Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   84
Loqopediya (Mühazirələr)

Monoloji nitq – nitqin nisbətən daha geniĢ növüdür. Monoloji 
nitq bir Ģəxsin öz fikir və mülahizələrini müntəzəm və ardıcıl Ģərh 
etməsidir. Bu nitq fəal sərbəst nitq növüdür. Monoloji nitqi həyata 
keçirtmək üçün danıĢan adam adətən hər hansı bir məzmununa malik 
olmalı və buna əsasən öz ifadələrini sərbəst qurmağı bilməlidir.
Monoloq – fasiləsiz, əlaqəli, ardıcıl və məntiqi olur. Bu cür nitqin 
rəvan olması üçün danıĢan Ģəxs deyəcəyi fikri aydın dərk etməli, zəngin 
lüğət ehtiyatına malik olmalı, nitqin emosionallıq xüsusiyyətlərinə, dilin 
qanunauyğunluqlarına yiyələnməlidir. Dialoji nitq iki və artıq Ģəxsin 
ünsiyyət prosesidir. Nitqin bu növünün bir neçə xüsusiyyəti vardır:
1.Dialoji nitq bilavasitə reaksiya tələb edir. yəni, münasib 
deyilənlərə öz münasibətini bildirir. Bu cəhət danıĢanın öz fikrini ifadə 
etmək istiqamətinə təsir edib onu müəyyən səmtə yönəldir.
2.Dialoq 
danıĢan Ģəxslərin emosional-ekspressiv rabitəsi 
Ģəraitində baĢ verir. 


31 
3.Dialoq müəyyən Ģəraitlə və ya obyektlə bağlı olur. bu mənada o, 
situativ səciyyə daĢıyır. Söhbət obyekti dəyiĢən kimi dialoqun istiqaməti 
dəyiĢir. Dialoq zamanı köməkçi vasitələrdən daha çox istifadə olunur. 
Məsələn, səsin ahəngi, mimika, pantomimik, jest və s.
Daxili nitq (eqosentrik nitq) nitq fəaliyyətinin xüsusi növüdür. O, 
praktik və nəzəri fəaliyyətin planlaĢdırma fazası kimi və ya planın bir 
sıra xüsusi mürəkkəb nəzəri fəaliyyət növlərində həyata keçirilməsi 
fazası kimi çıxıĢ edir. Bu mənada bu nitq insanın özünə yönəlmiĢ 
nitqdir. Onun köməyi ilə insan özünün praktik fəaliyyətini tənzimləyir 
və ona nəzarət edir. Eqosentrik xarici nitqdən nəsə edir və onun qismən 
interiorizasiya olunmuĢ (daxilə yönəlmiĢ) məhsulu kimi özünü göstərir. 
Daxili nitq üçün qırıqlıq, fraqmentlik xarakterikdir.
Artikulyasiya üzvlərinin (dodaqların, dilin və s.) hərəkətini qeydə 
almaqla daxili nitqi tədqiq etmək mümkündür. Deməli, daxili 
(eqosentrik) nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsidir. 
Yazılı nitq monoloji nitqin bir növü kimi özünü göstərir. Monoloji 
nitqin bütün xüsusiyyətləri ona da xasdır, lakin onda bu xüsusiyyətlər 
daha çox nəzərə çarpır. ġifahi monoloji nitqə nisbətən yazılı nitq daha 
müfəssəldir. Bu ondan irəli gəlir ki, yazılı nitqdə həmsöhbətlə əks əlaqə 
mövcud olmur.
Yazılı nitqin ən mühüm cəhəti onun daha çox ixtiyari nitq növü 
olmasıdır. Yazılı nitq mətnlərin köməyi ilə aparılan verbal nitqdir. 
Yazılı nitq Ģifahi nitqdən təkcə qrafik olması ilə deyil, həm də 
özünəməxsus qrammatik və stilistlik xüsusiyyətlərinə görə də fərqlənir.


32 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin