Dərs vəsaiti Bakı-2003 Elmi redaktor: Sabir Əliyev



Yüklə 1.52 Mb.
səhifə4/9
tarix10.06.2017
ölçüsü1.52 Mb.
1   2   3   4   5   6   7   8   9

a) XVI əsrdə Dirili Qurbani yaradıcılığında təcnis şeir şəklinin görüntüləri
Aşıq poeziyası ilə yazılı poeziyanın əlaqəsindən danışan akademik Feyzulla Qasımzadə burada indiyə qədər işlənməmiş, yerinə düşən gərəkli bir ifadə işlədir. Alim “şifahi aşıq poeziyası”1 ifadəsini işlədir. Aşıq yaradıcılığı, aşıq sənəti doğrudan da folklorumuzun canıdır. Daha obrazlı şəkildə desək folklorumuzun həyatıdır. Aşıq yaradıcılığı – folklorun yaradıcısı, daşıyıcısı olan ana folklorumuzdur. Bu mənada şifahi aşıq poeziyası ifadəsi yerinə düşür və onun yazılı poeziya ilə qoşa qanad olduğu diqqət mərkəzinə çəkilir.

Aşıq şeirində təcnisin ilk nümunəsinə Dirili Qurbani yaradıcılığında təsadüf olunur. Dirili Qur-baninin təcnisi sadə təcnisdir, onun qoşma variantıdır. Yəni, Dirili Qurbani qoşmanın qafiyələrini cinas kəlmələrdən qurmaqla onun sadə təcnis şəklini yaratmışdır. Demək, təcnisin sadə növü ilk dəfə aşıq şeirimizdə XVI əsrdə meydana gəlmişdir. Elə buna görə də Dirili Qurbanini hələlik aşıq şeirində təcnisin ilk yaradıcısı kimi qəbul etməliyik.

Qurbani öz təcnislərini ustalıqla yaratmışdır. Onun demək olar ki, ilkin tapdığı cinas qafiyələr, sonralar dönə-dönə həm aşıq, həm də bu səpkidə yazan şairlərimizin təcnislərinə dərin təsir burax-mışdır. “Üz indi”, “Yara yüz”, “Bir də yaz” rədifli təcnislərin təkcə adını çəkmək kifayətdir. Məharətlə qoşulmuş bu təcnislərdə həm gözəl cinas qafiyələr, həm də dərin lirizm, böyük məhəbbətin tərənnümü vardır:
Gözəllər yığılıb, qıya baxanda,

Zülfü dal gərdəndə qıya baxanda,

Nigar pəncərədən qıya baxanda,

Ömrümün rişəsin bircə üz indi.


Çox gözəl əlamətdir ki, Qurbaninin cinasları məhz azərbaycanca kəlmələrdən qurulmuş incə qafiyələrdir. O, “Yara yüz” sözlərindən dörd mənada, “bir də yaz” kəlmələrindən dörd, “üz indi” sözlərindən də dörd müxtəlif şeirin məzmununa dərindən bağlı olan cinaslar yarada bilmişdir. Bəndlərin daxilində olan “yar için”, “qıya baxanda”, “göz bulağında” və başqa sözlərin də hər birində üç gözəl cinas qafiyə işlətmişdir ki, onlar aşığın sözə hakimlik məharətini bildirirlər. Məsələn:
Qurbani güldəstə bağlar oxuna,

Sinəm buta, yarın müjgan oxuna,

Bir namə yaz hər divanda oxuna,

Görən deyə, var əllərin, bir də yaz!1


Mən deyərdim ki, Qurbani təcnislərinin şahı “Yara üz” təcnisidir. Üç bəndlik təcnisin sonuncu bəndində bir aləm yaradır. Bu təcnisdə bir romana sığmayacaq qədər məna dərinliyi var:
Qurbani der: bura gəldim yar üçün,

Kəs ciyərim, doğra bağrım yar üçün,

Yar odu ki, yardan sonra yar üçün,

Zülf dağıda, yaxa yırta, yara yüz!2


“Doğra bağrım yar” üçün deyən aşiq buraya yar üçün gəlmişdir. Bizi daha çox ilgiləndirən həmin bəndin son beytidir:

Yar odu ki, yardan sonra yar üçün,

Zülf dağıda, yaxa yırta, yara yüz!
Yar sevən aşiqin etibarı, etiqadı, sədaqəti hamısı burada cəmləşmişdir. Doğrudan da adamlar vardır ki, üzə hər cür canfəşanlıq edir. O, əsas deyil. Əsas bu aşağıda deyiləndir. Gərək yar olanda yox, olmayanda zülfünü dağıda, yaxasını yırta, üzünü dırnağı ilə yara. Siz bir mənzərəyə diqqət edin. Sədaqətli bir gözəl yar yolunda nələr etmir. Zülfünü dağıdır, yaxasını çəkib yırtır, əlləri ilə, dırnaqları ilə üzünü yırtır, yaralayır. İnsan bu mənzərəni görəndə həmin gözəlin sevgisinə qəlbən inanır. Ona əhsən deyir.

“Oyada məni” adlı üç bəndlik təcnisin birinci bəndinə diqqət yetirək:

Xəstə düşüb qürbət eldə yataram,

Bir kimsənəm yoxdu oyada məni.

O siyah telləri, şirin dilləri,

Salıbdı sönməyən oy, oda məni.1


Qurbani bildirir ki, qürbət eldə xəstə yataram, amma bir kimsəm yoxdu oyada məni. İkinci beytdə qara tellərin, şirin dillərin onu sönməyən oda saldığını bildirir.
b) XVI əsrdə Dədə Kərəm yaradıcılığında təcnis
Heca vəzninin inkişaf tarixindən bəhs edən Əmin Abid yazır: “Əslində bizdə hecanın inkişafı məşhur xalq şairi Kərəmdən sonradır”.2

Dədə Kərəm yaradıcılığında bitkin, kamil qoşma və gəraylılarla yanaşı, təcnis aşıq şeiri nümunələrinə də ara-sıra rast gəlirik.

Kərəmin şeir dili elə aydın və rəvandır ki, təcnisin özündə belə ərəb-fars tərkibli söz, ifadə yoxdur.

Dədə Kərəm cinasları Azərbaycanın saf söz bulağının gözündən götürmüşdür. Təcnis o qədər anlaşıqlı dildə yazılmışdır ki, onun heç bir təhlilə ehtiyacı olmadığı aydın görünür:

Aylar, illər həsrətini çəkdiyim,

Üzü dönmüş bivəfa yar, belə bax!

Gözəllərdə sərxoş gəzmək ar deyil,

Asılıbdı gümüş kəmər belə, bax!


Oxudum əlifi, yetdim yasinə,

Şux məmələr xub yaraşır ya sinə,

Kamil ovçu bərəsinə ya sinə,

Rəncbərinəm, dayanmışam belə, bax!


Kərəm deyər; kam almadım dünyada,

Cəfa çəkdim, ömür verdim dünyada,

Məcnun kimi dolanıram dünyada,

Qocalmışam, piran oldum belə, bax!1


“Əsli-Kərəm” dastanı haqqında türk dünyasının azman sənətkarı Qaracaoğlanın ədəbi irsi içərisində çox qiymətli məlumatlar var.

v) Tufarqanlı Abbas poeziyasında təcnisin mü-rəkkəb formalarının (cığalı, müləmmə və təkrar gəraylı təcnisləri) meydana gəlməsi
XVII əsrin əvvəllərində sənət aləmində xüsusi mövqedə dayanan Tufarqanlı Abbas təcnisin ən gözəl nümunələrini yaratmışdır. Onun zəngin ədəbi irsi içərisində on təcnis, həmçinin, bir cığalı təcnis, müləmma (çoxdilli təcnis) gəraylı şəklində təcnis və bir cinas qafiyəli bayatı vardır. Tufarqanlı Abbas novator aşıq kimi sadə, on bir hecalı, hər bəndi dörd misradan ibarət qoşma şəkilli təcnisə yenilik gətirmişdir. O, qoşma təcnisin hər bəndini iki yerə bölmüş, arasında cinas qafiyəli, həm də şeirin ümumi xəttinə, ahənginə bağlı olan bayatı salmış, beləliklə, təcnisin yeni cığalı təcnis növünü meydana gətir-mişdir. Tufarqanlı Abbasın “Gözəl, göz ala” rədifli cığalı təcnisi bu növün ilk nümunələrindən biri kimi qiymətlidir:

Bir gözəlsən şövqün düşüb cahana,

Yoxdur sənin kimi gözəl, göz ala.

Mən aşiqəm, cahana,

Canım qurban, Cahana!

Haqqın əziz bəndəsi,

Xoş gəlmisən cahana,

Yaradan yaradıb salmış cahana,

Yoxdur sənin kimi gözəl, göz ala.1

Tufarqanlı Abbasın təcnisləri sonrakı aşıqlar üçün nümunə olduğu kimi, aşığın özü də ondan əvvəl bu janrın yaradıcısı olan Dirili Qurbaninin cinas qafiyələrindən bəhrələnmiş, Qurbaninin “Yara yüz” rədifli təcnisinin cinas kəlmələrindən istifadə ilə yeni təcnis yaratmışdır. Onun “Varsağını gör”, “Qalam indi”, “Dərd ayağında”, “Xali sən barı”, “Göz ala” rədifli təcnisləri olduqca maraqlıdır. Bu təcnislərdə aşıq doğma ana dilində işlənən sözlərdən cinas nümunələr yaratmışdır. Sonralar aşıqlar bu cinasların bir çoxundan yaradıcı surətdə istifadə etmişlər.

Abbasın “Varsağını gör” rədifli dörd bəndlik təcnisinin təkcə zəngin çalarlarını dərindən duymaqla, onun nə böyük qabiliyyətə malik olduğunun şahidi oluruq:
Qibləgahım başım üsdən baş bular,

Hamılardan artıq bular, baş bular,

Mənim Pərim fəğan eylər, baş bular,

Tila zər sırğanın var sağını gör.1


Buradakı “baş bular” sözləri birinci misrada tapmaq, ikincidə seçilmiş, yüksək olan, üçüncüdə başı bulamaq mənasında məharətlə, yerli-yerində işlən-mişdir. Həm də aşığın özünə qibləgah hesab etdiyi Gülgəz Pəri nəslinin hamıdan baş-seçmə olduğunu, özünün Pəriyə dərin eşqini, qızın ona münasibətini yığcam, daxili məna vəhdəti ilə ifadə edir.

Abbas yalnız yeni sözlər, yeni təcnis növləri yaratmaqla qalmamış, o, hətta müləmmə təcnisin də ilk nümunəsini yaratmağa çalışmışdır.

Мцляммя (чохдилли) тяснисин илк нцмунясини йаратмаг тяшяббцсц дя Туфарганлы Аббасын ады иля баьлыдыр. Аббас бу формадан юзцнямяхсус бир усталыгла истифадя едяряк тяcнисин илк цч мисрасында гойдуьу суала: яряб, фарс вя tцrk дилляриндя dördlü-yün son tamamlayıcı misrasında cаваб верир. Мясялян:

Йаз доланды, эялдик дцшдцк йайя дя,

Дастанымыз дилдян-диля йай, ядя.

Бир тящриндян бянзядирям йайя дя :

Яряб соки, фарсы ябру, тцрки гаш.
Йар эейиниб гядди-дала, инcидир,

Эцмцш кямяр, назик бели инcидир,

Дцздцрмцсян дящанына инcидир,

Яряб синaн, фарсы дяндян, тцрки диш.


Сейрагуб адамла олма ашына,

Аббас, сонра зящяр гатар ашына.

Сал башына мцхяннятин, аши ня?

Яряб щяcяр, фарсы сянэи, тцрки даш.

Цмумиййятля, Туфарганлы Аббас тяcнис шеир формасына хцсуси ящямиййят вермиш, сяняткарлары юз истедадларыны бу ъанрда сынамаьа чаьырмышдыр. Щятта, Аббас дейишмя мейданында, шащ мяcлисиндя тяcнис демяйи сирли-сещирли гыфылбяндлярдян цстцн тутмушдур. Чцнки мязмуну формасындан, формасы мязмунундан эюзял вя мяналы тяcнис йаратмаг щяр сяняткара мцyяссяр олан баç çарыг дейилдир. Ашыг поезийасында Туфарганлы Аббасын истедадынын гцдряти иля бичимлянян cыьалы вя cыьасыз тяcнисляр сонралар Хястя Гасымын вя Ашыг Ялясэярин йарадыcылыьында бир гядяр дя инкишаф етмиш вя онун йени нювляри мейдана чыхмышдыр.1

Aşıq Abbas klassik ədəbiyyatda özünə müəyyən yer tutmuş müləmmə şeir formasını aşıq poeziyasına gətirməyə təşəbbüs göstərməklə, məhz burada da novator kimi çıxış etmişdir. Məlumdur ki, bir-iki, bəzən də üç dildə yaradılan şeir nümunələri klassik ədəbiyyatımızda mövcud idi. Füzulinin bir sıra qəzəllərinin bir misrası fars və ya ərəbcə, digər misrası Azərbaycan dilində yazılmışdır. Abbas bu formadan özünəməxsus bir şəkildə istifadə edərək, təcnisin ilk üç misrasında qoyduğu suala ərəb, fars və Azərbaycan dillərində cavab verir.

Tufarqanlı Abbasın “Gülgəz indi” adlı təkrar gəraylı təcnisi də, gözəl sənət nümunəsi də, aşıq şeirində bir yenilik kimi səslənir:

Sən məni ağlamada gör,

Sən məni ağlama da gör,

Səni məni ağlama da gör,

Gülgəz indi, Gülgəz indi.
Burada birinci misrada “kəfəndə”, ikincidə “ağı dediyim yerdə”, üçüncüdə “ağlamadan” mənalarında alınmış eyni bir söz daxili məna vəhdətində, həm də cinas və təkrirdir. Gəraylının bütün bəndlərində işlənən “Gülgəz indi” sözləri də 5 mənada cinasdır.1

Tufarqanlı Abbasın bayatılarından danışmazdan əvvəl qeyd etməliyik ki, bütün aşıqlarımız, həmçinin bu səpgidə yazan şairlərimiz özləri də ara-sıra bayatı qoşmuşlar. Onların bu bayatıları, ya təcnis arasında cığa yerində işlənmiş, ya da müstəqil şəkildə ifa olunmuşdur. Bunların çoxu bir növ “yiyəsiz” bayatılar kimi el ədəbiyyatı xəzinəsinə daxil edilmiş, digər bir qisminin isə əvvəlindən müəllifin adı düşmüş, yerinə “aşığam”, yaxud “əzizim” sözləri artırılaraq həmin bayatılar ümumi bayatı irsinə qarışmışdır. Odur ki, içərisində öz müəllifinin adı qalan bayatılar bizim üçün xüsusi əhəmiyyətə malikdir, bu və ya digər aşığın yaradıcılığını öyrənməkdə tədqiqatçıya kömək edir. Bu baxımdan Abbasın cinas qafiyəli bayatısı da nadir sənət incilərindəndir:


Mən aşiqəm, Gülgəzə,

Gül axtara, gül gəzə,

Abbas bir gül göndərdi,

Nişanlısı Gülgəzə.


c) Sarı Aşığın cinas bayatılarının bir küll halında meydana gəlməsi
XVII əsrdə Sarı Aşıq cinas qafiyəli bayatıların klassik nümunələrini yaratmış, xalq şeirimizin qiymətli inciləri olan bayatıları ən gözəl cinaslı bayatılara qovuşdurmuşdur:

Mən aşiq, baltasına,

Elə vur, balta sına,

Yaxşının ağ əlləri,

Batıbdı bal tasına.

ХВЫЫ ясрин нящянэ сималарындан олан Сары Ашыьын байаты йарадыcылыьы Азярбайжан ядябиййатында хцсуси бир мярщяля тяшкил едир. Сары Ашыгдан яввял вя сонра йашайыб-йаратмыш байаты йарадыcыларындан щеч бири онун фятщ етдийи зирвяйя йцксяля билмямишдир.

Сары Ашыг узун вя мцряккяб бир йарадыcылыг йолу кечмишдир. Сары Ашыьын йарадыcылыьы олдугcа зянэин вя чохcящятлидир. Онун йарадыcылыьына яняняви байатылар, баьлама байатылар, cинаслы байатылар, байаты-дейишмяляр, байатылы рявайятляр, дастан вя щекайяляр дахилдир. Биз бу йазыда бюйцк байаты устасынын йалныз cинаслы байатыларындан данышмаг арзусундайыг.

Сары Ашыьын йаратдыьы cинаслы байатылар онун гейри-ади истедада малик бир сяняткар олдуьуну тясдиг еtməkdəдир. Онун cинаслы байатылары форма вя мязмун эюзяллийи иля сечилир, бунлардан бири диэярини цстяляйя билмир, яксиня, форма мязмуну, мязмун да форманы тамамлайыр, ону биткинляшдирир.70

Ашыьын cинаслы байатылары юзцнцн йаратдыьы йадда галан cинас лювщяляри иля сечилир. Мясялян, эюз йашынын ахыб сел, эюл ямяля эятирмясини щяля Сары Ашыгдан яввял дя чохлары дейиб, амма эюз йашындан ямяля эялян эюлдя юрдяйин, газын биня баьламасы, цзмяси лювщяси мящз Сары Ашыьа мяхсусдур. Бу онун шаир тяхяййцлцнцн кяшфидир:

Ашыг, газ биня баьлар,

Мейлин Гязбиня баьлар.

Эюзцм йашы эюл олар,

Юрдяк, газ биня баьлар.
Əgər Sarı Aşıq “Эюзцм йашы эюл олар, öрдяк, газ биня баьлар” – deyirsə, XIX əsrin qadın aşığı Maralyanlı Pəri “Oynaşı” qoşmasında Sarı Aşığın bənzətmələrindən, təşbehlərindən heç də geri qalmayan ifadələr seçib elə bir bədii lövhə yaradır ki, insan şair-aşığın istedadına, deyim tərzinə heyran qalır. Misal gətirdiyimiz aşağıdakı beyt Aşıq Pəri təfəkkürünün poetik kəşfidir:

Mən nə deyim gözüm yaşı əlindən,

Üzüşür sonalar, göllər oynaşı.

Сары Ашыьын Азярбайcан ядябиййатындакы рол вя мювгейини йалныз ХЫХ яср ашыг шеиримизин эюркямли нцмайяндяси Ашыг Ялясэярля мцгайися етмяк мцмкцндцр. Сары Ашыг Азярбайcан ядябиййатынын байаты, Ашыг Ялясэяр ися гошма ганадыдыр.

Neə-neçə sənətkar Сары Ашыгдан сонра сянят мейданына эялмиш Хястя Гасым, М.В.Видади, М.П.Вагиф, Казым Аьа Салик, Г.b.Закир, Ашыг Щямайыл, Ашыг Пяри, Мящяммяд бяй Ашиг, Ашыг Бясти вя башгалары онун байаты йарадыcылыьына хцсуси мараг эюстярмишlər. Йахшыйа олан цлви мящяббятини вя истяйини йцксяк гиймятляндирмишляр.

Сары Ашыг юзц дя буну габагcадан билирди ки, «ешгдян cунун олан»лар дярдини онда тапаcаглар. Чцнки о, дярдмяндир, дярди дя дярдмaндя дейəрляр:


Мян ашыг, dярди мяндя,

Де дярдин, дярдимяндя.

Ешгдян cцнун оланын,

Тапылар дярди мяндя.


Сары Ашыьын гялбини дяриндян охуйан, дуйан Г.b.Закир бир байатысында беля дейир:
Эялди бир йахшы сувар,

Эир баьа, йахшы сувар.

Алямин малы, мцлкц,

Ашигин Йахшысы вар.


Байаты Г.B.Закиря мяхсус олса да, бурада Сары Ашыьын няфяси, амалы йашайыр. «Алямин малы, мцлкц вар». Амма Сары Ашыьын бирcя Йахшысы.

Г.b.Закир дя бу байатыда Сары Ашыьын юз ешгиндян дюнмязлийини, йар йолунда мятинлийини ифадя етмишдир.

Мящяммяд бяй Ашиг дя Сары Ашыьы Йахшысыз тясяввцрцня эятиря билмир. Сары Ашыгла Йахшынын ешг маcярасы сонраlar дилляр язбяри олмуш, чохлары бу ешгя щясяд апармышlaр. Чохлары юзцнц ашыьа, севэилисини дя Йахшыйа бянзятмишləр. Бунлардан бири дя Мящяммяд бяй Ашигдир:
Гаршыда йахшы Пяри,

Тярланын йахшы пяри.

Мян ашигдян йахшыйам,

Йахшыдан йахшы, Пяри.


Sarı Aşığın yaratdığı qafiyələr öz dövründə və özündən sonrakı aşıq ədəbiyyatımızda təcnis yaradı-cılığının inkişafında mühüm rol oynamışdır.

“Məlumdur ki, Sarı Aşıq bayatı ustasıdır. Bu saat onun adı ilə bağlı olan qəbir də, gümbəz də zaman keçdikcə yer üzündən silinib gedəcək, lakin xalq şeirimizin ən gözəl inciləri olan Sarı Aşıq bayatıları ürəklərdən silinməyəcək, dillərdən düşməyəcəkdir”.1

Sarı Aşıq gələcək təcnis binalarını qurmaq üçün cinasdan tağ daşları yonmuş və qızıl kərpiclər kəsmişdir. Cinaslar qızıl söz külçəsi ilə yoğrulmuş və ondan təcnis saraylarını ucaltmaq üçün qızıl kərpiclər düzəldilmişdir. Sarı Aşıq, Xəstə Qasım və Ələsgər kimi sənətkarlar bu qızıl kərpicləri böyük ustalıqla, memar kimi üst-üstə qoyaraq möhtəşəm təcnis sarayları qurmuşlar. Xəstə Qasımın və Aşıq Ələsgərin möhtəşəm təcnis binalarına, təcnis saraylarına baxanda heyrətə gəlirsən, duyğulanırsan, qürur hissi keçirirsən. Çox sənətkarlar təcnis saraylarının qapısını açıb oraya daxil ola bilməmiş, yalnız bu sarayın başına dolanmışlar. Zaman bu sarayların sonralar qıfılına açar salmağı bacaran tək-tək istedadlı sənətkarlar yetişmişdir. Bunların sırasında Zodlu Abdullanın və Növrəs İmanın xüsusi mövqeləri və bacarıqları olmuşdur. Hər sahədə, o cümlədən poeziyada yenilik yaratmaq, qabağa getmək, hər şeydən əvvəl, aşığın istedadından və bacarığından asılıdır.
v) Xəstə Qasım, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati yaradıcılığında təcnis

Tikmədaşlı Xəstə Qasım aşıq yaradıcılığının bel sütunudur.1

Xəstə Qasım şeirinin dil əlvanlığı xalq yaradıcılığı çeşməsindən, bayatı inciləri xəzinəsindən gəlir. Xəstə Qasım şeirinin dili – bayatılarımızın dilidir. O, bu büllur çeşmənin gözündən içib.

Aşıq şeirinin inkişaf xətti aydınca göstərir ki, Tufarqanlı Abbas XVII əsrin əvvəllərində, Sarı Aşıq bu əsrin ortalarında, Xəstə Qasım isə XVII əsrin sonu XVIII əsrin birinci yarısında yazıb-yaratmışdır. Qüdrətli sənətkar olan Xəstə Qasımın ədəbi irsi içərisində yeddi təcnis, üç cığalı təcnis vardır. Xəstə Qasımın təcnisləri və cığalı təcnisləri bir-birindən gözəldir. Xüsusilə, “Üz ha, üz” rədifli cığalı təcnisi əvəzsiz sənət incisidir. Eyni zamanda, bu cığalı təcnis məzmununa görə, həm də nəsihətamiz bir ustadnamə kimi səslənir:


Həqiqət bəhrində qəvvasam deyən,

Qəvvas isən gir dəryaya, üzhaüz,

Aşıq deyər: üzhaüz,

Sonam göldə üzhaüz,

Qarı düşmən dost olmaz,

Yalvarasan üzhaüz.

Bir mərd ilə ilqarını vur başa,

Namərd ilə kəs ülfəti üz ha üz!1


Əsl ustalıq məhz təcnis yaratmaqla meydana çıxdığından, aşıqlar bu şeir növünə xüsusi əhəmiyyət vermiş, məharətlərini göstərməyə çalışmışlar.

Aşıq poeziyasına dərindən bələd olan Xəstə Qasım təcnisi yüksək qiymətləndirərək demişdir:


Xəstə Qasım, sözün yetib tamama,

Gündoğan, günbatan gələr salama,

Nə alim işidi, nə də üləma,

Təcnis mənasının çox hünəri var.2


Xəstə Qasımın yaratdığı sənət inciləri, xüsusilə, təcnis, qıfılbənd, ustadnamə və başqa şeirləri onun aşıq yaradıcılığındakı ədəbi mövqeyini yüksək tutmağa və istedadlı bir sənətkar olduğunu söyləməyə haqq verir.

Xəstə Qasım şeirlərinin sənətkarlıq xüsusiy-yətlərini araşdırarkən tamamilə aydın olur ki, milli he-ca vəznli şeirimizin inkişaf tarixində onun xüsusi xidmətləri olmuşdur.3

M.P.Vaqif, Q.b.Zakir, Ə.Nəbati və başqa xalq ruhunda şeirlər yazıb-yaradan sənətkarlar təcnis yaradıcılığını yüksək qiymətləndirmiş və özləri də gözəl təcnislər yaratmışlar.

M.P.Vaqif aşıq şeiri tərzində qoşmalar və gəraylılarla yanaşı, bir neçə təcnis də yaratmışdır. Vaqifin təcnisindən bir nümunə:


Bir gözəl boylu, gözəl xoylu gözəl yar,

Nə gözəlsən, geyinibsən alı sən,

Gözlə gözün hər bir qıya baxanda,

Gözəl canı gözəl təndən alısan.


Gözəl qamət, gözəl gərdən, gözəl üz,

Gözəl olmaz sən tək, olsa gözəl yüz,

Gözəl tanı munca yetər, gözəl üz,

Gözəl deyil, etmə gözəl, alı sən.1

Və yaxud:

Səhər-səhər əsən qiblə yelləri,

Heç yolun düşdümü canan dağına?

Ağ sinədən şölə, tər şamamədən,

Görüm, əl dəymişmi canan tağına?
Həsrətindən bağrım gül, şanə bənzər,

Mənə Vərqa, sənə Gülşa nə bənzər?

Yarın qoynu içi gülşənə bənzər,

İstər pərvaz edə canan dağına.


Götür günəş camalından ol ağ yar,

Sən bəri bax, qoy söylənsin ol əğyar,

Rəqib ölsün, biz ikimiz olaq yar,

Nə var ondan qeyri canan dağına.1


Qasım bəy Zakir (1784-1857) də aşıq şeiri tərzində çox sayda gəraylı və qoşma yazıb-yaratmışdır. Onun şeirləri içərisində ondan artıq təcnis də vardır. Məsələn:
Dilbər, həsrətindən xəstə düşmüşəm,

Hicran qoymaz duram ayağa məni.

Çulqala zülfünə, basdır dərində,

Qoyma ki, bükələr ayağa məni.2


Misralarda cinasların açması belədir. Birincisi məlumdur ki, Dilbərin həsrətindən aşiq xəstə düş-müşdür. Hicran, yenə ayrılıq ayağa durmağa qoymur. “Çulqala” zülfünə, basdır dərində” fikrini dördüncü misrada tamamlayır. Məni qoyma ki, ağa bükələr.

Başqa bir təcnisində:


Əlləri qurumuş məşşatə sənin,

Salıb gərdəninə o taq nədi?!

Məgər ki, dolanır hilal başına,

Bəyaz cəbinində o taq nədir?3


Burada əlləri qurumuş məşşatədən söhbət gedir. Məşşatə gəlin köçürülərkən gəlini bəzəyənə, qadına ziynət verənə deyilir. “Salıb gərdəninə o taq nədir?!” – misrasında bildirir ki, saçını nə üçün gərdəninə əyri töküb. Elə görkəm alıb ki, elə bil başına hilal – ay dolanır. Bəyaz cəbinində o taq, o əyri saç nədir?

Başqa bir nümunə:


Gül cəmalın göz yaşımı qurutdu,

Qoymadı bulud tək ayağam məni.

Əl götürməz, gedər-gedər qayıdı,

Nə tapdıq eyləyib ayağam məni.1


Qızın camalı gün kimi aşiqin göz yaşını qurudur, ona görə də onu bulud tək yağmağa qoymur. Bu elə bir gözəldir ki, onu həmişə qəmə qərq edir.

Digər bir nümunə:


Yaşılbaş sonasan, üzqan eylərsən,

Aşiqlər canını üzqan eylərsən,

Hər qiya baxanda üzqan eylərsən,

Bilməzəm dərində bu saqi nədir?2


Burada misralarda işlənən “üzqan” “yüz qan” ifadəsini bildirir. Birinci misrada yaşılbaş sona yüz qan eyləyir, ikinci misrada aşıqların canını “üzqan” yəni “üzgün” eyləyir, üçüncü də gözəl hər qiya baxanda üz qan eyləyir. Axırda “Bilməzəm dərində bu saqi nədir?” misrasını qəliz şəkildə işlədərək busənin qan bahasında olduğunu bildirir.

Gəraylılarda və qoşmalarda qələmini dönə-dönə sınamış Ə.Nəbati də təcnislər yaratmağa meyl göstərmişdir. O, təcnislərinin birində deyir:


Qurban olum üzündəki həyayə,

Qəmzə oxun mindirginən hey yayə,

Nə baxırsan maral kimi hey ayə?

Cəmalın yanında ay nədir, nədir?1


“Qurban olum üzündəki həyayə” misrasındakı həyayə sözü - abır, həya mənasında işlədilir. İkincidə naz-qəmzə oxunun yaya mindirilməsindən danışılır. Üçüncüdə maralın hey göydə aya baxdığından danışılır. Şair sonda bildirir ki, sənin camalın yanında ay nədir ki.
Səba, bu ərzəni ələ salma ya,

Mənim salamımı yetir Səlmaya,

Niyə gərək məni yada salmaya,

Onun Nəbati tək ayağı gərək.2


Birinci və ikinci misrada Səbanın, yəni səhər yellərinin, onun salamlarını Səlmaya adlı qadına, qıza yetirməsini bildirir. Üçüncü misrada öz gileyini bildirir. Niyə, nədən ötrü onu yada salmaya, axı onun Nəbati tək yarı var?
Keçə bilməm, bu dəryalar dərindir,

Ölənə tək yerim sənin dərindir,

Dur ağacdan almaları dər endir,

Bir-bir otaqlara didər, ay Pəri.1


Aşıq keçə bilmir dəryalar dərindir. İkinci misrada ölənədək məşuqunun qapısı – dəri onun yeri olduğunu bildirir. Üçüncüdə sevgilisinin ağacdan durub alma dərməsini rica edir. Dördüncüdə almaları bir-bir otaq-lara “didər” – ay Pəri, deyərək sözünü tamamlayır.

Aşıq şeiri tərzində yazmış hər üç sənətkarın: M.P.Vaqifin, Zakirin və Nəbatinin təcnisləri aşıqların repertuarına və ifaçılığına gələ bilməmişdir. Axı, bu şeirlər sazla əkiz doğulmamışdır. Sazın kök və pərdələrinə uyğun yaradılmamışdır. Bayatı və cinas-bayatı yaradıcıları Azərbaycan folklorunda yeddi hecalı mənzum tapmacalara baxıb, o ölçüdə cinaslı bayatılar yaratdıqları kimi, həmin sənətkarlar da on bir hecalı qoşmaların ölçüsündə təcnislər yaratmışlar. Bunlar isə gəbə çeşnisinə baxıb xalça, xalı toxumaq kimi bir şeydir.

Bəs nə üçün bu sənətkarlar qoşmadan və ya təcnisdən yan keçməyib, çox sayda qoşma və təcnislər yaratmışlar? Birincisi, ona görə ki, aşıq yaradıcı-lığından gəlmiş qoşma və təcnislərdə sözün çox dəyərli, çoxmənalı, çoxçalarlı cövhərləri və gövhərləri vardır. İkincisi, bir janr kimi aşıq yaradıcılığında bu şeirin çox yığcam, hazır qəlibə malik mükəmməl forma və şəkilləri vardır. Üçüncüsü, bu şeirlərdə xəlqilik çox güclüdür. Bu şeir formalarının, yəni qoşmanın, gəraylının və təcnisin yazılı ədəbiyyata gəlməsinin özü bir inqilabdır. Xalq ədəbiyyatından gələn bu şeirlər yazılı ədəbiyyatımızı ərəb-fars kəlmələrindən, sözlərindən təmizləyir. Ərəb-fars sözləri Azərbaycan türkcəsinə məxsus çox mənalı, çox çalarlı ifadələrlə əvəz olunur. Molla Pənah Vaqif, Qasım bəy Zakir və Ə.Nəbati bu xeyirxah işləriylə yazılı ədəbiyyatda yeni bir yaradıcılıq yolu açmışlar. Yəni onlar aşıq poeziyası ilə yazılı poeziyanı qovuşdurmuşlar, bir məcraya gətirmişlər. Həmin gündən aşıq yaradıcılığı ilə yazılı poeziya bir-birinə təsir edə-edə yeni inkişaf yoluna qədəm qoymuş və iki poeziya bir-birindən çox faydalanmışdır.

Molla Pənah Vaqifin, Qasım bəy Zakirin və Ə.Nəbatinin aşıq şeiri tərzində yazdıqları qoşmalar, gəraylılar və təcnislər yazılı ədəbiyyatda bədii əsər nümunəsi kimi oxucuların estetik zövqünü oxşayır. Onlar yazılı ədəbiyyatımızda ölməz sənət nümunələri sayılır. Yeri düşmüşkən deyim ki, M.P.Vaqifin:


Boyun sürahıdır, bədənin büllur,

Gərdənin çəkilmiş minadan Pəri!

Sən ha bir sonasan, cüda düşübsən,

Bir bölük yaşılbaş sonadan Pəri!


- bəndi ilə başlayan çoxbəndli qoşması və Nəbatinin:
Səba, məndən söylə o gülüzara,

Bülbül gülüstanə gəlsin, gəlməsin?

Bu hicran düşgünü, illər xəstəsi,

Qapına dərmanə gəlsin, gəlməsin?


- beş bəndlik qoşması yaranan gündən xanəndələrin repertuarına, ifaçılığına daxil olmuş və hər biri muğa-mın bir güşəsində ifa olunur. Ona görə də onların başqa gəraylı, qoşma və təcnisləri aşıq ifaçılığında hərəkətdə olmayan şeirlərdir. Adları çəkilən iki qoş-ma ifaçılıqda işlək şeirlər adlanırlar. M.P.Vaqifin və Nəbatinin haqqında söz açılan qoşmaları sənət alə-mində onlara heykəl qoymuşdur.
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə