Xüsusiyyətlər
Autizm və sirayət edən inkiĢaf problemlərinin səbəbi məlum
deyildir. Hal-hazırda tədqiqatçılar nevroloji zədə və beyində biokimyəvi
narahatlıqlar adlı sahələrdə tədqiqatlar aparırlar. Bu narahatlıqlar heç də
psixoloji faktorların təsiri ilə yaranmır.
AĢağıda sadalanan xüsusiyətlərin bəzisi və ya hamısı yumĢaq
formadan ciddi formaya qədər eĢidilən narahatlıq problemləri kimi
müĢahidə edilə bilər.
Ünsiyyət problemləri: istifadə etmə, yaxud dilin baĢa düĢülməsi.
Ġnsanlar, əĢya və hadisələrlə əlaqədar çətinliklər.
Oyuncaqlar və digər əĢyalarla davranıĢ qəribəliyi.
Mövcud qayda, yaxud ətraf mühitdə dəyĢiklik baĢ verdikdə,
yaranan çətinliklər.
Təkrarlanan bədən hərəkətləri, yaxud davranıĢ nümunələri.
Autizm və ya sirayətedici inkiĢaf probleminə malik olan uĢaqlar
ən müxtəlif bacarıq və vərdiĢlərə, təfəkkürə və davranıĢa malik olurlar.
Bəzi uĢaqlar danıĢmır; digər uĢaqlar isə məhdud dil qabiliyyətinə malik
olur və onlar tez-tez eyni cümlələri təkrar edirlər. Bunlara nisbətən
inkiĢaf etmiĢ dil qabiliyyətinə malik olan uĢaqlar müəyyən mövzulardan
istifadəyə meylli olurlar. Autizm, yaxud sirayətedici inkiĢaf
problemlərinə malik olan fərdlər səs-küyə dözümsüzlük kimi problemlər
də nümayiĢ etdirə bilərlər.
Dostları ilə paylaş: |