Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə9/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

I mərhələ

Mövcud gərginliyin azaldılması

faydasız idarəetmə pillələrinin və orqanlarının
ixtisarı hesabına restrukturizasiya

bürokratik əngəllərin (hesabatların azaldılması, iclasların sayının minimuma endirilməsi və s.) aradan qaldırılması

II mərhələ

Fəaliyyətin təkmilləş- dirilməsi: işçiləri arasında

işçilər arasında səlahiyyət bölgülərinin aparılması
və cavabdehliyin artırılması

Istehsalçı-istehlakçı münasibətlərinin göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması
hesabına tənzmlənməsi

dayanıqlı rəqabət üstünlüyünün qorunub saxlaqması istiqamətində səylərin artırılması

strateji idarəetmə mədəniyyətinin yüksəldilməsi üzrə təşkilati tədbirlərin həyata keçirilməsi



Şəkil 1.9. Uzun müddət fəaliyyətdə olan müəssisələrdə yenidənqurma prosesinin mərhələləri və onların məzmunu

Strateji idarəetmənin taktiki (lokal) məqsədlərinə strateji məqsədlərə nail olunmanı təmin edən məqsədlər aid edilir. Məsələn, müəssisəni mənfəətin məbləğinin və səviyyəsinin artı- rılması strateji məqsədinə nail olunması üçün marketinq qarşısın- da satışın həcminin və bazar payının artırılması, xərclərin aşağı salınması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip taktiki (lokal) məqsədlər qoyula bilər.


Strateji idarəetmənin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:

  • marketinqin məqsədini müəyyənləşdirən və qərar qəbul edən şəxslər məqsədyönlü fəaliyyət əsasında məqsədin qiymətlən- dirilməsini nəzərə almalıdırlar;

  • marketinqin məqsədi dəqiq müəyyən edilməlidir;

  • marketinqin məqsədi reallığı əks etdirməlidir;

  • marketinqin məqsədi ölçülə müqayisə ediləbilən olmalıdır;

  • marketinqin məqsədi aydın ifadə edilməli və informasiya al- mağa imkan olmalıdır;

  • marketinqin məqsədi yazılı formada rəsmiləşdirilmədir.

Marketinqin məqsədinə nail olmaq üçün o bir sıra vəzifələr yerinə yetirməlidir. Ümumi şəkildə marketinqin vəzifəsi tələbatın elə səviyyəsinin, bu tələbatın verilməsinin elə vaxtını və xarak- terini müəyyən etməkdir ki, o, qarşıya qoyulan məqsədə yüksək effektlə nail olmağa imkan versin.
Yuxarıda qeyd edilən aspektləri nəzərə alaraq, strateji idarə- etmənin vəzifələrini aşağıdakı üç qrup üzrə cəmləşdirmək olar:

    • müəssisənin bazar fəaliyyətinə aid olan vəzifələr. Bu vəzifə- lər tələbatın ödənilməsi və tənzimlənməsilə əlaqədardır;

    • müəssisənin özünə aid vəzifələr. Bu tip vəzifələr müəssisə qarşısında qoyulan məqsədə nail olmağa imkan verən siyasətin və maraqların uzlaşdırılması ilə əlaqədaodır;

    • ətraf mühitlə və ictimai qurumlarla əlaqədar olan vəzifələr. Bu vəzifələr marketinqin cəmiyyət və ətraf mühit qarşısında məsuliyyətini həyata keçirməsini təmin edir.


    1. Yüklə 3,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin