13
Quruluşunda elastin və kollagen hüceyrələrlə bərabər düz
əzələ hüceyrələri də yer alır. Aortanın elastik bir arteriya olaraq
adlandırılması, tunika mediadakı yoğun elastin lamellalardan
qaynaqlanır.
Tunika adventisiya-tunika medianın bitib tunika adventisi-
yanın başladığı səviyyədə son elastik lamel olduqca vacibdir. Bu
lameldən xaricə doğru tunika adventisiya uzanır. Tunika mediayaya
nisbətdə nazik olan adventisiya təbəqəsi kollagen və elastin liflər,
fibroblastlar,mast hüceyrələri, makrofaqlar və az sayda uzun düz
əzələ hüceyrələri yer alır. Bunlar olduqca kövşək bir bağ toxuması
şəklində bir arada yer alırlar.
Aorta divarının qidalanması - böyük arteriyalar və venaların
divarları vasa vasorum adı verilən kiçik damarlarla qidalanır.
Limfa damarları - böyük qan damarlarının divarında limfa
damarlarına da rast gəlmək olur. Yayılmaları itramural qan
damarlarına bənzəyir. İnterstisial maye,tunika mediadakı pəncərəli
lamellər arasında sərbəst dövran edir. Qan təzyiqinə bağlı olaraq
damar divarı boyunca içəridən xaricə doğru axaraq limfa
damarlarına boşalır.
Sinirləri - simpatik qanqlionlardan kök alan vazomotor işi
olan mielinsiz aksonlar adventisiyada pleksus meydana gətirirlər,
bəziləri isə düz əzələ hüceyrələri üzərində tumurcuq şəklində sonlana
bilirlər.
Dostları ilə paylaş: