Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 271.69 Kb.
PDF просмотр
səhifə1/9
tarix02.07.2017
ölçüsü271.69 Kb.
  1   2   3   4   5   6   7   8   9
Microsoft Word - Dogma_elin_halaylari_verstka1.doc

 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI 
 
 
 
 
 
 
SƏADƏT  FƏRZİYEVA 
 
 
 
 
 
DOĞMA ELİN  
HALAYLARI 
 
Dərs vəsaiti  
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
29 yanvar 2013-cü il tarixli 151 №-li əmri ilə  
təsdiq edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – Mütərcim – 2014 

 
2
 
Elmi redaktor:     
fəlsəfə elmləri doktoru, professor 
Azərbaycan Respublikasının 
əməkdar incəsənət xadimi 
Gülnaz Abdullazadə 
 
Rəyçilər:            
bəstəkar, Azərbaycan Respublikasının 
əməkdar incəsənət xadimi, professor 
Arif  Məlikov 
 
pedaqoji elmlər doktoru, professor 
Minarə Dadaşova 
                                                                   
 
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 
sənətşünaslıq namizədi, professor                                
Akif Quliyev 
 
sənətşünaslıq namizədi, dosent                                                                    
  
Telman Qəniyev 
 
  
 
S.Fərziyeva. Doğma elin halayları. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2014. – 192 səh. 
 
Təqdim olunmuş bu məcmuədə oxucularımız Azərbaycanın cənub bölgəsində yaşayan talışların «Halay» rəqs 
mahnıları və bir neçə talış mahnıları ilə tanış olacaqlar.Məcmuəyə 65 «Halay» rəqs mahnıları və 5 talış mahnısı daxil 
edilmişdir. 
Məcmuə iki hissəddən ibarətdir.1-ci hissə girişlə başlayır.Burada Azərbaycanın talış folklorunda «Halay» rəqs 
mahnılarının etimologiyası, onun tarixi-etnoqrafik baxımından araşdırılması, bu rəqs mahnıların yaranma mənşəyini, 
melodiya, lad-məqam və intonasiya, musiqi-poetik xüsusiyyətlərinin öyrənilməsindən bəhs olunur. 
2-ci hissədə mahnıların not yazısı verilmişdir. 2005-2007-ci illərdə Azərbaycanın cənub bölgəsində Masallı 
rayonunun Qızılavar, Mahmudavar, Miyənkü, Lənkəran rayonunun Separadi, Lerik rayonunun Monidigah, Astara 
rayonunun  Kakalos kəndlərinə ekspedisiyalarımızda  əldə etdiyimiz materiallar audio-video formatında qeydə 
alınmışdır. Ümüd edirik ki, bu mahnıların dinlənib nota yazılması, araşdırılması və tədgiginə  uzun zaman sərf edilməsi 
əbəs yerə olmamışdır. Əldə edilmiş bu materiallar musiqişünasların, etnomusiqişünaslıq sahəsində çalışanların köməkçi 
ədəbiyyatına çevrilə bilər. Eyni zamanda ali musiqi tədris müəssələrində çalışanların mühazirə  və seminarlarında da 
istifadə oluna bilər. Ümumilikdə məcmuə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
Təqdim edilən bu məcmuənin hazırlanmasında verdiyi dəyərli məsləhət və tövsiyələrə görə Əməkdar incəsənət 
xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə xüsusi təşəkkürümüzü bildiririk.Həmçinin ekspedisiya 
zamanı bizə göstərdikləri mənəvi dəstəyə görə yaxın dostlarımıza, eləcədə verdikləri rəyə görə bəstəkar, Azərbaycan 
Respublikasının  əməkdar incəsənət xadimi, professorArif  Məlikov, Pedaqoji elmler doktoru, professor Minarə 
Dadaşova,  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Akif Quliyev, 
Sənətşünaslıq namizədi, dosent Qəniyev Telmana səmimi təşəkkür və minnətdarlığımı bildirirəm.  
 
 
 
 

026
4310020000
 03-14
 
 
 
 
© S.Fərziyeva, 2014 
 

 
3
 
REDAKTORDAN 
 
Dünya  əhalisinin milyon nəfərə  qədəri minlərlə etnik birlikdən ibarətdir. Dünyada bu qədər 
etnik qrupun olması bir o qədər də etnomədəniyyət, etnik şüur, mentalitet, sosial həyat və davranış 
tərzinin olması deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni 
dəyərlərinin geniş ictimai sferada təbliği, yaşadılması, müasir dünyada demokratik inkişafın başlıca 
prinsipinə və tələbinə çevrilib. 
Azərbaycan ərazisi özünəməxsus coğrafi məkanında müxtəlif etnosların, etnik qrupların yurd- 
yuva qurub yaşaması ilə fərqlənir.Belə ki, bu etnik qrupların bir çoxu etnososial proseslərin təsirinə 
məruz qalaraq assimilyasiyaya uğrasalar da, tarixi inkişaf dövründə etnik özünəməxsusluğunu  
zəngin şəkildə qoruyub saxlaya bilənlər də olmuşdur. Bu cür etnososial tarixinin ən qədim azsaylı 
xalqlarından biri də Azərbaycanın Cənub – Şərq bölqəsində məskunlaşan talışlardır. 
Azərbaycan  ərazisində bir çox azsaylı xalqların folkloru kimi ölkəmizin cənub bölqəsində 
yaşayan talışların çox maraqlı və diqqəti cəlb edən adət-ənənəsi, onların bir növ həyat tərzini əks 
etdirir. Azərbaycan etnosunun böyük bir hissəsini təşkil edən azərbaycanlıların tərkibində əsrlərdən 
bəri qaynayıb – qarışan azsaylı xalqlardan biri olan talışlar nəinki Azərbaycan folklorundan nəisə 
əxs etmiş, eyni zamanda onun mahnı yaradıcılığına da böyük təsir göstərmişdir. Bütün bunların 
nəticəsi olaraq, bu xalqların musiqisini bir-birindən ayırd etmək bir gədər çətinlik təşkil edir. Bu 
mənada Fərziyeva Səadət İbrahim qızı tərəfindən təqdim olunan «Doğma elin halayları» adlı dərs 
vəsaitində Azərbaycanın azsaylı xalqlarından biri olan talış etnik qrupun musiqi folklorunda önəmli 
yeri olan «Halay» janrının musiqi – nəzəri və poetik xüsusiyyətləri baxımından tədqiqi böyük 
maraq doğurur. 
«Halay» rəqs mahnıları haqqında bir çox tədqiqatçılar musiqi-etnoqrafik, musiqi-nəzəri və 
ədəbi-poetik təhlillər aparmışlar. Xalq mahnılarının öyrənilməsi və  təbliği sahəsində Ü.Hacıbəyli, 
M.Maqomayev, sonralar B.Məmmədov, F.Əmirov, C.Cahangirov, S.Rüstəmov, B.Hüseynli, 
N.Məmmədov, Ə.İsazadə və digər bu kimi görkəmli musiqi xadimlərinin əməyi böyükdür. B.S.Şah-
soylu, L.M.Ağayev, Z.Ə.Bağırov poetik-toplu şəklində «Halay» mahnılarını toplayaraq, onların 
poetik məzmunu haqqında müxtəlif bilgilər vermişlər. 
«Doğma elin halayları» adlı  dərs vəsaitində ilk dəfə olaraq «Halay» rəqs mahnılarının lad-
intonasiya və musiqili poetik xüsusiyyətləri açıqlanır.  Bu «Halay» rəqs mahnılarının sinkretikliyi 
araşdırılır, xüsusən «Yallı» rəqsləri ilə oxşar və  fərqli cəhətləri aşkarlanır.  «Halay» rəqs mahnı-
larının xarakterlərinə    görə qruplaşdırılması, onların  cədvəl  şəklində göstərilməsi  işin dərindən 
araşdırılmasından xəbər  verir. 
Bu  mahnılar  özündə  bir  çox  ədəbi-bədii və  musiqi  çalarlarını birləşdirərək,  sintetik  bir  
folklor  janrı  olaraq  diqqəti  cəlb  edir. Bütövlükdə, Səadət  İbrahim  qızı  Fərziyevanın  «Doğma 
elin halayları»   adlı  dərs  vəsaiti  müasir etnomusiqişünaslığımız üçün  dəyərli  bir  mənbədir.  
 
 
                             Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi,  
                                          fəlsəfə elmləri doktoru, professor                   
GÜLNAZ ABDULLAZADƏ 
 
 
 
 
 
 
 

 
4
 
GİRİŞ 
 
Azərbaycan xalq musiqi yaradıcılığının bir qolu olan folklor, çoxşaxəli məfhum 
kimi öz janr tiplərinə görə fərqlənir. Azərbaycan musiqisində şifahi ənənəli xalq mu-
siqisilə yanaşı,  şifahi-professional musiqi janrları da mövcuddur. Belə janrlara 
muğam sənəti və aşıq yaradıcılığı aiddir. Bu haqda Vaqif Vəliyev belə yazır: «Geniş 
xalq kütləsinin yaradıcılıq məhsulu olan folkloru tədqiq edib öyrənmək ücün ona 
yaxın olan bir necə elm sahəsini bilmək lazımdır: a) şifahi xalq ədəbiyyatı tarixlə 
əlaqəli surətdə öyrənilməlidir. «...Bir xalqın folklorunu bilmədən onun tarixini 
öyrənmək mümkün olmadıgı» kimi (M.Qorki), xalq ədəbiyyatını da mənsub oldugu 
xalqın tarixini bilmədən öyrənmək olmaz; b) şifahi ədəbiyyat xalqın həyat və məişəti, 
adət və  ənənəsi ilə  qırılmaz tellərlə baglıdır; c) folklor, hər  şeydən  əvvəl, mənsub 
oldugu xalqın canlı danışıq dilinin bütün incəliklərini özündə əks etdirən qiymətli bir 
xəzinədir. Ona görə  də Azərbaycan folklorunu öyrənən və  tədqiq edən  şəxs 
etnoqrafiyanı, onun əsas xüsusiyyətlərini bilməlidir».
1
 
Bu xüsusda biz talış etnik qrupunun musiqi folklorunu öyrənirik və Azərbaycan-
da azsaylı xalqların musiqi mədəniyyətinin və musiqi etnoqrafiyasının öyrənilməsi 
müasir dövrdə elmi maraqlar baxımından böyük aktuallıq kəsb edir. Digər tərəfdən, 
müstəqil Azərbaycanda azsaylı xalqların mədəniyyətinin, dilinin, folklorunun 
qorunması, yaşadılması, təbliği və öyrənilməsi istiqamətində həyata keçirilən dövlət 
mədəniyyət tədbirləri də tədqiq etdiyimiz toplunun aktuallığını əsaslandırır. 
Araşdırdığımız bu toplu Azərbaycanın cənub bölgəsinə yönəlmiş, bu bölgədə 
yaşayan talışların «Halay» rəqs mahnılarında musiqi-nəzəri və poetik xüsusiyyətlər 
baxımından vacib olan dəyərli elementlərin üzə çıxarılmasından ibarət olmuşdur. 
Qədim «Halay» rəqs mahnılarının musiqişünaslıq aspektlərindən araşdırılmasına 
ehtiyac və  tələb, hər zaman aktual məsələlərdən biri olmuşdur. «Halay» rəqs 
mahnıları Azərbaycanın həm Lənkəran-Astara, həm Naxçıvan bölgələrində  mövcud-
dur. Belə mahnılara nəinki Azərbaycanın bölgələrində, hətta Azərbaycanın sərhəd-
lərindən kənarda olan  İran, Türkiyə  və  başqa  ölkələrdə də  rast  gəlinir. «Halay» 
rəqs mahnıları haqqında ilk məlumat hələ XX əsrin  əvvəllərində Ü.Hacıbəyli və 
M.Maqomayev yaradıcılıqlarından bizə  bəllidir. Məhz bu professional bəstəkar və 
musiqişünaslar ilk dəfə «Halay» rəqs mahnılarından öz  əsərlərində istifadə etmişlər. 
Bu haqda B.H.Hüseynbalaoğlu və M.Talışlının «Lənkəran» kitabında belə yazılır: 
«Nümunə üçün bunu göstərmək kifayətdir ki, talış mahnılarından «Limo-limo, ay 
limo, Zardə  çəmə ay limo» adlı mahnının melodiyasını biz Ü.Hacıbəylinin «Arşın 
mal alan» operettasının eyni musiqi vahidlərində:  «Arşın malçı mal göstər, Bir-bir 
yerə sal göstər» şəklində eşitmişik.
2
 
M.İ.Həkimov «Azərbaycan  şifahi xalq ədəbiyyatına dair tədqiqlər»   kitabının 
dördüncü cildinin «Xalq mövsümləri və  aşıq sənəti» adlı  məqaləsində «Halay» 
                                           
1
 Vəliyev V. Ə. Azərbaycan folkloru. Ali məktəb üçün dərslik. Bakı, Maarif, 1985, səh.3-4  
2
 Talışlı H. M. Əsərləri I. B., Adiloğlu 2007. üm. s. 333. 

 
5
janrının bir xalq folklor sənəti olaraq dərindən araşdırılmasına ehtiyac olduğunu  bir 
gərəkli sahə kimi qeyd etmişdir”.
3
 
«Halay» rəqs mahnılarının  həm də özündə bir çox ədəbi-bədii və musiqi 
çalarlarını birləşdirməsi onu müxtəlif cəhətlərdən tədqiq etmək imkanı yaradır. Buna 
görə  məhz sintetik bir folklor janrı olan «Halay» rəqs mahnılarının  toplanması bir 
çox cəhətdən özünə  cəlb etmiş  və digər özünəbənzər janrlarla uyğunlaşmasını 
meydana çıxarmışdır. 
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, respublikamızın 
əhalisinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə 
əsrlərdən bəri müxtəlif azsaylı xalqlar və etnik qruplar iştirak etmişlər. Uzun tarixi 
keçmişi olan talışlar bir neçə mərhələ keçərək formalaşmışdır. 
Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı «Lənkəran» adlı tarixi-etnoq-
rafik, iqtisadi-sosioloji məsələləri özündə birləşdirən  əsərində, talışların mənşəyi 
haqqında belə qeyd edir: 
«…Bu xalqın dili, ən qədim dövrlərdən coğrafi  ərazisi, dağları  və meşələri də  
talış epiteti ilə adlanır. Antik dövr tarixçisi Herodot (e.ə.490-425), coğrafiyaçısı 
Strabon (e.ə 64-24) öz əsərlərində  Xəzər dənizinin cənubunda Talış adlı xalqın 
varlığından, dilindən və təsərrüfatından bəhs  açırlar».
4
 
Talışların musiqi mədəniyyətindən danışarkən ilk növbədə  mənsub oldugu 
xalqın tarixinə  nəzər salmaq lazımdır. Dünya musiqi mədəniyyətinin inkişafında 
Şumer, Midiya tayfalarının musiqi ənənəsi çox böyük rol oynamışdır. Midiya tay-
falarının musiqi mədəniyyətinin kökü  kosmoloji miflərə, ənənəvi -  ritual təcrübəyə, 
epik qəhrəmanlıq ənənələrinə və dini təfəkkürlə bağlı olmuşdur.  Cənub bölgəsində 
yaşayan talışların Midiya dövlətinin  ərazisində  məskunlaşmasını  nəzərə alsaq, bu 
fikri həm də o dövr tayfalarından biri olan talışların musiqi mədəniyyəyinə  də aid 
etmək olar. 
Talışların musiqi mədəniyyəti ilə bağlı tarixi mənbələrə nəzər saldıqdan sonra, 
diqqətimizi bu etnik qrupun folklorunun bir qolu olan «Halay» janrına yönəltmək 
istərdik. 
Təxminən e.ə. I minilliyin əvvələrində qədim Azərbaycanda şamanizm ənənələri 
mövcud olmuşdur. Bu haqda  Nəsir Rzayev «Əsrlərin səsi» adlı kitabında geniş 
məlumat verərək belə yazır: «Animistik təsəvvürlərlə  əlaqədar olan bir çox qədim 
rəqs, mahnı, ayinlər  şamanlar tərəfindən yaşadılmış  və dövrümüzə  qədər gəlib çıx-
mışdır. Onlardan kollektiv şəkildə icra edilən rəqs mahnısı «Halay» Azərbaycanın 
cənub rayonları üçün xarakterikdir. Bu rəqsin mənşəyini tunc dövrünün müqəddəs 
ocaq ətrafında icra edilən ayin rəqslərilə  bağlamaq lazımdır. Ona görə də bu rəqsin 
adı «Halay» – dövrə  mənasını daşıyır».
5
 Deməli, müəllifin verdiyi məlumatlardan 
belə bir fikrə gəlmək olar ki, dövrə  vuraraq  oxunan «Halay» rəqs mahnılarının mən-
şəyi tunc dövrünün Günəş ayini mərasimləri ilə əlaqələndirilir. 
Lerik rayonu, Monidigah kənd sakini qocaman musiqiçi Ataxan Rəhimov 
Rzaxan oğlu «Halay» sözünün etimologiyasına gəldikdə - talışca «haloğ» (alağ) sözü 
ilə bağlılığını bildirdirir. «Haloğ» sözü talışca çəltik bitkisinin yetişdirilməsi zamanı, 
                                           
3
 Həkimov M. İ. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. K. IV, «Xalq mövsümləri və aşıq sənəti». Bakı., Elm.1973.s.141 
4
 Hüseynbalaoğlu. B. H., Talışlı M. M. Lənkəran, B., Maarif, 1990, s.460. 
5
 Seyidova S. Qədim Azərbaycan mərasim musiqisi. (Ali və orta ixtisas musiqi məktəblər üçün dərs vəsaiti), Bakı, 1994,s.42 

 
6
onun yabanı otlardan təmizlənməsinə deyilir. Bu mənada Ataxan Rəhimovun 
dediklərilə Kamal Həsənovun 1983-cü ildə «Qədim Azərbaycan xalq rəqsləri» adlı 
kitabında yazdıqları fikirlər üst-üstə düşürdü: «Azərbaycanın cənubunda yaşayan 
əhali qədimdən düyü əkməklə məşğuldur... Bu işlə də ən çox qadınlar məşğul olur. 
Belə  təmizləmə prosesi «alaqvurma» adlanır.  Əmək prosesində  həmin sözlə  həma-
hənglik, səsuyğunluğu tərzində «Halay» mahnısı meydana gəlir».
6
«Halay»ın qədim 
əmək mahnısı olduğunu da nəzərə alsaq, sözün daha çoxşaxəli baxım nöqtələrinə ay-
rılmasını görə bilərik. 
«Halay» rəqs mahnılarını ilk dəfə nota alan B.Hüseynli isə «Azərbaycan xalq 
rəqs melodiyaları. II dəftər» məcmuəsində «Halay»ı belə şərh edir: «Halay məfhumu 
birinci mənada dairə, ikinci mənada isə iki dəstəyə bölünmək deməkdir. Xalq 
arasında «halay çəkmək», «halay qurmaq», «halay vurmaq» sözlərinə təsadüf olunur 
ki, bu da dairə vurmaq, dayanmaq, dairə üzrə oturmaq mənasında işlənir. «Halay 
gəlmək» sözü isə rəqs etmək üçün iki dəstəyə bölünmək deməkdir. Hazırda «Halay» 
iki dəstəyə bölünərək birlikdə oxuyub, rəqs etməyə deyilir».
7
 
Tarixin müəyyən dövrlərində müxtəlif dəyişkən həyat tərzinə  məruz qalan 
talışlar, oturaq həyata üstünlük vermişdir. Bu cür həyat tərzinə malik olan xalqlarda 
əsasən heyvandarlıq, məhsuldarlıq,  əkinçilik, maldarlıqla bağlı mahnılar geniş 
yayılmışdır. Elə buradan da əmək, mövsüm, mərasim və s. rəqs mahnıları meydana 
gəlmişdir. 
«Halay» bir janr kimi kollektiv ifası və sinkretikliyi ilə seçilir. Burada rəqs, söz 
və melodiya bir-biri ilə qaynayıb-qarışmış olur. Bu mahnılar özündə xalqın mə-
dəniyyətini, həyat tərzini,  əmək üsullarını  və s. əks etdirmişdir. Mahnıların poetik 
ifadəsinə nəzər yetirdikdə biz talış dilinə məxsus xüsusiyyəti müşahidə edirik. 
«Halay» rəqs mahnılarının nəşrindən söhbət açaraq onu qeyd etmək lazımdır 
ki,1966-cı ildə B.Hüseynli Azərbaycanın Lənkəran-Astara bölgəsindən topladığı 
«Halay» rəqs mahnılarını ilk dəfə toplu şəklində çap etdirmişdir. Bu topluda əks 
olunan «Halay» rəqs mahnılarının sayı on beşə çatır.

1975-ci ildə isə  Lənkəran-
Astara bölgəsinə ekspedisiya tədqiqat qrupunda iştirak edən  Ə.İsazadə  və N.Məm-
mədov bu bölgənin «Halay» rəqs mahnılarını toplamışlar. Onların tədqiqatının 
nəticəsi «Xalq mahnıları və oyun havaları» adlı topluda öz əksini tapır.
9
 1979-cu ildə 
Ağaddin Mənsurzadə bu bölgədə o zaman məşhur olan «Halay» qızlar  ansamblı ilə 
görüşərək, bu ansambl və onların ifa etdiyi «Halay» rəqs mahnıları haqqında 
məlumat vermişdir.
10
 Toy və «Halay» mahnılarının ümumi mahiyyəti haqqında  
məlumat verilən mənbələrdən biri də B.S.Şahsoylu, L.M.Ağayev, Z.Ə.Bağırovun 
topladıqları mahnıların mətnlərinin toplu şəklində çap edilməsidir.
11
 
Azərbaycan xalq folklorunda mövcud olan bir çox ənənəli musiqi və mahnılar  
öz təcəssümünü Azərbaycanın cənub bölgəsində yaşayan talışların «Halay» rəqs 
mahnılarında da tapmışdır. Bunun da səbəbi təbiidir. Çünki zəngin bədii irsə malik 
olan bu etnik qrup nəinki Azərbaycan folklorundan nə isə əxz etmiş, eyni zamanda 
                                           
6
 Həsənov K.Qədim Azərbaycan xalq rəqsləri. Bakı., İşıq, 1983, s.47. 
7
 Hüseynli. B. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. «Halay» rəqs mahnıları. B., 1966, s.8. 
8
 Hüseynli. B. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. «Halay» rəqs mahnıları. B., 1966. 
9
 İsazadə Ə., Məmmədov N.Azərbaycan xalq mahnıları və oyun havaları.
 
B., Elm, 1984. 76 s. 
10
 Mənsurzadə A. «Halay» qızlar ansamblı, Bakı, İşıq, 1979, 28 s. 
11
 Şahsoylu B.S., Ağayev L. M., Bağırov Z.Ə. Toy və halay mahnıları. Bakı. Gənclik 1980. 

 
7
onun mahnı yaradıcılığına da böyük təsir göstərmişdir. Bütün bunların nəticəsi 
olaraq, bu xalqların musiqisi bir-biri ilə elə qaynayıb-qarışmışdır ki, onları ayırd 
etmək bir qədər çətinlik təşkil edir. Dəyərli musiqi elementləri ilə  zəngin olan 
«Halay» rəqs mahnılarının toplanılması zamanı bir çox insanların, müxtəlif folklor 
kollektivlərinin bizə yaxından göstərdikləri dəstək, apardığımız tədqiqatda böyük rol 
oynamışdır. Bütün bu yazdığlarımız Lənkaran - Astara bölgəsinə etdiyimiz musiqi 
folkloru ekspedisiyası ilə bilavasitə bağlı olduğu üçün, bu tədqiqatı təfərruatı ilə qeyd 
etmək istərdik. 
Ekspedisiya 21 avqust 2007-ci il tarixində Masallı rayonu Qızılavar kənd sakini, 
ilk informator Xanəli Ağayevlə görüşlə başladı. Xanəli Ağayev 02.03.1940 - cı ildə 
Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur.O ali məktəbi bitirdikdən 
sonra 1969-cu ildən doğulduğu Qızılavar kənd məktəbində tarix fənni üzrə  dərs 
deməyə başlamışdır. Talış dilində cap olunmuş şer kitablarının müəllifidir.İlk dinlədi-
yimiz mahnılardan biri Xanəli müəllimin bizə ifa edərək təqdim etdiyi “Axşam 
bazar”mahnısı oldu. Bu mahnının sözlərində arzu və istəklə bağlı fikirlər maraq 
diqqətimizi cəlb etdi. Çünkü bu mahnıda bu arzu istəklər fəlsəfi, məcazi mənada 
özünü göstərir.Xanəli müəllim bundan başqa bizə keçmişdə toy-büsatda olan adət-
ənənədən də söz açdı. Maraqlı söhbət  əsnasında Xanəli müəllim bizə anası Xanım 
nənədən danışaraq, onun “halay” rəqs mahnıları haqqında daha geniş  məlumatı 
olduğunu bildirdi. Həyatının bir çox illərini çəltik sahəsində keçirən 80 yaşlı Xanım 
Əhmədovadan  əldə etdiyimiz məlumatlara həgigətən böyük eytiyac var idi. Biraz 
çətin də olsa, Xanım nənə bacardığı  gədər bizə kömək etməyə çalışdı. Ondan əldə 
etdiyimiz mahnılarda  əsasən zəhmət,  əməyə münasibət xarakterləri  əks 
olunurdu.Xanım nənənin ifasında səslənən «Axşam bazar», «Dü- dü- dü», «Əlolə», 
«Zandəqo» mahnıları audio-video lentinə yazılaraq, sonrakı illərdə bizim tərəfimiz-
dən nota köçürülərək məcmuəyə daxil edilmişdir. 
Digər informatorlardan biri isə Masallı rayonunun  Mahmudavar kəndinin sakini 
Əbdülrza Əhmədov oldu. 
Əbdülrza  Əhmədov 1930-cu ildə Masallı rayonunun Mahmudavar kəndində 
anadan olmuşdur.  1947-ci ildə Lənkəran  Pedaqoji texnikumunu  bitirdikdən  sonra 
müəllimlik fəaliyyətinə başlamışdır. Hal-hazırda  Mahmudavar  kənd orta məktəbin-
də tarix müəllimi vəzifəsində çalışır. 
Talış folkloru haqqında geniş  məlumatı olan bu insan bizə çox maraqlı  və 
dəyərli materiallar təqdim etdi. Bu materiallar bir çox «Halay» rəqs mahnılarının 
halaybaşlığları ilə bağlı idi. 
O, «Halay» rəqs mahnılarını, bu mahnıların halaybaşlıqlarını xüsusi dəftərə  
yazaraq onları ardıcıllaşdırmışdır. Qocaman müəllim illərin məhsulu olan bu dəftəri  
vərəqləyərək qeyd etdiyi halaybaşlıqlarını nəinki zümzümə edirdi, eyni zamanda bu  
mahnılar haqqında məlumat verməyə  çalışırdı. 
Əbdülrza müəllimlə  «Halay» rəqs mahnıları haqda fikir mübadiləsi apararaq o, 
M. Maqomayevin 1905-1911-ci ilə qədər bu zonada işlədiyini qeyd etdi. Yadda qalan 
xatirələrinə görə Ü. Hacıbəyli 1937-ci ildə bu bölgəyə gəlmiş və «Halay» mahnılarını  
toplamışdır. Aldığımız bu informasiyalar bizdə öz işimizə qarşı daha da məhsulliy-
yətli olmağımızı tələb edirdi. 

 
8
Bu kənddə maraqlı və əhəmiyyətli görüşlərdən biri də məşhur  «Halay»  qızlar an-
samblının keçmiş  rəhbəri Ümbülbanu Haşımova və onun qızı Natavan Haşımova ilə 
baş verdi. Ümbülbanu xanım özünün vaxtilə tanınmış dirijor, maestro Niyazi ilə görüşü 
haqda məlumat verərək onu da qeyd etdi ki, 1957-ci ildə ilk dəfə Niyazi, Əlibaba 
Məmmədov və Şövkət Ələkbərova bu xanıma qulaq asmış, qızlar ansamblını yaratmaq 
barədə  təklif vermişlər. O zaman «Halay» qızlar ansamblının bütün repertuarının ilk 
tərtibini isə Ümbülbanu Haşımovanın anası 80 yaşlı  Ağabacı  nənə vermişdir. Bu 
məlumat Ağaddin Mənsurzadənin ««Halay» qızlar ansamblı» adlı kitabında da öz 
əksini tapmışdır. Maraqlı repertuara malik olan bu qrup bu gündə fəaliyyətdədir. 
Görüş  əsnasında bir çox «Halay» rəqs mahnıları  və halaybaşlıqları  əldə etdik. 
Bu mahnılarda  əsasən sevgi, oxşama,  əzizləmə xarakterləri, toy və nişan  ənənələri 
əks olunurdu. Ümbulbanu və Natavan Haşımovalardan  əldə etdiyimiz və sonradan 
nota alınaraq məcmuəyə daxil etdiyimiz mahnılar bunlardır: «Ay nənəm o», «Balam 
lay-lay», «Bu toy mübarək olsun», «Im vəyə mübarək», «Kimin yarısan», «Kinəlim-
kinəlim», «Nananay nay nanay», «Nar-nar-narqilə», «Sonalar-sonalar», «Xonçaya 
düzdüm noğulu badamı». 
Ekspedisiyanın uğurlu başlanğıcı olan bu günümüzü başa vurduqdan sonra 
Lənkərana yola düşduk. Azərbaycanın Cənub-Şərq rayonlarında keçirdiyimiz musiqi 
folkloru ekspedisiyasında Lənkəran  şəhərini dayanacaq məntəqəsi kimi seçib, 
buradan ətraf rayon və kəndlərə səfərlər təşkil edəcəyimizi öncədən planlaşdırmışdıq. 
Ertəsi gün 22 avqust 2007-ci il tarixində Masallı rayonunun Miənkü kəndinə yetişdik. 
Bu kənddə Vəsmə nənənin evinə gəldik. Məmmədova Vəsmə Nəsir qızı 1932-ci ildə 
Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. 75 yaşlı  həvəskar 
folklorçu, rayonda keçirilən  ənənəvi tədbirlərdə  çıxış edərək rayon ictimaiyyətinin 
rəğbətini qazanmışdır. 
Vəsmə nənə qızıyla bərabər  oxumağa xüsusi hazırlaşaraq, dəfini götürüb bizim 
qarşımızda  əyləşdi. Qavalını nümayiş etdirərək onlar böyük həvəslə bildikləri 
mahnıları  ifa etməyə başladılar. Onların təqdim etdikləri müxtəlif mövzulu mahnılar 
daha  şux və oynaq xarakter daşıyırdı. Onlardan əldə etdiyimiz və sonradan nota 
köçürülərək məcmuəyə daxil edilən mahnılar bunlardır: «Toyun mübarək olsun», « 
Qəlin nə yaxşıdır bənzəri bağlar», «Yar-yar yar hey». 
Miənkü kəndində lazım olan materialları topladıqdan sonra Lənkəran rayonunun 
Separadi kəndinə səfər təşkil olundu. Burada  məşhur «Bacılar» folklor  ansamblı ilə 
görüşdük. Bu folklor ansamblının əsasını təşkil edən bacılardan Əzizova Xanımgül, 
Quliyeva Xanımzadə, Əhədova Qızbəst Allahverən qızlarını göstərmək olar. Bu qrup 
üzvlərinin hamısı Lənkəran rayonunun Separadi kəndində anadan olmuşlar. «Bacılar» 
folklor ansamblı ilə tanışlığımız musiqi ekspedisiyamızın ən məhsuldar görüşlərindən 
birinə çevrilməsinə  səbəb oldu. Kollektivin ifasında səslənən ikidən çox eyni 
mövzuya həsr olunan mahnılar, bir başlıq altında silsilə şəklində birləşirdi. Repertua-
rın əsas başlığı müxtəlif şəkildə seçilirdi. Məsələn: toy, bicar, beşik mahnıları, sevgi, 
ailə-məişət mövzuları. 
«Bacılar» folklor  ansamblının ifasında səslənən  «Aman nənə», «Anam ağla 
qəm saxlama», «Ay lolo», «Balama qurban», «Bizdən sizə  gəlin gəlir», «Çal belə 
qurban olum çal belə», «Donə mirvori oməy», «Ə sefi məstən vəyu», «Hey cane», 
«Kinəlim-kinəlim», «Halayı, halayı döndər bəri», «Maştə-maştə», «Mən bacısız necə 

 
9
qalım», «Mən deyim sən yaz oğlan», «Oturun qızlar oturun hey», «Qardaş qetmə 
sənin yolun dumandır», «Səfalı dağlar», «Şəvi lampəye kinə», «Tı tolış, mı tolış, çiki 
pəvəndi», «Toyuna qəlləm toyuna ay oğlan», «Xanım-xanım, xanım bəylər qızı», 
«Ya laylim», «Yar nə dedim sənə», «Yar-yar, yar hey»  mahnıları audio-video lentinə 
yazılaraq, sonrakı illərdə bizim tərəfimizdən nota köçürülərək məcmuəyə daxil 
edilmişdir. 
23 avqust 2007-ci il  tarixində «Halay» rəqs mahnılarının tədqiqi ilə bağlı Astara 
rayonuna  daxil olduq. Qonaqpərvər insanlar burada da bizi dəstəkləyərək,əllərindən 
gələn köməyi  əsirgəmədilər. Həmin gün Astara rayonunun Mədəniyyət  şöbəsinin 
müdiri Şadoğlan Bayramovla görüşdük. Görüş əsnasında Şadoğlan müəllim Fərbiyə 
Şabanova ilə birgə  nəşr etdikləri «Talış bölgəsinin nəğmələri» adlı kitabını bizə 
təqdim etdi. Şadoğlan Bayramov uzun illər bir yerdə çalışdığı  «Əvəsor» mahnı  və 
rəqs ansamblının rəhbəri, folklorçu Fərbiyə  Şabanova ilə görüşməyi təklif etdi. 
Fərbiyə  Şabanova 1940-cı ildə Astara rayonunun Kakalos kəndində anadan olmuş, 
1969-cu ildə  İncəsənət  İnstitutunu bitirmişdir. O vaxtilə rayonun mədəniyyət 
şöbəsinin rəhbəri vəzifəsində  işləmiş, məkətəblərdə  dərs demiş, eyni zamanda talış 
folkloruna məxsus mahnı və «Halay»ların toplanması ilə məşğul olan bir insandır. 
Görüş  əsnasında Fərbiyə xanımın öz böyük qızının «nişantaxtı» mərasimində 
audio lentə alınan «Halay» rəqs mahnılarını  təqdim etməsi isə bizim üçün bir tapıntı 
idi. Çünki burada Fərbiyə Şabanovanın öz anasının və bibisinin talış xalq folklorunu 
dərindən bilərək «Halay» rəqs mahnılarını oxuması da bizim üçün xeyli əhəmiyyətli 
idi. Xınayaxdı mərasimində Fərbiyə xanımın vaxtı ilə  anası Xanım nənənin, Amana 
nənənin və bu mərasimdə iştirak edən digər şəxslərin oxuduğu mahnıların audio lent 
yazısını dinlədik.  Bu lentdə həm də 76 yaşlı  Pitan nənənin oxuduğu  «Yarım hey», 
«laylay», «Almanı alma gəlin», «Kəkili manqal oğlan», «A qırmızı nimtənə» və s. 
kimi mahnılarını da  eşitdik. 
Fərbiyə xanım həm də Azərbaycan dilində olan talış mahnıları haqqında 
məlumat verirərək qeyd edir ki, bu mahnıların  əsas məğzində  mətnin Azərbaycan 
dilində səslənməsinə baxmayaraq onun daxilində olan poetik məna, hiss və düşüncə-
lər talış xalqının bu və ya digər şəkildə həyat tərzi ilə bağlı olur. Fərbiyyə xanımdan 
əldə etdiyimiz mahnılar audio-video lentinə yazılaraq və sonradan nota köçürülərək 
məcmuəyə daxil edildi.Onlar aşağıdakılardır: 
«A yordu yordu yordu», «A yordu-yordu», «Almanı alma gelin», «Al qırmızı 
nimtənə», «
 
Vıli bardeydamon», «Boyu bəstə  gəlinin», «Boyu bəstə  gəlinin 2», 
«Çəltik», «Dağlar hey», «Dəst-dəst maral hey», «Dilit-dilit dil-dili», «Əvəsor», 
«Gəlin gəldi deyirlər», «Ha kinə  məşi», «İstiotum, ispanağım, gəl mənim  əziz 
qonağım», «Keynə babe», «Novruz», «Şəvi  şambəye kinə», «Yar hey», «Yar ləli», 
«Yarım ay aman, ay aman», «Zülfiyəm». 
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, yuxarda qeyd etdiyimiz  «Halay» rəqs 
mahnıları müəllifləri Şadoğlan Bayramov və Fərbiyə Şabanovanın «Talış bölgəsinin 
nəğmələri» adlı kitabındakı bəzi musiqi nümunələri ilə uyğunluq təşkil etsə də  bizim 
məcmuəyə daxil olan bu mahnıların notlaşdırılması özünəməxsusluğu ilə seçilir. 
Həmin gün Astaradan ayrılıb 23 avqust 2007- ci ildə axşam Lənkərana yola 
düşdük.  Şəhərə yetişərək burada  yaşayıb yaradan tanınmış ziyalı,  ədəbiyyatşünas - 
alim və  tədqiqatçı Hacı Mirhaşım Talışlı ilə telefon əlaqəsi saxlayıb, bizimlə 

 
10
görüşməyimizi xahiş etdik. Xahişimizi qəbul edən  bu böyük alim  bizi evinə dəvət 
edərək, öz iş otağında  dinlədı. Mirhaşım müəllimin şəxsi kitabxanası öz böyüklüyü 
və  zənginliyi  ilə diqqətimizi cəlb etdi. İllərlə toplanan bu dəyərli xəzinə kitablara 
olan böyük hörmət və məhəbbətdən xəbər verirdi. 
Gəlişimizin məqsədini bilərək talış folkloru ilə bağlı söhbətə başladıq. Mirhaşım 
Talışlının söhbətlərindən  belə məlum oldu ki,  o talış folklorunu dərindən öyrənərək, 
onları Azərbaycan dilinə  tərcümə etmişdir. Söhbət  əsnasında o  bizə yaddaşında 
saxladığı  gözəl folklor nümunəsi olan «Yar hey» mahnısını ifa etdi. Bir az sonra 
söhbətimizə Mirhaşım Talışlının qardaşı Böyükağa Hüseynbalaoğlu da qatıldı.İki 
qardaş  və iki böyük ziyalı bir-birinə  dəstək olaraq: «İki gözəl gördüm dünən 
bulaqda» mahnısını ifa etdilər. Mahnı bitdikdən sonra Mirhaşım müəllim Daşdəmir 
adlı bir adamın adını çəkib söylədi ki, o vaxtı ilə bu mahnıları oxuyub, mən isə onun 
sözlərini tərcümə etmişəm. 
M. Talışlı özü haqqında danışaraq qeyd etdi ki, 1926-cı ildə indi yaşadığı evdə 
anadan olub. Onun atası 1916-cı ildə «Lətaif» adlı qəzet nəşr edib. «Lətaif» - lətifə 
deməkdir. Atası 20-ci illərin müəllimi olub. Amma xan nəslindən olduğu üçün onu 
bu vəzifəyə buraxmayıblar və  oğlu Mirhaşım artıq onu çilingər olaraq görüb. 
Mirhaşım Talışlı Lənkəran Universitetində kafedra müdiri işləyir. Hal-hazırda Mirha-
şım Talışlı prezident  təqaüdçüsüdür. Bu insan şair, ədəbiyyatşünas-alim, tədqiqatçı – 
Mirhaşım Talışlı daha sonra üç cilddən ibarət talış bölgəsinin folkloruna, mədəniy-
yətinə, adət-ənənəsinə  həsr olunan kitabları ilə bizi tanış etdi. Mirhaşım Talışlı üç 
cilddə olan  kitabının iki cildini  və 1990-cı ildə Bakıda çapdan çıxmış «Lənkaran» 
kitabını bizə təqdim etdi. 
Ekspedisiyamızın son məkanı Lerik rayonu oldu (24 avqust 2007). Buradakı 
yolların, dağların və meşələrin gözəlliyi bizi valeh etmişdi. Aşırımlı yollarla Lerikə 
doğru irəliləyərkən aşağılarda çəltik sahələrini və burada çalışan insanları görmək 
olurdu.Təbiətdəki «nağıla»   bənzər gözəllik insanın qəlbinə ruh verərək, sanki ondan 
qeyriixtiyari olaraq yeni mahnıların yaranmasını  tələb edirdi. Bu mənzərəni seyr 
edərək, musiqi folkloru ekspedisiyası zamanı topladığımız «Çəltik», «Səfalı dağlar», 
«Lənkaran yolları» və s. mahnılarının təsadüfən yaranmadığının əyaniliyini gördük. 
Bu bir daha onu göstərir ki, xalq mahnıları xalqın nümayəndələri tərəfindən gündəlik 
həyat şəraitindən asılı olaraq yaradılmışdır. 
Lerikdə bizi maraqlandıran məlumatları  əldə etmək məqsədi ilə öncə rayon 
mərkəzinə yollandıq. Bir qədər araşdırma apardıqdan sonra xoş  təsadüf nəticəsində 
görüşdüyümüz qocaman musiqiçi Ataxan Rəhimov bizi dinlədikdən sonra  bu işdə 
bizə  əlindən gələn köməyliyin  əsirgəməyəcəyini bildirdi. Böyük mədəniyyətə sahib  
olan bu insan, qonaqpərvərliyini göstərərək, Lerik rayonunun Mondigah kəndində 
yerləşən  evinə dəvət etdi. Biz məmnuniyyətlə razı olub və bu dağ kəndinə yollandıq. 
Ataxan Rəhimov talış mahnıları haqqında məlumat verərək “Zange yarım” mahnısı-
nın 60-cı illər  ərəfəsində  məşhur müğənni Rəşid Behbudovun ifasında daha gözəl 
səslənməsinin və onun radionun qızıl fondunda mövcud olmasını da qeyd etdi. 
Qocaman musiqiçi bir gədər fikirləşərək ”Zonqe yarım” mahnısını zümzümə edib və 
daha sonra mahnını tam şəkildə bizə ifa etdi. Bu mahnı sonrakı illərdə bizim 
tərəfimizdən nota köçürülərək məcmuəyə daxil edilmişdir. 

 
11
Ataxan müəllim bizi bu kənddə yaşayan oğlanlardan ibarət olan rəqs 
ansamblının nümayəndələri ilə,musiqiçilərlə  və bir çox zəhmətkeş insanlarla tanış 
etdi. Bu insanların xalqın adət-ənənələrinə, musiqi yaradıcılığına olan maraqı bizi çox 
heyrətləndirmişdi. Onların bizim işimizi bu cür dəstəkləməsi, nəsildən-nəsilə keçən 
toy, bayram və s. mahnıların, beşik nəğmələrinin, «Halay» rəqs mahnılarının qorun-
masında biganə olmadıqlarından xəbər verirdi. Bunları izləyərək tam əminliklə 
demək olar ki,  Azərbaycanın folklor xəzinəsi  olan talış folkloru, dahi bəstəkarları-
mıza, alimlərimizə və onların  yolunu davam etdirən tədqiqatçılara dəstək olan yerli 
əhalinin hesabına yaşayıb və    yaşayacaq. Çünki  xalqın dəstəyi olmasa  belə  tədqi-
qatlar nəticəsiz qala bilər. 
Bizim səyyah müşahidələrimiz və topladığımız bilgilər sözsüz ki, Lənkəran-
Astara bölgəsinin bütün tarixi hadisələrini  əhatə edə bilməz. Məqsədimizin  əsası 
Lənkəran-Astara bölgəsində yaşayan talışların  folklorunun ümumi mənzərəsini, etnik 
xüsusiyyətlərini və bu folklorda özünəməxsus yeri olan «Halay» rəqs mahnılarını 
araşdırmaq olduğundan, bu sahəni daha çox işıqlandırmağa çalışdıq. 
«Halay»larda rast gəldiyimiz iki dəstənin deyişmə  şəklində bir-birinə üstün 
gəlmə xarakterində baş verən ifası bu mahnıların inkişafına səbəb olmuşdur. «Halay» 
rəqs mahnıları, laylalar, beşik nəğmələri, toy, Novruz qabağı və Novruz mərasimləri, 
əmək və əkin-biçin mahnıları heyvandarlıqla və əsasən kənd həyatı ilə bağlı olduğu 
mövzular bu mahnıların əsas qayəsini təşkil etmişdir. 
Ümumiyyətlə  Lənkaran-Astara bölgəsinə etdiyimiz musiqili ekspedisiyamızda 
topladığımız və sonradan onları nota köçürtdüyümüz «Halay»  rəqs və talış mah-
nılarının müxtəlif mövzularda olmasını  nəzərə alaraq onları  aşağıda göstərdiyimiz 
cədvəl şəklində tərtib etməyə çalışmışıq. 
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə