Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il


Adi,  qarışıq  və  kövşənlik  səpinləri



Yüklə 5.43 Mb.
Pdf просмотр
səhifə2/13
tarix26.05.2017
ölçüsü5.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Adi,  qarışıq  və  kövşənlik  səpinləri.  Sudanotunu  soya  ilə 
qarışıq becərdikdə yaxşı nəticələr əldə olunur. Belə əkinlər kifayət 
qədər nəmlik düşən yaxud suvarılan cənub bölgələrində yaxşı nə-
ticələr  verir.  Bir  çox  suvarılan  bölgələrdə  sudanotunun  pırpızlı 
(payızlıq)  gülül  ilə  qarışıq  əkinlərində  yaşıl  kütlə  məhsuldarlığı 
hektardan 400-410 sentnerə çatır. 
Münbit torpaqlarda  sudanotunun  yazlıq  gülül  yaxud payızlıq  
gülüllə  qarışıq  əkinləri  təmiz  əkinlərə  nisbətən  vahid  sahədən 
protein yığımını iki dəfə artırır. Bəzən sudanotu lərgə və noxud ilə 

12 
 
də qarışıq səpilir. Təmiz səpinlərə nisbətən qarışıq əkinlərdə səpin 
norması 15-20% aşağı salınır. 
Sudanotunun  əkinləri  buğda,  arpa,  dənlik  noxud  (kövşənlik 
əkinlərdə), eləcə də yaşıl yem yaxud quru ot üçün gülül + vələmir 
və lərgə + vələmir qarışıq əkinlərində yaxşı nəticələr verir.  
Kövşənlik  əkinlərdə  torpaq  becərilməsini  əsas  bitkinin  məh-
sulu  yığıldıqdan  sonra  onun  arxasınca  aparmaq  zəruridir.  Yaxşı 
nəmliyi  olan  torpaqlarda  malalama  ilə  eyni  vaxtda  20-25  sm 
dərinlikdə şum aparılır. Əgər torpağın üst qatı quru olarsa, qabaq-
ca üzləmə aparılır, sonra malalama ilə birlikdə dərin şum qaldırılır 
və səpinqabağı torpaq sıxlaşdırılır.  
Sudanotunun  toxum  üçün  becərilməsinin  xüsusiyyətləri. 
Toxumluq səpinlər yaxşı olar ki, tarla növbəli əkinlərində başdan-
başa  becərilən  bitkilərdən  sonra  yerləşdirilsin.  Quraq  bölgələrdə 
sudanotu toxum məqsədi ilə gencərgəli üsulla cərgəarası 45-50 sm 
olmaqla səpilir. Optimal səpin müddətində səpin norması hektara 
12-15 kq götürülür. 
Alaq otlarına qarşı mübarizə məqsədi ilə herbisid tətbiq olu-
nur, ancaq gencərgəli əkinlərdə 2-3 cərgəarası becərmələr aparılır. 
Toxumluq  sahənin  yığımına  o  vaxt  başlanılır  ki,  əsas  gövdənin 
süpürgəsi  yetişir  və  toxum  bərkiyir,  yığım  kombaynla  aparılır. 
Gövdələr  hündür  olduqda  əvvəlcə  yuxarıdan  budağın  müəyyən 
hissəsi  ilə  birlikdə  süpürgələr  yığılır,  sonra  isə  qalan  kütlə 
otbiçənlə  biçilir.  Dərhal  toxumlar  kənar  qatışıqlardan  təmizlənir 
və qurudulur. 
1. 2. Moqar 
 
Əhəmiyyəti. Moqarın quraqlığa davamlılığı, istiliyə və torpa-
ğa tələbi sudanotuna nisbətən azdır. Tez yetişməsi və yaxşı məh-
sul  verməsinə  görə  moqarı  çox  yerlərdə  becərmək  mümkündür. 
Moqarın  quru  otunda  8%  zülal,  27%  selüloz,  51%  azotsuz 
ekstraktiv maddələr, 7% kül elementləri və toxumunda 14% zülal 
vardır. Moqar qiymətli yem bitkisidir. 
Moqar  Zaqafqaziya  və  Orta  Asiya  respublikalarında  çox  be-
cərilir.  Şabalıdı  və  açıq-şabalıdı,  nəmlik  çox  düşən  qara  torpaq-

13 
 
larda moqar quru ot məhsuluna görə sudanotunu 2 dəfə ötüb keçir. 
Moqar Azərbaycanın dağətəyi - düzənlik, dağətəyi-çöl, alçaq 
dağlıq və orta dağlıq ərazilərində 1956-cı ildən becərilməyə baş-
lanmışdır.  
Botaniki  təsviri.  Moqarın  (Setaria  italica  ssp.  mocharium 
Alef.)  (panicum  mocharium)  saçaqlı  kök  sistemi  torpağın  1,5  m 
dərinliyinə  işləyir.  Kökün  əsas  kütləsi  torpağın  əkin  qatında 
yerləşir. Gövdəsi silindrvaridir. Yetişmə müddətindən asılı olaraq 
buğumaralarının  miqdarı  4-5  ədəddən  12-16  ədədə  qədərdir.  Bir 
kolda  gövdələrin  miqdarı  2-7-yə  qədərdir.  Yarpaqların  uzunluğu 
45-50  sm-dir.  Sünbüllənmənin  başlanğıcında  yarpaqların  kütləsi 
ümumi məhsulun 45-55%-ni təşkil edir. Çiçək qrupu sünbüləbən-
zər  süpürgədir.  Sünbülü  birçiçəklidir.  Meyvəsi  dəndir.  Mütləq 
kütləsi 1,5-3,4 qramdır (şəkil 2). 
Bioloji  xüsusiyyətləri.  Moqarın  toxumları  10 
0
C  tempera-
turda  cücərməyə  başlayır.  Toxumların  cücərməsi  üçün  optimal 
temperatur  20 
0
C-dir.  Cücərtilər  günəşdən  güclü  əziyyət  çəkirlər. 
Səhər  şaxtaları  cücərtilərə  öldürücü  təsir  göstərir.  Quraqlığa 
davamlıdır.  Nəmlik  çatmadıqda  inkişaf  dayanır.  Bitkinin  rüşeym 
kökü  olduğundan  uzun  müddət  inkişafsız  qala  bilir  və  yağışlar 
yağdıqdan  sonra  yaxşı  məhsul  vermək  qabiliyyətinə  malikdir. 
Transpirasiya  əmsalı  300-dür.  Torpağın  optimal  nəmliyinin  tarla 
rütubət tutumunun ən az 60-70% həddində olması əlverişli hesab 
edilir. 
Sudanotuna  nisbətən  moqar  torpağa  az  tələbkardır.  Moqar 
qumlu,  qumsal  və  ağır  gillicəli  torpaqlarda  yaxşı  bitir.  Bu    bitki 
digər darıya bənzər bitkilər kimi alaqlardan təmiz torpaqlara yük-
sək tələbat göstərir. 
Moqar  xüsusən  azot  gübrəsi  verilməsinə  yaxşı  reaksiya  gös-
tərir. Bir ton quru ot məhsulu ilə torpaqdan 17-20 kq azot, 4-5 kq 
fosfor  və  15-17  kq  kalium  elementi  aparır.  Cücərtilər  alındıqdan 
17-25  gün  sonra  kollanma  fazası  başlayır.  Quru  maddə  və  zülal 
toplanması  süpürgələmənin  başlanğıcı  və  çiçəklənmənin  əvvə-
lində  intensiv  gedir.  Vegetasiya  müddəti  sortdan  və  becərilmə 
şəraitindən asılı olaraq 90-130 gün arasında dəyişir. 

14 
 
Aqrotexniki  xüsusiyyətləri.  Moqar  birillik  bitkilər  üçün 
ayrılmış tarlalarda yerləşdirilir. Yüksək aqrotexniki fonda və güb-
rə  tətbiq  etməklə  moqarı  müxtəlif  növbəli  əkinlərdə  becərmək 
mümkündür.  Münbitliyi  pis  olan  və  gübrə  çatışmayan  sahələrdə 
moqar adətən növbəli əkinin axırıncı tarlasında yerləşdirilir. Azot 
gübrəsi  ot  məhsuldarlığını  hektardan  5  sentnerə  qədər  artırır. 
Torpağın becərilməsi sudanotunda olduğu kimidir. 
Səpin  quru  ot  üçün  başdan-başa,  toxum  üçün  isə  gencərgəli 
üsulla  aparılır.  Səpin  norması  nəmlik  az  olan  rayonlarda  hektara 
8-12-15 kq, nəmliklə təmin olunmuş yerlərdə isə 20 kq-a qədərdir. 
Toxumun basdırılma dərinliyi 2-4 sm-dir. Moqar qarğıdalı, darı və 
sudanotu ilə eyni müddətdə səpilir. 
Cücərtilər alındıqdan sonra gencərgəli əkinlərdə cərgə araları 
torpaq  yumşaldıcı  alətlərlə  becərilir.  Axırıncı  cərgəarası  becərmə 
cərgələr qovuşmamışdan əvvəl aparılır. 
Sortları:  Altayskiy - 23, Barxatnıy, Stepnyak -1 və s. 
Məhsulun  yığılması.  Quru  ot  üçün  moqar  süpürgələmə  və 
çiçəkləmə  fazasının  başlanğıcında  biçilir.  Biçin  torpaq  səthindən 
7-8  sm  yuxarıdan  aparılır.  Bundan  aşağı  (4-5  sm)  aparılan 
biçinlərdən sonra bitki yenidən cücərti verərək gövdə əmələ gətir-
mir.  Toxum  üçün  sünbüllər  qonurlaşanda  və  toxumlar  möhkəm-
lənəndə  yığım  aparılır.  Moqar  kombaynla  yığılır.  Toxum  kənar 
qatışıqlardan təmizlənir və nəmliyi 12-14%-ə çatdırılır. 
  
1. 3. Birillik qaramuq  
 
Əhəmiyyəti. Birillik qaramuq qiymətli yem bitkisidir. Bütün 
növ  heyvanlar  onun  quru  otunu  və  yaşıl  kütləsini  yaxşı  yeyirlər. 
Çiçəkləmənin  başlanğıcında  vegetativ  kütləsində  xam  zülalın 
miqdarı 17% təşkil edir. Səpilən ili bitki bol yem kütləsi formalaş-
dırır. Tarla yem istehsalında birillik qaramuğun böyük əhəmiyyəti 
vardır. 100 kq yaşıl kütləsində 20 yem vahidi, 2,1 kq həzmə gedən 
protein  var.  Qaramuğun  quru  otu  qidalılığına  görə  sudanotu, 
moqar  və  digər  taxıl  otlarından  geri  qalmır.  Bir  sentner  quru 
otunda  46  yem  vahidi  və  3,2  kq  həzmə  gedən  protein  var.  Qara-

15 
 
muğun küləşi də heyvanlar tərəfindən  yaxşı yeyilir. Birillik  qara-
muq otlaq (biçənək) salmaq üçün əla örtük bitkisidir. O, çoxillik 
otların  qarışığı  ilə  parnik  təsərrüfatlarında  qısa  müddətdə  çimli 
torpaq almaq üçün tətbiq edilir.  
Onun aqrotexniki əhəmiyyəti böyükdür. Torpaqda çoxlu miq-
darda  kök  və  kövşən  qalıqları  saxlamaqla  gec  quruduğuna  (sol-
duğuna), çox yavaş parçalandığına görə qaramuq çoxlu miqdarda 
çürüntü  toplayır  ki,  bu  da  torpağın  münbitliyini  yüksəldir.  Qara-
muq dənli və texniki bitkilər üçün qiymətli sələfdir.  
Birillik  qaramuq  üçyarpağın  və  payızlıqların  seyrəlmiş  ot 
durumlarını təmir etmək üçün perspektivli bitkidir.  
Yüksək xora vermək qabiliyyətinə malikdir, vegetasiya müd-
dətində 2-3 dəfə biçin verir. İkinci biçindən sonra uzanmış xoranı 
payızın sonuna qədər otlaq yemi kimi istifadə etmək mümkündür, 
belə ki, o payız şaxtalarını asanlıqla keçirir.  
Yüksək  aqrotexniki  fonda  birillik  qaramuq  hektardan  300 
sentnerə qədər yaşıl kütlə, yaxud 80 sentner quru ot məhsulu verir. 
Botaniki və bioloji xüsusiyyətləri. Birillik qaramuq (Lolium 
multiflorum  Lam.  var.  westervoldicum)  çoxçalımlı  qaramuğun 
növmüxtəlifliyidir və seyrəkkollu taxıllara aiddir.  
Kök  sistemi  saçaqlıdır,  yaxşı  budaqlanır,  ayrı-ayrı  kökləri 
torpağın 95 sm dərinliyinə işləyir. Kökün əsas hissəsi (87%) şum 
qatında  yerləşir,  bununla  belə  69%-i  torpağın  üst  qatının  (0-10 
sm) payına düşür. Gövdəsi nazik, hündürlüyü 50-60 sm və 90 sm-
ə qədər olur (şəkil 3-4). Hər biçindən sonra kök sisteminin yerüstü 
kütləsi  canlı  qalır,  təzə  yerüstü  zoğlar  əmələ  gətirir,  onlar  da  öz 
növbəsində  kök  sistemini  formalaşdırırlar.  Vegetasiya  dövrünün 
sonuna bitkinin kök kütləsi əhəmiyyətli dərəcədə artır.  
Kollanması  yüksəkdir,  əlverişli  nəmlənmə  və  böyük  qida 
sahəsi  şəraitində  200  ədəddən  çox  cavan  budaq  (zoğ)  əmələ 
gətirir.  Kollanma  3-4  yarpaq  əmələ  gəldikdən  sonra  başlayır. 
Yarpaqları  xətvaridir,  aşağı  tərəfi  parıltılı,  üst  tərəfi  yüngülvari 
kələ-kötürdür. Yarpaqlanması yüksəkdir (54%). Sünbülü uzun və  
seyrəkdir.  Ayrıqotundan  fərqli  olaraq  sünbülcükləri  sünbül  oxu-
nun  ensiz  tərəfində  yerləşirlər.  Sünbül  oxunda  12-25  sünbülcük 

16 
 
yerləşir. Toxumları  xırda, bozumtul rənglidir. Dənin 1000  ədədi-
nin kütləsi 2,5-3,0 qramdır.  
Qaramuğun  toxumları  1-4 
0
C  temperaturda  cücərməyə  baş-
layır.  Cücərtilərin  alınması  üçün  optimal  temperatura  20-25 
0
C-
dir. Cücərtilər -2-3 
0
C şaxtalara yaxşı dözür.  
Birillik qaramuq nəmlik sevən bitkidir, pərdəli toxumları cü-
cərmək  üçün  öz  kütləsinin  120%-i  qədər  nəmlik  qəbul  edir. 
Quraqlığa  dözmür.  Bu  onunla  izah  olunur  ki,  kökün  əsas  kütləsi 
torpağın  üst  qatında  yerləşir.  Nəmlik  çatışmadıqda  kollanması, 
bitkinin  boyu  və  məhsuldarlığı  kəskin  aşağı  düşür.  Nəmliyi  çox 
olan torpaqları sevir.  
Qaramuq  müxtəlif  münbit  torpaqlarda:  gilli,  gillicəli,  quru-
dulmuş torflu torpaqlarda, qumsal və nəmli torpaqlarda yaxşı bitir. 
Karbonatlı  qara  torpaqlar  və  turş  podzol  torpaqlarda  da  inkişaf 
edir. 
Qaramuq bir rüşeym kökündən cücərir. Kollanma 3-4 yarpaq 
fazasından  başlayır.  Başdan-başa  səpində  3-6  kol  əmələ  gətirir. 
Seyrəldilmiş halda bir kolda cavan budaqların miqdarı 200-ə çatır. 
Zoğ  əmələgəlmə  bütün  vegetasiya  dövründə  davam  edir.  Buda  
vegetasiya  müddətində  bir  neçə  dəfə  biçin  aparılmasına  imkan 
verir.  
Birillik qaramuğun yerüstü kütləsi tez formalaşır. Bu tezyeti-
şən taxıl otudur. Çiçəkləmə cücərtilər alındıqdan 35-60 gün sonra 
başlayır,  vegetasiya  müddəti  60-90  gün  arasında  tərəddüd  edir. 
Şimal  rayonlarında  ildə  1-2  dəfə,  Mərkəzi  rayonlarda  isə  3  dəfə 
biçilir.  Birinci  biçindən  alınan  məhsulun  təxminən  70%  -i  qədər 
ikinci,  30%  -i  qədər  isə  üçüncü  biçindən  məhsul  alınır.  Birinci 
biçinlə ikinci biçin arası adətən 30-35 gün, ikinci və üçüncü biçin 
arası isə 45-50 gündür. 
Becərilmə  texnologiyası.  Birillik  qaramuq  əkinləri  başlıca 
olaraq  yemçilik  növbəli  əkinlərində  yerləşdirilir,  tarla  növbəli 
əkinlərində də yerləşdirmək mümkündür. Ondan örtük bitkisi kimi 
çoxillik otlar səpilən ili, eləcə də  kövşənlik və məşğullu herik bit-
kisi qismində istifadə edilir. 

17 
 
Qaramuq  üçün  ən  yaxşı  sələflər  gübrə  verilmiş  payızlıq  və 
yazlıq  taxıllar,  eləcə  də  başdan-başa  becərilən  bitkilərdir.  Onu 
xam  və  dincə  qoyulmuş  torpaqlarda  müvəffəqiyyətlə  becərmək 
mümkündür. Başdan-başa becərilən bitkilərdən sonra yalnız payız 
şumu aparılır, dənli taxıl bitkilərinin əkinindən sonra isə kövşənlik 
üzlənir  və  payız  şumu  qaldırılır.  Erkən  yazda  nəmlik  itkisinin 
qarşısını  almaq  üçün  şum  malalanır  və  kultivasiya  çəkilir.  Alaq-
larla  mübarizə  məqsədilə  malalama  ilə  ikinci  kultivasiya  tətbiq 
olunur. Qaramuq üzvi və mineral gübrə verilməsinə yaxşı reaksiya 
göstərir.  Azot  gübrəsinin  verilməsi  gübrə  verilməyən  əkinlərə 
nisbətən yaşıl kütlə məhsulunu 1,5-2 dəfə artırır. Fosfor və kalium 
gübrəsi  əsas  şum  altına,  azot  isə  yemləmə  şəklində  (biçindən 
sonra) verilir. 
Qaramuq  həm  təmiz  halda,  həm  də  birillik  paxlalı  bitkilərlə 
qarışıq  becərilir.  Onu  faraş  yazlıq  bitkilərlə  eyni  vaxtda  səpirlər. 
Qaramuğu  faraş  səpdikdə  qış-yaz  fəsillərində  ehtiyat  nəmlikdən 
yaxşı istifadə edir və quraqlıqdan az əziyyət çəkir. 
Səpin  başdan-başa  cərgəvi  üsulla  aparılır.  Quru  ot  və  yaşıl 
yem  məqsədilə  becərdikdə  hektara  səpin  norması  25-30  kq, 
çoxillik  otlarla  örtük  bitkisi  kimi  əlavə  səpildikdə  10-15  kq-dır. 
Toxumun basdırılma dərinliyi 1,5-2 sm-ə bərabərdir.  
Birillik qaramuq birillik paxlalı otlarla qarışıq əkinlərdə yaxşı 
nəticə  verir.  Bu  zaman  təmiz  əkinlərə  nisbətən  quru  ot  məhsulu 
hektardan 15-20 sentner artır, protein  yığımı isə 1 sentnerə qədər 
yüksəlir.  
Əkinlərə  qulluq,  alaqlara  qarşı  mübarizə  və  biçindən  sonra 
azot gübrəsi ilə yemləmə aparılmasıdır. 
Yaşıl  kütlənin  ən  yaxşı  yığım  müddəti  sünbülləmə  fazası  və 
çiçəkləmənin əvvəlidir. Biçin torpaq səthindən 6-8 sm yüksəkdən 
aparılır. Ot yaşıl halda heyvandarlıqda yem kimi, silos məqsədilə 
və  quru  ot  üçün  istifadə  olunur.  O  hektardan  5-6  sentnerə  qədər 
toxum  məhsulu  verir.  Toxum  məqsədi  ilə  onun  təmiz  səpinlə-
rindən  istifadə  olunur.  Əsas  gövdədəki  toxumlar  tam  yetişmə 
fazasına çatdıqda yığım aparılır. 
 

18 
 
1. 4. Çumiza 
Çumiza (Setaria italica ssp. İtalica) birillik yem bitkisi olub,  
poaceae  (qırtıckimilər) fəsiləsinə daxildir. Quraqlığa davamlı, is-
ti sevən, yaşıl kütləsi, quru otu və dən məһsulu istifadə edildiyinə 
və yüksək məһsul verdiyinə görə xüsusi əһəmiyyət kəsb edir. Də-
ninin tərkibində 14% protein olduğu üçün qüvvətli yem kimi mal-
qaraya  verilir.  Yaş  kütləsini  və  quru  otunu  һeyvanlar  iştaһa  ilə 
yeyir. 
Ədəbiyyat  məlumatlarına  görə respublikamızın  bəzi  rayon-
larında (Şəmkir, Tovuz, Qazax və s.)   çumizanın  һər һektarından 
283-375  sentner    yaşıl  kütlə      isteһsal  olunmuşdur.  Quru  otunun 
tərkibində 15-17 % protein vardır. 
Dənli  bitkilər  arasında  çumiza  istiyə  ən  çox  davamlı  bitki 
һesab  olunur.  Toxumları  torpaqda  temperatur  10 
0
C-yə  çatdıqda 
cücərir.  Torpaqda  temperatur  15-20 
0
C  olduqda  səpinə  başlamaq 
çox əlverişlidir. Aran bölgələrdə  aprel, dağlıq bölgələrdə isə may 
ayında  əkilməsi  məsləһətdir.  Hektara  12-20  kq  toxum  səpilir. 
Cərgəvi  əkində  daһa  yüksək  məһsul  verir.  Çumizanı  birillik 
paxlalı otlarla qarışıq səpdikdə onun yem keyfiyyəti daһa da artır. 
Bitkilər  süpürgə  bağlamazdan  qabaq  çalınmalıdır.  Bu  vaxt  yaşıl 
yem üçün ən əlverişli vaxt һesab olunur. 
Çumizanın kök sistemi saçaqlıdır. Kökü  torpağın dərinliyinə 
bir  metrdən  artıq  gedir.  Əsas  köklərdən  başqa  əlavə  köklər  də 
əmələ gətirir ki, bunlar bitkini yerə yatmaqdan qoruyur.  Gövdəsi 
düzdür.  50  sm-dən  2  metrə  qədər  olur.  Yarpaqları  enli,  lanset 
şəkilli, kənarları girintili-çıxıntılı olur. Yarpaq ayasının uzunluğu   
25-65 sm, eni 2-4 sm olur. Yarpaqlar vegetasiya dövrünün   axırı-
na qədər bitkinin üstündə öz yaşıllığını saxlayır. Çiçək qrupu 20-
30 sm uzunluqda sünbuləbənzər süpürgədir (şəkil 5). 
Çumiza əkinlərinə edilən başlıça qulluq alaq otlarını məһv et-
mək  və  vaxtında  suvarmaqdan  ibarətdir.  Çumizanı  bataqlıq  və 
şorakət torpaqlardan başqa bütün torpaqlarda becərmək mümkün-
dür.  
 

19 
 
1. 5. Afrika darısı 
 
İstifadəsi. Afrika darısı (Pennisetum spicatum)  (zənci darısı, 
yarma, mirvari darısı və s .) Afrikanın arid zonaları və Şərqi Asi-
yanın  başlıca  ərzaq  bitkilərindən  biridir.  Dəni  yüksək  qidalılıq 
dəyərinə malikdir və yaxşı saxlanır. Tərkibində 67-76% karbohid-
ratlar,  9-16%  protein,  4-6  %  yağ,  2-7  %  kül  vardır.  Zülalının  və 
yağının keyfiyyətinə görə darı bir çox dənli bitkilərdən üstündür. 
Dənindən  ev  pivəsi  yarma  və  un    hazırlanır.    Yarması  şirin    və 
pəhriz yeməklərin hazırlanmasında istifadə edilir. Unundan sıyıq, 
peçenye,  çörək  və  s.  hazırlanır  və  buğda  ununa  (10  %)  qatılır. 
Dəni ilə quşları və cavan heyvanları yedizdirirlər və müalicəvi süd 
hazırlayırlar.  Vegetativ  kütləsi  yaşıl  yem,  quru  ot  və  silos  kimi 
istifadə edilir. Darıdan silos hazırlamaq asandır, çünki uzun müd-
dət  yaşıl  halda  qalır.  Bu  da  siloslama  müddətini  silosun  keyfiy-
yətini  aşağı  salmadan  20-25  gün  uzatmağa  imkan  verir.  Qərbi 
Afrikanın bəzi ölkələrində darı siderat   bitkisi (yaşıl gübrə)  kimi 
istifadə edilir.  
Yayılması. Afrika darısı əkinlərinin yarıdan çoxu Asiya ölkə-
lərində (Hindistan, Pakistan, Çin, Koreya, Ön Asiya ölkələri) yer-
ləşir. Afrika darısı əkinlərinə və istehsalına görə Hindistan birinci 
yerdə durur. Burada 11-13 milyon hektar darı əkilir ki, bu da dün-
yadakı darı əkinlərinin 30% -ni təşkil edir). Amerikada, Avropada 
və Avstraliyada darı çox da böyük olmayan ərazilərdə heyvanları 
yemləmək üçün istifadə edilir. Rusiyaya birinci dəfə 1898-ci ildə 
gətirilmiş, ancaq çox geniş yayılmamışdır. Ədəbiyyat məlumatla-
rına  görə  suvarıldıqda  və  yaxşı  becərildikdə  һektardan  400-500, 
bəzi һallarda isə 1000 sentner yaşıl kütlə isteһsal olunur, ildə 2 də-
fə çalım verir. Dən məһsulu da qüvvətli yem kimi istifadə olunur. 
Orta  dən  məhsuldarlığı  0,6-0,7  ton/ha-dır.  Hindistanda  hibridləri 
1,5-2,5  ton/ha,  suvarma  şəraitində  isə  hektardan  3-4  tona  qədər 
dən məhsulu verir.  
Botaniki təsviri: Afrika darısı qırtıckimilər (poaceae) fəsilə-
sinə, pennisetum cinsinə daxildir. Bu cinsin 100-dən artıq birillik 
və çoxillik ot tipli növləri vardır. Əsas mədəni növü  Pennisetum 

20 
 
spicatum Koern. (sin. P. tuphoides Stapf və Hubbard) Afrika mən-
şəlidir. Bitkinin becərilmə tarixi demək olar ki, 2 min ildir. Bu nö-
vün  Afrikada  və  Hindistanda  becərilən  sortları  çox  dəyişkənliyə 
uğramışdır. Bu da onların erkək və dişi cinslərinin eyni vaxtda ye-
tişməməsi və çarpaz  tozlanmaları ilə əlaqədardır.  
Afrika darısı birillik, dik dayanan yaxşı kollanan (2-40 budaq 
əmələ gətirir), güclü kök sisteminə malik olan taxıl bitkisidir. Kök 
sistemi saçaqlı və möһkəm olub, torpağın çox dərinliyinə işləyir. 
Gövdəsi  silindrik  formalı,  yaşıl  rəngli,  içərisi  parenximlə  dolu, 
qabarıq və düyün nöqtələri (buğumları) tüklüdür. Gövdəsi  0,5-4,0 
m hündürlükdədir. Becərmə şəraitindən asılı olaraq һər bitkidə 18-
ə qədər zoğ əmələ gəlir.  
Bir bitkidə 12-yə qədər yarpaq olur. Yarpağının forması tipik 
taxıllardakı  kimidir.Yarpaq  səthi  çılpaq  və  ya  tüklü  olmaqla    uz-
unluğu 30-100 sm, eni 0,5-5,0 sm olmaqla, qını uzun, yuxarı his-
sədən  açıqdır.  Gövdənin  nəhayətində  yerləşən  çiçək  qrupu  silin-
drik formalı, çox sıx, müxtəlif uzunluqda (10-50 sm) eni 0,5- 4,0 
sm olan yığcam süpürgədir. Bəzi formaları qısa, sərt, tikan şəkilli 
tükcüklüdür. Süpürgəsində 0,8-dən 3 minə qədər sünbülcük  olur. 
Sünbülcüyü  2  çiçəklidir.  Aşağı  çiçəkləri  yalnız  erkəkciyi  olduğu 
üçün  məhsulsuz,  yuxarı  çiçəkləri  ikicinsli  və  məhsuldardır. 
Meyvəsi xırda  yumurtavarı ucu itiləşmiş dəndir. 1000 dənin küt-
ləsi 7-12 qr-dır. Dəni ağ, sarı, boz və ya tutqun mavi rəngli olmaq-
la iri rüşeymlidir (şəkil 6-7). 
Bioloji  xüsusiyyətləri.  Afrika  darısı  istiliyə  çox  yüksək  da-
vamlılığı, suya və torpağa tələbkar  olmaması ilə seçilir. Onu qida 
maddələri    ilə  zəif  təmin  olunmuş  və  illik  yağmurların  miqdarı 
250-300 mm olan və başqa tropik dənli bitkilər üçün yararsız he-
sab olunan torpaqlarda becərmək mümkündür. Ancaq belə şərait-
də  ondan  yüksək  məhsul  gözləmək  olmaz.  Onun  becərilməsi  və 
yüksək  məhsul verməsi üçün optimal şərait olmalıdır.  Toxumları 
12-16 
0
C temperaturda cücərir. Temperatur səviyyəsi 25-30 
0
C, çi-
çəkləmə  vaxtı    ən  azı  20 
0
C  olmalıdır.  Toxumlar  normal  şəraitə 
düşdükdə  bir  һəftədən  sonra  cücərir.  İlk  cücərtilər  əmələ  gəldik-
dən sonra sürətlə inkişaf edib güclü kök sistemi yaranır. Bu dövr-

21 
 
də bitkinin yerüstü һissəsi çox zəif inkişaf edir. Kollanma vaxtı isə 
bitki sürətlə böyüyür. 
 Afrika darısı gündüzləri isti, gecələri sərin olan, ildə 600-700 
mm yağıntı düşən yerlərdə yaxşı bitir. Səpin vaxtı, cücərtilər alı-
nan vaxtı, kollanma çiçəkləmə və dən dolma vaxtı nəmliklə yaxşı 
təmin  olunmalıdır.  Yetişmə  vaxtı  yağışlar  düşməməlidir.  Çiçək-
ləyən  vaxtı  güclü  küləklər  qorxuludur.  Bu  tozlanmaya  pis  təsir 
edir  və  süpürgənin  məhsuldarlığını  aşağı  salır.  Qısa  günlərdə  tez 
çiçəkləyir və dəni yaxşı yetişir. Vegetasiya dövrü 60-150 gün  ara-
sında dəyişir. 
Afrika darısı neytral, yüngül gillicəli, münbit torpaqlarda yax-
şı bitir. 
Növbəli  əkində  yeri.  Afrika  darısını  tropiklərdə  ənənəvi 
olaraq başqa birillik bitkilərlə (nut, araxis, pambıq və. s) bir yerdə 
becərilir. Onun bir növlü (təmiz) əkinləri daha məhsuldar olur və 
daha məhsuldar sort və hibridlərinin intensiv  texnologiya ilə be-
cərilməsinə  imkan  olur.  Tez  yetişən  (60-90  günə)  sortları  qərbi 
Afrikada ikinci bitki kimi araxisdən və pambıqdan sonra əkilir və 
bir ildə iki məhsul alınmasına şərait yaradır. 
Gec yetişən (100-150 günə) sortları isə növbəli əkində viqna-
dan  (inək  noxudu),  araxisdən,  pambıqdan,  küncütdən  və.  s  sonra 
yerləşdirirlir.  Afrika  darısı  bir  tarlada  2-3  il  saxlandıqda  torpağı 
çox  kasıblaşdırır  və  ondan  sonra  torpaq  münbitliyinə    az  tələbat 
göstərən bitkilər araxis, inək noxudu və. s əkmək lazımdır. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə