Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5.43 Mb.
Pdf просмотр
səhifə6/13
tarix26.05.2017
ölçüsü5.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Botaniki təsviri. Payızlıq gülülün (Vicia villosa Roth.) yaxşı 
inkişaf etmiş mil kökü və çoxlu kökcükləri var. 

72 
 
Gövdəsi nazik, üzəri tükcüklərlə örtülü əyiləndir, hündürlüyü 
100-120  sm,  tez  yatandır.  Yarpaqları  cütlələkşəkillidir.  Nəhayəti 
bığcıqla  qurtarır.  Yarpaqcıqların  miqdarı  6-10  cüt  olur.  Forması 
lansetvaridir.  Çiçəkləri  açıq-bənövşəyi  rəngdədir.  Çarpaz  tozla-
nandır.  Paxlası  uzunsov  romb  formalı,  tünd-şabalıdı  rəngdədir. 
Paxlada  dənlər  2-6  ədəddir.  Toxumlar  şarşəkilli  tünd-şabalıdı  və 
qara rənglidir. Mütləq kütləsi 25-30 qramdır (şəkil 22). 
Payızlıq  gülülü  arpa,  vələmir  və  çovdarla  qarışıq  əkdikdə 
məhsuldarlıq artır və yemin keyfiyyəti yüksəlir.  
Bioloji xüsusiyyətləri. Payızlıq gülül normal qışlayır və -6 
0

şaxtaya  dözür.  Onu  həm  payızda,  həm  də  yazda  becərirlər. 
Optimal  səpin  müddətində  2-3 
0
C  istilikdə  7-8  günə  cərgələrdə 
tam  və  bərabər  miqdarda  cücərtilər  verir.  İnkişafının  ilk  dövr-
lərində  istilik və nəmliyə  tələbkardır. Cücərtiləri  –3-4 
0
C
 
şaxtaya 
dözür. 
Çarpaz tozlanan bitkidir, tozlanma həşəratlar vasitəsilə gedir. 
Çiçəkləmə  müddəti    15-20  gün  davam  edir.  Vegetasiya  müddəti 
sortdan  və  becərmə  texnologiyasından  asılı  olaraq  dəyişir.  To-
xumları 50-70 günə yetişir. 
Növbəli  əkində  yeri.  Payızlıq  gülülü  tərəvəz  növbəli  əkin-
lərində, yem növbəli əkinlərində və fermayanı növbəli əkinlərində 
becərirlər.  Cərgəarası  becərilən  bitkilər  gülül  üçün  yaxşı  sələf 
hesab olunurlar. Gülülü payızlıq buğda, arpa, qarğıdalı və pambıq 
yerinə də əkmək olar. 
Torpağın  becərilməsi.  Payızlıq  gülülün  səpini  üçün  torpaq, 
sələf bitkilərindən asılı olaraq becərilir. Alaq otlarını məhv etmək 
üçün  torpaq  suvarılır  və  yumşaldılır.  Alaqlar  cücərdikdən  sonra 
sahə şumlanır. Şum  altına peyin və fosfor gübrələri verilir. Hek-
tara  10  ton  peyin  və  60  kq  superfosfat  verilməsi  kifayətdir. 
Səpinqabağı malalama aparılır. Əgər səpin erkən yazda aparılma-
lıdırsa  torpaq  payızda  dondurma  şumu  edilməlidir.  Şumun 
dərinliyi 25-28 sm olmalıdır. Erkən  yazda səpinqabağı  malalama 
aparılmalıdır.  
Səpin. Səpindən qabaq toxumların cücərmə qabiliyyəti yoxla-
nılıb dərmanlanmalıdır. Səpin СУ-24  və ya СУБ-48М markalı to-

73 
 
xumsəpənlə cərgəaraları 7,5-15-30 sm olmaqla aparılır. Səpin nor-
ması sortdan, toxumların mütləq kütləsindən, səpin üsulu və səpin 
müddətindən,  habelə  becərilən  bölgədən  asılı  olaraq  dəyişir.  
Səpin  norması  suvarılan  zonalarda  az,  dəmyə  yerlərdə  nisbətən 
çox  götürülür.  Hektara  70-100  kq  toxum  səpilir.  Toxum  3-4  sm 
dərinliyə  basdırılır.  Vegetasiya  müddətində  2-3  dəfə  suvarılır. 
Fosfor  gübrəsinə  tələbatı  daha  çoxdur.  Bitkini  qönçələmə 
fazasında iki dəfə gübrələmək məsləhət görülür. 
Yığım.  Yaşıl  ot  üçün  qönçələmə  və  çiçəkləmə  fazasında  bi-
çilir.  Payızlıq  gülül  nisbətən  quraqlığa  davamlıdır.  Quraqlıq  böl-
gələrdə qışqabağı səpinlərdə yaxşı bitir. Yığım yazlıq gülüldə ol-
duğu kimidir. 
3. 3. Çöl noxudu  
 
Əhəmiyyəti. Çöl noxudunun yaşıl kütləsi yaxud quru otunda 
çoxlu miqdarda (mütləq quru kütləyə görə 23,6 və 18,5%) protein 
vardır.  Onun  toxumunda  proteinin  miqdarı  21,9%-dir.  Bir  kq 
toxumunda 18 qram lizin, çoxlu metionin, sistein və triptofan var-
dır. 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Çöl  noxudu  (Pi-
sum  arvense  L.)  payızlıq  yaxud  yazlıq  birillik  bitkidir.  Bir  neçə 
növü  vardır.  Vaxtilə  Azərbaycanda  yalnız    “çöl  noxudu-1444” 
sortu becərilirdi. Үmumittifaq Bitkiçilik İnstitutu Moskva  bölmə-
sinin  əməkdaşları  tərəfindən  alınmışdır.  1959-cu  ildə  Azərbay-
canın bir sıra dağ və dağətəyi zonaları üçün rayonlaşdırılmışdır. 
Çöl noxudunun mil kök sistemi var. Kökün görünüşü boz, sa-
rımtıl, boğaz hissəsində qalınlığı 1,2 sm, orta dərəcədə yumşaqdır. 
Kökü torpağın 50-70 sm dərinliyinə gedir, ətraflara isə 20-30 sm-ə 
qədər yayılır. Bir bitkinin kökü üzərində 30-a qədər kök yumrusu 
əmələ gəlir.   
Bitkinin  hündürlüyü  100  sm-ə  çatır.  Gövdəsi  nazik  və  qaba 
olur. Gövdənin orta hündürlüyü 50-90 sm-dir. Gövdənin əsasında 
diametri 1,2-1,8 sm-ə çatır. Az miqdarda tüklü, yarımkoldur, orta 
dərəcədə  suludur.  Bir  bitkidə  8-11  gövdə,  hər  gövdədə  8-26 
buğumarası olur. Gövdənin rəngi boz-narıncıya çalır (şəkil 23).  

74 
 
Yarpaqları lələkşəkillidir. Yarpaqları orta sıxlıqda, tünd-yaşıl 
rəngli,  aşağı  səthi  qısa  tüklərlə  örtülüdür.  Orta  dərəcədə  budaq-
lanır  və  yarpaq  əmələ  gətirir.  Yapaqyanlıqları  ensiz  diş-dişdir, 
əsasən qırmızı rənglidir. Yerə yatmağa meyllidir. Çiçəkləri yarpaq 
qoltuğunda  yerləşir.  Çiçək  qrupu  (süpürgəsi)  bənövşəyi-qırmızı-
dır. Meyvəsi çoxtoxumlu paxladır.  
Paxlası iy şəkilli nəhayəti əyilmiş vəziyyətdədir, eni 0,4-1 sm, 
uzunluğu 4-5 sm-dir. Qısa, şişkin, qabarıq şəkildə olan paxlaların 
dimdiyi çox qısa olur. Toxumu girdə-bucaqlı, sığallı, kiçik çökək-
liklərdən  ibarətdir.  Toxumun  rəngi  boz,  qonur,  bəzən  qara  olur. 
1000 ədəd toxumun kütləsi 150-170 qramdır.  
Toxumlar 1-2 
0
C temperaturda cücərir. Cücərtilər -6 
0
C şaxta-
lara yaxşı dözür.  
Nəmlik  sevən  bitkidir. Nəmliyə  daha çox  tələbatı  qönçələmə 
dövründən kütləvi çiçəkləmə dövrünə qədərdir. Bu uzun gün bit-
kisidir.  
Torpağa  o  qədər  də  tələbkar  deyildir,  lakin  nəmli  və  bataqlı 
torpaqlarda  bitmir.  Digər  paxlalı  bitkilər  kimi  o  fosfor  və  kalium 
gübrələrinin verilməsinə tələbkardır. 
Vegetasiya müddəti toxumluq bitkilərdən sonra səpildikdə 85 
gündən 100 günə, yaşıl kütlə yaxud quru ot üçün isə 45 gündən 55 
günə qədərdir.  
Becərilmə texnologiyası. Çöl noxudunu başdan - başa becə-
rilən və dənli taxıl bitkilərindən sonra məşğullu herik bitkisi kimi 
səpirlər.  Bu  bitki  dənli  taxıl,  kartof  və  digər  bitkilər  üçün  yaxşı 
sələfdir.  Herik  tarlasına  çöl  noxudu  əkməzdən  qabaq  30-40  ton 
peyin  verilməsi  yaşıl  kütlə  məhsulunu  hektardan  50  sentner  və 
daha  çox  artırır.  Məsləhət  görülür  ki,  payızdan  hektara  təxminən 
60 kq fosfor-kalium gübrəsi verilsin. 
Çöl noxudunun səpin norması hektara 220 kq-dır. Vələmirlə 
qarışıq əkinində yaşıl yem və quru ot üçün hektara 140-160 kq (1 
mln.  ədəd),  toxumluq  qarışıq  əkində  isə  50-60  kq  toxum  səpilir).  
Toxum məqsədi ilə səpinin erkən aparılması zəruridir, lakin yaşıl 
yem məqsədi ilə becərdikdə 2-3 müddətə 15-20 günlük fasilələrlə 
aparılması məsləhətdir. Toxumun basdırılma dərinliyi 3- 4 sm-dir. 

75 
 
Ot qarışığı yem məqsədi ilə istifadə olunduqda biçin çiçəklə-
mə  fazasının  başlanğıcında,  quru  ot  üçün  çiçəkləmədən  on  gün 
sonra, toxum məqsədilə isə paxlaların 75-80%-i yetişdikdə həyata 
keçirilir.  
Çöl noxudunu kövşənlik əkinlərdə istifadə etdikdə əsas bitki-
nin  məhsulu  yığıldıqdan  sonra  torpaq  sürətlə  becərilməli  və  ot 
qarışığı səpilməlidir. Kövşənlik əkinlərin (çöl noxudu + vələmir) 
qarışığı hektardan 120-160 sentner yaşıl kütlə məhsulu verir. 
 Vaxtilə Azərbaycanda çöl noxudunun bir neçə forması:  yaz-
lıq çöl noxudu, ensizyarpaq çöl noxudu, tüklü çöl noxudu və b. be-
cərilirdi. 
Təəssüf  ki, son zamanlarda Azərbaycanda çöl noxudunun bü-
tün  formalarının  əkin  saһəsi  xeyli  azalmışdır  və  demək  olar  ki, 
yox dərəcəsindədir. 
Gürcüstanın  yerli  sortu  olan  Axalkələk  çöl  noxudu  respubli-
kamızın aran və dağətəyi zonaları şəraitində sınaqdan keçirilib be-
cərilirdi. 
3. 4. Seradella (quşayağı) 
 
Əhəmiyyəti. Seradellanı qumsal torpaqların üçyarpağı adlan-
dırırlar. Bu dənli bitkilər və kartof üçün çox gözəl sələfdir. Sera-
della otarmağa qarşı dözümlü və əla bal verən bitkidir. Tərkibində 
quru maddəyə görə proteinin miqdarı 15,2 %-dir.  
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Seradella  (Orni-
thopus sativus Broth.) bərk kök sistemi və güclü inkişaf edən yan 
köklərdən ibarətdir. Kökləri torpağın 125 sm  və daha artıq dərin-
liyinə  işləyir,  ilk  dövrlərdə  bitkinin  kökü  sutkada  7  sm-ə  qədər 
dərinliyə gedə bilir.  Hər bir bitki 5-dən  16-ya qədər nazik, zərif, 
şaxələnən  hündürlüyü  50-70  sm,  payıza  qədər  qabalaşmayan 
sürünən  budaqlar  əmələ  gətirir.  yarpağı  cütlələkşəkillidir.  Çiçək 
qrupu salxımdır (qotaz). Çiçəkləri açıq-çəhrayı rənglidir. Meyvəsi 
paxladır.  Bir  hamaşçiçəyin  paxlaları  quş  pəncəsinə  oxşayır,  ona 
görə də seradellaya quşayağı  da deyirlər. Paxlalarının  uzunluğu 4 
sm-ə  qədərdir.  Hər  bir  paxlada  5-6  toxum  olur.  Toxumu  xırda, 
bucaqlı, yastı, açıq-darçını yaxud yaşılımtıl rəngdədir (şəkil 24).  

76 
 
Toxumları 1-2 
0
C temperaturda cücərir. Cücərtiləri və yetkin 
bitkiləri - 8-9 
0
C şaxtada məhv olurlar.  
Seradella nəmlik sevən bitidir. Havanın nisbi rütubəti yüksək 
olduqda  o  yaxşı  inkişaf  edir.  Kiçik  yaşlarında  kölgəliyə  yaxşı 
dözür.  Kök  sistemi  yüksək  soruculuq  qabiliyyətinə  malikdir. 
Fosfor və kalium gübrələrinin verilməsinə yaxşı reaksiya göstərir.  
İlk  40-45  gündə  seradella  yavaş-yavaş  inkişaf  edir.  Sonra  o 
çiçəkləməyə  başlayır,  elə  bu  dövrdən  budaqlar  intensiv  inkişaf 
etməyə  başlayır.  Nəmişli  havalarda  bitki  payızın  sonuna  qədər 
çiçəkləyir. Paxlaların və toxumların yetişməsi nizamsızdır, səpin-
dən 105-110 gün sonra yetişməyə başlayırlar. Çox vaxt aşağıdakı 
paxlalar  yetişir, lakin budaqların  yuxarı hissəsində hələ də açılan 
çiçəklər olur.  
Becərilmə  texnologiyası.  Seradella  herik  bitkisi  kimi  yaxud 
payızlıq və yazlıq taxıllar altında becərilir.  
Qumsal  torpaqlarda  kalium  gübrəsi  quru  ot  məhsulunu  24-
34%, lakin fosfor və kalium 53% artırır.  
Səpin norması quru ot üçün hektara 40-45 kq, toxum üçün isə 
10-15  kq-dır.  Toxum almaq  üçün  seradella  çox erkən  səpilir.  Sə-
pin  üsulu  toxum  üçün  adi  cərgəvi,  yem  üçün  gencərgəli, 
cərgəarası  25-30  sm  olmaqla  səpilir.  Toxumun  basdırılma  dərin-
liyi 2-3 sm-dir. Seradella toxum üçün alaq otlarından təmiz tarla-
larda adi cərgəvi üsulla səpilir.  
Quru  ot  üçün  yığım  tam  çiçəkləmə  fazasında  bitkinin  aşağı 
yaruslarında  yaşıl paxlalar əmələ gəldikdə həyata keçirilir. Aşağı 
yaruslardakı  paxlalar  qonurlaşdıqda  toxumluq  seradellanın 
yığımına başlanır. Seradella otbiçənlə biçilir. Toxum itkisini azalt-
maq  üçün  yığım  səhər  və  axşam  saatlarında  həyata  keçirilir. 
Yığımın  gecikdirilməsi  ən  yaxşı  toxumların  tökülməsinə  səbəb 
olur.  Çoxillik  təcrübə  göstərir  ki,  yığımın  10  gün  gecikdirilməsi 
toxum  məhsulunu  27-30%  aşağı  salır.  Qurudulmuş  kütlə  kom-
baynla xırdalanır.   
 
 
 

77 
 
3. 5. Birillik  üçyarpaqlar (üçyarpaq yoncalar) 
 
3.5.1.  İran  üçyarpağı  (İran  üçyarpaq  yoncası)  (şabdar) 
(Trifolium resupinatum L.) birillik yazlıq və payızlıq bitkidir. İran 
üçyarpaq  yoncası  (şabdar)  suvarılan  rayonlarda  qiymətli  yem 
bitkisidir.  Respublikanın  rayonlarında  hər  hektardan  70  sentner 
əlverişli  şəraitdə  isə  150  sentnerə  qədər  quru  ot  məhsulu  verir. 
İran  üçyarpaq  yoncası  (bundan  sonra  İran  üçyarpağı)    yabanı 
halda  Lənkəran-Astara  zonasının  təbii  biçənəklərinin  30%-ni 
təşkil  edir.  Qidalılığına  görə  yonca  bitkisinə  yaxındır.  Gövdəsi, 
yarpaqları yumşaq və xoş iylidir (şəkil 25).  
Pambıq bitkisi üçün şabdar gözəl sələfdir.  Yaşıl gübrə kimi 
istifadə  etdikdə  pambığın  məhsuldarlığı  hektardan  10-12  sentner 
artır. 
İran üçyarpağının (şabdar)  becərilməsi üçün əlavə tarla tələb 
edilmir. Belə ki, iki mövsüm arasında onu pambıq cərgələri içinə 
payızda səpdikdə aprel ayına kimi yüksək məhsul almaq olar. Orta 
Asiyada  erkən  yaz  səpinində  iyun  ayında  çiçəkləyir.  Tərkibində 
17-18%  protein  olan  yüksək  qidalı  quru  ot  məhsuldarlığı  hektar-
dan 80-100 sentnerə çatır.  
Toxumları  əlverişli  şəraitdə  bir  sutkaya  cücərir.  Cücərtilər 
şaxtaya davamlıdır. 
Torpağa tələbkar deyildir.  İran üçyarpağı (şabdar)  çox məh-
suldar olduğundan onu yonca ilə qarışıq əkmək faydalıdır. Şabda-
rın hesabına yoncanın məhsulu birinci ili 35-40% artır.  
Kök sistemi orta güclüdür. Gövdəsi az budaqlanan, yüksələn-
dir.  Bitkinin  hündürlüyü  20-30  sm  və  daha  artıqdır.  Başcığı 
şarşəkillidir. Çiçəkləri çəhrayıdır. Yaxşı bal verən bitkidir. Suvar-
ma şəraitində 3-4 biçin verir. Vegetasiya dövrünün uzunluğu 80-
135 gündür. 
Suvarma şəraitində bitkinin boyu 70-100 sm-ə çatır. Yarpaq-
ları üçguşəlidir. Çiçək qrupu yarım şar şəkillidir. Toxumu yumur-
tavarıdır,  sarı,  yaşıl,  qəhvəyi  rəngdə  olur.  Mütləq  kütləsi  1,5-1,8 
qramdır. 
Suvarılan rayonlarda 2-3 dəfə biçmək olar. İkinci biçin üçün 

78 
 
30-40, üçüncü biçin üçün isə 50 gün tələb olunur. Çarpaz tozlanan 
bitkidir. 
Toxumları  çox  xırda  olduğundan  səpin  qabağı  sahəyə  mala 
çəkmək  lazımdır. Onu payızda səpdikdə səpinqabağı əkilmiş sahə 
suvarılmalı və malalanmadan sonra səpinə başlanmalıdır. 
Fosfor  və  kalium  gübrəsinə  tələbkardır.  Şabdar  adi  cərgəvi 
üsulla  səpilir.  Səpin  norması  hektara  12-16  kq,  toxumun 
basdırılma dərinliyi 1,5-2,0 sm-dir. Vegetasiya müddətində müx-
təlif şərtlərdən asılı olaraq şabdar 4-5 dəfə suvarıla bilər. Şabdarın 
səpin müddəti payızda oktyabr ayındadır. 
Quru  ot  üçün  çiçəkləmə  dövrünün  başlanğıcında  şabdarı 
biçmək lazımdır, gecikdirildikdə 2-ci biçinin məhsulu aşağı düşür. 
Toxum  almaq  məqsədilə  şabdarın  ancaq  birinci  biçini  sax-
lanılır.  Çünki,  birinci  biçindən  götürülən  toxum  məhsulu  keyfiy-
yətli olur. Biçin başcıqların 70-80%-i qonurlaşdıqda aparılır. Küt-
lə quruduqdan sonra birbaşa kombaynla döyülür. 
Şabdar kövşənlik əkinlərdə daha yaxşı bitir. Şabdarın kövşən-
lik əkinlərdə yaşıl kütlə məhsuldarlığı hektardan 230-240 sentnerə 
çatır. 
3.5.2. Al-qırmızı üçyarpaq yonca (Trifolium incarnatum L.) 
(bundan  sonra  al-qırmızı  üçyarpaq)  birillik  bitkidir.  Mil  kök  və 
çoxlu miqdarda yan köklərdən ibarətdir. Gövdəsi qüvvəli, qalın və 
yumşaq  tüklüdür.  Yarpaqları  iridir.  Hamaşçiçəyi  silindir  formalı 
başcıqdır. Süpürgənin çiçəkləri parlaq qırmızı rəngə boyanmışdır 
(şəkil 25).  
Al-qırmızı üçyarpaq istilik və nəmlik sevən bitkidir, havalan-
ması  yaxşı  olan  torpaqlar  onun  üçün  üstünlük  təşkil  edir.  Yaz 
nəmişli keçdikdə tez boy atır və inkişaf edir. Bitkinin hündürlüyü 
50-60 sm-dir. Qafqaz respublikalarında suvarma şəraitində hektar-
dan  50  sentner  quru  ot  və  3-5  sentner  toxum  məhsulu  verir.  Hər 
şeydən əvvəl bağçılıqda siderat bitki qismində becərilməsi müm-
kündür.  
Al-qırmızı  üçyarpaq  yazda  örtüksüz  bitki  kimi  səpilir.  Yem 
məqsədi  ilə  becərildikdə  səpin  norması  hektara  30-35  kq,  toxum 
üçün isə 20-25 kq götürülür.  

79 
 
Bu  üçyarpaq  adətən  bir  biçin  verir.  Toxum  üçün  başcıqlar 
qonurlaşdıqda kombaynla yığılır. 
3.5.3. Aleksandr üçyarpaq yoncası (Trifolium alexandrinum 
L.)  (bundan  sonra  Aleksandr  üçyarpağı)  -  kifayət  qədər  yaxşı 
inkişaf  etmiş    kök  sisteminə  malik  birillik  bitkidir.  Gövdəsinin 
hündürlüyü 25-60 sm, düz dayanan, budaqlanandır. Hamaşçiçəyin 
başcığı  girdə-silindirvari  formalıdır.  Çiçəkləri  sarımtıl-ağdır. 
Toxumun  1000  ədədinin  kütləsi  2,5-3,0  qramdır.  Vegetasiya 
müddətinin uzunluğu 90-120 gündür (şəkil 25). 
Aleksandr  üçyarpağının  səpini  payızda  yaxud  erkən  yazda 
aparılır. Səpin norması hektara 15-18 kq-dır. Toxumun basdırılma 
dərinliyi 2 sm-ə qədərdir. 2-3 biçin verir. Yaşıl kütlə  məhsuldar-
lığı  hektardan  120  sentnerə  çatır.  Bütün  növ  heyvanlar  yaşıl 
kütləsini və quru otunu yaxşı yeyirlər. Zaqafqaziya və Orta Asiya 
respublikalarında yaxşı bitir.  
 
3. 6. Lərgə 
 
Heyvanlar  üçün  möhkəm  yem  bazasının  təşkilində  lərgənin 
əhəmiyyəti  böyükdür.  Lərgədən  yüksək  keyfiyyətli  dən,  ot,  yaşıl 
yem və silos məhsulu istehsal edilir. 
Lərgənin (bucaqlı noxudun) dənində 23% protein, hər sentne-
rində 20,3% həzm olunan zülal vardır ki, bu da 102,5 yem vahi-
dinə  bərabərdir.  Zülalı  digər  dənli-paxlalıların  zülalına  nisbətən 
yaxşı həzm olunur. 
Lərgə  (Lathyrus sativus) bitkisinin hündürlüyü 25-200 sm-ə 
çatır.  Lərgənin  əsas  gövdəsindən  4-10  budaqcıq  ayrılır.  Yan  bu-
daqlar intensiv inkişaf edərək əsas budağı ötüb keçir. Kök sistemi 
torpağın  1,7  m  dərinliyinə  işləyir.  Gövdəsi  tüksüz,  dördkünc  və 
yerə yatandır. Yarpağın uzunluğu 60-80 mm, eni isə 6-8 mm-dir. 
Çiçəkləri  yarpaq  qoltuğunda  1-2  ədəd  yerləşir.  Çiçək  qrupu  2 
çiçəkcikdən ibarətdir. Çiçəklərin rəngi ağ, qırmızı, göy, bənövşəyi 
və  qəhvəyi  olur.  Həm  öz-özünə,  həm  də  çarpaz  (əksər  hallarda 
çarpaz) tozlanandır. Paxlası ellips yaxud xətkeş formalı, bir tərəfi 
tikiş  boyu  geri  çevrilmiş,  dalğalı  qındır.  Hər  paxlada  2-5  toxum 

80 
 
olur.  Toxumun  səthi  girintili-çıxıntılı,  paz  şəkilli,  yastıbucaqlı 
kimidir.  Müxtəlif  rənglidir.  1000  ədədinin  kütləsi  150-200  qram 
arasında dəyişir (şəkil 26).  
Lərgənin toxumları 2-3
0
C temperaturda cücərir. Kütləvi surətdə 
cücərməsi üçün 16-20 
0
C istilik tələb olunur. Səpindən 6-7 gün 
sonra çıxışlar alınır, 18-22 gündən sonra isə bitki çiçəkləyir. 
Vegetasiya müddəti 60-120 günə çatır. 
Cücərtiləri  6-8 
0
C
 
şaxtaya  davamlıdır.  Lərgəni  həm  payız, 
həm  də  yazda  səpmək  mümkündür.  Məhsuldar  və  quraqlığa  da-
vamlıdır.  Payızda  əkdikdə  daha  yüksək  məhsul  verir.  Eyni 
zamanda kövşənlik əkinlərdə də tez yetişir və məhsuldarlığı yük-
sək olur. Yazlıq bitkilər üçün yaxşı sələfdir. Səpin üçün torpağın 
hazırlanması digər paxlalılarda olduğu kimidir. 
Səpin cərgəvi, enli cərgəli və lent üsulu ilə aparılır. Yaşıl küt-
lə üçün adi, toxum üçün gencərgəli əkinlərdən istifadə olunur. 
Səpin norması 150-170 kq-a qədərdir. Toxum ağır torpaqlar-
da 4-5 sm, yüngül torpaqlarda isə 8-10 sm dərinliyə basdırılır. 
Lərgənin yatmaması üçün onu vələmir, sudanotu və qarğıdalı 
ilə qarışıq əkmək olar. Arpa və vələmirlə qarışıq səpdikdə toxum 
nisbəti 3:1 və 2:1 götürülməlidir.  
Qınlar  yetişdikdən  sonra  yığım  başlanır.  Noxud  və  gülülün 
aşağı yaruslarındakı toxumlar töküldüyü halda lərgədə buna təsa-
düf  olunmur.  
Toxumluq sahələr kombayn və otbiçən maşınlarla yığıla bilər. 
Toxumu  molotilkada  döymək,  sonra  ОС-1,  ОС-3  markalı 
toxumtəmizləyicilərdə  təmizləmək  olar.  Göbələk  xəstəliklərinə 
tutulmamaq üçün toxumun nəmliyi 15-16%-ə çatdırılmalıdır.  
Sortları.  Ağ toxumlu sortlarına misal olaraq Stepnaya - 12,  
Stepnaya -21, Stepnaya -287 və s. sortlarını göstərmək olar. Step-
naya -21 sortu Azərbaycanda 1945-ci ildən rayonlaşdırılmışdır. 
 
 

81 
 
 
Şəkil 21. Səpin gülülü (Vicia  sativa L.): 1, 2 - bitki cücərti, 
çiçəkləmə və  meyvəəmələgəlmə fazasında,  3 - gövdənin  
bir hissəsi, 4 - çiçək, 5 - meyvə, 6 - toxum  
 

82 
 
 
 
Şəkil 22. Pırpızlı  gülül (Vicia  villosa Roth.): 1, 2 - bitki 
cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında, 
3 - gövdənin bir hissəsi, 4 - çiçək, 5 - meyvə, 6 - toxum 
 

83 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 23. Çöl noxudu (Pisum arvense L.): 
1- çiçəkli budağı, 2- paxlası, 3- toxumu 




84 
 
 
 
Şəkil 24. Seradella (quşayağı) (Ornithopus sativus Broth.) 
1, 2 - bitki cücərti,  çiçəkləmə və meyvəəmələgəlmə fazasında;  
3 - üzərində yarpaq, çiçək qrupu və meyvəsi olan budaq; 
4 - çiçək; 5 - meyvə; 6 -  meyvə buğumları. 
 

85 
 
 
 
Şəkil 25. Birillik üçyarpaqlar: I - alqırmızı üçyarpaq  (Trifolium 
incarnatum L.), II - Aleksandr üçyarpağı (T. alexandrinum  L.), 
III - İran üçyarpağı (şabdar) (T. resupinatum  L.) 1 - bitkilər 
çiçəkləmə fazasında , 2 - yarpaq və çiçək qrupu ilə gövdə 
hissəsi , 3 - çiçək, 4 - toxum. 
 

86 
 
 
Şəkil 26. Lərgə  (Lathyrus sativus L.): 1- bitkinin ümumi 
görünüşü, 2- paxlası, 3- toxumu 




87 
 
 
 
Şəkil 27. Səpin  yoncası (Medicago sativa L.): 1, 2 - bitki 
cücərti və çiçəkləmə fazasında;  3 - üzərində yarpaq və 
çiçək qrupu olan budaq;  4 - çiçək;     5 -meyvə;  6 - 
toxum. 
 

88 
 
 
 
Şəkil 28. Sarı  yonca  (Medicago falcata L.):  1, 2 - bitki cücərti 
və çiçəkləmə fazasında;  3 - üzərində yarpaq və çiçək qrupu olan 
budaq;  4 -çiçək; 5 - meyvə, 6 - toxum. 
 

89 
 
 
Şəkil 29. Xaşa (Onobrychis) - 1, 2 - bitki cücərti, çiçək-
ləmə və meyvəəmələgəlmə    fazasında; 3, 4 - Gülülyarpaq 
xaşanın   (O. viciifolia Scop.)  çiçək qrupu, yarpağı və 
çiçəyi; 5, 6 - Zaqafqaziya xaşasının    (O.
 
transcaucasica 
Grossh. antasiatica Khin.)   çiçək qrupu, yarpağı və 
çiçəyi; 7, 8 - Qumluq xaşasının (O. arenaria D. C.) çiçək 
qrupu, yarpağı və çiçəyi;  9, 10 - meyvəsi və toxumu. 
 

90 
 
 
 
Şəkil 30. Çəmən (qırmızı) üçyarpağı (Trifolium pratense L.)
1- 2 bitki inkişaf etmiş cücərti və çiçəkləmə fazasında; 
3- yarpaq və hamaşçiçəklə budağın bir hissəsi; 4- çiçək; 
5- 6 -  meyvəsi və toxumu (solda böyüdülmüş). 
 

91 
 
 
 
Şəkil 31. Sürünən üçyarpaq (Ağ üçyarpaq)  (Trifolium 
repens L.) : 1 - bitki çiçəkləmə fazasında;  2 - inkişaf 
etmiş cücərti;  3 - budaq hissəsi; 4 - çiçək; 
5 - meyvə;   6 - toxum. 
 

92 
 
 
Şəkil 32. Hibrid (çəhrayı)  üçyarpaq (Trifolium hybridum L.)
1, 2 - bitki cücərti və çiçəkləmə fazasında; 3 - üzərində yarpaq 
və  çiçək qrupu olan budaq; 4 - çiçək; 5 - meyvə, 
6 - toxum 
 

93 
 
 
Şəkil 33. Sarı  xəşəmbül (Melilotus officinalis Desr.): 
1, 2 - bitki cücərti və çiçəkləmə fazasında; 3 - üzərində 
yarpaq, çiçək qrupu və meyvəsi olan budaq; 4 - çiçək;     
5, 6 - meyvə və toxum; 7 -Ağ xəşəmbülün (Melilotus 
albus Desr.) budağı;  8 - çiçəyi; 9- meyvəsi; 10 - kök 
sistemi. 
 

94 
 
 
 
 
Şəkil 34. Buynuzvari  qurdotu  (Lotus corniculatus L.): 
1, 2 - bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə fazasında;   
3 - üzərində yarpaq, çiçək qrupu və meyvəsi olan budaq;  
4 - çiçək; 5 - meyvənin qabığı; 6 -  toxum. 
 

95 
 
 
Şəkil 35. Şərq çəpişotu (Galegea orientalis Lam.): 
1, 2 - bitki cücərti, çiçəkləmə və meyvəəmələgəlmə 
fazasında;  3 - üzərində yarpaq və çiçək qrupu olan 
budaq; 4 - çiçək; 5 - toxum, 6  - meyvə; 
 
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə