edir.
Məlumdur ki, ətraf mühitin qorunması və təbii sər
vətlərə münasibət sahəsində BMT-nin xeyli sayda gərəkli
təşkilatları fəaliyyət göstərir. 1973-cü ildə BMT tərəfindən
bir proqram qəbul edilmişdir. Bu ətraf mühitin qorun
masına dair YUNEP proqramı adlanır (baş qərargahı
Nayrobi şəhərində yerləşir).
YUNEP proqramı ətraf mühitin təbii saxlanılması
üçün bütün dövlətlərin təcrübələrinə, proqramın perspek
tivliyinə bilavasitə nəzarət edərək onları tənzimləyir.
YUNEP-in idarəçilik orqanı BMT Baş Assambleyası tərə
findən 4 il müddətinə seçilən idarəçilik şurasıdır. Bu şuraya
ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığa
yardımı həyata keçirmək, müvafiq siyasətin həyata keçril-
məsi üzrə tövsiyələr vermək, təbiəti mühafizə proqramlarına
rəhbərlik və koordinasiyaları həyata keçirmək, ətraf mühit
haqqında bilik və informasiyaların beynəlxalq aləmə çat
dırılması və s. fuknsiyalar həvalə edilmişdir. YUNEP ətraf
mühitin mühafizəsi sahəsində monitorinqlərə, qlobal infor
masiya şəbəkəsinə, zəhərləyici kimyəvi maddələrin ehtiya
tının Beynəlxalq qeydiyyatına, səhralaşma və meşəsiz-
ləşmələrin qarşısının alınması tədbirlərinə, bütün ölkələrin
çay hövzələrindən birgə istifadəyə nəzarət edir. Təşkilat,
eyni zamanda aztullantılı və tullantısız istehsal sahəsinə -
texnologiyasına, zəhərləyici maddələrin istehsalı və onların
nəqlinə də nəzarəti öz əlində saxlayır. YUNEP ətraf mühit
də yaranan törəmələrə xüsusi proqramlara da rəhbərlik
edən bir təşkilatdır və öz işlərini BMT-nin bütün digər təş
kilatları ilə əlaqəli şəkildə həyata keçirir.
Bu xüsusilə ərzaq və kənd təsərrüfatı işlərinin təşki
lində (FAO), əmək məsələlərinin həllində (MOT), Ümum-
dünya səhiyyə işlərinin həllində (VOZ), Ümumdünya mete-
reologiya təşkilatları ilə görülən işlərdə (VMO), Ümum-
374
dünya təbiəti mühafizə fondu ilə (VFOP) aparılan işlərdə
özünü daha çox göstərir.
YUNESKO - 1948-ci ildə yaranmış və qərargahı Paris
şəhərindədir. Təbiətin qorunması sahəsində bir neçə istiqa
mətdə fəaliyyət göstərir:
1) yüzdən çox dövlətin məşğul olduğu ekoloji proq
rama rəhbərlik edir. Bu proqramlar arasında uzunmüddətli,
hökümətlərarası proqramlar (insan və biosfer), ətraf mühi
tin qorunması barədə Ümumdünya təhsil proqramı, Bey
nəlxalq hidroloji proqram və s. vardır;
2) ümumdünya sərvəti hesab olunan təbiət abidə
lərinin uçotu və mühafizə olunmasının təşkili;
3) inkişaf etməkdə olan və digər dövlətlərdə ekoloji
təhsilin artırılması və ekoloq - mütəxəssislərinin hazırlan
masına kömək göstərmək.
Ümumiyyətlə,
YUNESKO
«İnsan
və
biosfer»
proqramı üzrə işləri həyata keçirməklə, insanlarla mühit
arasında qarşılıqlı əlaqə və inkişafın sosial-iqtisadi faktorları
üzrə tədqiqatlar aparır.
Hələ XX əsrin 50-60-cı illərində YUNESKO tərəfindən
«Arid zonalar», «Rütubətli tropika», «Hidroloji onillik» adı
altında proqramlar həyata keçirilmişdir. Bunlarla yanaşı
YUNESKO-nun 1970-ci ildə MAB adlanan «İnsan və
hidrosfera» adlı çoxillik proqram çərçivəsində dünyanın
100-dən artıq dövləti iştirak etdiyi müxtəlif istiqamətli proq
ramların yerinə yetirilməsində rolu böyük olmuşdur. Belə
proqramlardan «Tropik və subtropik ekosistemlərin eko
logiyasına insanların əmək fəaliyyətinin təsiri», «İnsanların
Əmək fəaliyyətlərinin torpaqlara, eləcə də mülayim zonanın
və Aralıq dənizi zonasının meşələrinə təsirləri», «İnsanların
əmək fəaliyyətinin göllərin, bataqlıqların, çay deltalarının və
sahil rayonlarının ekoloji şəraitinə təsirləri» - layihələrinin
yerinə yetirilməsi daha çox fərqlənir.
375
FAO - 1945-ci ildə yaradılmışdır. Onun fəaliyyət
sahəsi kənd təsərrüfatı və dünya ərzaq ehtiyatlarıdır. FAO
torpaqlardan istifadə və onun qorunması, Dünya okeanının
bioloji resursları, heyvanlar aləmi, meşə örtüyü, su ehti
yatları kimi ekoloji problemlərlə məşğul olur.
FAO dünyanın torpaq xəritəsini hazırlamış, onun
təşəbbüsü ilə Ümumdünya Torpaq xartiyası qəbul olunmuş,
əhalinin yerləşməsi, ərzaq, səhralaşma, su ehtiyatlarının qo
runması üzrə beynəlxalnq konfranslar təşkil etmişdir. FAO
kənd təsərrüfatı məhsulları istehsalı və emalının yaxşı
laşdırılması, balıqçılıq, aqrar sahəyə sərmayə yatırımlarına
yardım göstərmək, kübrə və pestisidlərdən, torpaq və su re
surslarından səmərəli istifadə olunması kimi məsələlərə
yardım edir.
MAQATE - Atom enerjisi üzrə Beynəlxalq Agentlik
1957-ci ildə yaradılmışdır. Əsas məqsədi nüvə təhlükəsiz
liyinin təmin edilməsi və ətraf mühitin radioaktriv çirklən
mədən qorunması proqramlarının icrasını təmin etməkdir.
MAQATE atom elektrik stansiyalarının istismarı və tikil
məsi qaydalarım işləyib hazırlayır, layihələşdirilən və fəa
liyyət göstərən AES-in ekspertizasını aparır, atom material
larının ətraf mühitə göstərdiyi təsiri qiymətləndirir, radia
siya təhlükəsizliyi normalarını müəyyənləşdirir və onların
yerinə yetirilməsinə nəzarət edir.
BTMİ - Beynəlxalq təbiəti mühafizə və təbii resurs
ların qorunması ittifaqı 1948-ci ildə təsis olunmuşdur. Bu
qeyri-hökumət təşkilatı olub 100-dən çox dövlətin qeyri-
hökumət təşkilatlarını və beynəlxalq hökumət təşkilatlarını
özündə birləşdirir.
BTMİ-nin əsas vəzifələri:
1) təbii ekosistemin, flora və faunanın qorunması;
2) nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növ
lərinin, habelə təbiət abidələrinin saxlanması;
376
3) qoruqların, təbii landşaftların, şəhərətrafı milli
parkların genişləndirilməsi;
4) ekoloji təhsildən ibarətdir.
Bu təhkilatm təşəbbüsü ilə nadir və məhv olmaqda
olan növlərin «Qırmızı kitab»ı aparılır.
ÜST - Ümumdünya Səhiyyə Təşkilatı - 1946-cı ildə
yaradılmışdır. O insan sağlamlığının qorunmasını ətraf mü
hitin mühafizəsi aspektində öyrənir. ÜST ətraf mühitin
sanitar-epidemioloji monitorinqini aparır, ətraf mühitin və
ziyyəti ilə əlaqədar xəstəliklərin məlumatlarını ümumiləş
dirir. Ətraf mühitin sanitar-gigiyena ekspertizasını aparır və
onun keyfiyyətinə qiymət verir. Eləcə də əhalinin təmiz su
təminatı, qidalanma və tullantıların məhv edilməsi də daxil
olmaqla ümumi ekoloji təhlükəsizlik məsələlərini araşdırır.
BDT - Beynəlxalq Dəniz təşkilatı 1948-ci ildə yaradıl
mışdır. BDT dəniz gəmiçiliyi və dənizlərin çirklənməkdən
qorunması sahəsində fəaliyyət göstərir. Bu təşkilat dəniz
lərin neft və digər ziyanlı maddələrlə çirkləndirilməsinə qarşı
beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.
Q EF - Qlobal Ekoloji Fond - 1990-cı ildə yaradıl
mışdır. Fondun başlıca vəzifəsi inkişaf etməkdə olan ölkə
lərdə ümumi planetar xarakter daşıyan problemlərin həllinə
kömək göstərməkdir.
QEF-in fəaliyyətində 3 beynəlxalq struktur iştirak edir:
1) BMT-nin inkişaf proqramı;
2) Ətraf mühit üzrə BMT proqramı;
3) Dünya bankı.
Q EF çərçivəsində maliyyələşməsi tələb olunan bir neçə
problemlər daha böyük əhəmiyyət kəsb edir. Bunlar, iqlimin
qlobal istiləşməsi, dövlətlərarası suların çirklənməsi, bioloji
müxtəlifliyin azaldılması və ozon təbəqəsinin seyrəlməsidir.
ÜM T - BMT-nin Ümumdünya metereologiya Təşki
latı 1947-ci ildə yaradılmışdır. Onun vəzifyəsi planetin hava
sına və iqliminə antropogen təsirinin, ümumilikdə regionlar
377
üzrə öyrənilib, ümumiləşdirilməsidir. ÜMT ətraf mühit mo
nitorinqinin qlobal sistemi çərçivəsində fəaliyyət göstərir.
Sistemin işini YUNEP koordinasiya edir.
Ətraf mühit monitorinqinin qlobal sistemi fəaliyyət
göstərən beş proqramla səciyyələnir:
1) atmosfer vəziyyətinin monitorinqi;
2) çirkləndirici maddələrin uzaq məsafələrə ötürülməsi;
3) insan sağlamlığı proqramı;
4) dünya okeanı proqramı;
5) quru sərvətlərin bərpası.
Yuxarıda göstərilən beynəlxalq ekoloji təşkilatlardan
başqa digər beynəlxalq strukturlar da fəaliyyət göstərir.
Məsələn, potensial zəhərli kimyavi maddələrin beynəlxalq
registri YUNEP-in bir hissəsi kimi yaradılmışdır. Onun
vəzifyəsi toksik kimyəvi maddələr haqqında məlumatları
toplamaq, öyrənmək və yaymaq, zəhərli kimyavi maddələ
rin insan sağlamlığına və ətraf mühitə təsirini öyrənməkdir.
Bundan başqa BMT-nin bədbəxt hadisələr zamanı
kömək göstərmək üzrə Bürosu, Avropa İqtisadi Komissiyası
və s. kimi beynəlxalq və regional ekoloji təşkilatlar da fəa
liyyət göstərir.
Adları sadalanan təşkilatlar dövlətlərarası razılaşmalar
əsasında yaradılmış fəaliyyət göstərən və geniş beynəlxalq
səlahiyyətlərə malik olan təşkilatlardır. Ətraf mühit məsələ
ləri ilə həm də dünyanın müxtəlif ərazilərində sosial-iqtisadi
vəziyyəti
araşdıran
layihələrin
reallaşdırılması
üçün
tövsiyyələr işləyib hazırlayan komissiyalar mövcuddur. Bu
cür komissiyalar Asiya və Sakit okean regionları, Latın
Amerikası, Avropa üçün ekoloji siyasəti həyata keçirən ko
mitələr çərçivəsində yaradılmışdır. Məsələn, beynəlxalq tə
biəti və təbii resursları mühafizə birliyi, heyvanların mü
hafizəsi üzrə beynəlxalq federasiyanı və s. buna aid etmək
olar.
378
1992-ci ildə Rio-de-Janeyroda «Ətraf mühit və inkişaf»
mövzusu üzrə dövlət başçıları və nümayəndəlikləri səviy
yəsində BMT konfransı keçirilmişdir. Bu konfrans bəşə
riyyətin «davamlı inkişafa» keçidini qəbul edir və beynəl
xalq cəmiyyət qarşısında 3 vacib strateji məsələni müəy
yənləşdirir:
1) dünyanın sənaye cəhətdən inkişaf etmiş, eyni za
manda təbii resursların əsas istifadəçisi olan və ətraf mühitin
çirkləndirici mənbələri olan ölkələrdə istehsalın və istehlakm
həcminin məhdudlaşdırılması;
2) Asiya və Afrika ölkələrində əhali artımının şüurlu
surətdə məhdudlaşdırılması;
3) varlı və kasıb ölkələr, regionlar arasında bərabər
sizliyin dərinləşməsinin qarşısının alınması.
Ətraf mühitin mühafizəsi məsələlərinin həllində başlıca
rolu regional xarakter daşıyan konfranslar oynayır. 1995-ci
ildə «Avropa üçün ətraf mühit» çərçivəsində bu məsələyə
dair Ümumavropa nazirlər konfransı keçirildi və «Avropa
üçün ekoloji proqram» qəbul olundu.
1987-ci ildə xüsusi komissiya tərəfindən 1983-cü ildə
BMT baş Assambleyası tərəfindən hazırlanmış, «2000-ci ilə
qədər və ondan sonrakı dövr üçün ətraf mühitin mühafizəsi
sahəsində qlobal perspektivlər üzrə məruzə» qərarı təsdiq
edilmişdir. Burada ilk olaraq davamlı sosiali-iqtisadi inkişaf
konsepsiyasının əsasını təşkil edən ideyalar formalaşdırıldı.
Son zamanlar beynəlxalq əməkdaşlığın konvensiya,
ikitərəfli və çoxtərəfli müqavilələr, razılaşmalar, qətnamələr,
proqramlar və s. kimi formaları geniş yayılmışdır. Onların
bağlanması ölkələr tərəfindən təbiəti mühafizə fəaliyyətinin
bu və ya digər aspektlərinə görə öhdəliklərin götürülməsini
bildirir.
Bu konvensiyalardan:
1) 1979-cu ildə qəbul edilmiş «Havanın böyük məsafə
lərdə trassərhəd çirklənməsi haqqında»;
379
2) 1972-ci ildə “Dənizlərin çirklənməsinin qarşısının
alınması haqqında” ;
3) 1985-ci ildə “Ozon təbəqəsinin mühafizəsi haqqında”;
4) 1992-ci ildə «Qara dənizin çirklənməsinin qarşısının
alınması haqqında»;
5) 1992-ci ildə «Bioloji müxtəliflik haqqında»;
6) «Flora və fauna növlərinin beynəlxalq ticarəti haq
qında», «Bataqlıq yerləri haqqında», «Baltik dənizi ətraf
rayonlarının mühafizəsi haqqında», «Ümumdünya mədəni
və təbii irsinin qorunması haqqında» və başqalarını göstər
mək olar.
Beynəlxpalq əməkdaşlığın mühüm aspektlərindən biri
beynəlxalq təşkilatlar tərəfindən ekoloji proqramların
həyata keçirilməsi üçün ölkələrə göstərilən maliyyə yardım
larıdır. Yardımlar, bir qayda olaraq, borc və kreditlər şək
lində olur. Yardımları göstərən ixtisaslaşmış təşkilatlar sıra
sında Beynəlxalnq Yenidənqurma və İnkişaf bankı, Bey
nəlxalq Valyuta Fondu, Beynəlxalq kənd təsərrüfat inkişaf
fondu, YUNEP fondu xüsusilə fərqlənir.
İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində ekoloji
siyasətin aparılması və onun maliyyələşdirilməsinin əsasını
ətraf mühit vəziyyətinin normativ keyfiyyəti prinsipi təşkil
edir ki, bu da müxtəlif növ çirklənmələrə görə standartların
müəyyən edilməsi yolu ilə həyata keçirilir. Belə standartlara
keçid həm cəzalandırıcı və həm də stimullaşdırıcı xarakterli
müvafiq vergi siyasəti, dotasiyalar, güzəştli kreditlər, ödə
mələr, vergilər yolu ilə tənzimlənir. Müasir zamanda ətraf
mühitin mühafizəsi sahəsində daha aktiv siyasətə keçid
inkişafda olan ölkələr üçün səciyyəvidir.
Keçid iqtisadiyyatında olan ölkələrdə hələ planlı, mər
kəzləşdirilmiş təsərrüfat dövründə təbitəti mühafizə sahə
sində bir sıra təcrübə toplanmışdır. Daha doğrusu, 70-80-cı
illərdə bir sıra təbiəti mühafizə qanunları işlənib hazırlanmış
və qəbul olunmuş, təbiətdən istifadə üzrə dövlət idarəetmə
380
sistemi yaradılmış, ekoloji monitorinq həyata keçirilmiş,
ekoloji fondlar yaradılmışdır. Ətraf mühitin mühafizəsi
məqsədilə 1997-ci ildə Kioto şəhərində «Kioto protokolu»
imzalanmışdır. Bu əsasən «istilik» effekti yaradan metan,
karbon və digər qazların atmosferə atılmasının məhdudlaş-
dırılmasına yönəldilmişdir. Protokolda bu qazların atıl
masının ixtisarı 2008-2012-ci ilədək nəzərdə tutulmuşdur.
Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əmək
daşlıq hələlik qısa tarixə malikdir. 70-ci illərin əvvəlində aş
kar olundu ki, cəmiyyətlə təbiət arasında baş verən bərpa
olunmaz dəyişikliklərin nəticəsində insanlar üçün qlobal
təhlükə problemləri yaranmışdır. Bununla da ətraf mühitin
insanların yaşaması üçün qorunması məsələsi məhz beynəl
xalq xarakter alır.
Deyilənlərlə əlaqədar olaraq vahid əməkdaşlığın hə
yata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac duyu
lur. Bu, hər şeydən əvvəl, cəmiyyət və ətraf mühit problem
lərinin həllinin həyata keçirilməsi üçündür.
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və
inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir.
Uzun illərdən bəzi müstəqil Azərbaycana miras qalmış
ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin
həyata keçirilməsi mühüm vəzifə olaraq qarşıda durur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra
dünyada gedən proseslərdən kənarda qalmamış və 1992-ci
ilin iyun ayında Çərçivə Konvensiyasına qoşulmuş, 1995-ci
ilin yanvarında isə onu ratifikasiya edərək Konvensiyanın
Tərəfdaşı olmuşdur. 1997-ci ilin aprelində ölkə Prezi
dentinin Sərəncamı ilə iqlim dəyişməsi üzrə Dövlət komis
siyası yaradılmış və ölkəmiz 2000-ci ildə Kioto Protokoluna
qoşulmuşdur. Son dövrlərdə ölkəmizdə ətraf mühitin müha
fizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və forma
laşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümum
bəşəri bir problem kimi qəbul edilməsi ilə izah edilir.
381
Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması
sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu
ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyat
ların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin
tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən
ölkənin iqtisadi və insan resurslarının istifadəsində davam
lılığın təminatına yönəlmişdir.
İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər
bir ölkəni ekoloji problemlərini ümumbəşəri kontekstə
çıxarılmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin
mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proq
ram sənədlərində öz əksini tapır.
Azərbaycan Respublikasında yürüdülən ekoloji siya
sətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının
təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi
potensialın qorunması və təbii ehtiyatlardan səmərəli isti
fadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən
ibarətdir.
İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin
etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi
ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə
mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Müasir
dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə
alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas
istiqamətlərini müəyyənləşdirmək olar:
- ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götü
rərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi
və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf
prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
- indiki və gələcək nəsillərin tələbatını ödəmək məq
sədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ,
qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbə
lərindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
382
- qlobal ekoloji problemlər üzrə milli səviyyədə tə
ləbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləş
dirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiril
məsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə
həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji siyasətin prioritet istiqamətlərdən biri də
zəngin təbii və əmək ehtiyatları olan Azərbaycanda insan
potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını
təmin edən ekoloji mühit yaratmaqla inkişafı təmin etmək
dən ibarətdir. Lakin sənaye və kənd təsərrüfatının inkişafı
təmin edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə
əlaqədar ölkəmizin ciddi problemlərlə üzləşməsi, respublika
ərazisinin böyük bir hissəsinin işğal altında qalması və in
sanların yaşayış yerlərindən didərgin düşməsi ətraf mühitin
mühafizəsi sahələrindəki problemləri daha da dərinləş
dirmişdir.
Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf
mühitinin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini güc
ləndirmək məqsədilə çoxsaylı fəaliyyət proqramları həyata
keçirilir. Çay sularının çirklənməsinin qarşısının alınması,
atmosfer havasına atılan zərərli maddələrin azaldılması,
Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ozon
qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi son
dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli
üçün regional və beynəlxalq əməkdaşlıq olduqca zəruridir.
Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər,
iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şərai
tinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi sağlamlığına
xidmət edən başlıca amillərdəndir. Lakin ölkədə mövcud
olan sənaye sahələrinin əsasını təşkil edən bir çox müəssi-
sələrdəki iş şəraiti ekoloji, sanitar-gigiyenik baxımdan
müvafiq tələblərə cavab vermədiyindən, orada çalışan in
sanların sağlamlığı təhlükə qarşısında durur. Belə vəziyyət
xüsusilə neft-kimya, maşınqayırma müəssisələrində daha
383
qabarıq şəkildə təzahür edir. Uzun illərdən bəri müəs
sisələrin baxımsız vəziyyətdə olması, köhnəlmiş avadanlıq
ların müasir texnoloji avadanlıqlarla, eləcə də qaz-toz tu-
tucu fıltrasiya sistemlərinin yeniləri ilə əvəz edilməməsi
problemin həllini qeyri-mümkün edir.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qo-
şulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Res
publikası bu günə kimi 20-dən artıq konvensiyaya qoşul
muş, müvafiq protokollar imzalamışdır. Ekoloji vəziyyətin
sağlamlaşdırılması məqsədilə ölkəyə əvvəlki illərdən miras
qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşı
sının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların ar
tırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların
təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cüm
lədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə
olunmasının təmin edilməsi istiqamətlərində müvafiq işlər
görülmüşdür.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təsdiq olunmuş «Ekoloji cəhətdən dayanıqlı
sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və
artırılmasına dair» milli proqramlar, həmçinin «Azərbaycan
Respublikasında hidrometeorologiyanın inkişafına dair
Dövlət Proqramına daxil edilmiş tədbirlər ardıcıl həyata
keçirilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalanmış 2007-ci il 20 iyun tarixli «Xəzər dənizinin çirk
lənmədən qorunması üzrə bəzi tədbirlər haqqında» Sərən
camdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq
standartlara cavab verən modul tipli lokal təmizləyici qur
ğular alınaraq Abşeron yarımadasının şimal hissəsinin 67
km-lik sahil zolağında quraşdırılıb başa çatdırılmış və
istismara buraxılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20
iyun tarixdə «Əhalinin ekoloji cəhətdən təmiz su ilə tə-
384
minatımn yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər
haqqında» imzaladığı sərəncama əsasən Kür və Araz çayla
rının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji
cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə qısa müddət
ərzində konkret tədbirlər görülmüşdür. Belə ki, indiyədək
illər ərzində 120-dən artıq təmizləyici qurğu ölkəyə
gətirilərək Kür və Araz çaylarının kənarında yerləşən kənd
lərdə quraşdırılmışdır.
Respublikamızın təbii landşaftının qorunması prob
lemi də diqqət mərkəzindədir. Son dövrlərdə xüsusi mü
hafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamə
tində ciddi nəticələr əldə olunmuşdur. 2003-2008-ci illər ər
zində Azərbaycan Respublikası Prezidenti tərəfindən təs
diqlənmiş müvafiq sərəncamların icrası ilə əlaqədar Res
publikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi
sahəsi qısa müddət ərzində 478 000 ha-dan 876000 ha-a
çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 10,2 %-ni
təşkil edir. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə sahəsində təsdiq edilmiş fərman və sərən
camların, eləsə də qəbul edilmiş Milli və Dövlət proqram
larının icrası Azərbaycanda gələcəkdə də bu istiqamətdə
yeni uğurların qazanılmasına təminat verir.
Son zamanlar Azərbaycan Respublikası Prezidentinin
başçılığı ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş
müşavirələrin keçirilməsi bu sahənin ölkəmizdə prioritet
məsələlər sırasına qaldırılmasına əyani misaldır. 2010-cu il
fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti ya
nında keçirilən ekoloji problemlərə həsr olunmuş müşa
virədə dövlət başçısı bu gün həllini gözləyən əsas məsələ
lərdən biri kimi ekoloji vəziyyətin yaxşılaşdırılması prob
leminin durduğunu qeyd etmişdir. Ölkənin iqtisadi poten
sialı artdıqca, maliyyə qaynaqları yarandıqca ekoloji
məsələlərin həllinə böyük diqqət yetirdiyini bildirmiş və
ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da
385
ciddi addımlar atılması üçün çoxşaxəli proqramın həyata
keçirildiyini vurğulamışdır. Dövlət başçısı hazırda 6 əsas
istiqamətdə - içməli su probleminin köklü surətdə həlli,
şəhər və rayonların kanalizasiya sistemlərinin ən müasir
səviyyədə qurulması, ekosistemin tarazlığının qorunması
məqsədilə yaşıllaşdırmanın genişləndirilməsi və
meşə
zolaqlarının salınması, atmosferin çirklənməsinin qarşısının
alınması, Abşeron yarımadasında torpaqların neft tullantı
larında təmizlənməsi və məişət tullantılarının utilizasiyası
kimi ekoloji problemlərin həlli istiqamətində konkret
proqramların həyata keçirildiyini bildirmişdir.
Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi
olaraq artan gəlirlərin qeyri-neft sektoruna, ətraf mühitlə
bağlı problemlərin həllinə yönəldilməsi ekoloji layihələrin
həyata keçirilməsi imkanlarını xeyli genişləndirmişdir. Buna
görə də bir çox ölkələrin maliyyə böhranına məruz qal
dıqları bir dövrdə Azərbaycanda infrastruktur layihələrinin
icrası
davam
etdirilmiş,
ekoloji
problemlərin
həlli
istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Ekologiya ilində Birləşmiş Millətlər Təşkilatının Ətraf
Mühit Proqramı (YUNEP) tərəfindən İtaliyanın Genuya,
İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, respublikamızın pay
taxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün Avropa
regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan
edilmişdir. «Ümumdünya Ətraf Mühit Günü - 2010»a
Avropa regionu üzrə rəhbərlik edəcək üç şəhərdən biri kimi
Bakının seçilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə,
Azərbayçan Respublikasının Prezidentinin rəhbərliyi ilə
ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələ
rində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mü
hitin sağlamlaşdırılması ilə bağlı aparılan ardıcıl və məq
sədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
2010-cu il iyulun 5-7-də Qəbələ şəhərində BMT-nin
Ətraf Mühit Proqramının və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-
nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məq
sədilə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviy
yəsində konfrans keçirilmiş və yekun sənəd olaraq Qəbələ
Bəyannaməsi qəbul olunmuşdur.
201 O-cü il oktyabrın 5-6-da Qəbələdə MDB Dövlətlər-
arası Hidrome-teorologiya şurasının 22-ci sessiyası keçiril
mişdir. Sessiyada regionda hidro-meteoroloji fəaliyyətin
əlaqələndirilməsi, məlumat mübadiləsinin tənzim-lənməsi,
müasir hidrometeoroloji müşahidə və təhlil texnologiya
larının tətbiqi, birgə elmi-tədqiqat işlərinin aparılması, nor
mativ və metodiki sənədlərin işlənilməsi və s. məsələlər mü
zakirə olunmuşdur.
Almaniya federal hökumətinin dəstəyi ilə «Qafqaz tə
şəbbüsü» proqramı çərçivəsində Samur-Yalama Milli parkı
layihəsi ilə əlaqədar keçirilmiş tender vasitəsilə icraçı şirkət
müəyyən olunmuşdur.
Ekoloji problemlərin uğurlu həllində beynəlxalq
əməkdaşlığın rolu əvəzsizdir. Bunu nəzərə alaraq, 2010-cu
ilcə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət ardıcıllıqla
davam etdirilmişdir. Bir sıra region dövlətləri, inkişaf etmiş
dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər
imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü
sayəsində 2010-cu ilin Azərbaycanda Ekologiya ili elan
olunması ilə əlaqədar bir sıra beynəlxalq səviyyəli mühüm
silsilə tədbirlər - sərgilər, konfranslar, kütləvi aksiyalar
həyata keçirilmişdir.
«Azərbaycanın Ekoloji Fəaliyyətinin 2-ci İcmalı» sənə
dinin hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi Ko
missiyasının ekspertləri yerli mütəxəssislərlə görüşlər ke
çirmiş, tələb olunan məlumatları əldə etmişlər. Qeyd olunan
icmalın 2011-ci ilin birinci rübündə BMT-nin Avropa
Komissiyası tərəfindən nəşr edilmişdir. 2010-cu ildə müxtəlif
386
387
ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata
keçirilmişdir. Belarus Respublikasının Prezidentinin Azər
baycana rəsmi səfəri çərçivəsində iyunun 3-də həmin ölkənin
Təbii Sərvətlər və Ətraf Mühitin mühafizəsi Nazirliyi ilə
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər N a
zirliyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Bun
dan əlavə, Fransa, Litva və Suriya ilə ətraf mühitin m üha
fizəsi sahəsində əməkdaşlıq məqsədilə müvafiq layihələr
hazırlanmışdır. QEF, UNİDO, YUNEP, USAİD, NATO,
ATƏT, Ümumdünya səhiyyə təşkilatı, Dünya Bankı, Av
ropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı
kimi təşkilatlar ilə ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlıq davam etdirilir.
Ölkənin ekoloji strategiyasının əsasını təşkil edən
proqramların qəbul edilməsi, müvafiq fərman və sərən
camların imzalanması, ətraf mühitin mühafizəsi, insanların
sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli
istifadə sahəsində həyata keçirilən siyasət Azərbaycanda
mövcud olan ekoloji problemlərin aradan qaldırılmasına
xidmət edir.
388
Ədəbiyyat
1.
Aslanov N.Q. “Meliorasiya torpqşünaslığı”, Bakı:
“Elm”, 1999. S.346.
2. Avazova M. Respublika torpaqlarının müasir ekoloji
vəziyyəti “Təbii sərvətlərin qiymətləndirilməsi və tə
biətdən istifadə” mövzusunda elmi - praktiki kon
fransın tezisləri”. Bakı, 2003. S. 340-342.
3. Azərbaycanda ətraf mühit: Statistik məcmuə. Dövlət
Statistika Komitəsi. Bakı, 2011. S. 80-85.
4. Azərbaycan Respublikasının Milli İqlim Proqramı. Azər
baycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi. Bakı, 2002.
5. Azərbaycan Respublikasının Ətraf mühitə dair qanun
vericilik toplusu. Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyi. 2002. 1-ci cild 404 S.
2-ci cild 424.
6. Azərbaycan Respublikasının Ekoloji cəhətdən dayanıqlı
sosial-iqtisadi inkişafı dair Milli Proqramı. Azərbay
can Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi. Bakı, 2002.
7. Bayramov Y.M. Örtülü drenlərin ekoloji əhəmiyyəti.
Akad.H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş
elmi-praktiki konfransın tezisləri, Bakı, 2002, S. 131.
8. Babaxanov N.A., Paşayev N.Ə. Təbii fəlakətlərin iqtisad
və sosial-coğrafi öyrənilməsi. Bakı, 2004, 194 s.
9. Бродский A.K. - Краткий курс общей экологии.
Учебное пособие. ДЕАН. Санкт-Петербург, 1999.
10. Экология. Учебное пособие. Под.ред. С.А.Боголю
бова. Москва: Знание, 1999.
11. Əzizov Q.Z., Quliyev Ə. Azərbaycanın şorlaşmış tor
paqları, onların meliorasiya və münbitliyinin artırıl
ması. Bakı, 1999.
389
12. Göyçaylı Ş.Y. və b. Ətraf mühitin mühafizəsi və təbii
sərvətlərdən səmərəli istifadə. Bakı, 1996.
13. Hüseynov T.B., Məmmədov R.H., Mehdiyeva V.Z.,
Quliyev T.S. Təbii resurslar və davamlı inkişaf. Bakı-
2008.
14. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri.
Dərslik.Bakı: Nafta-Press.2006.
15. Халилов Ш.Б. Водохранилища Азербайджана и их
экологические проблемы. Монография. БГУ. 2003.
16. İsmayılov Т. Azərbaycanda təbiətdən istifadə və ekoloji
problemlər. Məqalələr toplusu. Bakı,2009.
17. Quliyev T.S. Təbiətdən istifadənin və ətraf mühitin
mühafizəsinin iqtisadiyyatı, Bakı, 2005.
18. Mahmudov C.M. Ekologiya. Mühazirə toplusu.Bakı:
Nurlan, 2008.
19. Məmmədov T.S. Ekologiya. Dərs vəsaiti.Bakı:Nurlan,
2004.
20. Məmmədov Q.,Xəlilov M. Ekologiya və ətraf mühitin
mühafizəsi.Bakı: Elm,2005.
21. Məmmədov R., Tofiq Bəhərçi, Mehdiyeva V. Qlobal
problemlər və təbii mühit. Dərslik. Bakı: ADİU,2007.
22. Məmmədov Q. Azərbaycanın torpaq ehtiyatlarından sə
mərəli istifıadənin sosial-iqtisadi və ekoloji əsasları.
Bakı: Elm,2007.
23. Məmmədov Ə., Xəlilova A. Sənaye ekologiyası. Bakı.
2004.
24. Nəbiyev N.Ə. İqtisadiyyat, cəmiyyət və ekoloji mühit.
Bakı: Nurlan, 2000.
25. Nəbiyev N.Ə. və b. Təbii sərvətlər və ekoloji mühit.
Bakı, 1986.
26. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbay
can Respublikasının iqtisadi, sosial və siyasi coğra
fiyası. Bakı: “Çıraq”, 2010.
390
27. Sadıqov A., Xəlilov İ. Ekologiya və ətraf mühtin mü
hafizəsi. Dərs vəsaiti. Bakı, 2009.
28. Tofiq Bəhərçi. Müasir ekoloji şəraitin sosial-iqtisadi
aspektləri. Dərs vəsaiti. Bakı: OYU.2001.
29. Tofiq Bəhərçi, Mehdiyeva V. Müasir dünyanın qlobal
problemləri. Dərs vəsaiti. Bakı: OYU.2006.
30. Zeynalova K.Z.Təbiət və ekologiya. Bakı: Gənclik.
2008.
391
Nəşriyyatın müdiri
Baş redaktor
Redaktor
Korrektor
Kompyuter operatoru
Dizayner
K a m i Hüseynov
ism ət Səfərov
İsabə Hüseynova
Səbiyyə Səmimi
Təranə Baxşəliyeva
Vüsalə Axundova
fəxri prof. Hüseynov T.B., dos. Mehdiyeva V.Z.,
i.e.d. Ələkbərov A.Ə., dos. Xəlilov İ.B.,
c.e.n., b/m. Zeynalova K.Z., dos. İbrahimov Y.N.,
dos. Novruzova F.M., dos. Ağayev V.Q.,
dos. Abdullayeva Z.M., dos. Süleymanov T.Q.,
dos. Manafov Ş.M., c.e.n., Dostları ilə paylaş: |