Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu il tarixli 235



Yüklə 1.92 Mb.
Pdf просмотр
səhifə1/17
tarix20.06.2017
ölçüsü1.92 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   17

Azərbaycan  Respublikası Təhsil  Nazirliyi 
Azərbaycan  Dövlət İqtisad  Universiteti
Elnur Sadıqov
BANK 
ƏMƏLİYYATLARI
Dərs vəsaiti
Azərbaycan 
Respublikası 
təhsil 
nazirinin  25  fevral  2010-cu  il  tarixli  235 
saylı  əmri  ilə  dərs  vəsaiti  kimi  təsdiq 
edilmişdir.
Azorbayoan  Respublikss!  Prezidentinin 
İşiör  idarəsi
PREZSDENT  KİTABXÄNASI
Bakı -  2010

 
 
 
 

Müəllif: 
 
Sadıqov  Elnur  Məhəmməd  oğlu  –  iqtisad 
elmləri  doktoru,  Azərbaycan  Dövlət  İqtisad 
Universitetinin  “Bank  işi”  kafedrasının 
professoru  
 
Rəyçilər: 
 
i.e.n.  ƏZİZOVA  Ə.Ə.  –  KAPİTAL  BANK 
A.S.C.-nin  “Xəzinədarlıq”  departamentinin 
direktor müavini. 
 
i.e.n.   BRAHİMOV  Z.H.  –  Azərbaycan 
Dövlət  İqtisad  Universitetinin  “Bank 
işi” kafedrasının dosenti.  
 
 
 
 
Elnur Sadıqov. Bank əməliyyatları. Dərs vəsaiti.  
Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2010.- 212 səh. 
 
Kitabda  bank  əməliyyatlarının  məzmunu  ifadə  edir  və  bank  əmə-
liyyatlarının  həyata  keçirilməsinin  hüquqi  əsaslarının  mahiyyəti  açıqlanır. 
Kommersiya  bankının  aktiv  və  passiv  əməliyyatları  kitabda  öz  izahını 
tapmışdır. Eyni zamanda  kommersiya bankının iqtisadi inkişaf dövründə  yeni 
məzmunu  və  əməliyyatları  göstərilmiş,  bank  xidməti  bazarının  xüsusiyyətləri 
verilmişdir.  Kitab  bank  sisteminin  işçiləri  üçün,  eyni  zamanda  bank  işini 
sərbəst  öyrənənlər,  həmçinin  ali  və  orta  ixtisas  məktəblərinin  tələbələri  üçün 
nəzərdə tutulmuşdur.  
 
 
 
 
 
 
© Sadıqov E. - 2010 
© “İqtisad Universiteti” - 2010 
 
 

 
 
 
 

 
MÜNDƏRİCAT 
 
 
GİRİŞ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  

FƏSİL 1. Bank əməliyyatlarının mahiyyəti……. . .  
1.1. Bankların mahiyyəti və növləri. . . . . . . . . . . . . . .  
1.2. Bank kreditləşdirilməsinin hüquqi əsasları. . . . . .  
1.3. Mərkəzi Bank, onun quruluşu və hüquqi mövqeyi.  
1.4. Kommersiya bankları və digər kredit təşkilatları.  
1.5. Bank nəzarətinin mahiyyəti. . . . . . . . . . . . . . . . .  
1.6. Mərkəzi Bankın pul – kredit siyasətinin əsas alətləri 
və metodları…………………………………. . . . .  
 
FƏSİL 2. Kommersiya banklarının əməliyyatları… 
2.1. Kommersiya banklarının əməliyyatlarının mahiyyəti.. 
2.2.  Aktiv  və  passiv  əməliyyatlar,  onların  növləri,  iqtisadi 
məzmunu……………………………………………….  
2.3. Bank əməliyyatlarının təsnifatı. . . . . . . . . . . . . . . 
2.4.  Bank  əməliyyatlarının  gəlirliliyi,  riskləri  və  sığorta-
lanması……………………………………………….  
 
FƏSİL 3. Nağdsız və nağd hesablaşmalar. . . . . . .  
3.1. Nağdsız hesablaşmarın mahiyyəti. . . . . . . . ... . 
3.2. Banklarda pul emissiyası. . . . . . . . . . . . . . . . . .  
3.3. Banklarda nağd pul emissiyası. . . . . . . . . . . . . .  
3.4. Nağdsız hesablaşmaların mahiyyəti. . . . . . . . . .  
3.5. Banklarda nağd pull dövrüyyəsi. . . . . . . . . . . . .  
3.6. Müəsissələrdə kassa əməliyyatının təşkili . . . . .  
 
FƏSİL 4. Bankların lizinq və faktorinq əməliyyatları. 
4.1. Lizinq əməliyyatı. . . . . . . . . . . . . . . . . . . . . . . . .  
4.2. Faktorinq əməliyyatı. . . . . . . . . . . . . . . . . . . . . .  
 
FƏSİL 5. Bankların beynəlxalq əməliyyatları…….  
5.1. Beynəlxalq hesablaşmalar üzrə bank əməliyyatları... 
5.2. Beynəlxalq hesablaşmaların əsas formaları. . . .  



11 
13 
22 
 
22 
 
31 
31 
 
39 
55 
 
57 
 
61 
61 
68 
70 
74 
96 
101 
 
108 
108 
110 
 
114 
114 
115 

 
 
 
 

5. 3. Valyuta əməliyyatlarının növləri. . . . . . . . . . . . .  
5. 4.Forvard müqaviləsi. . . .  . . . . . . . . . . . . . . . . . . . 5. 5. 
Bankararası valyuta bazarında əməliyyatlar. . .  
 
FƏSİL 6. Forfeytinq əməliyyatları………………….  
6. 1. Forfeytinq əməliyyatlarının mahiyyəti. . . . . . . . .  
6. 2. Forfeytinq kağızları. . . . . . . . . . . . . . . . . . . . . .  
 
FƏSIL  7.  Bankların  qiymətli  kağızlar  bazarında  fə-
aliyyət növləri………………………………………. .  
7. 1. Bankların qiymətli kağızlar bazarında əməliyyatları.. 
7. 2. Bankların depozit və əmanət qiymətli kağızları. . 
 
 
FƏSİL 8. Bankların veksellərlə əməliyyatları…. . . .  
8. 1. Veksellərlə bank əməliyyatları. . . . . . . . . . . . . . .  
8. 2. Sadə vekselin mahiyyəti. . . . . . . . . . . . . . . . . . .  
8. 3. Köçürmə vekselinin mahiyyəti. . . . . . . . . . . . . .  
8. 4. Vekselin aksepti üzrə əməliyyatlar. . . . . . . . . . .  
8. 5. Veksel zaminliyi – aval. . . . . . . . . . . . . . . . . . .  
8. 6. Veksel üzrə ödəniş müddəti. . . . . . . . . . . . . . . .  
8. 7. Vekselin ödənilməməsi və qeyri – aksept əməliyyatı.  
8.  8.  Veksel  dövriyyəsində  iştirak  edən  şəxslərin  hüquq 
və vəzifələri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  
 
FƏSİL 9. Qiymətli metallar və qiymətli daşlarla bank 
əməliyyatları…………………………………….  
9. 1. Bankın qiymətli metallarla əməliyyatlarının növləri.. 
9.  2.  Qiymətli  metallarla  bank  əməliyyatlarının  xüsusiy-
yətləri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  
9. 3. Banklarda metal hesabı. . . . . . . . . . . . . . . . . . .  
9. 4. Təbii qiymətli daşlarla əməliyyatlar. . . . . . . . . . .  
 
 
 
 
117 
119 
120 
 
121 
121 
123 
 
 
124 
124 
133 
 
154 
154 
155 
157 
159 
161 
161 
164 
 
165 
 
 
167 
167 
 
168 
171 
174 
 
 
 
 

 
 
 
 

FƏSİL 10. İnternet – bank sisteminin mahiyyəti… 
 
FƏSİL 11. Kommersiya banklarında müştərilərə 
xidmətinin təşkili…………………. . . . . . . . . . . . . . .  
11. 1. Kommersiya banklarında xidmətin təşkilinin mahiyyəti 
11. 2. Bank marketinqinin üsulları…………………… 
11. 3. Fiziki şəxslərə fərdi bank xidmətlərinin təşkili. . .  
11. 4. Banklarda kredit, məsləhət xidmətinin təşkili. . .  
11. 5. Fərdi şəxslərə kredit verilməsi əməliyyatları. . . .  
 
FƏSİL 12. Bankın investisiya və kredit siyasəti….  
12. 1. Bankın investisiya siyasəti. . . . . . . . . . . . . . . .  
12. 2. Birbaşa və portfel investisiyası. . . . . . . . . . . . .  
12. 3. Bankın kredit siyasəti…………………………... 
 
FƏSİL 13. Bank əməliyyatları üzrə risklər…………….  
13. 1. Sənədli əməliyyatlar üzrə risklər. . . . . . . . . . . .  
13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması. . . . 
 
ƏDƏBİYYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  
177 
 
 
178 
 
180 
183 
186 
191 
 
197 
197 
200 
201 
 
206 
206 
208 
210 
 
 
 
 
 
  

 
 
 
 

GİRİŞ 
 
Bank  sisteminin  fəaliyyəti  qəbul  olunmuş  “Mərkəzi  Bank 
haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının 
qanunları 
ilə 
nizamlanır. 
Azərbaycan 
Respublikasının  ərazisində  kommersiya  banklarının  açılması, 
qeydə  alınması  və  ləğvi  həmin  qanunlarla  müəyyən  olunur. 
Azərbaycan  ərazisində  bu  qanuna  görə  lisenziyalaşdırılmış  bank 
fəaliyyəti  qaydası  mövcuddur,  yəni  bank  fəaliyyəti  yalnız 
Mərkəzi  Bankın  xüsusi  lisenziyası  əsasında  aparıla  bilər.  Bank 
fəaliyyətinə Mərkəzi Bank tərəfindən xüsusi icazə verilməsi bank 
əməliyyatları  üzrə  yüksək  dərəcəli  risklə  əlaqədardır.  Bankın 
nizamnaməsi  Mərkəzi  Bankdan  qeydiyyatdan  keçdikdən  sonra 
kommersiya  bankı  yaradılmış  hesab  edilir  və  hüquqi  şəxs  statusu 
qazanır.  Kommersiya  banklarının  yaradılması  təşəbbüsünü  onun 
təsisçiləri irəli sürürlər.  
 
Qanuna  görə  kommersiya  bankları  istənilən  mülkiyyət 
formasında yaradıla bilər. Onun təsisçiləri isə bankın nizamnamə 
kapitalının formalaşmasında iştirak etməyə tam hazır olan hüquqi 
və  fiziki  şəxslər  ola  bilərlərdir.  Qanuna  görə  siyasi  təşkilatlar  və 
ixtisaslaşmış  ictimai  fondlar  müstəsna  olmaqla  bütün  hüquqi  və 
fiziki  şəxslər  kommersiya  banklarının  təsisçiləri  ola  bilərlər. 
Likvid  balansı  olmayan  və  eləcə  də,  ödəmə  qabiliyyətsiz  elan 
olunmuş müəssisə və təşkilatlar bankın təsisçisi ola bilməzlər.  
Təsisçilər  bankın  yaradılması  üçün  lazım  olan  bütün 
sənədlərin hazırlanmasını öz üzərlərinə götürürlər. Təsisçilər, yəni 
fiziki  və  hüquqi  şəxlər  təsis  müqaviləsini  hazırlayır  və  onu 
imzalayırlar.  
 
Təsis  müqaviləsində  bankın  xarakteri  (pay  və  ya  səhm-
dar),  nəzərdə  tutulan  nizamnamə  kapitalının  məbləği  və 
təsisçilərin  həmin  kapitalda  olan  payı,  üzərlərinə  götürdükləri 
öhdəliklər  üzrə  tərəflərin  cavabdehlik  səviyyələri,  mövcud  ola 
biləcək münaqişələrin həlli qaydası və s. öz əksini tapmalıdır.  
  Kommersiya  banklarının  yaradılmasında  əsas  sənəd  kimi 
onun nizamnaməsi qəbul edilir və nizamnamədə bankın adı, onun 
hüquqi ünvanı, apara biləcəyi əməliyyatların siyahısı, nizamnamə 

 
 
 
 

fondunun və bank tərəfindən yaradılacaq digər fondların məbləği, 
təsisçilər  haqqında  məlumat  və  bankın  idarəçiliyi  haqqında 
əsasnamə təqdim olunmalıdır.  
  Bazar  iqtisadiyyatına  keçid  dövründə  banklar  iqtisadiy-
yatın  daha  sürətlə  inkişaf  edən  sahəsinə  çevrilmişdir.  Güclü 
maliyyə  potensialına  malik  banklar  olmasa  iqtisadiyyatı  inkişaf 
etdirmək olmaz. Onlar ölkənin sosial – iqtisadi inkişafına maliyyə 
təminatı yaratmaqla iqtisadi islahatların reallaşmasında böyük rol 
oynaya  bilərlər.  Mahiyyət  etibarilə  bankların  başlıca  funksiyası 
ölkənin iqtisadi inkişafına xidmət etməkdir.  
  Banklar  yerinə  yetirmiş  olduqları  əməliyyatların  xarakte-
rinə  görə  üç  əsas  tipə  bölünürlər:  emissiya,  səhmdar  –  kom-
mersiya və ixtisaslaşdırılmış banklar.  
  Mərkəzi  Bank  adətən  ayrı-ayrı  müəssisələr,  firmalar  və 
sahibkarların  kreditləşdirilməsi  ilə  məşğul  olmur.  Bu  əməliyyat-
ların  həyata  keçirilməsi  səhmdar  –  kommersiya  banklarının 
səlahiyyətlərinə aid  edilir.  Belə  ki, səhmdar  – kommersiya bank-
ları  müəssisələr,  firmalar  və  ayrı-ayrı  vətəndaşların  kredit-
ləşdirilməsini həyata keçirir.  
  Səhmdar  –  kommersiya  bankları  əmanətlərin  kredit  sis-
teminə  cəlb  edilməsi,  müəssisələrə,  firmalara,  şirkətlərə  kreditin 
verilməsi,  göstərilən  strukturlar  arasında  haq  –  hesablar  üzrə 
yuxarıda göstərilən əməliyyatların mühüm kütləsini yerinə yetirir, 
həmçinin  də  fond-komisyon  və  valyuta  əməliyyatları  ilə  məşğul 
olur.  
  Səhmdar  –  kommersiya  banklarının  şəbəkəsi  bazar 
iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  genişlənir.  Lakin,  eyni 
zamanda  maliyyə  vəsaitinin  çatışmazlığı  və  ölkə  iqtisadiyyatının 
böhran  keçirməsi  ilə  əlaqədar  olaraq  tez  bir  zamanda  iflasa 
uğrayırlar. Bunlarla yanaşı bir sıra xarici özəl banklar güclü rəqabət 
aparma qabiliyyətinə malik olduqlarına görə respublikanın maliyyə - 
kredit sistemində aparıcı mövqe tuturlar.  

 
 
 
 

 FƏSİL 1. BANK ƏMƏLİYYATLARININ MAHİYYƏTİ 
  
1. 1. Bankların mahiyyəti və növləri 
 
 Bank  sistemi  iqtisadi  sistemin  ən  mühüm  elementlərindən 
biridir.  İqtisadiyyatın  digər  sahələri  kimi  bank  sistemi  də  hal-
hazırda  struktur,  eləcə  də  funksiyalarla  əlaqədar  olan  köklü 
dəyişikliklərə  məruz  qalmaqdadır.  Dəyişikliklərin  işlənib  hazır-
lanması  xarici  təcrübə,  keçirilən  iqtisadi  islahatların  ilk  illərinin 
təcrübəsi,  bank  müəssisələrinin  mahiyyəti  və  təyinatı  haqqında 
müasir təəssüratlar əsasında həyata keçirilən bank qanunvericiliyi 
tərəfindən təsbit edilir.  
Bankların iqtisadi təbiəti onların xüsusi funksiyasında özünü 
büruzə  verir:  iqtisadi  bazarda  xüsusi  maliyyə  vasitəçiləri  rolunu 
yerinə  yetirmə  funksiyası.  Bu  əsasda  banklar  müəyyən 
subyektlərin  (dövlətin,  fiziki  şəxslərin,  təsərrüfat  strukturlarının) 
təsərrüfat  fəaliyyəti  prosesində  azad  olan  sərbəst  pul  vəsaitlərini 
cəlb  edir  və  həmin  vəsaitləri  müddətlilik,  qaytarılma  və  başqası 
tərəfindən  istifadə  olunduğu  müddət  üçün  əvəzinin  ödənilməsi 
şərtləri  ilə  təklif  edir.  Bununla  onlar  bank  kreditləşdirilməsini 
həyata  keçirir.  Bank  krediti  maliyyə  hüququnun  mühüm 
halqalarından  biridir.  Məhz  bank  sistemi  həm  nağd,  həm  də 
nağdsız  pul  vəsaitləri  fondunun  toplanmasını  həyata  keçirir. 
Beləliklə,  kapitalın  daim  bölüşdürülməsi  baş  verir.  Bank  – 
fəaliyyət məhsulu müxtəlif xidmət növündən (məsələn, kreditlərin 
təklif  edilməsi,  yatırımların  yerləşdirilməsi,  zəmanətlərin  və 
zaminliyin  verilməsi,  məsləhət  xidmətlərinin  göstərilməsi  və  s.  ) 
ibarət olan kommersiya müəssisəsidir.  
Son  illər  ərzində  bank  sistemində  baş  verən  dəyişikliklər 
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində əks 
olunmuş və onun ikimərhələli xüsusiyyətləri təsbit edilmişdir:  
1)
 
Birinci  mərhələ  –  Azərbaycan  Respublikasının  Mərkəzi 
Bankı; 
2)
 
İkinci  mərhələ  –  kommersiya  bankları  və  digər  kredit 

 
 
 
 

müəssisələri, eləcə də xarici bankların filial və nümayəndəlikləri.  
İkinci qrupun kredit müəssisələri arasında xüsusi bankları 
qeyd  etmək  lazımdır.  Onlara  korporativ  qiymətli  kağızların 
buraxılması  və  yerləşdirilməsi  üzrə  əməliyyatların  aparılması  ilə 
məşğul olan investisiya bankları; kreditləşməni daşınmaz əmlakın 
girov qoyulması ilə aparan ipoteka bankları; yerli büdcənin yerinə 
yetirilməsini  təmin  edən  bələdiyyə  bankları  və  s.  aiddir.  Bundan 
əlavə  bank  şuraları,  assosiasiyalar  və  digər  birləşmələr  fəaliyyət 
göstərir.  
Bank  fəaliyyətinin  hüquqi  vasitəçiliyində  mühüm  yeri 
maliyyə-hüquq  tənzimlənməsi  sistemi  tutur.  Bank  sahəsinin 
maliyyə-hüquq  tənzimlənməsi  spesifik  xüsusiyyətlərə  malikdir. 
Onun  predmeti  müxtəlif  maliyyə  münasibətlərindən,  eləcə  də 
maliyyə münasibətlərini hakim təlimatları metodundan ibarətdir.  
Bank sistemi çərçivəsində maliyyə-hüquq tənzimlənməsini 
həyata  keçirən  mühüm  subyekt  Azərbaycan  Respublikasının 
Mərkəzi  Bankıdır.  Bank  tənzimlənməsi  potensialı  ilk  növbədə 
Mərkəzi Bankın funksiyalarında təcəssüm olunur.  
Azərbaycan  Respublikasının  «Mərkəzi  Bank  haqqında» 
Qanunun 2-ci maddəsində Mərkəzi Bankın funksiyaları öz əksini 
tapmışdır.  
1.
 
Manatın  sabitliyinin  müdafiəsi  və  təminatı,  eləcə  də 
onun  alınma  qabiliyyəti  və  xarici  valyutalara  münasibətdə  mə-
zənnəsi; 
2.
 
Azərbaycan Respublikasının bank sisteminin inkişafı və 
möhkəmləndirilməsi; 
3.
 
Dövlət hakimiyyəti ilə müştərək olaraq manatın sabitliyinin 
müdafiəsi  və  təminatına  yönəldilmiş  vahid  dövlət  pul-kredit 
siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi; 
4.
 
Nağd pulların emissiyasının monopoliya şəklində həyata 
keçirilməsi və onların dövriyyəsinin təşkili
5.   Valyuta tənzimlənməsi və valyuta nəzarətinin həyata 
keçirilməsi və s.  
 
Bank tənzimlənməsinin ilkin funksiyası bankların maliyyə 

 
 
 
 

strukturlarının formalaşdırılması və onların səlahiyyət müddətinin 
müəyyən edilməsindən ibarətdir. Bu məsələlər həm yuxarıda qeyd 
edilmiş  qanunlarla  (Azərbaycan  Respublikasının  “Banklar  və 
bank  fəaliyyəti  haqqında”  qanunu,  “Azərbaycan  Respublikasının 
Mərkəzi  Bankı  haqqında”  qanunu),  eləcə  də  digər  qanunlarla 
tənzimlənir.  
 
Mərkəzi  Bank  qeyd  edilmiş  funksiyalarını  həyata  keçi-
rərək  kommersiya  banklarının  fəaliyyətini  lisenziyalaşdırır  və 
onların  nizamnaməsini  təsdiqləyir.  Lisenziyada  kommersiya 
bankı  tərəfindən  həyata  keçirilən  əməliyyatlar  nəzərdə  tutulur, 
bununla  da  konkret  kredit  müəssisəsinin  real  maliyyə  imkanları 
əvvəldən müəyyən olunur.  
 
      1. 2. Bank kreditləşdirilməsinin hüquqi əsasları 
 
  Müəssisələrin  banklar  tərəfindən  kreditləşdirilməsi  kre-
ditləşmə  prinsiplərinə  ciddi  şəkildə  riayət  olunması  şəraitində 
həyata  keçirilir.  Banklar  kreditləşdirmə  sisteminin  əsasını,  əsas 
elementini  təşkil  edir,  belə  ki,  kreditin  mahiyyətini  və 
məzmununu,  eləcə  də  obyektiv  iqtisadi  qanunların  (o  cümlədən 
kredit münasibətləri sahəsində) tələblərini əks etdirir.  
 
Kreditləşdirmə prinsiplərinə aşağıdakılar aiddir:  
1) Müddətlilik 
2) Fərqlilik  
3) Təminatlılıq 
4) Ödənclik.  

 
 
 
 
10 
1.  Kreditləşdirilmənin  müddətli  olması  kreditin  vaxtında 
geri  qaytarılmasından  ibarətdir.  Müddətlilik  prinsipi  o  deməkdir 
ki,  kredit  sadəcə  qaytarılmalı  deyil,  ciddi  şəkildə  müəyyən-
ləşdirilmiş müddətə  qaytarılmalıdır, daha  doğrusu,  burada zaman 
amili konkret ifadə olunur.  
2. Fərqli yanaşma bankın öz müştərilərinə kredit verilməsi 
məsələsinə  birmənalı  olaraq  yanaşmamalı  olduğu  deməkdir.  Bu 
səbəbdən 
diferensial  münasibət  kreditvermə  qabiliyyəti 
göstəriciləri  əsasında  həyata  keçirilməlidir.  Kreditvermə 
qabiliyyəti  borc  alanın  krediti  müəyyənləşdirilmiş  müddətə 
qaytarma  qabiliyyəti  və  hazırlığına  əminlik  hissi  verən 
müəssisənin maliyyə vəziyyətidir.  
 
3. Kreditin  təminatlılıq prinsipi:  «Banklar  və  bank fəaliy-
yəti haqqında»  Qanunun  qəbul edilməsi  ilə  kommersiya  bankları 
öz  müştərilərinə  müxtəlif  formalı  təminatlarla  kredit  vermək 
imkanı  əldə  etdilər.  Kredit  təminatının  xarici  ölkələrdə  geniş 
şəkildə  istifadə  edilən  və  banklar  tərəfindən  götürülmüş  mühüm 
növləri aşağıdakılardan ibarətdir: girov, zəmanət, zaminlik, kredit 
riskinin  sığortalanması,  bankın  xeyrinə  üçüncü  şəxslərə  satılma, 
sessiya.  
4.  Kreditin  ödənclik  prinsipi  kredit  alan  tərəfin  pul  və-
saitlərindən  müvəqqəti  olaraq  öz  ehtiyacları  üçün  istifadə  etməsi 
müqabilində  banka  müəyyən  ödəniş  həyata  keçirməsidir.  Bu 
prinsipin  təcrübədə  həyata  keçirilməsi  bank  faizi  mexanizmi 
vasitəsilə həyata keçirilir.  
 
Bank  kreditləşdirilməsinin  bütün  prinsiplərinin  təcrübədə 
həyata  keçirilməsi  həm  ümumdövlət  maraqlarına,  həm  də  kredit 
müqaviləsinin  hər  iki  subyektinin  (bank  və  kredit  alanın) 
maraqlarına səbəb olur.  
 
  

 
 
 
 
11 
1. 3. Mərkəzi Bank, onun quruluşu və hüquqi mövqeyi 
 
 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  –  ölkənin 
əsas  bankıdır.  Onun  statusu  Azərbaycan  Respublikasının 
Konstitusiyası,  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 
haqqında» Qanunla və digər qanunlarla tənzimlənir.  
 
Mərkəzi  Bank  hüquqi  şəxsdir  və  vergi  orqanlarında  qey-
diyyata  alınmır.  Gəlir  əldə  olunması  Mərkəzi  Bankın  fəaliyyət 
məqsədi deyildir.  
 
Mərkəzi  Banka  rəhbərliyi  Mərkəzi  Bankın  İdarə  Heyəti 
edir. İdarə Heyəti və onun digər stukturları aşağıdakı kimidir:  
 
1. Mərkəzi Bankın sədri və onun müavinləri; 
 
2. Əsas departament direktorları.  
İdarə  Heyəti  və  onun  strukturları  aşağıdakı  funksiyaları 
həyata keçirir: 
1)
 
Azərbaycan Respublikasının hökuməti ilə birlikdə vahid 
pul-kredit  siyasətinin  əsas  istiqamətlərinin  yerinə  yetirilməsini 
işləyib hazırlayır və təmin edir; 
2)
 
Mərkəzi  Bankın  illik  hesabatını  təsdiq  edir  və  onu 
Azərbaycan Prezidentinə təqdim edir; 
3)
 
Cari  ilin  (31  dekabr  tarixindən  gec  olmayaraq)  Mərkəzi 
Bankın  növbəti  il  üçün  xərc  smetasını,  eləcə  də  smetada  nəzərə 
alınmamış xərcləri nəzərdən keçirir və təsdiq edir; 
4)
 
Mərkəzi Bankın strukturunu müəyyən edir
5)
 
Mərkəzi  Bankın  Sədrinin,  Mərkəzi  Bankın  Sədr  müa-
vinlərinin və Mərkəzi Bankın digər əməkdaşlarının əməkhaqlarının 
forma və həcmini təsbit edir
6)
 
Aşağıdakı qərarları qəbul edir: 

 
Mərkəzi  Bankın  idarə  və  təşkilatlarının  yaradılması  və 
ləğv olunması haqqında;  

 
kredit  təşkilatları  üçün  mütləq  normativlərin  təsbit  edil-
məsi  haqqında;  ehtiyat  tələblərinin  həcmi  haqqında; 
Mərkəzi Bankın faizlərinin dəyişilməsi haqqında və s.  

 
Mərkəzi  Bankın  idarələrinin,  təşkilat  və  həmkarlarının 

 
 
 
 
12 
fəaliyyətini  təmin  etmək  üçün  daşınmaz  əmlakın 
alınması  və  satılması  haqqında;  birbaşa  kəmiyyət 
məhdudiyyətlərinin  tətbiq  edilməsi  haqqında;  banknot 
və  qəpiklərin  dövriyyəyə  buraxılması  və  dövriyyədən 
çıxarılması  haqqında;  nağd  pulların  buraxılma  həcmi 
haqqında; 

 
Kredit  təşkilatları  tərəfindən  ehtiyatların  yaradılması 
qaydası haqqında.  
7)
 
Milli  Məclisə  bankların  nizamnamə  kapitalına  dəyişik-
liklər haqqında təkliflərin verilməsi; 
8)
 
Struktur bölmələrinin işləmə qaydalarını təsdiq edir.  
Beləliklə, Mərkəzi  Bank  ikili  hüquqi  istiqamətə malikdir və  eyni 
zamanda  həm  xüsusi  səlahiyyətli  dövlət  idarə  orqanı,  həm  də 
təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi çıxış edir.  
Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  pul-kredit 
sisteminin  idarə  edilməsini  iki  vasitə  ilə,  birincisi,  hakim  təli-
matlar vasitəsilə, ikincisi, iqtisadi metodlarla, daha doğrusu, kom-
mersiya  bankları  və  digər  təşkilatlarla  müxtəlif  müqavilələrin 
bağlanması vasitəsilə həyata keçirir.  
Mərkəzi  Bankın  hüquqi  mövqeyinin  hal-hazırkı  əsas  xü-
susiyyəti  ondan  ibarətdir  ki,  onun  inzibati-hüquqi  və  təsərrüfat 
fəaliyyətinin həyata keçirilməsi eyni bir məsələnin həllinə – kredit 
sisteminin idarə olunmasına təhkim edilmişdir.  
Mərkəzi  bankın  inzibati  funksiyalarını  şərti  olaraq  aşa-
ğıdakılara bölmək olar: təşkilati (pul dövriyyəsinin təşkili və idarə 
edilməsi)  və  mülki  dövriyyənin  (investorların  və  kommersiya 
banklarının 
digər 
kreditorlarının 
maraqlarının) 
müdafiə 
funksiyası. Mərkəzi Bank bu iki səlahiyyət çərçivəsində normativ 
aktlar  nəşr  etmək  hüququna  malikdir,  daha  doğrusu,  normativ 
funksiyası bilavasitə bu səlahiyyətlərlə əlaqədardır.  

 
 
 
 
13 
Mülki  dövriyyənin  müdafiəsi  funksiyası  və  kredit  siste-
minə  inamın  möhkəmlənməsi  Mərkəzi  Bank  fəaliyyətinin  əsas 
məzmununu  təşkil  edir.  Bu,  yalnız  Azərbaycan  Respublikasının 
maliyyə-kredit 
sisteminin 
xüsusiyyəti 
deyildir. 
Bazar 
iqtisadiyyatında  olan  istənilən  müasir  dövlətin  Mərkəzi  Bankı 
həmin  məsələləri  həll  etmək  məcburiyyətindədir.  Ölkənin  bütün 
kredit 
sistemi 
funksiyalarının 
yerinə 
yetirilməsinin 
müvəffəqiyyəti əsasən cəmiyyətin bu sistemə inamını təmin edən 
müvafiq  hüquqi  və  institusional  şəraitlərin  olmasından  ibarətdir. 
Əgər  bu  cür  inam  itirilmişsə,  vətəndaşlar,  təşkilatlar  və  firmalar 
öz vəsaitlərini başqa yerə yatırmağa çalışar. Bu isə mütləq surətdə 
bankın  müflis  olmasına  və  bankdan  vəsaitlərin  müsadirə 
olunmasına  gətirib  çıxaracaqdır.  Bu  səbəbdən  vəsaitlərin 
təhlükəsizliyinə  zəmanət  verən  maliyyə  strukturları  sistemi 
mövcud olmalıdır.  
Mərkəzi bank sistemli bank çətinliklərinin yaranmamasına 
xüsusi  diqqət  yetirir.  Bu  məqsədlə  problemli  bankların  ilk 
mərhələdə aşkar edilməsi qaydası tətbiq edilmişdir. Bu isə kredit 
təşkilatlarının  maliyyə  sabitliyinin  müntəzəm  olaraq  sistemli 
təhlilini aparmağa və daha operativ şəkildə təsir tədbirlərini tətbiq 
etməyə imkan yaradır.  
 

Каталог: front -> files -> libraries -> 288 -> books
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Dərslik «Çİnar-çAP» baki 2002
books -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə