197
dət yaradır. Dialoq zamanı leksik təkrarlara, suala sualla cavab-
vermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurul-
ması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət
prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün norma-
larına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi
vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O,
danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqdir.
Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Ya-
rımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər
vasitələrdən də – jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə
olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.
Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji
nitq struk-
tur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya
müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın
müsahibi (və ya mühasibləri) ilə əks əlaqəsi olmur. Monoloji
nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təs-
diqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər
hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olun-
muş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əv-
vəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini
müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət for-
masını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin)
səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini
təsəvvüründə canlandırır.
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan
tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil
donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini,
nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəy-
yənləşdirir.