Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5.43 Mb.
Pdf просмотр
səhifə7/13
tarix26.05.2017
ölçüsü5.43 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13







97 
 
IV FƏSİL. ÇOXİLLİK  PAXLALI  OTLAR  
  
Əhəmiyyəti.  Çoxillik  paxlalı  otların  (yonca  (qarayonca), 
xaşa, üçyarpaq yonca və s.) əhəmiyyəti böyükdür. Bu otlar erkən 
yazdan  payızın  axırlarına  qədər  heyvanlar  üçün  yem  vermək 
qabiliyyətinə  malikdirlər.  Tarla  növbəli  əkinlərində  becərilən  ço-
xillik  otların  bütün  növləri  havanın  gündəlik  temperaturu  5 
0

olduqda intensiv inkişaf edərək öz inkişaflarını payızın sonunadək 
davam etdirirlər. Çoxillik otların uzun müddət inkişaf etməsi im-
kan verir  ki,  onlardan senaj,  silos,  quru ot,  briket,  ot  unu  istehsal 
edilsin və eləcə də biçənək bitkisi kimi istifadə olunsun. 
Çoxillik otların yaşıl kütləsi və quru otu yüksək yemlilik də-
yərinə malikdir. 
Çoxillik  otlar  torpağın  külək  və  su  eroziyasının  qarşısını 
almaq üçün çox güclü vasitədir. Çoxillik otlar kök kütləsinin qida-
landığı  zonalarda  qida  maddələrinin  yuyulmasının  qarşısını  alır. 
Tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  qida  maddələrinin  yuyul-
ması (azot, kalium) çoxillik otlarda payızlıq buğda əkinlərinə nis-
bətən 5-6 dəfə az olmuşdur. 
Çoxillik otlar torpaqda humusun əhəmiyyətli dərəcədə toplan-
masına  şərait  yaradaraq  torpağın  strukturunu  yaxşılaşdırır.  Tor-
paqda humus nə qədər çox olarsa onun istilik tutumu o qədər çox 
və  istilikkeçirməsi  (ötürməsi)  o  qədər  az  olar.  Kontinental  iqlim 
şəraitində bu hal bir  vasitə kimi xüsusi əhəmiyyət kəsb edir, qış 
dövründə    aşağı  mənfi  temperaturun  payızlıq  bitkilərə  öldürücü 
təsirini  yüngülləşdirir.    Humusun  miqdarı  torpaqda  çox  olduqda 
fiziki  nəmlik  itkisi  azalır  və  bitki  tərəfindən  nəmliyin  istifadəsi 
məhsuldar  olur.  Torpaqda  humusun  miqdarı  nə  qədər  çoxdursa, 
qida  elementləri  torpağın  dərin  qatlarına    o  qədər  az  yuyulur. 
Humus  bitkilər  üçün  qida  maddələri  mənbəyidir,  eyni  zamanda 
faydalı  torpaq  mikroorqanizmlərinin  intensiv  inkişafına  şərait 
yaradır. 
Çoxillik  paxlalı  otlar  torpağı  azotla  zənginləşdirirlər.  Ona 
görə  də  paxlalı  otlardan  sonra  əkilən  tarla  bitkilərinin  məhsul-
darlığı digər sahələrə nisbətən  yüksək olur. Çoxillik otların müs-

98 
 
bət təsiri üç il davam edir.  
Paxlalı otların zülal (albuminli zülal) məhsuldarlığı digər yem 
bitkilərinə nisbətən üstündür. Yüksək məhsul verən yonca əkinləri 
vegetasiya dövründə taxıl bitkilərinə nisbətən 2-3 dəfə artıq -- 2,5-
3,0 ton zülal istehsal edir. 
Çoxillik  paxlalı  otlar  tərkibində  qiymətli  amin  turşuları  olan 
zülal verir. Bununla əlaqədar olaraq həmin zülalların həzm olun-
ma  qabiliyyəti  yemlik  taxıl  otlarına  nisbətən  olduqca  yüksəkdir. 
Əlavə  olaraq  onlar  digər  yem  bitkilərinin  həzm  olunma  qabiliy-
yətini artırır. 
Paxlalıların  başlıca  üstünlüklərindən  biri  də  ondan  ibarətdir 
ki, çox enerji sərf olunan və baha başa gələn azot gübrəsindən isti-
fadə  etmədən,  onlar  havanın  bioloji  azotunu  (N
2
)  təsbit  etməklə 
zülal istehsal edirlər. Azotlu gübrələrin enerji sərfinə qənaət edilsə 
də  nəticədə  çoxillik  paxlalı  otların  xalis  energetik  gəliri  yüksək 
olur.  
Paxlalı olmayan bitkilərdən yüksək məhsul və zülal toplamaq 
üçün  yüksək  normada  mineral  azot  gübrələrinin  tətbiqi 
qaçılmazdır.  Bu  yalnız  yemin  energetik  maya  dəyərini  kəskin 
artırmır,  o  cümlədən  zülalın.  Yüksək  azot  gübrəsi  normaları  tor-
paqda mikrofloranı fəallaşdırır, üzvi maddələrin minerallaşmasını 
gücləndirir  və  torpağın  münbitliyini  aşağı  salır.  Bitkidə  artıq 
miqdarda  oksidləşmiş  azot  formaları  toplanır  ki,  bu  da  yemin 
keyfiyyətini  pisləşdirir  və  onu  heyvanlar  üçün  təhlükəli  edir. 
Mineral  azotun  bir  hissəsi  üfüqi  xətlə  axaraq  göllərə  tökülür, 
ekoloji tarazlığı pozur, bir hissəsi isə şaquli xətt boyu axaraq qrunt 
sularına  qarışaraq  onları  içmək  üçün  yararsız  edir.  Hətta  bioloji 
azotun  hesabına  çoxillik  paxlalı  otlardan  daha  yüksək  məhsul  və 
zülal almaq üçün bu neqativ prosesləri kənarda qalır. 
Yüksək  məhsuldar  birnövlü  çoxillik  paxlalı  ot  tarlası 
şumlandıqdan  sonra  kök  və  yerüstü  kütlə  qalığı  ilə  bir  hektar 
torpaqda  tərkibində  120-150  kq  azot  olan  10  tona  qədər  üzvi 
maddə  saxlayır.  Şumlanıb  torpağa  basdırılmış  çoxillik  paxlalı 
otlar  tarla  bitkilərinin  böyük  əksəriyyəti  üçün  yaxşı  sələfdir. 
Bununla belə torpağın münbitliyi də stabilləşir. 

99 
 
Çoxillik paxlalı otlar çoxillik taxıl otları kimi birillik bitkilərə 
nisbətən  daha  uzun  müddətli  vegetasiya  dövrünə  malikdirlər  və 
günəş enerjisindən tam  istifadə edirlər. Ona görə də onların daha 
böyük biokütlə yaratmaq üçün obyektiv imkanları var. 
Çoxillik  otlar  erkən  yaz  və  payız  dövrlərində  su  və  külək 
eroziyasının  qarşısını  alır,  torpağın  əkin  qatından  qida  maddələ-
rinin aşağı qatlara kəskin yuyulmasını azaldır. 
Çoxillik otları becərərkən hər il torpağın becərilməsinə, səpi-
nə və toxuma enerji sərf etmək lazım olmur.  
Çoxillik  paxlalı  otların  çatışmayan  tərəflərinə  aşağıdakıları 
aid  etmək  olar:  torpaq  məhlulunun  reaksiyasına  yüksək  tələb-
karlığı;  fosforla,  kaliumla,  borla,  molibdenlə  təmin  olunması; 
toxumçuluğu  taxıl  otları  ilə  müqayisədə  möhkəm  olmayan  və 
daha  çox  zəhmət  tələb  edən;  otun  yığılması  və  qurudulmasında 
yüksək texnoloji çətinlik. Lakin bütün bu göstəricilərlə yanaşı növ 
və  cins  əlamətləri  də  çox  mühümdür.  Məsələn,  yonca,  xaşa, 
xəşəmbül neytral, çoxillik lüpin və qurd otu isə pH 4,0-5,0 reak-
siyalı torpaqlarda bitərək yaxşı inkişaf edirlər. Belə bir xüsusiyyət 
ayrı-ayrı mineral elementlərə olan tələbatlarına görə də oxşardır.  
Çoxillik paxlalı otların daha çox  yayılmış cinsləri aşağıdakı-
lardır:  yonca  (Medicago),  xaşa  (Onobrychis),  üçyarpaq  (Trifo-
lium),  xəşəmbül  (Melilotus),  qurdotu  (Lotus),  çəpişotu  (Galega
və s. 
4. 1. Yonca (qarayonca) 
 
Əhəmiyyəti. Yoncanın  quru otunda çoxlu zülal, fosfor, kal-
sium və əvəzsiz amin turşuları (valin, leysin, izoleysin, lizin, me-
tionin, trionin, triptofan, fenilalanin, arginin, histidin, pereonin və 
s.)  olduğundan  yüksək  yemlilik  dəyərinə  görə  fərqlənir.  Yaşıl 
kütləsinin 1 sentnerində 21,7 y. v., yaxud 4,1 kq həzmə gedən pro-
tein  var.  Bir  sentner  quru  yonca  otunda  isə  45,3  y.v.  və  10,3  kq 
həzmə gedən protein olur.  Güclü kök sistemi əmələ gətirərək yax-
şı məhsul verməklə yanaşı, torpağı azot və üzvi maddələrlə zənin-
ləşdirir.  Üç  illik  bitki  hektara  160-400  kq-a  qədər  bioloji  azot 
toplayır ki, bu da 60-70 ton peyin deməkdir. Bir çox tarla bitkiləri, 

100 
 
xüsusən  pambıq  bitkisi  üçün  ən  yaxşı  sələfdir.  Yoncadan  sonra 
digər kənd təsərrüfatı bitkiləri becərildikdə  məhsuldarlıq 15-20% 
artır.  
Müasir pambıqçılığı yoncanın səpini olmadan təsəvvür etmək 
qeyri  mümkündür.  Pambıq-yonca  növbəli  əkini  pambığın 
məhsuldarlığını  fasiləsiz  artırır,  lifin  keyfiyyətini  yüksəldir,  tor-
paqda vilt xəstəliyinin törədicisini məhv edir. Eyni zamanda yon-
ca  şorlasma  və  eroziya  prosesinin  qarşısını  alır,  otlaqların  yaxşı-
laşdırılmasına  müsbət  təsir  göstərir.  O,  arıçılıq  və  yaşıllışdırma 
işlərində  də  istifadə  olunur.  Yonca  əvəzolunmaz  sələf  bitkisidir, 
növbəli  əkinlərdə  əsas  yer  tutur.  Torpağın  üst  əkin  qatında 
duzlaşmanı  zəiflədir.  Kökü  torpağın  dərinliyinə  işlədiyindən 
quraqlığa davamlıdır. Yonca vitaminlərlə (C, B
1
, B
2
, PP, E, K, və 
A) zəngindir. 
Mütləq quru  maddəyə görə  yonca otunda 18% həzmə gedən 
zülal,  2,7%  yağ,  30,2%  sellüloz,  39,4%  azotsuz  ekstraktiv 
maddələr, 9,7% kül vardır. Yoncanın yaşıl kütləsi, quru otu, senajı 
və  ondan  hazırlanmış  ot  unu  yüksək  qidalılığa  malikdir.  Bütün 
növ  kənd  təsərrüfatı  heyvanlarının  zülalla  təmin  olunmasında 
əksər bitkilərdən üstündür. Digər orqanlara nisbətən yarpaqlarında 
qidalı maddələrin miqdarı daha çoxdur, gövdəsində isə nişastanın 
miqdarı artıq olur.  
Bitkinin tarixi. Yonca geniş yayılmış və qədimdən becərilən 
paxlalı yem bitkisidir. Vətəni İran, Orta Asiya və Qafqazın dağə-
təyi zonaları və dağları hesab edilir. Bəzi mənbələrə görə 61 növü 
məlumdur.    Rusiya  ərazisində    40,  Azərbaycanda    21  növü  ya-
yılmışdır.  Güman  var  ki,  onun  becərilməsi  buğda  ilə  yanaşıdır. 
Müəyyən edilmişdir ki, yonca Orta Asiya və Zaqafqaziya respub-
likalarında bizim eradan 5 min il əvvəl becərilmiş və heyvandar-
lıqda yem kimi istifadə olunmuşdur.  
Botaniki  təsviri.  Yonca  (Medicago  )  paxlalılar  (Fabaceae
fəsiləsinə daxildir. Yoncanın  20 növü çoxillik, 16 növü isə birillik 
yoncadır.  Ən  çox  yayılan  və  geniş  becəriləni  səpin  yoncası  (adi 
yonca  -  Medicago  sativa),  (şəkil  27)  və  sarı  yonca  –  (Medicago 
falcata L.) (şəkil 28) növləridir. 

101 
 
Hazırkı təsnifata əsasən səpin yoncası (Medicago sativa ) altı 
sərbəst  növə  ayrılır:  1.  Avropa  yoncası  –  Medicago  eusativa,  2. 
Asiya  yoncası  –  Medicago  asiatica,  3.  Qafqaz  yoncası  – 
Medicago praesativa, 4. Aralıq dənizi yoncası – Medicago polia, 
5.  Mesapatomiya  yoncası  –  Medicago  mesopotomica,  6.  Mavi 
yonca – Medicago cerulea.  
Səpin  yoncası  yüksək  potensial  məhsuldarlığa  malikdir,  pa-
yızda və hər biçindən sonra tez zoğ verir. Orta Asiyada suvarma 
şəraitində mövsüm ərzində yeddiyə qədər biçin verir. Həyatının 2-
3-cü ili daha yaxşı inkişaf edir. Nəmlik sevəndir, lakin  üçyarpağa 
nisbətən nəmliyin çatışmamasına asan dözür. 
İl  ərzində  yoncalıqların  hər  hektarından  700  -1000  sentner 
yaşıl  kütlə  və  ya  150-250  sentner  quru  ot  məhsulu  götürmək 
mümkündür.  
Yoncanın güclü, mil kökü var. Birinci il torpağın 2-3 m, son-
rakı  illərdə  8-10  m  dərinliyinə  işləyir.  Belə  güclü  kök  sisteminə 
malik  olması  onu  quru,  çöl  rayonlarında  becərməyə  imkan  verir. 
Həm də torpaqda çoxlu kök qalıqları saxladığına görə torpağı üzvi 
maddələrlə  zənginləşdirir.  Bundan  başqa  yoncanın  kökündə  fır 
bakteriyaları  yaşayır  ki,  onlar  havanın  molekulyar  (N
2
)  azotunu 
udmaq  (mənimsəmək,  təsbit  etmək)  qabiliyyətinə  malikdirlər. 
Üçillik  yonca  torpaqda  60-70  ton  peyində  olduğu  qədər  bioloji 
azot,  üzvi  maddə  toplayır.  Yonca  səpininin  birinci  ili  toxumlar 
bakterial gübrə rizotorfinlə (nitragin) mütləq işlənilməlidir.  
Gövdəsi  otvari,  güclü  budaqlanandır.  Hər  gövdədə  10-20 
buğumarası olur. Birinci il yonca 3 gövdə, 2-ci il 15-16, 3-cü il isə 
bir  bitkidə  20-dən  çox  gövdə  (budaq)  əmələ  gəlir.  Birinci  ili 
bitkinin  boyu  30-50  sm,  sonrakı  illər  isə  100  sm-ə  qədər  böyüyə 
bilir. Yarpağı - yarpaq yanlığından, saplaqdan və 3 ləçəkdən iba-
rətdir.  Çiçəyi  çox  çiçəkli  dəstədir.  Çiçək  5  kasa  yarpağı  və  5 
ləçəkli olmaqla 10 erkəkcik və 1 dişicikdən ibarətdir. Meyvəsi 2-4 
dəfə  burulmuş  çox  toxumlu  paxladır.  Toxumu  böyrəkşəkillidir. 
Toxumunun 1000 ədədinin kütləsi 2 qr.- dır. 
Bioloji  xüsusiyyətləri.  Yonca  yazlıq  tiplidir.  Yoncanın  to-
xumları  5-6 
0
C  temperaturda  cücərir.  Optimal  temperatur  18-20 

102 
 
0
C- dir. Çıxışlar - 6 
0
C şaxtalara dözürlər. Qış dövründə qar örtüyü 
altında  40 
0
C  şaxtaya  davam  gətirirlər.  Bu  bioloji  xüsusiyyəti 
onun digər kənd təsərrüfatı bitkilərinə nisbətən erkən səpilməsinə 
imkan  verir.  Bitkilərin  yazda  böyüməsi  7-9 
0
C  temperaturda 
başlayır. İnkişafa başladıqdan çiçəkləmənin əvvəlinə qədər 800 
0

faydalı temperatur tələb olunur.  
Yonca  quraqlığa  davamlı,  eyni  zamanda  nəmliyə  tələbkar 
bitkidir.  Onun  quraqlığa  davamlılığı  güclü  və  dərinə  işləyən  kök 
sistemi əmələ gətirməsi ilə təyin olunur. Ona görə də bitki təkcə 
torpaq  nəmliyindən  yox,  dərin  qatlardakı  ehtiyat  nəmlikdən 
istifadə  etmək  qabiliyyətinə  malikdir.  Yonca  mezofit  kimi  yaxşı 
gövdə  və  yarpaq  əmələ  gətirmək  üçün  lazımi  miqdarda  nəmlik 
tələb  edir.  Toxum  öz  kütləsi  qədər  nəmlik  qəbul  etdikdən  sonra 
cücərmə  qabiliyyətinə  malik  olur.  Yüksək  məhsul  almaq  üçün  1 
metrlik  torpaq  qatında  tarla  rütubət  tutumunu  80%-də  saxlamaq 
lazımdır. Yonca işıqsevən uzun gün bitkisidir.  
Yonca  havanı  yaxşı  keçirən  qranulometrik  tərkibi  orta  və 
yüngül gillicəli münbit torpaqlarda yaxşı inkişaf edir. Qrunt suları 
yaxın və daşlı torpaqlarda pis inkişaf edir. Torpağın turşluğuna pis 
reaksiya  göstərir.  Neytral  və  zəif  qələvi  (pH  6,5-8,0)  reaksiyalı 
torpaqlarda  yaxşı  böyüyür.  Torpaq  reaksiyası  pH  5,0  olduqda 
kökdə  fır  bakteriyaları  əmələ  gəlmir,  yaxud  əmələ  gələn  fırlar 
bioloji azotu udmurlar. Yonca torpaqdan çoxlu miqdarda qida ele-
mentləri, yəni 1 ton quru otla 39 kq azot, 10 kq fosfor, 24 kq ka-
lium, 15 kq kalsium və 8 kq maqnezium aparır.  
Növbəli əkində yeri. Yonca üçün yaxşı sələflər – dənli taxıl 
bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru 
yonca  üçün  pis  sələfdir,  ona  görə  ki,  torpağın  dərin  qatını  güclü 
qurudur.  Suvarılan  torpaqlarda  yoncanı  praktiki  olaraq  hər  hansı 
sələflə  növbələndirmək  olar.  Bundan  başqa  onu  dənli  taxıl 
bitkilərinin örtüyünə də səpmək olar.  
Torpağın becərilməsi.  Dənli taxıl bitkilərindən sonra (yonca 
əkinləri üçün), sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 4-6 
sm  dərinlikdə  üzlənir.  Alaq  otu  toxumlarının  cücərməsini  sürət-
ləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın 

103 
 
səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-3 həftə-
dən sonra, alaq otu toxumları cücərdikdə ön kotancıqlı kotanla 28-
30 sm dərinlikdə əsas şum aparılır. Pambıq əkini altından çıxmış 
tarlalarda üzləmə pambıq gövdələrinin çıxarılması ilə əvəz olunur 
və  şumdan  qabaq  suvarma  tövsiyə  olunmur.  Çünki,  pambıq 
yığıldıqdan  sonra  torpaq  dondurma  şumu  etmək  uçun  kifayət 
qədər rütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən 
ötrü  böyük  əhəmiyyətə  malikdir.  Aran  rayonlarında  yoncanın 
payız  səpinindən  ötrü  əsas  yay  şumunun  müddəti  iyulun  axırı  – 
avqustun  əvvəli  hesab  oluna  bilər.  Bu  zaman  şum  ilə  yoncanın 
səpilməsi  arasında  30-40  günə  qədər  fasilə  olur  və  bu  müddət 
ərzində torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən 
sonra  optimal  dondurma  şumu  müddəti  sentyabr  -  oktyabr 
aylarıdır. Dekabr –yanvar aylarında arat edilməsi tövsiyə edilir.  
Şumun  altına  hektara  30-40  ton  çürümüş  peyin,  400-500  kq 
superfosfat, 120-150 kq kalium gübrələri verilməlidir.  
Torpağın  səpinqabağı  becərilməsi.  Yoncanın  payız  səpini 
üçün  sentyabrın  əvvəlində  səpinqabağı  kultivasiya  və  sonradan 
malalama  keçirilir.  Kultivasiyaya  3-4  gün  qalmış  su  ehtiyatı 
yaradan suvarma (arat) yaxşı nəticə verir. 
Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya 
və onların ardınca malalama aparılır.  
Torpaq  tamamilə  narın  vəziyyətə  gətirilməlidir.  Sahə  dəqiq-
liklə hamarlanmalıdır. 
Toxumun  səpinə  hazırlanması.    Səpindən  1-2  ay  qabaq 
toxum laboratoriya analizindən keçirilməli, cücərmə qabiliyyəti və 
təmizlik dərəcəsi müəyyən edilməlidir. Səpindən qabaq toxumlar 
toxumtəmizləyən maşınlarda diqqətlə təmizlənir. Toxumun təmiz-
liyi  92-98%,  cücərmə  qabiliyyəti  70-95%  olmalıdır.  Yonca  to-
xumlarını qızıl sarmaşıq  toxumlarından təmizləmək üçün «Trifo-
lin» markalı maqnit maşınından keçirmək lazımdır. Səpiləcək to-
xumları  alaq  otları  qarışığından,  başlıca  olaraq  kəhrə  toxum-
larından təmizləmək üçün toxumları duz məhluluna salmaq lazım-
dır.  Belə  tədbir  zamanı  kəhrə  toxumlarının  təxminən  80%-i  və 
başqa  alaq  otu  toxumlarının  90%-i  təmizlənir.  Bu  məhlul  1  litr 

104 
 
suya 360 qr. xörək duzu hesabı ilə hazırlanır. Yonca toxumları ha-
zırlanmış məhlulun içərisinə tökülür və qarışdırılır. Məhlulun üzə-
rinə çıxmış alaq otu toxumları tənzif kəfkirlə yığılır. Təmizlənmiş 
toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudurlar.  
Səpindən  25-30  gün  əvvəl  zərərverici  və  xəstəliklərə  qarşı  1 
ton  toxuma  1,5  kq  hesabı  ilə  80%  li  TMTD  və  yaxud  1  ton 
toxuma 7 kq Bronotak qarışdırmaqla dərmanlamaq lazımdır.  
Səpin qabağı toxumların ammonium  molibdenatla işlənməsi 
müsbət nəticə verir. 100 qr. ammonium  molibdenatı 400 qr. suda 
həll  edərək  bir  hektara  səpiləcək  toxum  normasına  çiləmək 
lazımdır.  Bitkinin  kökündə  fır  bakteriyalarının  yaxşı  inkişafı  və 
məhsulun  keyfiyyətli  alınması  üçün  səpin  günü  toxumları  rizo-
torfin (nitragin) bakterial gübrəsi (preparatı) ilə işləmək lazımdır. 
Eyni zamanda səpinqabağı toxumların molibdenlə işlənməsi müs-
bət nəticə verir.   
Səpin müddəti, üsulu və norması. Səpin müddətinin düzgün 
müəyyənləşdirilməsi,  normal  çıxış  alınması  üçün  əsas  şərtlərdən 
biridir.  Yoncanın  bioloji  xüsusiyyətləri  onun  toxumlarının  payız 
və yazda səpilməsinə imkan verir.  
Yoncanın payız səpini sentyabrın 5-dən 30-nadək başa çatdı-
rılmalıdır.  
Yoncanın  yaz  səpini  aran  rayonlarında  fevral  ayının  20-dən 
martın  20-dək  aparıldıqda  yaxşı  nəticələr  alınır.  Dağətəyi 
ərazilərdə  martın 1-dən 20-dək, dağlıq ərazilərdə isə  martın  20-
dən  aprelin 10-dək səpin aparıla bilər.  
Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq 
götürülür. Toxumları 2-3 sm dərinliyə basdırılır.  
Yonca  adətən  Azərbaycanda  başdan-başa  üsulla  səpilir  və 
cərgəarası  7,5  sm-lik  taxıl  və  ya  ot  toxumu  səpən  aqreqatlardan 
istifadə olunur.  
Yonca xüsusilə öz inkişafının erkən dövrlərində fosforla qida-
lanmaya  həssaslıq  göstərir.  Buna  görə  də  toxumla  birlikdə  50 
kq/ha dənəvərləşdirilmiş superfosfat verilməlidir.  
Səpin üçün taxıl otlarını səpən СУТ- 47, СЗТН-47, СЗТ-3,6 
markalı aqreqatlardan istifadə olunur. 

105 
 
Qulluq işləri.  Yonca əkininə düzgün və vaxtında qulluq edil-
məsinin  yüksək  quru  ot  məhsulu  alınmasında  böyük  əhəmiyyəti 
vardır.  
Payızda  yoncalıqları  fosfor  və  kalium  gübrələri  ilə  yemlən-
dirdikdə  onların  qışa  davamlılığı  və  məhsuldarlığı  10-15  sentner 
artır.  Bundan  əlavə  bitkilərin  erkən  payızda  hektara  1-2  sent. 
superfosfat və 0,5-1 sent. kalium duzu ilə yemləndirilməsi şaxtaya 
davamlılığını artırır. 
Birinci ili yoncanın suvarılması 6-7 yarpaq dövründə hektara 
600-800 m
3
 olmaqla aparılır.  
Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazım-
dır. Adətən biçindən 5-6 gün əvvəl suvarma aparılır. Hər biçindən 
sonra quru ot tarladan çıxarılmalı və 2 iz malalama aparılmalıdır.  
Suvarılan  bölgələrdə  qrunt  suyunun  səviyyəsindən,  torpağın 
qranulometrik  tərkibi  və  relyefindən,  torpaqda  olan  ehtiyat  nəm-
likdən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvar-
ma həyata keçirilir.  
Payız  səpinindən  sonra  yonca  şaxtalar  düşənə  qədər  2  dəfə 
suvarılmalıdır. Cücərtilərin çıxmasına 1-2 gün qalmış əmələ gələn 
qaysağı  dağıtmaqdan  ötrü  yüngül  malalar  və  rotasiya  toxaları 
tətbiq  etmək  lazımdır.  Yonca  sahəsində  növbəti  suvarma  mart 
ayında  aparılır.  Bununla  da  yoncanın  birinci  biçinədək  suvarıl-
masına ehtiyac qalmır.  
Yaz  səpinindən  sonra  yonca  sahəsinin  2  dəfə  suvarılması 
birinci biçininin optimal vaxtda aparılmasını təmin edir.  
Yoncanın  ən  intensiv  su  sərfi  birinci  çalımdan  sonra,  hər 
çalım müddəti daxilində isə  yoncanın intensiv böyüməsi dövrün-
də, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dö-
vrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə  yonca 
əkinləri tez-tez suvarılmalıdır.  
Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suva-
rıldıqda 4-5 dəfə biçin aparılması mümkün olur.  
Yonca  sahələrinin  biçinlər  arası  vaxtlı-vaxtında  suvarılması 
və  suvarma  qabağı  yemləmə  gübrələrindən  (superfosfat)  istifadə 
edilməsi bol məhsul istehsal etməklə yanaşı bitkilərin fizioloji in-

106 
 
kişafını təmin edir.  
Yoncanın xəstəlik və zərərvericiləri.  Yoncanın bir çox spe-
sifik xəstəlik və zərərvericiləri vardır: 
Yoncada  –  unlu  şeh,  qonur  ləkə,  sarı  ləkə,  askoxitoz  və  pas 
xəstəlikləri mövcuddur.  
Mübarizə tədbiri:  növbəli əkin, kalium və fosfor gübrələri ilə 
yemləmə aparılması, kükürdlə tozlama, yaxşı aqrotexniki fon. 
Zərərvericilərdən  -  yonca  birəsi,  fitonomuş,  yonca  yarpaq-
bükəni,  yonca  taxtabitisi,  yonca  toxumyeyəni,  noxud  mənənəsi, 
yonca sovkası.  
Mübarizə tədbiri:  hektara 2-3 kq dendrobasillin, entobakterin 
çilənməsi.  
Yoncanın biçilməsinin xüsusiyyətləri. Hava şəraiti əlverişli 
olduqda il ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox 
vaxt  yonca  sutkada  2-3  sm  boy  atır.  Quru  ot  üçün  yoncanı 
qönçələmə  fazasının  axırı  –  çiçəkləmənin  başlanğıcında  biçmək 
zəruridir.  Biçin  gecikdirildikdə  otun  kimyəvi  tərkibi  pisləşir  və 
keyfiyyəti aşağı düşür.  
Nəzərə  almaq  lazımdır  ki,  axırıncı  çalım  qışlamaya  (şax-
talara)  3-4  həftə  qalmış  aparılmalıdır.  Bu  müddətdə  o,  böyüyə 
bilir,  rozet  əmələ  gətirir  və  kifayət  qədər  ehtiyat  qida  maddələri 
toplaya  bilir.  Müşahidələr  göstərir  ki,  yoncanın  gec  çalınması 
qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur.  
Tam  qiymətli  məhsul  toplamaqdan  ötrü  çalınma  hündür-
lüyünün  böyük  əhəmiyyəti  vardır.  Otların  biçilməsində  bitkilərin 
çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt 
hissəsinin saxlanması zərurətini nəzərə alaraq yoncanı yerdən 7-8 
sm  yüksəklikdə  biçmək  məsləhətdir.  Çünki,  bu  bitkilərin  yaxşı 
qışlamasına yardım edir.  
Yoncanın  qısa  müddətdə  yığılmasına  ciddi  fikir  vermək  la-
zımdır. Biçilmiş  yoncanın qurudulmasında  əsas məqsəd onda rü-
tubəti  azaltmaq  və  quru  otu  uzun  müddət  yaxşı  saxlamaqdır. 
İtkinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun 
qurudulma  müddətini  minimuma  çatdırmaq  lazımdır.  Yoncanı 
qurudan zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaq-

107 
 
ların saxlanmasına çalışmaq lazımdır. Quraqlıq və isti rayonlarda 
otu  zolaqlarla  (sərilmiş  halda  deyil),  tirələrdə  qurutmaq  məqsə-
dəuyğundur.  Otun  dırmıqlanaraq  tirələrə  yığılmasına  əlavə  əmək 
sərf etməmək və zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını 
almaq üçün biçindən qabaq traktor otbiçən maşınlarını elə təchiz 
etmək lazımdır ki, biçin zamanı otu tirələrə yığsın.  
Başqa təcrübələr göstərir ki, biçilmiş yonca ən tez zolaqlarda 
quruyur  və  kombinəedilmiş  qurutma  üsulunda  biçilmiş  yoncanın 
zolaqlarda 4 saat ərzində soluxdurulması və tirələrdə əlavə olaraq 
qurudulması zamanı yonca otu daha sürətlə quruyur.  
Biçin КПФ -1,8 və КПВ-3,0 aqreqatları ilə aparılır. Dırmıq-
lama  ГБУ-6,0,  ГВК-6,0  aqreqatlarla,  presləmə  -  РСБ-1,6  və 
ППВ-1,6 aqreqatları və СНУ-0,5-lə daşınaraq tayalara vurulur.   


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə