Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5.43 Mb.
Pdf просмотр
səhifə3/13
tarix26.05.2017
ölçüsü5.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Səpin  qabağı  tədbirlər.  Səpin  qabağı    torpaq  10-15  sm  də-
rinlikdə  yumşaldılır. Bu iş torpaq səthi daş və kəsəklərdən təmiz, 
hamar və  yumşaq olana qədər aparılır. Torpaq nəm olduqda  darı  
tirəyə  səpilməlidir.  Səpin  vaxtı  dəmyə  şəraitdə  yağışların  yağma 
müddətindən əvvəl və ya bu müddətin ortaları, suvarma şəraitində 
isə  yağışlardan sonradır.  Afrika darısının ən  yaxşı səpin  müddəti 
aprelin axırı, mayın ortalarıdır. Respublikanın şoran torpaqlarında 
da  becərmək  mümkündür.  Toxumları  2-3  sm  dərinliyə  basdırılır. 
Səpinlə  birlikdə  və  ya  torpağın  axırıncı  becərilməsi  zamanı  hek-
tara  40-50  kq  fosfor  və  kalium  50-55  kq  azot  gübrəsi  verilməsi 
məsləhət görülür. Bu azotun normasının yarısı qədərdir. Qalan ya-

22 
 
rısı isə yemləmə şəklində 2 dəfəyə, səpindən 30 və 45 gün sonra 
verilir.  
Ancaq  darı  əkinlərinin  çox  hissəsinə  gübrə  verilmir.  Kəndli 
təsərrüfatlarında  darı  əllə  səpilir.    Hektara  7-9  kq  toxum  səpirlər 
(bəzən 10-12 kq ) və yaxud da yuva üsulu ilə hər yuvaya 4-6 to-
xum qoyulur.  
Cərgəvi  səpinləri  səpici  aqreqatla  cərgəaraları  60-100  sm  və 
daha  çox  olmaqla  aparılır  və  hektara  2-5  kq  toxum  səpilir.  Hin-
distanda  alçaq  boylu  sortları  daha  sıx,  cərgəaraları  22-30  sm  ol-
maqla səpilir. 
Lazım gəldikdə cücərtilər seyrəldilir. Quru tropiklərdə hektar-
da 30 - 40 min nəmli yerlərdə isə 80-100 min bitki saxlanılır. 
Qərbi Afrikanın bəzi ölkələrində və Hindistanın bəzi ştatların-
da  darı  şitillə  əkilir.  Şitilləri  20-30  gün  müddətində  xüsusi  açıq 
pitomniklərdə (şitilliklərdə) yetişdirilir və hər yuvaya 2-3 şitil əki-
lir. Şitil kimi bəzən yaşlı bitkilərin  yan budaqlarından da istifadə 
edilir. 
Əkinə qulluq. Darı əkinlərində qulluq asandır. 2-3 dəfə yum-
şaltma, əl kətmənləməsi aparılır. Bu iş sahələri alaq basdıqda, bit-
kilər  zəif  böyüdükdə  aparılır.  Hündürboylu  sortların  dibi  doldu-
rulur. Quraqlıq illərdə 2- 4 dəfə şırımlarla suvarma aparılır. 
Yığım. Afrika darısının yığımı bir qayda olaraq əllə aparılır. 
Süpürgələr tam  yetişdikdə yığılır. Əgər güclü kollanan sortu əki-
libsə onda yığım bir neçə dəfəyə aparılır.Toxumlar əllə və ya hey-
vanların köməyi ilə döyülür. 
Silos  üçün  bitkilər  çiçəkləməyə  başladığı  dövrdə  çalınır. 
Çünki  çiçəkləmə  dövründə  bitkilərin  yarpaq  və  gövdələri  zərif, 
tərkibi isə karboһidratlarla zəngin olur. 
 
 
 
 
 
 
 

23 
 
II FƏSİL. ÇOXİLLİK  TAXIL  OTLARI 
 
Tarla  yem  istehsalına  daxil  olan  bütün  taxıl  otları  uzun  gün 
bitkilərinə aiddir. Onlar nəmlik sevən, soyuğadavamlıdırlar, lakin 
bu xüsusiyyət ayrı-ayrı növlərdə müxtəlif dərəcədə özünü büruzə 
verir. Paxlalı bitkilərdən fərqli olaraq taxıl otları  rhizobiumla (fır 
bakteriyaları)  müştərək  həyat  tərzi  keçirmirlər  və  havanın 
molekulyar azotunu təsbit etmək qabiliyyətləri yoxdur. Buna görə 
də  əkinlərin  məhsuldarlığı  torpağın  gübrələrlə  təmin  olunmasın-
dan asılıdır. Beləliklə əlverişli şəraitdə çoxillik taxıl otları 5-7 və 
10 il müddətinə yüksək  vegetativ kütlə məhsulu verə bilər.  
Seyrəkkollu taxıl otları fasiləsiz olaraq kollanmaq qabiliyyə-
tinə  malikdirlər.  Daha  intensiv  kollanma  erkən  yazda  və  payızda 
baş verir. Torpaqda formalaşan vegetativ yeniləşmiş  cavan zoğlar 
su  və  qida  elementlərini  ana  gövdənin  (budaq)  kök  sistemindən 
alırlar.  Ehtiyat  gözcüklərdən  (tumurcuq)  əmələ  gəlmiş  zoğlar 
təxminən 2 həftə ana bitkinin hesabına qidalanırlar. Hər bir inkişaf 
etmiş  cavan  budağın  ömrü  bir  ildir.  Taxıl  otları  quru  ot  məqsədi 
ilə biçildikdə ikinci biçin təzə vegetativ zoğların hesabına forma-
laşır. Bütün seyrəkkollu taxıl otlarının biçin həddi (torpaq səthin-
dən hündürlüyü) var. Əgər ot həmin həddin aşağı hissəsindən bici-
lərsə vegetativ  zoğlar  məhv olar. Bu hündürlük vegetativ budaq-
larda boy nöqtəsinin yerləşmə  səviyyəsi ilə müəyyən olunur. Ço-
xillik  taxıl  otlarının  əksəriyyəti  torpaq  səthindən  5-6  sm  hündür-
lükdən biçilir. 
Taxıl  otlarının  kök  sistemi  saçaqlıdır.  Hər  bir  yeni  zoğdan 
özünəməxsus kök sistemi formalaşır. Sünbülləmə yaxud süpürgə-
ləmə fazasına yaxın kökün quru kütləsi 80-90% təşkil edir. 
Bütün taxıl otlarının vegetativ kütlələrinin daha intensiv boy 
artımı  boruya  çıxma  fazasının  başlanğıcından,  sünbülləmə  yaxud 
süpürgələmə fazasına qədər baş verir. Quru ot məqsədilə yığım bu 
fazada  aparılır.  Məhsulun  nisbətən  tez  yığılması  məhsuldarlığın 
azalmasına, nisbətən gec  yığılması  isə onun keyfiyyətinin kəskin 
aşağı düşməsinə gətirib çıxarır.  

24 
 
Çoxillik  taxıl otları kollanma tipinə görə dörd qrupa bölünür: 
kökümsov gövdəlilər, seyrəkkolullar, sıxkollular və kökümsovgöv-
dəli - seyrəkkollular.    
  Kökümsov gövdəli – taxıl otlarının (qılçıqsız tonqalotu, sürü-
nən ayrıqotu, örüş qaramuğu, çəmən qırtıcı və s.)  - kollanma bu-
ğumu torpaq səthindən 5-20 sm dərinlikdə yerləşərək ətrafa üfüqi 
vəziyyətdə  dağılan  kökümsov    gövdələr,  kökümsov    gövdələrin 
buğumlarından  isə  yer  səthinə  çıxan  zoğlar  (gövdələr)  əmələ 
gətirirlər.  Beləliklə,  vegetativ  artma  yolu  ilə  sıx  ot  örtüyü  əmələ 
gətirirlər.  Ancaq  gövdələr  bir-birinin  üzərinə  düşmədiyi  üçün 
seyrək kol təşkil edir. 
Seyrəkkolu taxıl otları - ( çəmən yulafı, çəmən pişikquyruğu, 
düz tonqalotu, buğdaotu və s. )  - bu bitkilərin kollanma buğumu 
torpaq  səthinə  yaxın  (1-5  sm  dərinlikdə)  yerləşir.  Kollanma  za-
manı  əmələ  gələn  cavan  zoğlar  gövdədən  aralı  (azacıq  əyilərək) 
torpaq səthinə çıxdıqları üçün bitki seyrək kol formasını alır. Hər 
il özünün kollanma   buğumu olan  yeni  zoğlar  əmələ gəlir.  Belə-
liklə, kolun həcmi böyüyür, ancaq yeni zoğlar bir - birindən az da 
olsa  aralı  yerləşdiyinə  görə  seyrək  vəziyyətdə  qalır.  Seyrəkkollu 
bitkilər  kökümsov  gövdəlilərə  nisbətən  sıx  ot  örtüyü  əmələ  gəti-
rirlər. 
Sıxkollu taxıl otları - ( şırımlı yulaf, qoyun yulafı, ağ ot və s.) 
Sıx  kollu  otların  kollanma  buğumu  torpaq  səthində,  yaxud  çox 
dayazda  (1-2  sm  dərinlikdə)  yerləşir.  Gövdələrinin  buğumları 
olduqca qısadır. Yeni zoğlar kollanma buğumundan çıxdıqda bir-
birinə  paralel,  torpaq  səthinə  perpendikulyar  vəziyyətdə  böyüyür 
və ana zoğa sıxılmaqla, davamlı sıx kol əmələ gətirirlər. Sıxkollu 
otlar bir yerdə on il ömür edə bilirlər. 
 Kökümsov  gövdəli  seyrəkkollu  taxıl  otları  -  bir  sıra  bitkilər    
(qırmızı  yulaf  çəmən  tülküquyruğu,  qırtıc  və  s.)  kökümsov  göv-
dəli  -  seyrəkkollu    kol  təşkil  edirlər.  Belə  bitkilər  seyrəkkollu  ot 
tipli  kollanma  qabiliyyətinə  malik  olan  zoğlar  əmələ  gətirən  çox 
miqdar kökümsov gövdələrə malik olurlar. Bunlar sıx kök sistemi 
və möhkəm ot örtüyü əmələ gətirdikləri üçün otarılmaya davamlı 
olurlar. Ona görə də qiymətli örüş bitkisi hesab edilirlər. 

25 
 
 
Şəkil 1. Sudanotu (Sorqhum sudanense Pers.): 
1 - cücərti, 2 - bitki çiçəkləmə fazasında,  3 - sünbülcüyü və 
toxumu 
 




26 
 
 
Şəkil 2. Moqar (Setaria italica ssp. mocharium Alef.): 
1 – cücərti, 2 - bitki dəndolma dövründə,  3 – süpürgəsi, 
4 – sünbülcük,  5 - toxum 
 






27 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3. Birillik qaramuq (Lolium multiflorum Lam. 
var. westervoldicum) 

28 
 
 
 
 
Şəkil 4. Birillik qaramuq (Lolium multiflorum Lam. 
var. westervoldicum) tarlasının ümumi görünüşü 
 

29 
 
 
 
Şəkil 5.  Çumiza( qara düyü)  (Setaria italica ssp. İtalica) 
 

30 
 
 
Şəkil 6. Afrika darısı (Pennisetum tuphoides; P. spicatum) 
1-
 
çiçəkli gövdəsi, 2- çiçək qrupu, 3- çiçəyi, 
4- meyvəsi 





31 
 
 
 
 
Şəkil 7. Afrika darısı (Pennisetum tuphoides; P. spicatum) 
bitkisinin ümumi görünüşü 

32 
 
 
Şəkil 8. Çəmən pişikquyruğu ( Phleum pratense L.):   
1-2 - bitki sünbülləmə və cücərti fazasında, 3 - yalançı sünbül, 
a - çiçəkləyən vaxt, b - çiçəkləməyə qədər, 4 - çiçək, 
5 - qabıqlı dəni, 6 - çılpaq dəni 

33 
 
 
Şəkil 9. Qılçıqsız tonqalotu (Bromopsis inermis Leyss.): 
1 - 2 - bitki süpürgələmə və cücərti fazasında, 
3 - süpürgə süpürgələmə fazasında, 4  - süpürgə çiçəkləmə 
fazasında, 5 - sünbülcük, 6 - meyvə. 

34 
 
 
Şəkil 10. Çəmən topalı (Festuca pratensis Huds.): 
1 - 2 - bitki çiçəkləmə və cücərti fazasında, 
3, 5 - süpürgəsi süpürgələmə və çiçəkləmə fazasında,  
4 - sünbülcük, 6 - meyvəsi 

35 
 
 
Şəkil 11. Qamışvari topal (Festuca arundinacea Schreb.): 
1 - bitki süpürgələmə fazasında, 2, 3 - süpürgələri, 
4 - meyvəsi. 
 

36 
 
 
 
Şəkil 12. Çoban toppuzu (Dactylis glomerata L.): 
1 - 2 - bitki süpürgələmə və cücərti fazasında, 
3 - müxtəlif formalı süpürgələr, 4 - sünbülcük, 5 - meyvə 

37 
 
 
Şəkil 13. Ayrıq  (Agropyron L.): 1 - 2 - bitki çiçəkləmə və cücərti 
fazasında, 3, 4, 5- sünbülü, sünbülcüyü  və  meyvəsi, 
6, 7, 8 - daraqşəkilli, Sibir və səhra daraqotunun sünbülləri 

38 
 
 
 
Şəkil 14. Hündürboylu qaramuq ( Arrenatherum elatus J. et 
Presl.): 1 - 2 - bitki cücərti   və çiçəkləmə fazasında,                
3 - süpürgə dəndolma fazasında, 4  -süpürgə çiçəkləmə 
fazasında, 5 - sünbülcük , 
6 – meyvə. 

39 
 
 
Şəkil 15. Çoxçalımlı qaramuq (Lolium multiflorum Lam.): 
1 - 2 - bitki sünbülləmə və cücərti fazasında, 3, 4,  - sünbüllər 
sünbülləmə və çiçəkləmə fazasında, 5 - sünbülcük, 6 - meyvəsi. 

40 
 
 
Şəkil 16. Daraqsünbül ayrıqotu (Agropyron terenum Vaseg.) 
1 - sürünən ayrıq bitkisi cücərti fazasında, 2- sünbülləmə faza-
sında, 3 - sünbül,  4 -sünbülcük, 5 - meyvə, 6 - kökümsovgövdəsiz 
ayrıqotu bitkisinin aşağı hissəsi,  7 - sünbül, 8 -sünbülcük, 
9 - meyvə 
 

41 
 
 
Şəkil 17. Sibir ayrıqotu (tüklücəsi) (Elymus sibiricus L.):  
1 - 2 - bitki sünbülləmə və  cücərti   fazasında, 3 - sünbül 
sünbülləmə fazasında, 4  - sünbül çiçəkləmə fazasında,  
5 - sünbülcük, 6 - meyvə 
 

42 
 
 
Şəkil 18. Tarlaotu (Agrostis alba L.): 1 - 2 - bitki süpürgələmə və 
cücərti fazasında, 3 - süpürgə süpürgələmə fazasında, 4 - süpürgə 
çiçəkləmə fazasında, 5 - sünbülcük, 6 - meyvə. 
 

43 
 
 
Şəkil 19. Çəmən qırtıcı (Poa  pratensis L.) : 1 - 2 - bitki cücərtinin 
inkişafı və süpürgələmə fazasında, 3 - süpürgə, 4 - meyvə. 

44 
 
 
Şəkil 20. Çəmən tülküquyruğu (Alopecurus pratensis L.) 
1 - bitki sünbülləmə fazasında, 2 -  sünbüləbənzər süpürgə 
(yalançı sünbül), 3 - sünbülcük çiçəkləmə fazasında, 4 - meyvə. 

45 
 
Taxıl otları  yarpaqların gövdə üzərində  yerləşmə xarakterinə 
görə iki qrupa bölünür: alçaqkollu  (altmərtəbəli) və hündürkollu  
(üstmərtəbəli). Üstmərtəbəli taxıl otları yaxşı yarpaqlanan, 0,4-1,0 
m və daha hündür gövdəyə malik olmaqla üstünlük təşkil edirlər. 
Yaşıl kütləsinin (yarpaqlarının) çox hissəsi gövdənin yuxarı mər-
təbəsində  əmələ  gəlir.  Ona  görə  də  ot  çalınanda  yüksək  məhsul 
verirlər. 
Bu  qrupa  qılçıqsız  tonqalotu,  çəmən  pişikquyruğu,  hündür-
boylu  qaramuq,  çobantoppuzu,  buğdaotu,  çəmən  tülküquyruğu, 
çəmən yulafı və s. daxildir. 
Altmərtəbəli taxıl otlarının gövdəsi çox az hallarda 40 sm-dən 
yüksək  olur.  Çoxlu  qısalmış  gövdələr  əmələ  gətirirlər.  Əsas  yar-
paq  kütləsi  gövdənin  aşağı  mərtəbəsində  yerləşir.  Əlverişli  örüş 
bitkisi  hesab  edilir.  Belə  bitkilər  sırasına  çəmən  qırtıcı,  qırmızı 
yulaf, şırımlı yulaf, örüş qaramuğu daxildir. 
Qırtıckimilər  (Poaceae)    fəsiləsinin  yem  otları  çiçək  qrupu-
nun quruluşuna görə üç qrupda toplanır. 
1.  Sünbüllü  yem  otları  -  çiçək  qrupu  sünbüldür.  2.  Sünbülə-
bənzər  süpürgəli  yem  otları  –  çiçək  qrupu  yalançı  sünbüldür 
(sultan çiçək qrupu), 3. Süpürgəli yem otları – çiçək qrupu süpür-
gədir. 
Sünbüllü  yem  otları  qrupuna  ayrıqotu  və  qaramuq  cinsinin 
çoxçalımlı və örüş qaramuğu növləri daxildir. 
Sünbüləbənzər süpürgəli yem otları qrupuna çəmən pişikquy-
ruğu, çəmən  tülküquyruğu və moqar daxildir. 
   Süpürgəli  yem  otları  qrupuna  qılçıqsız  tonqalotu,  çəmən  
yulafı,  çoban  toppuzu,  hündürboylu  qaramuq  və  sudanotu  daxil-
dir. 
2. 1. Çəmən pişikquyruğu 
 
Əhəmiyyəti.  Çəmən  pişikquyruğu  ən  çox  yayılmış  çoxillik 
taxıl  otu  növüdür.  Təmiz  və  sıxlaşdırılmış  əkinlərdə  becərilir. 
Çəmən  pişikquyruğunun  hər  100  kiloqramında  3,1  kq    həzmə 
gedən  zülal,  7,2%  protein  vardır.  Yaşıl  kütləsində  12-14%,  quru 
otunda  isə  7-8%  xam  zülal  vardır.  Tərkibindəki  zülalın  52%-  i 

46 
 
asan həll olunan formadadır.  
Pişikquyruğunun çəmən üçyarpağı yaxud digər paxlalı otlarla 
qarışıq becərilməsi yemin keyfiyyətini yaxşılaşdırır. Çəmən pişik-
quyruğunun əsas yaxşı cəhəti yüksək turşuluğa dözməsi və mine-
ral qida elementləri ilə kasıb torpaqlarda boy atmaq qabiliyyətidir. 
Digər  ot  növlərinin  pis  bitdiyi  yerdə  pişikquyruğu  qənaətbəxş 
məhsul  verir.  Meşə,  meşə-çöl  və  dağlıq  sahələrdə  ot  çalımı  və 
otlaq üçün əkilir. 100 kq quru otunda 50 yem vahidi və 5 kq zülal 
var. 
Pişikquyruğunun yemlik keyfiyyəti yüksəkdir. Bütün heyvan-
lar onu iştaha ilə yeyirlər. Azərbaycanın dağlıq və dağətəyi bölgə-
lərində  çəmənçiliyi  inkişaf  etdirmək  və  dəmyə  şəraitdə  biçənək 
yaradıb yem istehsalını artırmaq üçün böyük əhəmiyyəti vardır. 
Çəmən  pişikquyruğunun  hər  hektarından  orta  hesabla  15-50 
sentner quru ot tədarük olunur. 
Botaniki  təsviri.  Çəmən  pişikquyruğu  (Phleum  pratense  L.) 
çoxillik  seyrəkkollu  ot  bitkisidir.  Kök  sistemi  saçaqlıdır,  əsasən 
torpağın  əkin  qatında  yerləşir.  Çoxlu  miqdarda  incə  kökcükləri 
olur. Kökü torpağın 80-100 sm dərinliyinə qədər uzanır. Gövdəsi 
içərisi  boş,  silindr  şəkillidir,  aşağı  hissəsi  əyiləndir.  Gövdənin 
hündürlüyü 1 metrə çatır. Çiçək qrupu sıx  sünbüləbənzər süpür-
gədir (sultan). Sünbülcüyü xırda, birçiçəklidir. Meyvəsi uzunsov-
oval  formalı  dəndir.  Toxumları  xırda  boz-sarı  rənglidir.  Mütləq 
kütləsi 0,4 - 0,5 qr-dır (şəkil 8).   
Avropa, Asiya və Afrikada 15 növü, Azərbaycanda isə 3 növü 
məlumdur. 
Bioloji  xüsusiyyətləri.  Çəmən  pişikquyruğu  uzun  gün  bitki-
sidir, temperatura tələbkardır. Toxumları 1-2 
0
C temperaturda cü-
cərməyə başlayır. Soyuğa və şaxtaya davamlılığı ilə fərqlənir. Op-
timal  temperatur  15-20 
0
C  -  dir.  Qışa  və  şaxtaya  davamlılığı  pa-
yızlıq taxıllar qədərdir. Yerüstü kütlənin formalaşması üçün opti-
mal temperaturun miqdarı 18-19 
0
C
 
- dir.  
 Çəmən pişikquyruğunun hər bir kolunda üç cür cavan budaq 
olur. 1. Qısa vegetativ  yarpaq dəstələri, 2. Uzun vegetativ budaq 
(inkişaf etmiş çiçəksiz budaqlar), 3. Generativ budaqlar (budaq və 

47 
 
çiçək qrupundan ibarətdir). 
Bir kolda budaqların miqdarı 6-280 ədədə qədər olur. Çəmən 
pişikquyruğunun  kollanması  yazda  və  yay-payız  dövründə  olur. 
Hər bir budaq generativ fazanı keçdikdən sonra məhv olur. Yəni 
bir  il  yaşayır.  Ona  görə  də  çoxillik  istifadə  zamanı  çəmən  pişik-
quyruğunun  kütləsini  torpaq  səthindən  4  sm-dən  aşağı  olmadan 
biçilməsi zəruridir. Ona görə ki, qalan vegetativ budaq yaxşı inki-
şaf edərək tam qiymətli kol əmələ gətirir.  
Çəmən  pişikquyruğu  nəmlik  sevən  bitkidir.  1  sentner  quru 
kütlə  yaratmaq  üçün  500  sentnerə  qədər  su  buxarlandırır.  Yaxşı 
quru ot və toxum məhsulu verərkən torpaqdan çoxlu qida element-
ləri tələb edir. Çəmən pişikquyruğu 1 sentner quru otla  torpaqdan 
1,3-1,4  kq  azot,  0,6-0,8  kq  fosfor,  1,9  -  2,0  kq  kalium  elementi 
aparır. Toxumluq bitki isə 1 sentner toxum və ona müvafiq yerüs-
tü kütlə ilə torpaqdan 7 kq azot, 6,3 kq fosfor və 25-26 kq kalium 
elementi aparır. Çəmən pişikquyruğu müxtəlif torpaqlarda becəri-
lir, qumsal və duzlu torpaqlar yararlı hesab edilmir. 
Sortları:  Vita -1. Mayskaya -1, Marusinskaya - 297, Pskov-
skaya mestnaya və s. 
Növbəli əkində yeri. Adətən çəmən pişikquyruğunu yonca və 
üçyarpaqla bir yerdə qarışıq səpirlər. Təmiz halda toxum məqsədi 
ilə becərilirBelə halda çoxillik paxlalı  otlardan sonra kartof   və 
çuğundurdan sonra yaxşı gübrə və peyin verilmiş tarlaya səpirlər, 
yaxud da xüsusi növbəli əkində yerləşdirirlər. 
Torpağın  becərilməsi.  Çəmən  pişikquyruğunun  toxumları 
xırda və cavan cücərtilərinin inkişafı  yavaş getdiyinə görə torpa-
ğın  ciddi  hazırlanmasına  tələbkardır.  Kövşənlik  üzlənir  və  payız 
şumu aparılır. Erkən yazda malalama ilə yanaşı kultivasiya çəkə-
rək torpağın üzərini xüsusi alətlərlə hamarlayırlar və sonra çəmən 
pişikquyruğunu  yazlıq  taxıllar  üçün  örtük  bitkisi  kimi  səpirlər. 
Toxumlar,    alaq  otlarından  təmiz,  məsaməli  və  düz  səthi  olan 
torpağa  0,5-1,0  sm  dərinliyində  basdırılır.  Eyni  zamanda  son 
dövrdə taxıl otlarını örtüksüz bitki kimi becərirlər.  
Gübrələmə.  Mineral  gübrələrin  əsas  hissəsini  çəmən  pişik-
quyruğu  kollanma  və  borulaşma  dövründə  mənimsəyir.  Alaqlan-

48 
 
manın  qarşısını  almaq  üçün  çəmən  pişikquyruğunun  sələfi  altına 
30-40  ton  peyin  verilir.  Azot  gübrəsinə  tələbkar  bitkidir.  Gübrə 
verilmədən hektardan 2 sentner toxum alındığı halda, hektara 40 
ton peyin verdikdə məhsuldarlıq 10 sentnerə, 90 kq azot verdikdə 
isə 3 sen-dən 5 sen-ə çatır.  
Səpin.  Gencərgəli  səpinlərdə  çəmən  pişikquyruğunun  səpin 
norması hektara 4-5 mil. adi cərgəvidə 8-10 milyon, qarışıq əkin-
lərdə isə 4-6 mil.- dur. 
Əkinlərə  qulluq.  Əkinlərə    ən  çox  alaq  otları  zərər  gətirir. 
Qorxulu  dövr  səpindən  1,5-2,0  ay  keçənə  qədərdir.  Çıxışlar  alın-
dıqdan sonra birinci cərgəarası becərmə aparılır. İkinci becərməni 
cərgələrdə alaq otları göründükdə aparırlar. Lazım gəldikdə üçün-
cü  becərməni  də  aparmaq  mümkündür.  Erkən  yazda  toxumluq 
sahələrə  gübrə  verərək  iki  iz  malalayırlar.  Alaq  otlarına  qarşı 
mübarizə məqsədi ilə hektara 0,4-0,8 kq 2,4-D (butil efiri) herbi-
sidini 2-3 yarpaq yaxud borulaşma dövründə çiləyirlər.  
Məhsul  yığımı.  Məhsul  tam  yetişkənlik  dövründə  birbaşa 
kombaynla,  mum  yetişkənlik  dövründə  isə  hissə-hissə  yığılır. 
Kombaynla  yığılmış  ot  toxumu  adətən  çox  zibillənmiş  və  hədsiz 
nəmli olur. Yığılmış toxumu sərərək çevirirlər, quruduqdan sonra 
sort ayıran maşınlarda çeşidləyirlər və kisələrə doldururlar. Toxu-
mun nəmliyi isə 15%-ə çatdırılır.  
 
2. 2. Qılçıqsız tonqalotu 
 
Əhəmiyyəti.  Qılçıqsız  tonqalotu  yüksək  məhsuldarlığına, 
yemlik keyfiyyətinə, quraqlığa davamlığına, müxtəlif torpaq-iqlim 
şəraitində  yetişmək  qabiliyyətinə,  eləcə  də  digər  keyfiyyətləri  ilə 
yanaşı çoxillik otlar arasında birinci yerlərdən birini tutur. Tarla ot 
əkinləri  üçün  böyük  əhəmiyyətə  malikdir.  Torpaq  münbitliyinin 
bərpaedicisi kimi dənli taxıl bitkiləri üçün yaxşı sələfdir. Qılçıqsız 
tonqalotu alaq otları ilə müvəffəqiyyətlə mübarizə etmək qabiliy-
yətinə malikdir. Artıq həyatının birinci ilinin sonuna yaxın örtük-
süz  əkinlərdə  o  alaq  otlarını  məhv  etməyə  başlayır,  ikinci  ilin 
yazında erkən boy atmağa başlayır, sürətlə inkişaf edir və alaqları 

49 
 
zəiflədir, lakin üçüncü ili alaqlardan tamamilə azad olur. 
Mədəni otlaqlar və biçənəklərin  yaradılması və  yaxşılaşdiril-
masında, eləcə də yamaclar və yarğanların möhkəmləndirilməsin-
də,  yemçilik  növbəli  əkinlərində  qılçıqsız  tonqalotundan  istifadə  
edilir. O, qurudulmuş bataqlıqlarda və şoran yerlərdə çəmən salma 
(biçənək)  üçün  ot  qarışığının  əsas  komponentidir.  Qurudulmuş 
bataqlıq  torpaqlarda  qılçıqsız  tonqalotunun  təmiz  səpini  ot  unu, 
yaxud  da briket (kərpic kimi preslənmiş ot unu) hazırlanmasında 
perspektivlidir. 
Yüksək  yem  keyfiyyətinə  malik  qiymətli  otlaq  bitkisidir  və 
heyvanlar  tərəfindən  çox  yaxşı  yeyilir.  Yaşıl  kütləsi  və  quru  otu 
yüksək  qidalılığı  ilə  fərqlənir.  Bir  sentner  quru  otun  tərkibində 
0,57 yem vahidi və 6 kq həzmə gedən protein vardır. Sünbülləmə 
fazasında biçildikdə quru otun tərkibində 19% protein, 16% zülal, 
3%  yağ,  21%  sellüloz,  9%  kül  elementləri  və  47%  azotsuz 
ekstraktiv maddələr olur. 
Otlaq  və  biçənəklər  yaratmaq  üçün  olduqca  faydalıdır. 
Yüksək  qidalılığı  çoxlu  miqdarda  yarpaqlı  vegetativ  budaqların 
(gövdə) olması ilə izah edilir. Yarpaqlarının tərkibində gövdəsinə 
nisbətən çoxlu miqdarda qida maddələri var.  Azərbaycanın dağlıq 
və  dağətəyi  bölgələrində  yüksək  məhsul  verir.  Əkmə  otlaqların 
yaradılmasında  qarışıq  ot  səpini  aparmaq  üçün  əvəzsiz  bitkidir. 
Güclü saçaq əmələ gətirdiyinə görə yamaclarda torpağın eroziya-
sının  qarşısını  alır.  Əlverişli  şəraitdə  hər  hektardan  orta  hesabla 
50-60 sentner quru ot məhsulu verir. 
Qışadavamlılığı və quraqlığa davamlılığı yaxşıdır. Müvəqqəti 
subasmaya dözümlüdür. Subasar torpaqlarda daha yüksək quru ot 
məhsulu verir. 
Suvarma  şəraitində  qılçıqsız  tonqalotu  çəmən  pişikquyruğu-
nun qarışığı ilə hektardan 100-110 sentnerə qədər quru ot məhsulu 
verir.  Şoran  torpaqlarda  bitir.  Çaybasar  çəmənliklərdə,  eləcə  də 
çürüntü ilə zəngin gilli torpaqlarda yaxşı inkişaf edir. Eyni tarlada 
8-10 il, lakin gübrə verilmiş subasar torpaqlarda 20 il bitir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə