Bölüşdürülmüş məsuliyyət. Ümumdünyəvi iqtisadi
və sosial inkişafın idarə olunması üzrə məsuliyyət,
həmçinin, beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki
təhlükələr dünyanın bütün xalqları arasında bərabər
bölüşdürülməli və çoxşaxəli tərzdə həyata keçirilməlidir.
Dünyada ən universal və ən geniş təmsil olunmuş təşkilat
kimi Birləşmiş Millətlər bu işdə mərkəzi rol oynamalıdır.