19
kütləvi auditoriyanı qlobalistika ideyaları və elmi-
tədqiqat mərkəzləri tərəfindən planetar böhranların
inkişafını izləmək məqsədi ilə aparılmış monitorinqlərin
nəticələri ilə tanış etmək;
kütləvi auditoriyanı Yer kürəsində destruktiv
proseslərin neytrallaşdırılması imkanlarını araşdıran elmi
tədqiqat mərkəzlərinin fəaliyyəti ilə tanış etmək;
kütləvi auditoriyanı alternativlik (futurologiyanın
sivilizasiyanın inkişafının “təhlükəsiz parametrlərini”
işləyib hazırlayan istiqaməti) ideyaları ilə tanış etmək;
qlobalistika və alternativistika ideyalarının dərk
olunmasına həsr edilmiş müzakirələr təşkil etmək;
kütləvi auditoriyanı sivilizasiyanın
təhlükəsiz
inkişafı tələblərinə cavab verən elmi araşdırmalarla tanış
etmək.
Getdikcə kütləvi informasiya vasitələrinin bütün növ-
lərinin, o cümlədən elektron kütləvi informasiya vasitə-
lərinin qlobal problemlərin bütün təzahürlərinin monito-
rinqində, həmçinin qlobal problemlərin idarə olunmasında
iştirakı daha vacib xarakter daşıyır. Bu da öz növbəsində
aşağıdakıları nəzərdə tutur:
Ümumplanetar mahiyyət daşıyan
qlobal prob-
lemlərin problem-analitik baxımdan işıqlandırılması;
Jurnalistlərin özləri tərəfindən və yaxud da ciddi
ekspertlərin cəlb olunması yolu ilə qlobal problemlərin
mümkün həlli yollarının araşdırılması;
Əsaslı tövsiyələrin ictimai rəyin özünümüəy-
yənetmə aktı kimi geniş müzakirəsinin təşkili;
Hər hansı bir qərarın qəbul olunması zamanı
hökumət institutlarının diqqətinin ictimai rəyə cəlb
edilməsi.
Müxtəlif
mədəniyyətlərin, etnosların, dinlərin, siyasi
və sosial qüvvələrin və institutların nümayəndələri arasında
20
mənəvi oriyentirlərin yaxınlaşması məqsədi ilə kütləvi in-
formasiya vasitələrində daha intensiv və konstruktiv dialoq-
ların təşkil olunmasına ciddi ehtiyac yaranır. Mütəxəs-
sislərin
fikrinə görə, məhz bu dialoqlar əsasında həm bütün
dünya üzrə həyata keçirilən müvafiq fəaliyyətlər arasında,
həm də hökumət və vətəndaş cəmiyyətinin institutları
arasında ümumi bir razılıq və anlaşma əldə oluna bilər.
Dostları ilə paylaş: