Şəkil 4.8. Müəssisənin dəyərlər sisteminin quruluşu
Hər bir firma şəkildə qeyd edilən əlaqələri koordinasiya etməklə və optimallaşdırmaqla əlavə rəqabət üstünlüyü yarada bilər. Firmanın idarə edilməsində istifadə edilən İKT dəyərlər zəncirinin hər bir mərhələsində iştirak edərək fəaliyyət növlərinin həyata keçirilməsi üsullarını və onlar arasındakı əlaqələrin xa- rakterini dəyişir. Bunlardan əlavə, informasiya rəqabətin miqyası- na təsir göstərir, istehlakçıların tələbatlarını ödəmək üçün əmtə- ələrə yeni görünüş və ya forma verir. Göstərilən amillər informa- siya texnologiyalarının strateji əhəmiyyətini açıqlayır və onun biznesdə istifadə olunan digər texnologiyalardan fərqini müəyyən edir.
Dəyərlər zəncirinin (dəyərlər sisteminin) əsas iqtisadi əhə- miyyəti və nəticələri hər bir mərhələdə minimum xərclə dəyəri maksimum səviyyəyə çatdırmaqdır. Bu vacib tələb Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş, «Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin» - neft və qaz (kimya məhsulları daxil olmaqla) istiqamətində də qeyd edilmişdir. Həmin yol xəritəsində neft-kimya və gübrə sənayesində dəyəri maksimum səviyyəyə çatdırmaq üçün istifadə olunacaq zəruri fəaliyyət mexanizmləri aşağıdakı məzmunda göstərilmişdir:
Neft-kimya və gübrə sənayesinə investisiya- ların qoyulmasının stimullaşdırılması
|
Müəyyən karbohidrrogenlərin dəyərini artırmaq üçün neft-kimya sənayesinə investisiyaların qoyul- masını sürətləndirmək
- təbii qaz hasilatında C2+ kəsiklərinin tam potensialını əldə etmək üçün alternativ qaz emalı həllərinin inkişaf etdirilməsinin nəzərdən keçirilməsi
SOCAR Carbamide-ə planlaşdırılmış gübrə investisiyalarının qoyulmasının davam etdirilməsi
|
Emal sənayesinə in- vestisiyaların qoyul- masının stimullaşdırıl- ması
|
Sumqayıt sənaye Parkına yeni neft-kimya inves- tisiyalarının qoyulmasını stimullaşdırmaq
Müxtəlif neft-kimya istehsalı alternativlərinin axtarılması üçün boş qalan neft-kimya aktivlərinin (məsələn, Azmeco metanol zavodu) və onların potensialı/imkanlarının planldaşdırılması
İxrac məhsulları dəyəri məhv edə biləcəyi üçün potensialın həddən artıq aşılmamasını təmin etmək
|
Müvafiq loqistika
infrastrukturunun təmin edilməsi
|
Gürcüstana dəmir yolu əlaqələrinin yaxşı-
laşdırılması və Gürcüstanda istifadə olunacaq po- tensial həcmin optimallaşdırılması vasitəsilə maliyyə stimulları və əsasnamələr vasitəsilə stimullaşdırılmış
yüklərə imkan yaradılması
|
Göründüyü kimi, yol xəritəsinin əhatə etdiyi dövrdə Azərbay- canın emal, neft-kimya və gübrə sənayesinə investisiya qoyu- luşunun stimullaşdırılmasının ayrı-ayrı mexanizmləri və onların logistika infrastrukturu ilə üzvü əlaqəsi nəzərdə tutulmuşdur. Strateji yol xəritəsində neft-kimya sənayesinə aid xammal və dəyər zəncirinin məzmunu aşağıdakı kimi şərh edilir
Neft-kimya sənayesində belə bir dəyər zəncirinin həyata keçirilməsi ilk növbədə xammaldan məqsədyönlü istifadəyə imkan verməklə yanaşı, idxal edilən neft-kimya məhsullarının həcminin kəskin azalmasına, yeni növ məhsulun mənimsənilmə- sinə, hazır neft-kimya məhsullarının uzaq xarici ölkələrə ixrac olunması ilə yanaşı, respublika ərazisində mövcud olan ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin adı çəkilən məhsullara olan tələba- tının ödənilməsinə, eləcə də təkrar emal məhsullarının istehsalına təminat yaratmış olacaqdır.
Dostları ilə paylaş: |