Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Haqsız və ya qeyri-xoş məramlı rəqabət



Yüklə 3,22 Mb.
səhifə49/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Haqsız və ya qeyri-xoş məramlı rəqabət. Əmtəə istehsalçı- ları arasında kəskin mübarizə şəraitində rəqabət qaydaları və normalarının pozulması kimi nisbətən geniş yayılmış üsul və metodlardan istifadə olunur. Bu da iqtisadi ədəbiyyatda və prakti- kada haqsız və ya qeyri-xoş məramlı rəqabət adlandırılır. Prakti- kada haqsız rəqabəti xarakterizə edən ən başlıca cəhətlər aşağıda- kılardan ibarətdir:

    • dempinq qaydalarının tətbiqi, yəni məhsulun satışı zamanı qiymətlərin bilərəkdən maya dəyərindən aşağı müəyyənləşdiril- məsi;

    • rəqabət aparan digər firmaların fəaliyyətinə aparıcı firmanın nəzarət imkanları;

    • bazarda tutduğu hakim mövqedən sui-istifadə;

    • diskriminasiyalı (qeyri-bərabər) qiymətlərin və ya kommer- siya şərtlərinin müəyyənləşdirilməsi;

    • rəqabət səviyyəli məhsul istehsal edən müəssisələrin fəaliy- yətinin məhdudlaşdırılması;

    • məhdudlaşdırıcı şərtlərin və məhsul satışı üzərində agent ra- zılaşmalarının tətbiq edilməsi (kimə qarşı və nə vaxt);

    • ticarətin həyata keçirilməsi zamanı aparıcı firmalar tərəfin- dən gizli danışıqların həyata keçirilməsi;

    • yalan informasiya və ya reklam;

    • məhsulların göndərilməsi və daşınması ilə bağlı standartla- rın pozulması.

Rəqabət qabiliyyətinin vahid, universal, ümumi qəbul olun- muş tərifi yoxdur. Adətən rəqabət qabiliyyəti altında ölkənin, sahənin, təsərrüfat vahidinin qarşıya qoyulan iqtisadi məqsəd- lərinin (rəqabət bazarında mövqelərin möhkəmləndirilməsi və ya onların qazanılması) əldə olunmasında rəqibləri öndə olması başa düşülür. Başqa sözlə, rəqabət qabiliyyəti – iqtisadi, sosial, siyasi amillərlə şərtləndirilən ölkənin, onun iqtisadiyyatının, mal isteh- salçılarının daxili və xarici bazarda vəziyyəti deməkdir.
Milli iqtisadiyyatın idarəetmə səviyyələri üzrə rəqabət qabi- liyyətinin həyata keçirilməsini sxem şəklində aşağıdakı kimi təs- vir etmək olar (şəkil 3.2).



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin