Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il


Yonca bitkisinin toxum məqsədilə becərilməsi



Yüklə 5.43 Mb.
Pdf просмотр
səhifə8/13
tarix26.05.2017
ölçüsü5.43 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Yonca bitkisinin toxum məqsədilə becərilməsi. Elmi-tədqi-
qat  və  qabaqcıl  təcrübə  işlərinin  nəticələri  göstərir  ki,  2  illik 
yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək key-
fiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Belə ki, 
birinci  il  səpilən  yoncaya  nisbətən  2  illik  yoncanın  köklərində 
daha  çox  fır  bakteriyaları  əmələ  gəlir.  Bitkilərin  kökləri  bioloji 
xüsusiyyətlərinə uyğun olaraq torpağın dərinliyinə işləyir. 
Toxumluq  məqsədilə  yoncanı gencərgəli lent üsulu (70 x 15 
sm)  ilə  səpirlər.  Səpin  norması  cücərən  toxum  hesabı  ilə  2-3 
mln/ha və ya çəki ilə 4-6 kq/ha-dır.  
Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən, may ayı-
nın sonunadək başa çatdırılır. Birinci biçindən sonra hektara fiziki 
çəki  hesabı  ilə  torpaq  kartoqramı  nəzərə  alınmaqla  300-500  kq 
fosfor,  120-150  kq  kalium  gübrələri  verilərək  sahəyə  3-5  sm  də-
rinlikdə çarpaz dırmıq çəkilməlidir. Qönçələmə fazasında  toxum-
luq sahə 50 kq/ha azot hesabi ilə yemləndirilir.  
Sahə aşağı sürətli suvarma ilə suvarılmalıdır. Toxumluq yon-
ca  sahəsində  ikinci  suvarmaya  qönçələmə  fazasında  başlamaq 
lazımdır.  Üçüncü  suvarma  isə  çiçəkləmənin  sonunda  paxlaların 
əmələ gəldiyi vaxtda aparılmalıdır.  
Toxumluq  yonca  sahəsi  yüksək  aqrofonda  becərilməlidir. 
Əgər  sahədə  qızıl  sarmaşıq  (kuskuta)  və  digər  alaq  otları  varsa, 

108 
 
işçi  qüvvəsinin  köməyi  ilə  təmizlənməli  və  kənarda  yandırılma-
lıdır. Bu tədbir çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına 
yaxşı təsir göstərir. Bundan başqa tozlanmanın yaxşı getməsi üçün 
yoncalıqlarda  arı  ailələrinin  saxlanması  zəruridir.  Bitkinin  paxla-
larının 90-95%-i qonurlaşanda biçin başlanır. 
İki  illik  yonca  sahəsinin  ikinci  biçininin  toxuma  saxlanması 
ilə  əlaqədar  olaraq  demək  olar  ki,  həmin  müddətdə  gəmiricilərə 
təsadüf edilmir.  
Yuxarıda göstərilən  tədbirlərin optimal vaxtda  yerinə  yetiril-
məsi  yoncanın  hektardan  toxum  məhsuldarlığını  artırır.  Hər  hek-
tardan  3-5  və  bəzi  qabaqcıl  təsərrüfatlarda  isə  6-8  sentner  yonca 
toxumu  istehsal  edilməsinə  nail  olunur.  Bəzən,  ehtiyac  olduqda, 
alaq  otlarından  təmiz  və  normal  sıxlıqda  olan  3  illik  yonca 
sahələrinin də ikinci çalımını toxum üçün saxlamaq olar.  
Yonca  sortları.  Rusiya  ərazisində  tarla  növbəli  əkinlərində 
yoncanın 74, çəmən və otlaqlarda isə 16 sortu rayonlaşdırılmışdır. 
Bunların  ən  çox  yayılanlarına  misal  olaraq  Belorus,  Biyskaya-3, 
Veqa-87,  Kuzbaskaya,  Marusinckaya  425,  Onoxoyskaya  6  və  s. 
göstərmək olar. Azərbaycanda isə (2010) yoncanın AzNİXİ - 262 
(1944),  AzNİXİ - 5 (1962), AzSXİ  - 1 (1967), Abşeron (1989), 
Aran (1996), Ağstafa -1 (2009)  sortları rayonlaşdırılmışdır.  
      
4. 2. Xaşa 
 
 Əhəmiyyəti. Xaşanın quru otu həzmə gedən protein və yem-
lilik  dəyərinə  görə  yoncaya  yaxındır.  Şehli  və  yağışlı  havada 
heyvanların  xaşanın  yaşıl  kütləsi  ilə  yemləndirilməsi  timpanit 
(köpmə) vermir.  
Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yon-
canı  20%-ə  qədər  ötüb  keçir.  Xaşa  Qafqaz  ərazisində  X  əsrdən 
becərilməyə başlanıb.  
Xaşa yüksək toxum məhsulu verir. Paxlalı bitki kimi torpağı 
azotla  zənginləşdirir.  Yaxşı  bal  verən  bitkidir.  Hektardan  50-55 
sentnerə qədər quru ot məhsulu verir. 100 kq yaşıl kütləsində 22 
yem vahidi, 3,1 kq həzm olunan protein, 6,5 qr. karotin var.  

109 
 
Botaniki  təsviri.  Xaşa  (Onobrychis)  paxlalılar  (Fabaceae
fəsiləsinə daxil olan  bitki cinsidir. 140-dan çox növü əhatə edir. 
Əsasən  Qafqazda,  Ukraynada  və  Orta  Asiyada  60-dan  çox  növü 
yayılmışdır. Azərbaycan ərazisində 22 növünə təsadüf edilir.  
Torpağın  dərinliyinə  gedən  mil  kök  sistemi  vardır.  Kökü 
torpaqdakı çətin həll olunan fosfor birləşmələrindən istifadə etmək 
qabiliyyətinə  malikdir.  Ona  görə  də  əkinlərə  fosfor  gübrəsi 
verdikdə toxum və quru ot məhsuldarlığı praktiki olaraq artmır. 
Yarpağı lələkşəkillidir. Gövdəsi budaqlanmır. Hər buğumdan 
iki  ədəd  yarpaqyanlığı  ilə  yarpaq  inkişaf  edir.  Bitkinin  boyu  80-
100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda (salxım, qotaz), 
çiçəkləri  iri,  çəhrayı  yaxud  ağ  rənglidir.  Meyvəsi  şarşəkilli  pax-
ladır. Paxlaların qabığı möhkəm olduğundan onu qabıqlı  səpirlər. 
Xaşanın mədəni becərilən 3 növü daha çox yayılmışdır: 
1.  Gülülyarpaq  (səpin)  xaşa  -  Onobrychis  viciifolia  Scop
Bitkinin  hündürlüyü  90  sm-ə  çatır.  Buğumaralarının  sayı  5-7 
ədəddir. Yarpağı ellips, çox hallarda lansetvarı, tünd-yaşıl rəngli-
dir. Paxlaları iridir. Mütləq kütləsi 17- 22  qramdır. 
2.  Qumluq  xaşası  -  Onobrychis  arenaria  D.  C.  Bitkinin 
hündürlüyü  80-100  sm,  bəzən  125  sm-ə  çatır.  Buğumaraları  6-8 
ədəddir.  Gövdəsi  kobuddur.  Yarpağı  lansetvarı,  yaşıl  rənglidir. 
Çiçək  salxımı  (qotazı)  siçanquyruğu,  ensiz,  iti  nəhayətlidir. 
Paxlaları xırdadır. Mütləq kütləsi  11-15 qramdır. 
3. Zaqafqaziya (Ön Asiya) xaşası (Onobrychis transcausa-
sica). Kolu yığcam və dik vəziyyətlidir. Ot örtüyündə 50-120 sm, 
lazımı  qədər  nəmliyi  olan  dəmyə  və  suvarma  şəraitində  170  sm 
hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif, içərisi boş, 
üzəri zəif tükcüklərlə örtülüdür. Yazda sürətli böyüyərək bir  ildə 
iki dəfə çalınır. Ona ikiçalımlı xaşa da deyilir (şəkil 29). 
 Bioloji xüsusiyyətləri. Xaşanın toxumu 1-2 
0
C temperaturda 
cücərməyə başlayır. Xaşa şiddətli şaxtaya davamlılığı ilə fərqlənir. 
Onun  –  42-  48 
0
C  şaxtaya  dözməsi  qeydə  alınmışdır.  Yazda 
şaxtaların yenidən –12 
0
C-yə qədər enməsi yoncadan fərqli olaraq 
xaşanı məhv etmir. 
Xaşa tipik kserofitdir. Güclü kök sistemi imkan verir ki, tor-

110 
 
paq qatındakı 1 m-dən dərində yerləşən sudan istifadə etsin. 
Yonca  və  üçyarpağa  nisbətən  çox  az  su  sərf  edir.  Nəmliyə 
maksimum  tələbatı  qönçələmə  dövründə  və  çiçəkləmənin  əvvəli-
dir.  İşığa  tələbkar  bitkidir.  Xaşa  məsaməli  karbonatlı  torpaqlarda 
yaxşı bitir. Zəif duzlaşmaya dözümlüdür. Xlorlu-sulfatlı duzlaşma 
(0,05-0,10%)  toxumun  cücərmə  enerjisini  2-3  dəfə  aşağı  salır, 
tarla cücərmə qabiliyyətini və məhsuldarlığını azaldır. Güclü duz-
laşmış  torpaqlarda xaşa becərilməsi məsləhət görülmür. Nəmliyi 
az olan turş torpaqlarda da xaşa becərmək yaxşı nəticə vermir. 
Bir ton quru otla xaşa torpaqdan 6-7 kq fosfor, 18-20 kq ka-
lium, 11-12 kq kalsium, 1,5-1,7 kq maqnezium aparır. Qeyd edil-
diyi  kimi  xaşanın  kök  sistemi  fosforun  çətin  həll  olan  birləşmə-
lərindən istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də fosfor 
gübrəsini  kök  sisteminin  formalaşdığı  dövründə  verdikdə  faydalı 
olur. 
Növbəli əkində yeri. Xaşa tarla, yem və torpaqqoruyucu növ-
bəli əkinlərdə becərilir. Buna görə də onun sələfi müxtəlif bitkilər 
ola  bilər.  Payızlıq  buğda,  qarğıdalı  və  yemlik  kökümeyvəlilər 
yaxşı sələf  hesab edilir. 
Torpağın becərilməsi. Sələf  bitkisi yığıldıqdan sonra 5-7 sm 
dərinliyində  üzləmə  aparılır.  Köküpöhrəli  alaqlarla  zibillənmə 
varsa üzləməni 10-12 sm dərinliyində gavahınlı üzləyicilərlə apa-
rırlar.  Əgər  köküpöhrəli  alaqlar  əhəmiyyətli  dərəcədə  çoxdursa 
üzləmə  2-3  həftədən  sonra  təkrar  olunur,  sonra  isə  20-25  sm 
dərinliyində şum qaldırılır. Payız şumundan sonra tarlaya kultiva-
siya və mala çəkilir. 
Gübrələmə.  Xaşa  əkinlərində  əsasən  cərgələrə  səpin  vaxtı 
dənəvər superfosfat verilir. Cərgələrə 50 kq superfosfat verilməsi 
xaşanın  quru  ot  məhsulunu  hektardan  3,6  sentnerə  qədər  (toxu-
munu 0,8 sen.) artırır.  
Toxumun  səpinə  hazırlanması.  Səpindən  əvvəl  toxumların 
rizotorfinlə  (nitraginlə)  işlənilməsi  zəruridir.  Bu  quru  ot  məhsul-
darlığını  5-6  sentnerə  qədər  artırır.  Ən  yaxşı  vasitə  toxumların 
nitragindən  əlavə  molibdenlə  işlənilməsidir.  (hektara  200  qram 
ammonium  molibdenat).  Toxumların  rizotorfin  və  ammonium-

111 
 
molibdenatla  birlikdə  işlənilməsi  ot  məhsuldarlığını  hektarlan  8 
sentner çoxaldır. 
Səpin  norması.  Təmiz  halda  hektara  90-100  kq  toxum  3-4 
sm dərinliyində basdırılır. Toxumlar səpilən gün kölgədə nitragin 
və ammonium-molibdenatla işlənilir.  
Əkinlərə  qulluq.  Xaşanı  çox  vaxt  örtüyə  səpirlər.  Örtük 
bitkisi, yəni dənli taxıl bitkisini 15-20 sm hündürlüyündə biçirlər. 
Belə  hündürlükdə  olan  kövşənlər  əmələ  gələn    cavan  xaşa 
cücərtilərini günəş şüasının yandırmasından qoruyur, qışda isə qar 
toplanmasına  şərait  yaradır.  Növbəti  ilin  yazında  2  iz  malalama 
aparılır  ki,  bu  da  kövşənlərin  çıxarılması  və  torpağın  üst  qatının 
yumşaldılmasına  şərait  yaradır.  Ot  üçün  biçildikdən  sonra  tarla 
mütləq ağır malalarla malalanır.  
Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.  
Unlu  şeh.  Yarpağı,  gövdə  və  paxlaları  zədələyir.  Güclü 
xəstələnmə zamanı quru ot məhsulu 50%-ə qədər azalır.  
Pas  xəstəliyi.  Yarpaq,  gövdə  çiçək  və  paxlaları  zədələnir. 
Əsasən erkən inkişaf dövründə qorxuludur.  
Fuzarioz.  Xəstəliyə  güclü  tutulduqda  gövdələr  yarpaqsız  və 
gövdəsi (budaqları) qoz rəngini alır.  
Mübarizə tədbirləri – Növbəli əkinin tətbiqi əkinə sağlam və 
zədələnməmiş  toxumlar  seçmək,  təzə  tarlaları  köhnələrdən  aralı 
seçməli, yeni xəstəliyə davamlı sortlardan istifadə etmək.  
Xaşa toxumyeyəni – paxla və toxumları 30-50% zədələyir.  
Xaşa  evritomu–  toxumun  yumşaq  yerinə  yumurta  qoyur. 
Yumurtadan əmələ gələn sürfələr toxumun içərisini yeyirlər.  
Mübarizə  tədbirləri  –  toxumun  diqqətlə  təmizlənməsi  və 
zədəli toxumların yandırılması.  
Xaşanın toxumu xaşa çiçəkyeyəni və xaşa tripsi ilə zədələnir. 
Kimyəvi preparatlardan istifadə edilir.  
Məhsulun  yığılması  –  Xaşanı  gönçələmə  fazasında  və 
çiçəkləmənin başlanğıcında biçirlər. Biçin torpaq səthindən 6 sm 
hündürlükdə  aparılır.  Növbəti  biçin  8-10  sm  hündürlüyündə  hə-
yata  keçirilir.  Bu  zaman  qışlama  qabağı  plastik  kütlənin  toplan-
ması  və  qışda  qarın  saxlanmasına,  növbəti  ilin  yazında  xaşanın 

112 
 
daha yaxşı inkişafına səbəb olur. Digər yığım texnologiyaları yon-
cada olduğu kimidir.  
Sortları.  Son  vaxtlar  Rusiya  ərazisində  əkilib  -  becərilən 
sortlarından Pesçannıy 1251, Pesçannıy uluçşennıy, Severekafkaz-
skiy  dvuukosnıy  və  s.  göstərmək  olar.  Azərbaycanda  isə  (2010) 
xaşanın Yerli Naxçıvan (1942), AzNİXİ -18 (1944), AzNİXİ - 74 
(1945), AzNİİKLİP - 495 (2008) sortları rayonlaşdırılmışdır. 
 
4. 3. Üçyarpaq (üçyarpaq yonca) 
 
Əhəmiyyəti.  Üçyarpaq  (Trifolium  L).  cinsi  botaniki  cəhətcə 
paxlalılar (Fabaceae) fəsiləsinin ən zəngin cinslərindəndir. Hazır-
kı  təsnifata  görə  300-ə  qədər  növü  müəyyən  edilmişdir.  Lakin 
mədəni  formaya  20  növü  salınmışdır  ki,  onlardan  da  altı  növü 
becərilir. Bu növlərin üçü çoxillik, üçü isə birillikdir. Lakin prak-
tiki əhəmiyyət kəsb edən çoxlu qiymətli növlər də mövcuddur. 
Çoxillik  növlərdən  yem  məqsədi  üçün  daha  çox  becəriləni 
çəmən  üçyarpağı,  sürünən  üçyarpaq  və  hibrid  (çəhrayı) 
üçyarpağıdır.  Bunlardan  çəmən  üçyarpağı  daha  çox  yayılmışdır. 
Quru ot və senaj  hazırlamaq üçün  ondan tez-tez istifadə olunur. 
Yaxşı  hazırlanmış  üçyarpağın  quru  otunun  hər  kq-da  0,55  yem 
vahidi və 70 qr. xam zülal vardır. Quru ot ehtiyatı görərkən, xüsu-
sən təbii qurutma  zamanı  yarpaqların bir hissəsi qırılır və itirilir, 
yemlik  dəyəri  isə  aşağı  enir.  Senaj    hazırlayarkən  yarpaqlar  tam 
saxlanılır və qida maddələrinin itkisi minimum həddə olur. 
Vegetativ  kütlənin  potensial  məhsuldarlığı  kifayət  qədər 
yüksəkdir. Optimal becərmə şəraitində üçyarpaq vegetasiya  müd-
dətində  hər hektardan 12 ton yerüstü kütlə ( quru maddə)  forma-
laşdırar.  Təbii  münbitlik  şəraitində  üçyarpaq    hektardan  2-3  ton 
quru ot məhsulu yığılmasını təmin edir.  
 
4. 3. 1. Çəmən üçyarpağı (üçyarpaq yoncası) 
 
Botaniki təsviri. Çəmən üçyarpağı (Trifolium pratense L.) iki 
sorttipinə  ayrılır:  tezyetişən,  yaxud  ikiçalımlı  (var.  praccox)  və 

113 
 
gecyetişən, yaxud birçalımlı (var. serotinum). İkiçalımlı üçyarpaq 
cənub və cənubi-qərb, gecyetişən birçalımlı üçyarpaq isə  şimal və 
şimali-şərq ərazilərdə becərilir. Cənub tipli üçyarpaq alçaq boylu, 
yüksək yarpaqlanmaq və şimal üçyarpağına nisbətən qışadavamlı-
lığının aşağı olması ilə xarakterizə olunur. Morfoloji əlamətlərinə 
görə ikiçalımlı üçyarpaq birçalımlılardan onunla fərqlənir ki, on-
larda buğumaralarının sayı 5-7, birçalımlılarda isə 7-9 və daha çox 
olur (şəkil 30). 
Çəmən üçyarpağı (qırmızı üçyarpaq) mil və güclü inkişaf et-
miş  saçaqlı  kök  sistemi    əmələ  gətirir.  Kökü  torpağın  2,0-2,5  m 
dərinliyinə, ətrafa isə mil kökdən 50-60 sm kənara yayılır. Kökün 
çox  hissəsi  əsasən  əkin  qatında  (20-25  sm)  yerləşir.  Kök  yum-
ruları  (içərisində  fır  bakteriyaları  yerləşir)  əvvəlcə  mil  kökdə, 
sonra  isə  yan  köklərdə  inkişaf  edirlər.  Fırların  əmələ  gəlməsi 
birinci  üçlü  yarpaqla  eyni  vaxta  təsadüf  edir  və  çiçəkləmə  fa-
zasının  başlanğıcında  maksimuma  çatır.  Tezyetişən  sortlara  nis-
bətən, gecyetişən sortlarda simbiotik aparat daha güclü formalaşır. 
Çıxışlar alındıqdan iki ay sonra mərkəzi kökün kök boğazcığı 
torpağın 3-4 sm dərinliyinə çəkilir. Kök boğazcığının torpağa belə 
batması  tumurcuqların  heyvanlar  tərəfindən  yeyilməsini  və  qış 
dövründə donmadan  mühafizə edir. 
Çəmən üçyarpağının gövdəsi dəyirmi, içərisi boş, sıx ağtəhər 
tükcüklərlə örtülüdür. Nəmlik artıq olduqda gövdələr yatırlar. 
Yarpaqları mürəkkəb, üçlüdür: aşağı yarpaqlar uzun saplaqlı, 
yuxarıdakılar  isə  nisbətən  qısadır.  Yarpaq  ayası  yumurtavarı, 
uzunsov-yumurtavarı  və  ellips  formalıdır.  Yarpaq  ayasının  üzə-
rində xarakterik üçbucaq şəkilli ləkə var. Tezyetişən cənub üçyar-
pağında  yarpaq  kütləsi  yerüstü  kütlənin  təxminən  42-44%-nə, 
gecyetişəndə isə 40%-ə qədərinə bərabərdir.  
Çiçək qrupu - orta hesabla 100 çiçəkli möhkəm sıx başcıqdan 
ibarətdir.  Çiçəkləmə  dövründə  kifayət  qədər  tozlayıcılar  və  əlve-
rişli  şərait  olduqda  çiçəklərin  50-yə  qədəri  mayalanır  və  toxum 
verir.  Çiçək  kasacıqdan,  tacdan,  sütuncuqlu  yumurtalıqlardan  və 
erkəkcikdən  ibarətdir.  Tacı  boruşəkilli  al-qırmızı  rənglidir.  Erkə-

114 
 
kcik ondur, onlardan doqquzunun saplağı yarısına qədər bir-birinə 
bitişir, biri əsasından sərbəst qalır. Yuxarı tacı biryuvalıdır. 
Meyvəsi  birtoxumlu,  nadir  hallarda  iki  toxumlu  paxladır. 
Toxumu yumurtavarı, rüşeym kökcüyü qabarıq, yastılaşmış, sarı-
mtıl,  qonuru  yaxud  bənövşəyi  rənglidir.  Toxumun  100  ədədinin 
kütləsi 1,6-1,8 qramdır. 
Bioloji  xüsusiyyətləri.  Çəmən  üçyarpağı  soyuğa  davamlı 
bitidir. Kök boğazcığı yerləşən zonada böhran temperatur zamanı 
güclü seyrəklik müşahidə edilir, bu bitkinin yaşından və becərilmə 
şəraitindən  asılıdır.  Qışın  başlanğıcında  üçyarpağın  həyatının 
birinci  ili  kök  üzərindəki  tumurcuqlar  -15 
0
C  şaxtalara  yaxşı 
dözürlər. Həyatının ikinci ilindən üçüncü ilinə keçərkən qış zama-
nı şaxtaya davamlığı adətən birinci ilə nisbətən aşağıdır. Bitkinin 
aşağı temperatura davamı qışın ikinci yarısından nəzərə çarpacaq 
dərəcədə  alçalır.  Üçyarpaq  həyatının  ikinci  ili  -11-13 
0
C  tempe-
raturda  demək  olar  ki,  50%-i  seyrəlir.  Ən  az  şaxtaya  davamlılıq 
yazda qeydə alınır.  
Vegetasiya  dövründə  məhsulun  formalaşması    üçün  zoğ 
əmələ gələndən birinci biçinin keçirilməsinə qədər təxminən 950 
0
C fəal temperatur cəmi lazımdır. Biçindən sonra cücərtinin əmələ 
gəlməsindən  ikinci  biçinə  qədər  quru  ot  üçün  600-800 
0
C  tələb 
olunur. 
Çəmən üçyarpağı  nəmlik sevən bitkidir. Əgər torpağın nəm-
liyi tarla rütubət tutumundan davamlı surətdə aşağı düşərsə, onda 
üçyarpağın  simbiotik aparatı işləmir və bitkinin inkişafı zəifləyir. 
Üçyarpaq  torpaqda  artıq  nəmliyə  dözmür,  tarlada  su  yığılıb 
qaldıqda o məhv olur.  
Çəmən üçyarpağı uzun gün bitkisidir. Cənub üçyarpağına nis-
bətən  şimal  üçyarpağı  günün  uzunluğunun  dəyişməsinə  qarşı 
nisbətən  həssasdır.  Cənuba  getdikcə  gün  uzunluğunun  qısalması 
və  temperatur  rejiminin  gərgin  artması  gecyetişən  üçyarpaqlarda 
buğumaralarını  qısaldır,  gövdənin  hündürlüyünü  gözə  çarpacaq 
dərəcədə  kiçildir.  Bu  onunla  əlaqədardır  ki,  cənubda  bir  fazadan 
başqa  fazaya  keçmək  üçün  üçyarpaq  lazım  olan  fəal  temperatur 
cəmini tez toplayır və boyatma prosesinə az vaxt qalır. 

115 
 
Çəmən  üçyarpağı  nisbətən  kölgəyə  davamlıdır,  ona  görə  də 
onu müxtəlif örtük bitkilər altına səpmək olar. Tez yığılan bitkilər 
–  yaşıl  kütlə  üçün  payızlıq  çovdar,  yaşıl  yem  üçün  vələmir  və 
gülül-vələmir qarışığı yaxşı örtük (qoruyucu) bitkisi hesab olunur. 
Əgər  gözlənilən  məhsul  hektardan    2,0-2,5  tonu  keçmirsə  üçyar-
pağı  dən  üçün  becərilən  dənli  taxıl  bitkiləri  altına  səpmək  olar. 
Üçyarpağın əziyyət çəkməməsi üçün dənli taxıl bitkilərinin səpin 
norması  25-30%  azaldılmalıdır.  Yatmaya  qarşı  meylli  olan  taxıl 
sortlarından  sonra  üçyarpağın  səpilməsi  arzuolunmazdır.  Çəmən 
üçyarpağı  turş və güclü şorlaşmış torpaqları sevmir.  
Qönçələmə  fazasında  bir  ton  quru  ot  yaratmaq  üçün  çəmən 
üçyarpağına  maksimum 31 kq azot, 9 kq fosfor, 22 kq kalium, 16 
kq  kalsium,  5  kq  maqnezium,  1,5  kq  kükürd  lazımdır.    Çəmən 
üçyarpağı bir ton quru ot məhsulu  ilə torpaqdan 22 kq azot, 5 kq 
fosfor  və  16  kq  kalium  aparır.  Üçyarpaq  bor  və  molibden 
elementlərinə  kifayət  qədər  tələbkardır.  Molibden  havanın  mole-
kulyar  azotunu  təsbit  edən  nitrogenaza  ferment  kompleksinin 
tərkibinə  daxildir,  bor  elementi  isə  ötürücü-borular  sisteminin 
yaxşı inkişafına, simbiotik sistemin enerji ilə təminatına və bioloji 
azotun maksimal təsbit olunmasına köməklik göstərir. 
Becərilmə  xüsusiyyətləri.  Torpağın  əsas  becərilməsi  sələf-
lərdən  və  örtük  bitkisindən  asılıdır.  Səpinqabağı  becərmənin 
məqsədi, torpaq kapillyarlarının əlaqəsini bərpa etmək və toxum-
ların  eyni  dərinliyə  düşməsi  üçün  torpağın  malalanması  və  diq-
qətli tapanlanmasından ibarətdir. Yazlıq dənli taxıl bitkiləri altına 
örtük bitkisi  ilə eyni vaxtda  yaxud dərhal onun səpinindən sonra 
cərgələrin  köndələninə    çəmən  üçyarpağı  səpilir.  Üçyarpağın  sə-
pininin gecikdirilməsi onun kəskin əziyyət çəkməsinə səbəb olur. 
Payızlıq örtük bitkisi yazlıqlara nisbətən tarladan tez yığıldığından 
səpin  aparılan  ili  üçyarpağın  yaxşı  inkişafı  üçün  şərait  yaranır. 
Lakin  yazlıqlardan  fərqli  olaraq  payızlıqlar  yüksək  dən  məhsulu 
verdikdə üçyarpaq güclü əziyyət çəkir.  
Səpin  norması  bir  hektara  7-8  kq,    yaxud  3,5-  4,0  mln. 
cücərmə  qabiliyyətli  toxumdur.  Becərilmə  aqrotexnikası  qeyri-
düzgün  aparıldıqda,  torpağın səpinqabağı becərilməsi keyfiyyət-

116 
 
siz olduqda və yaxud da örtük bitkisi düzgün seçilmədikdə səpin 
normasını  artırmaq lazım gəlir.  
Çəmən  üçyarpağının    xırda  toxumları  cücərən  zaman  ləpə 
yarpaqlarını torpaq səthinə çıxarır. Cücərməsi üçün toxumun quru 
maddəsinin 13-18%-i fizioloji proseslərə sərf olunur. Kifayət qə-
dər nəmlik olan torpaqlarda üçyarpaq toxumları 1-2 sm dərinliyə 
səpilir. Bunun nəticəsində  müntəzəm çıxışların alınması, vegeta-
siya  müddətində seyrəkliyin  az olması və əkinin  yüksək  məhsul-
dar olması təmin  edilir. 
Yüngül  torpaqlarda  toxumla  torpağın  əlaqəsini  yaxşılaş-
dırmaq və kapillyar əlaqələrin bərpası üçün səpindən sonra torpaq 
sıxlaşdırılır.   
Çəmən  üçyarpağının    donmasını  azaltmaq  üçün  örtük  bitkisi 
yığılan  zaman  yaxşı  olardı  ki,  biçin  10-15  sm  hündürlükdən 
aparılsın. Hündür kövşən qarı yaxşı saxlayır, bununla belə üçyar-
pağın  şaxtadan  əziyyət  çəkməsinin  qarşısını  alır.  Növbəti  ili 
birinci  biçində  yemin  keyfiyyətinin  pisləşməməsi  üçün  kövşən 
mala  ilə  torpağa  çevrilir.  Kalium  elementi  ilə  kasıb  olan 
torpaqlarda torpaq münbitliyinin səviyyəsindən və planlaşdırılmış 
məhsulun  miqdarından  asılı  olaraq    üçyarpaq  kalium  gübrəsi  ilə 
normal yemləndirilməlidir. Fosforla yemləmə faydasızdır, belə ki, 
gübrə  vegetasiya  müddətində  torpağın  üst  təbəqəsində  qalır  və 
kök  sistemi  üçün  əlçatmaz  olur.  Azot  gübrəsi  üçyarpağa  yalnız 
ziyan gətirir. Havanın bioloji azotunun təsbit olunma səviyyəsini 
aşağı salır, ayrı-ayrı bitkilərin boy və inkişafını qeyri-bərabər sti-
mullaşdırır, əkinlərin seyrəlməsinə və məhsuldarlığın aşağı enmə-
sinə səbəb olur. 
Çəmən  üçyarpağı  müxtəlif  xəstəliklərə  tutulur.  Daha  çox 
yayılanları aşağıdakılardır: 
Antroknoz – xəstəlik yarpaqları, budaqları, çiçək başlığını, və 
toxumları  zədələyir.  Bu  orqanlarda  darçını-qonur  rəngli  çökək 
ləkələr əmələ gəlir. Nəticədə ayrı-ayrı orqanlar quruyur və qırılıb 
tökülürlər.  Bitkinin  yüksək  dərəcədə  zədələnməsi  quru  ot  məh-
sulunun 50%-ə qədər və toxum məhsulunun isə 60%-ə qədər aşağı 
düşməsinə gətirib çıxarır. Mübarizə tədbiri - səpinqabağı toxumla-

117 
 
rın təmizlənməsi və dərmanlanması, quru ot üçün isə üçyarpağın 
erkən  müddətdə,  yəni  qönçələmə  fazasında  biçilməsindən  ibarət-
dir. 
Askoxitoz    -  hər şeydən əvvəl  yarpaqları,  sonradan  isə gövdə 
və toxumu zədələyir. Yarpaqların səthində iri bozumtul-sarı rəngli 
ləkələr əmələ gəlir. Xəstəlik quru ot məhsulunun keyfiyyətini pis-
ləşdirir və məhsuldarlığı təxminən 20% aşağı salır. Mübarizə təd-
biri - səpinqabağı toxumların təmizlənməsi və dərmanlanması, zə-
dələnmiş üçyarpağın erkən biçilməsi və qönçələmə fazasında hek-
tara 2-5 kq hesabı ilə kükürdlə tozlandırmaqdın ibarətdir.  
Xərçəng - üçyarpağı məhv edir. Məhv olmuş bitkinin yerüstü 
hissəsi  kök  boğazcığından  asan  ayrılır.  Mübarizə  tədbiri  –  bitki-
lərin düzgün növbələndirilməsidir. Xərçənglə sirayətlinmiş üçyar-
paq tarlasına bu bitkini 7 ildən sonra qaytarmaq olar. 
Pas - yarpaqları və budaqları zədələyir. Güclü dərəcədə zədə-
lənmə zamanı quru maddə məhsulu 80% aşağı enir. Mübarizə təd-
biri  –  davamlı  sortların səpilməsi, erkən  biçin  aparılması, toxum-
luq sahələrin xüsusən kükürdlə tozlandırılmasından ibarətdir. 
Zərərvericilərdən  üçyarpağa  daha  çox  ziyan  vuran  üçyarpaq 
və fır bakteriyaları uzunburunudur.  
Üçyarpaq uzunburunu yarpaqları, qönçələri və çiçəkləri zədə-
ləyir. Bir sürfə 11-ə qədər yumurtalığı məhv edir. Üçyarpaq uzun-
burunu toxum məhsulunu 20-30%-dən çox aşağı salır.  Mübarizə 
tədbiri  –  üçyarpağın  qönçələmə  fazasında  biçilməsi,  toxumluq 
üçyarpağın çalınmasından ibarətdir.  
Fır bakteriyası uzunburunu erkən yazda yarpaqların kənarını 
yeyir, bəzən boy nöqtəsini məhv edir. Süfrələr fırları məhv edir və 
kökü  dərinliklərinə  qədər  yeyir.  Mübarizə  tədbiri  –  paxlalı  bitki-
lərlə sadə növbəli əkinin təmin edilməsi və kimyəvi maddələrdən 
istifadə edilməsi. 
Toxum  məqsədi  ilə  cərgəvi  üsulda  yem  üçün,  yaxud  xüsusi 
gencərgəli əkilmiş üçyarpaqdan istifadə etmək olar. Həm birinci, 
həm  də  ikinci  il  istifadə  olunan  cərgəvi  səpinlər  toxum  almaq 
məqsədi  üçün  yararlıdır.  Əsas  səbəb  bitki  sıxlığıdır.  Birinci  ili 
istifadəsində  üçyarpaq  əkinləri  sıxlaşmış,  1  m
2
-də  120-200  bitki 

118 
 
olmaqla, bitkilərdə daha kiçik başcıq formalaşır, çiçəklər daha pis 
tozlanır,  toxum  məhsuldarlığı  aşağı  olur.  Ona  görə  də  bununla 
çoxlu  miqdarda  yüksək  keyfiyyətli  yem  itirilir.  Bir  qayda  olaraq 
istifadəsinin ikinci ili əkinlər seyrəlir və toxum almaq üçün yararlı 
olur. Hər m
2
- də 60-80 bitki sıxlığı olmalıdır. Bu halda bitkidə 4-7 
gövdə formalaşır, hər gövdədə orta hesabla üç başcıq əmələ gəlir 
ki, onların da hər birində 50-ə qədər toxum yetişir. Belə səpinlərin 
hər  hektarından  850-950  kq  toxum  məhsulu  götürmək  mümkün-
dür.  
Məhsuldarlığın  səviyyəsi  çiçəkləmə  dövründə  torpağın  mün-
bitliyindən,  tozlandırıcıların  və  meteoroloji  şəraitin  olmasından 
asılıdır.  Əlverişli  illərdə  orta  hesabla  hər  hektardan  330-350  kq, 
əlverişsiz  illərdə  isə  90-160  kq  toxum  məhsulu  alınır.  Çəmən 
üçyarpağının  potensial  toxum  məhsuldarlığı  çox  yüksəkdir 
hektardan  1200-1600  kq-dır,  hibrid  (500-600  kq/ha)  və  sürünən 
üçyarpaqda isə (400-500 kq/ha) əhəmiyyətli dərəcədə aşağıdır. 
Çəmən  üçyarpağının  gencərgəli  əkinləri  böyük  toxum 
məhsuldarlığına  malikdir.  Bu  halda  bitkilər  yaxşı  işıqlanır,  boy 
atmır,  7-8  gövdə  və  hər  budaqda  çoxlu  başcıq  əmələ  gəlir,  baş-
cıqlar  tozlayıcılar  üçün  nisbətən  əlçatan  olur  və  həşəratlar  yaxşı 
baş  çəkirlər,  mayalanma  və  toxum  məhsuldarlığı  yüksək  olur. 
Səpin ili və növbəti ilin yazında belə sahələrdə alaq otlarına qarşı 
mübarizə məqsədi ilə cərgəarası becərmələr aparılır.  
Adi cərgəvi əkinlərdə gec yetişən üçyarpağın toxumları yalnız 
birinci  biçində  yığılır.  Ənənəvi  tezyetişən  üçyarpaq  becərən 
rayonlarda necə ki, birinci, eləcə də ikinci biçindən toxum almaq 
mümkündür. Nisbətən yüksək toxum məhsulu ikinci biçində olur, 
belə  ki,  üçyarpağın  çiçəkləməsi  bu  dövrdə  tozlayıcı  həşəratların 
kütləvi uçuşu ilə üst-üstə düşür. Əlavə olaraq toxumlayan bitkilər 
tez-tez  yatır,  başcıqlar  ardı  kəsilmədən  daha  çox  çiçəkləyir  və 
toxumlar yetişir, budaqlar gövdə uzunburunu, başcıqlar üçyarpaq 
toxumyeyənləri  ilə  az  zədələnirlər.  Toxumlar  ikinci  biçində  daha 
təmiz alınır, belə ki, alaqlar artıq birinci biçində təmizlənir. Əgər 
toxum  ikinci  biçindən  əldə  edilirsə,  birinci  biçini  qönçələmə 
fazasından  gec  olmayaraq  başa  çatdırmaq  lazımdır.  Biçinin  7-19 

119 
 
gün  gecikdirilməsi  toxumun  yetişməsini  3-4  həftə  gecikdirir  və 
onun məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır. 
Hər  il  üçyarpaqdan  toxum  almaq  üçün  daha  etibarlı  üsul  bir 
təsərrüfatda  tezyetişən,  orta  müddətdə  və  gecyetişən  sortların 
becərilməsidir. Bu ona görədir ki, onlar müxtəlif vaxtlarda çiçək-
ləyirlər.  
Üçyarpağın əksər növləri entomofil bitkilərdir. Onların toxum 
məhsulunun  aşağı  olmasının  əsas  səbəbi  çiçəkləmə  dövründə 
tozlayan həşəratların çatışmamasıdır. Üçyarpağın ən  yaxşı tozla-
yıcısı  arılardır.  Torpaqların  kütləvi  şumlanması  və  pestisidlərin 
tətbiq  olunması  tozlayıcı  çöl  həşəratlarını  kəskin  azaldır.  Üçyar-
pağın  tozlayıcıları  qismində  bal  arısı  ailələrindən  istifadə  etmək 
olar.  Bunun  üçün  bir  hektar  toxumluq  sahəyə  4-6  arı  ailəsi  tələb 
olunur. Qarşılıqlı tozlanmanı  təmin edilmək üçün onlar 500-600 
metrlik məsafədə yerləşdirilir.  
Öyrədilmiş (təlim) arılar mayalanmanın intensivliyini yüksəl-
dirlər.  Çiçəkləmə  dövründə  səhərlər  hər  bir  arı  ailəsinin  yanına 
üçyarpaq  çiçəyinin  cövhərindən  hazırlanmış  100  qr  şəkər  şirəsi 
qoyulur.  Bir  litr  qaynanmış  suda  1  kq  şəkər  həll  edilir,  şirəni 
soyudur  və  onun  içərisinə  şirənin  həcminin  ¼  qədər  təzə  çiçək 
dəstəsi salınır. İki saatdan sonra şirə üçyarpaq çiçəyinin ətrini alır 
və  istifadə  üçün  hazır  olur.  Öyrədilmiş  arıların  üçyarpaq 
çiçəklərinə gəlmələri 14 dəfə güclənir və toxum məhsuldarlığı 2-4 
dəfə artır. 
Çəmən  üçyarpağı  toxum  üçün  başcıqlar  90-95%  qonurlaş-
dıqda  kombaynla  birbaşa  yığılır.  Başcıqların  75-80%-i  qonurlaş-
dıqda  hektara  3-4  kq  hesabı  ilə  əkinlərin  qabaqcadan  reqlonla 
desikasiya  edilməsi  toxum  məhsulunu  aşağı  salmadan  yetişməni 
tezləşdirir.  Reqlonla  desikasiya  edildikdən  5-7  gün  sonra  kom-
baynla  birbaşa  yığım  aparılır.  Toxumluq  sahələr  bir  bərabərdə 
yetişmədikdə yığım hissə-hissə aparılır. 


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə