dövrün qlobal problemləri” kursununməqsədijurnalistika
və pablik rileyşnz fakültələrinin məzunlarını bu məsul
vəzifəni yerinə yetirməyə hazırlamaqdan, onlara müasir
qlobal problemlər barədə zəngin bilik verməkdən, bu
problemlərin həllində mühüm rol oynaya biləcək, potensial
nəzəri və praktik gücə malik kütləvi informasiya vasitələ-
rinin geniş imkanları ilə tanış etməkdən ibarətdir.
Qlobal problemlərin həllində jurnalistikanın xüsusi
rolu vardır. Zamanın çağırışına adekvat cavabların tapıl-
masında jurnalistikanın qarşısında konkret vəzifələr durur.
Qlobal problemlərin həllində jurnalistikanın iştirakının əsas
istiqamətləri, onun səmərəli iştirakını təmin edən amillər
müəyyənləşdirilmişdir. Kütləvi informasiya vasitələrinin
hər birinin bu problemlərin işıqlandırılmasında özünəməx-
susluğu: ümumi və fərqli cəhətləri var. Qlobal problemlər
mövzusunda olan materiallara xususi tələblər qoyulur.
Jurnalistin bəhs etdiyi problemə ən azı sahə mütəxəssisi
səviyyəsində bələd olmasının zəruriliyi, şərhlərin və təh-
lillərin elmiliyi, sadəliyi, oxucu auditoriyasının səciyyəvi
xüsusiyyətlərini nəzərə alması və s. şərtlərin araşdırılması,
bu xüsusiyyətlərin xüsusilə də jurnalistika fakültələrində
təhsil alan tələbələr tərəfindən mənimsənilməsi, həmçinin
tələbə jurnalistlərin qlobal problemlərin kütləvi informasiya
vasitələrində işıqlandırılmasının forma və metodları ilə taniş
olmaları olduqca əhəmiyyətlidir.
Gələcək jurnalistlərin qlobal problemlərin mahiyyəti,
onların yaranma səbəblərı, həlli yolları, bu işdə jurnalis-
tikanın yeri, rolu və əhəmiyyəti ilə dərindən və hərtərəfli
tanış olmaları müstəsna əhəmiyyətə malikdir. Eyni zaman-
da, tələbə və gənc jurnalistlərin KİV-in bu mövzularda çı-
xışlarının tematik, forma və metod, janr və sənətkarlıq
xüsusiyyətlərinə bələd olmaları mətbuatın, xüsusilə də elek-
7
tron kütləvi informasiya vasitələrinin praktik fəaliyyət-
lərinin təsirliliyinin artmasının başlıca şərtlərindəndir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək,
qarşıya qoyulmuş məqsədə nail olmaq üçün “Jurnalistika