31
əsrdə çoxsaylı fəlsəfi və sosial nəzəriyyələrin yaranması da
elə buradan irəli
gəlir ki, bu nəzəriyyələr də ya tərəqqini
bilvasitə və ya bilavasitə inkar edir, yaxud da bu anlayışı ya
dövri hərəkət ideyaları (Şpengler, Toynbi, Sorokin) və ya da
“sosial dəyişikliklər” kimi “neytral” anlayışla əvəz
etməyi
təklif edirlər. Həmçinin, “dünyanın sonu” adlı müxtəlif
konsepsiyalar və bir sıra pessimist utopiyalar da geniş
yayılır. Müasir dövrün qlobal problemləri – ekoloji,
demoqrafik, ərzaq, enerji, xammal, nüvə müharibəsi
təhlükəsi, əhalinin psixi və fizioloji sağlamlığının
qorunması və s. bir çox problemlər
məhz bu ruhda təsvir və
şərh olunur.
Ümumiyyətlə, müasir ədəbiyyatda ictimai tərəqqinin
sosial meyarı haqqında başlıca suala yekdil cavab tapmaq
çətindir. Çox az sayda müəlliflər ictimai tərəqqinin vahid
sosial meyarı ilə bağlı sualın qoyuluşunun özünü yanlış
hesab edirlər. Onların
fikrinə görə, dünya ictimaiyyəti
mürəkkəb bir mexanizmdir və müxtəlif istiqamətlər üzrə
inkişaf etdiyinə görə vahid meyarın müəyyən edilməsi
mümkün deyil. Əksər müəlliflər isə vahid ümumsosioloji
meyarın müəyyən
edilməsini mümkün saysalar da, bu
meyarın formulə edilməsində ciddi fikir ayrılıqları ortaya
çıxır.
13
Sonda qeyd etməliyik ki, cəmiyyətin inkişaf prosesi
tədqiq olunarkən ictimai tərəqqi meyarlarının tətbiqi
kompleks xarakter daşımalıdır. İqtisadi, sosial, siyasi və
mənəvi sahələrdəki problemlər ayrı-ayrılıqda deyil, tamın
13
«Понятие общественного прогресса в социальной философии
».
http://filreferat.popal.ru/printout1389.html
32
tərkib
hissələri, vahid ictimai sistemin öz tarixi olan
sistemaltıları kimi nəzərdən keçirilməlidir.
Dostları ilə paylaş: