Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə58/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   256
ĠĢ üçün lazımdır: kimoqraf, induksion cihaz və ya elektrosti-
mulyator, Ringer məlulu, elektrod, ştativ, alətlər, sap və qurbağa. 
IĢin gediĢi. Qurbağa adi qaydada hərəkətsizləşdirilir. Döş və 
qarın boşluğu yarılır, ürəyin üzəri açılır, perikard kasılır və ürəyin 
yüyəninə sap bağlanır. Arxası üstə təsbit edilmiş, qurbağada azan 
sinir  axtarılır.  Siniri  axtarmazdan  qabaq,  ayrı-ayrı  sinirlərin 
yerlərini öyrənmək lazımdır. 
Əvvəlcə sağ tərəfdə qabaq ətraf kənara və aşağı çəkilir. Ürə-
yin  arasındakı  əzələ  və  fassiya  çənə  bucağı  üzrə  nazik  qayçı  ilə 
kəsilir.  Kəsik  davam  etdirilərək  qoltuqaltı  nahiyyənin  sığallı 
səthinə qədər aparılır. 
Bu  əzələnin  üzərində  onun  aşağı  kənarına  yaxın  damar-sinir 
dəstəsi yerləşir. Bu dəstə yuxu arteriyası, vidaci vena, qırtlaq siniri 
və vaqo-simpatik sinirlərdən ibarətdir. 
 Ön tərəfdə daha aydın iki sinir kələfi görünür. Bunlardan biri 
dilkökü siniri, o biri dil və udlaq siniridir. Dilkökü siniri sinir-da-
mar dəstəsini köndələn kəsir. Dil-udlaq siniri isə onların üzərində 
ilgək əmələ gətirir. Göstərilən sinirlərin arxasından azan və qırtlaq 
sinirləri keçir. 


66 
Vaqo–simpatik sinir sütünu ətraf toxumalardan ayrılır, ürəklə 
bilavasitə  əlaqəsi  olan  sinirlər  kəsilir  və  sinir-damar  kələfinin  al-
tından sap salınır. Ürək zirvəsindən serfinlə tutularaq lingə birləş-
dirilir. 
Ürəyin  fəaliyyəti  1-2  dəqiqə  müddətində  kimoqrafda  yazılır. 
Sonra  azan  sinir  qıcıqlаndırılır  və  bu  zаmаn  ürək  fəаliyyəti  zəif-
ləyir və yığımlаrın amplitudları qısаlır. Bu da da azan sinirin ürək 
fəaliyyətinə  xarakterik  təsirini  göstərir.  Qıcıq  verilməsi  dayan-
dırılır və kardioqram üzərində aparılan müşahidə davam etdirilir.  
Təcrübə  bir  neçə  dəfə  təkrar  edilir  və  hər  dəfə  sinirin 
qıcıqlаndırılması ürək fəaliyyətinin ləngiməsi ilə nəticələnir. 
Azan  sinirin  qıcıqlаndırılmаsı  dayandırılan  kimi  ürək  fəaliy-
yəti bərpa olunur və bu dəfə ürək əvvəlkindən də bir qədər sürətlə 
işləyir.  Bu  isə  simpatik  sinirin  təsirinin  nəticəsidir.  Sonra  ürəyə 
verilən  cərəyan  qüvvətləndirilir,  ürək  dərhal  diastolа  fazasında 
dayanır.  Qıcıqlanma  dayanadırıldıqda  ürək  yenidən  işləməyə 
başlayır. 
Azan sinirin ürək fəaliyyətinə təsirinin müşahidəsi 1-2 dəqiqə 
davam  etdirilir.  Nəticədə  aydın  olur  ki,  azan  sinir  qıcıqlаndırı-
landa ürək fəaliyyəti ləngiyir, qıcıqlanma dayandırılanda isə ürək 
fəaliyyəti  yenidən  bərpa  olunur.  Bundan  sonra  ürəyin  fəaliyyəti 
əvvəl  yavaş, sonra bir qədər sürətlə, ondan sonra daha sürətlə və 
nəhayət  güclənərək  tədricən  normaya  çatır.  Alınmış  kardioqram 
analiz edilərək nəticə dəftərə yazılır. 
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin