3
GĠRĠġ
Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan
mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.
H.Əliyev
Ötən əsrlərin min bir kataklizmlərindən üzüağ çıxan, xalqımızın
və milli mədəniyyətimizin əbədiyaşarlığını təmin edən ana dilimiz
müasir dövrdə də, çox təəssüf ki, müəyyən sıxıntılarla üzləşməkdə,
çətinliklərlə qarşılaşmaqdadır. Bu, yaşadığımız qloballaşma döv-
rünün təzadlı təsirləri ilə bağlıdır. Artıq heç kimə sirr deyildir ki,
mövcud qloballaşma prosesi bütün dünya ölkələrinı mühüm dilem-
malar, faktlar qarşısında qoymuşdur. Dünyanın informasiya üçün
açıq olması, texnoloji inqilabın doğurduğu nəticələrdən düzgün
istifadə olunmaması, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kom-
munikasiyalarının yaxınlaşması, telekommunikasiya, internet texno-
logiyalarının sürətli inkişafı və digər amillər özü ilə müəyyən pozitiv
yeniliklər gətirsə də, neqativ cəhətləri də az deyildir. Bu amil, ictimai
həyatın əksər sahələrində olduğu kimi, milli dil və mədəniyyət sahə-
sində də özünü göstərir. Açıq dünya məkanında milli dillərə yerli-
yersiz mütəmadi yeni sözlər daxil olur, mədəniyyətə yad-yaman
meyillər aşılanır. Bu da istər-istəməz haqlı narazılıq doğurur.
Cəmiyyətin nitq mədəniyyəti milli dilə münasibət ilə müəy-
yən olunur. Öz növbəsində, milli dilin vəziyyəti (səviyyəsi) bü-
tövlükdə millətin inkişaf səviyyəsini əks etdirir. Dilə, nitq mədə-
niyyətinə olan xarici təsirlərə bir sıra inkişaf etmiş ölkələrdə necə
qısqanclıqla yanaşıldığına diqqət yetirək.
İkinci Dünya Müharibəsindən məğlub çıxan alman xalqı və
onun yeni rəhbərliyi Hitler rejimi dövründə ədəbi dil normala-
rının xeyli aşağı düşdüyündən narahatçılıq keçirirdilər.
Fransızların öz ölkərinə hər hansı bir kənar müdaxiləyə necə
qısqanclıqla yanaşmaları da yaxşı məlumdur. Hətta onların bu
münasibətlərini ―dil şovinizmi‖ adlandıranlar da az deyil. O da
5
gələcəkdə insanlarla işləyəcəkdir. Deməli, o, insanlarla ünsiy-
yətdə olacaqdır və öz nitqindən onlara təsir vasitəsi kimi istifadə
edəcəkdir. Əslində bu yöndə hər yerdə tələb eynidir: tələbələr öz
fikir və düşüncələrini həm yazılı, həm də şifahi formada ifadə
etməyi, mühakimə yürütməyi, həmkarları qarşısında öz mövqe-
lərini (baxışlarını) ifadə etməyi bacarmalıdr. Yalnız bu üsulla on-
lar
təcrübə qazana, mütəxəssis kimi yetişə biləcək.
Kommunikativ kompitensiya dil vahidlərinin müxtəlif səviy-
yələrindən fəaliyyətdə olan ədəbi dil normalarına uyğun bir
şəkildə istifadə etmək bacarığını özündə əks etdirir.
Nitqin kommunikativliyi dedikdə onda bir sıra cəhətlərin ol-
masını nəzərdə tutulur.
1.
Dildən istifadə səriştəliliyi – dil, eləcə də onun quruluşu,
sistemi, dil vahidlərinin nitqdə işlənməsi qanunauyğunluqları,
ədəbi dilin orfoepik, leksik və qrammatik normalarından istifadə
etmək
qabiliyyətidir;
2. Dil səriştəsi əsasında aşağıdakılardan ibarət xüsusi kom-
munikativ səriştə formalaşır:
1) Professional fəaliyyətdə qarşılıqlı təsirin şifahi metodların-
dan istifadə etmək bacarığı; yəni həm professionallarla (həmkarları
ilə), həm də qeyri-professionallarla (tələbələrlə, valideynlərlə və s.)
əlaqə yaratmaq; hər cür münaqişənin öncədən qabağını almaq;
2) Həm şifahi, həm də yazılı nitqlə informasiya alıb ötürmək
vərdişləri; mövcud faktları və göstərişləri savadlı və asan dildə
yazmaq;
Nitq mədəniyyəti kursunun müasir konsepsiyası bu bacarıq
və vərdişlərin formalaşmasına yönəlmişdir. Kursda əsas diqqət
aşağıdakı məsələlərin daha geniş işıqlandırılmasına
verilmişdir;
Linqvistik fənn kimi nitq mədəniyyətinin nəzəri əsasları;
Müasir dil normalarının aktual məsələləri;
Müasir nitq mədəniyyətinin
problemləri;
Nitqin qarşılıqlı təsirinin səmərəli üsulları.
6
Bu tədris vəsaitinin hazırlanmasında xüsusilə son illərdə bu
mövzuda yazılmış elmi-tədqiqat işlərindən, dərsliklərdən və digər
vəsaitlərdən istifadə edilmişdir.
Hazırda bu fənnin tədrisinə Azərbaycan Respublikasının Pre-
zidenti yanında Dövlət İdarəçilik Akademiyasında da xüsusi fikir
verildiyindən onun profili nəzərə alınmış və vəsait, əsasən, ona
uyğunlaşdırılmışdır.
Dostları ilə paylaş: