Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə61/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 4.1. Başlıca xarici təsir amilləri

Şəkildən göründüyü kimi, xarici mühitin birbaşa təsir amil- ləri aşağıdakılardan ibarətdir:



  • istehsalçılar (təminatçılar, mal göndərənlər);

  • istehlakçılar;

  • rəqiblər;

  • həmkarlar təşkilatı;

  • qanunlar və dövlət orqanları və s. Dolayı təsir amilləri aşağıdakılardır:

  • iqtisadi vəziyyət;

  • siyasi vəziyyət;

  • sosial vəziyyət;

  • beynəlxalq vəziyyət;

  • elmi-texniki tərəqqi;

Həmin amillərin bəzilərini qısa şəkildə aşağıdakı kimi şərh etmək olar:
İqtisadi vəziyyət. İqtisadi vəziyyət zəif və ya pis olduqda, məhsul istehsalının həcmi və səviyyəsi aşağı düşür və yaxud da
tamamilə mümkün olmur. Əhali kasıblaşdığı üçün maddi və maliyyə imkanları xeyli məhdudlaşır, yeni müəssisə yaratmaq və məhsul istehsalını artırmaq imkanı olmur. İqtisadi vəziyyət yaxşı olduqda isə yuxarıda deyilənlərin əksi baş verir və iqtisadi tərəqqi müəssisənin yüksəlişinə təkan vermiş olur.
Siyasi vəziyyət. Siyasi vəziyyətin sabit olması, həm daxili və həm də xarici sahibkarlar üçün əminlik yaradır, onların fəaliyyət- lərini xeyli gücləndirir və iqtisadi məqsədlər üçün sərmayə qoyu- luşunu artırır, əks halda isə hər şey tərsinə olur və sərmayə qoyu- luşu da aşağı düşür. Siyasi vəziyyətin qeyri-sabitliyi ölkədə qeyri- müəyyənlik və inamsızlıq mühiti yaratdığı üçün, iqtisadi fəaliy- yətin bütün sahələrində risk amilini artırır və bu da tənəzzülü gücləndirir.
Sosial vəziyyət. Sosial vəziyyət bilavasitə dolanışıq və həyat səviyyəsi ilə bağlı olduğu üçün bu amili daha başlıca və daha zə- ruri hesab etmək olar. Bu halda davranış, milli və dini xüsusiyyət- lər də nəzərə alınmalıdır.
Elmi-texniki tərəqqi. Dünyanın müxtəlif ölkələrində yaradılan və tətbiq olunan ən yeni texnologiyanın yayılması və ayrı-ayrı ölkələrdə istifadə edilməsi buraxılan məhsulun dünya standartları səviyyəsinə çatdırılmasına imkan yaradır. Əgər hər hansı bir öl- kədə mövcud texnologiya dünya standartlarına cavab verə bil- mirsə, onda məhsulun keyfiyyəti də aşağı olur və onun dünya ba- zarına çıxarılması qeyri-mümkün olur. Texnologiyası güclü inki- şaf etmiş ölkələrin firmaları ilə müəyyən müqavilələr bağlayıb onların avadanlıqlarından istifadə etmək yolu ilə, elmi-texniki tə- rəqqi nailiyyətlərindən istifadə etməklə dünya standartlarına ca- vab verən məhsullar istehsalına nail olmaq mümkündür.
Beynəlxalq vəziyyət. Beynəlxalq vəziyyətin sabitliyi nəinki dövlətlərarası, həmçinin firmalararası münasibətləri də xeyli can- landırır və beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə şərait ya- radır. Beynəlxalq vəziyyətin qeyri-sabitliyi isə bütün bunlara əks təsir göstərir. Müharibələrin baş verməsi nəticəsində ayrı-ayrı öl- kələrin firmaları müxtəlif tədbirlər görə bilərlər ki, bunun da nəticəsi ya mənfəət, ya da müflislik ola bilər.
Qeyd olunan bu amillərlə yanaşı xarici mühitin mürəkkəblik, də- yişkənlik və qeyri-müəyənlik xüsusiyyətləri də öz təsirini göstərir.


    1. Yüklə 3,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin