29
təkzibolunmaz modeli kimi Yeni dövrdə idrakın inkişafını
əsas götürürdülər. Onlar üçün həmçinin ayrıca bir insanın,
fərdin əqli təşəkkülü model rolunu oynamışdır: bu inkişaf
bütün
bəşəriyyəti əhatə etmiş, insan zəkasının tarixi
tərəqqisinə səbəb olmuşdur. Maarifçilər belə hesab edirdilər
ki, “bu tərəqqi bizim fərdi qabiliyyətlərimizin inkişafında
müşahidə olunan ümumi qanunlara tabedir”.
10
Tərəqqi ilə bağlı maarifçilik nəzəriyyələri artıq
feodal münasibətlərini sındırmışdı və onların əsasında
çoxsaylı utopik sosializm sistemləri yaranırdı. Lakin
rasional tərəqqi nəzəriyyələrinə tarixilik yad idi.
Maarif-
çilərin nəzəriyyələrində cəmiyyətin tərəqqisi teoloji xarakter
daşyırdı və onlar burjuaziyanın keçəri ideallarını və
illüziyalarını tarixin son məqsədi səviyyəsinə qaldırırdılar.
Bununla belə, artıq Viko və xüsusilə də Russo göstərirdilər
ki, tarixi inkişaf təzadlı xarakter daşıyır. Romantik XIX əsr
istorioqrafiyası maarifçilərin rasionalizminə qarşı (təfəkkürü
duyğu qavrayışından ayıran və yanlış olaraq əqli yeganə
idrak vasitəsi hesab edən cərəyan) ləng orqanik (bir-biri ilə
bağlı olan, təbii) evolyusiya ideyasını irəli sürdü.
Bu ideya
kənardan müdaxiləni, fərdilik və tarixi dövrlərin müqayisə
olunmazlığı ideyasını inkar edirdi. Lakin, bu tarixilik
birtərəfli olaraq keçmişə yönəlmişdi və əksər hallarda
arxaik münasibətlərin müdafiəçisi rolunda çıxış edirdi.
11
Tərəqqinin daha mükəmməl izahını Hegel
vermişdir.
O həm
keçmişə etinasızlıq göstərən maarifçiliyə, həm də romantik
«tarixi məktəb» tarixçiliyinə qarşı çıxış etdi. Lakin, Hegel
tarixi tərəqqini dünya mənəviyyatının özü-özlüyündə
inkişafı kimi
dərk edərək, ictimai tərəqqinin bir mərhələdən
başqa mərhələyə inkişafını izah edə bilməmişdi. Onun
10
Алферов А.А. Идея общественного прогресса: содержание и
становление. (Философия в пространстве культуры. Серия «Восток
- Запад - Россия». Ростов н/Д, 1999)
11
http://etelien.ru/Collection/14/14_00057.htm
30
fəlsəfəsi tarixdə Allaha bəraət qazandıran teodiseyaya
çevrilir.
12
Dostları ilə paylaş: