Mövzu 31: Ġctimai-məiĢət natiqliyi.
Bu nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar
həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda,
ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları
qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət
zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən
xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar
yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı
ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən
zaman istifadə olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır.
Birincisi, görkəmli adamların – elm, maarif və mədəniyyət xa-
dimlərinin, yazıçı, aktyor, əmək və müharibə veteranları və baş-
qalarının yubileyləri, həmçinin əlamətdar, tarixi günlərin qeyd
olunması; ikincisi isə, kiçik kollektivlərdə, ailədə dostlarla,
yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və
keçirilmə şəraiti fərqli olduğu kimi, orada söylənilən nitqlərin,
çıxışların ifadə tərzi də müxtəlif olur. Birincidə bu tədbir, adətən,
ciddi planda aparılır. Orada əvvəldə bir nəfərin (müəssisənin rəh-
bəri və orada çalışan mötəbər adamlardan biri) giriş nitqi dinlə-
203
nilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur,
xatirələr söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək
fəaliyyətindən söhbət açırlar. Burada söylənilən nitq, işlədilən
söz və ifadələr, cümlələr bir qədər nizamlı-düzümlü olur, atma-
calara, replikalara, zarafata yol verilmir.
Ailədə, kollektivdə, dostlar arasında keçirilən yubiley şənlik-
lərində yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara mü-
nasibəti, cəmiyyətdə, ailədə mövqeyi və s. haqda söhbətlər ön
planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora
geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ ürək nəğmə-
lərini xatırladır, yubiley tədbirlərinin təsirini artırır.
Məişət nitqinin çox geniş yayılmış forması toy mərasim-
lərində tamada – masabəylərinin nitqidir. Müxtəlif peşə sahibi
olur, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini
məclis əhli maraqla dinləyir, ondan eşitdiklərindən musiqi qədər
həzz alır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi çı-
xışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl
şəkildə ifadə etməkdə çətinlik çəkir, şablon ifadələr işlədir, ha-
mının dəfələrlə eşitdiyi şeirləri söyləyir, əhvalatları danışır, uzun-
çuluq edir, eşidənləri yorur. Halbuki, müasir zövqlə bəzədilmiş
toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən
məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.
Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən
vida nitqidir. Bu nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır.
Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Nitqin bu növü də
qədimdir. Vətən, xalq, dövlət qarşısında öz borcunu ləyaqətlə ye-
rinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində bir
qaydada olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mər-
humun məziyyətlərindən danışmış, onu yüksək qiymətləndirmişlər.
Son illərdə erməni işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər
birinin dəfn mərasimində vida nitqləri söylənilmiş, onların vətən
qarşısında xidmətləri qeyd edilmişdir. Belə nitqlərin gənclərə
204
vətənpərvərlikhisslərinin aşılanmasında təsiri böyükdür.
Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünya-
görmüşlərin, ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada
mərhumun fəaliyyətini qiymətləndirmək, onun ideyalarının, işinin,
əməllərinin, yaşayacağı haqda söz söyləmək, yas sahibini ovun-
durmaq, ona təsəlli vermək baxımından əhəmiyyətlidir.
Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən
olan adamlar iştirak edirlər. Belə məclisləri aparanlar (daha çox
din xadimləri olurlar) söhbət açdıqları mövzular, ifadə tərzi, şərh
üsulu, nitqi və s. ilə adamları cəlb etməyi bacarmalıdır. ―Burada
yabançı, əfsanəvi nitqlər deyil, həyati, insanları düşündürən prob-
lemlərdən, qəm və kədəri unutduran məsələlərdən, həyatın doğur-
duğu problemlərdən, tərbiyə məsələlərindən və ya ölümə səbəb
olan xəstəliklərdən, ondan qorunma yollarından söhbətlər apar-
maq lazımdır.‖ Azərbaycan dili və nitq mədəniyyəti müstəqil fənn
kimi bu məsələlərə daha çox yer ayırmağı müəllimdən tələb edir.
Dostları ilə paylaş: |