Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4.01 Mb.
PDF просмотр
səhifə1/43
tarix16.06.2017
ölçüsü4.01 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   43
21063

Dr. Fərhad Mehdiyev

İNZİBATİ HÜQUQ

(Administrative Law)

- Ali təhsil müəssisələri üçün dərs vəsaiti -

Bakı – 2010



Q A F Q A Z Ü N İ V E R S İ T E S İ

Y A Y I N L A R I

Y A Y I N   N O : 5 5

İNZİBATİ HÜQUQ

- Administrative Law -

Ali təhsil müəssisələri üçün dərs vəsaiti

Dr. Fərhad Mehdiyev

Dizayn:

Sahib KAZIMOV



Qafqaz Universiteti Nəşriyyat Komissiyasının təklifi və

Elmi Şurasının 13.02.2008 tarix, 2007/58.01 sayılı qərarıyla

Universitet nəşri olaraq çap olunmasına qərar verilmiştir.

ISBN: 978-9952-25-089-3

Qafqaz University © 2010


iii

Bu  kitab,  Almaniyanın  Texniki Əməkdaşlıq Təşkilatının (GTZ)  maliyyə

dəstəyi ilə çap olunmuşdur.

This  book  was  published  by  financial  support  of  the  German  Agency  for

Technical Cooperation (GTZ).

MÜƏLLİFİN QEYDİ

Bu kitabın -

“Almaniyada dövlətin maddi məsuliyyətinin rejimi ”bölməsi

Prof.Dr. Bahtiyar Akyılmaz,



“Azərbaycanda Ombudsman təsisatı: yaranması və fəaliyyəti”

bölməsi

Aydın Səfixanlı,



“İctimai qulluğun hüquqi rejimi” bölməsi

Xanlar Heydərov

tərəfindən yazılmış,  Dr.Fərhad  Mehdiyev  tərəfindən  redaktə

edilmişdir.



iv

QISALTMALAR

ABŞ


Amerika Birləşmiş Ştatları

AİHK


Avropa İnsan Hüquqları Konvensiyası

AİHM


Avropa İnsan Hüquqları Məhkəməsi

AR

Azərbaycan Respublikası



BŞİH

Bakı Şəhər İcra Hakimiyyə ti

CM

Cinayət Məcəlləsi



Konst.

Konstitusiya

KM

Konstitusiya Məhkəməsi



Bax:

Baxın


İA

inzibati akt

İH

İcra hakimiyyəti



İİ

İnzibati icraat

İİHQ

«İnzibati icraat haqqında» Qanun



İƏHQ

«İnformasiya əldə edilməsi haqqında» Qanun

İO

inzibati orqan



İPM

İnzibati Prosessual Məcəllə

İXM

İnzibati Xətalar Məcəlləsi



GATS

General Agreement on Trade in Services

Q.

Qərar


m.

maddə


s.

səhifə


S.

Sayı


MDB

Müstəqil Dövlətlər Birliyi

MM.

Mülki Məcəllə



MİH

Mərkəzi icra hakimiyyəti

NK

Nazirlər Kabineti



TM

Torpaq Məcəlləsi

SSRİ

Sovet Sosialist Respublikaları İttifaqı



ŞMV

şərti maliyyə vahidi

və b.

və bənzəri



və d.

və davamı

və s.

və sair


yux.

yuxarıda


YİH

yerli icra hakimiyyəti

ZÇŞ

zərər çəkmiş şəxs



v

Hüquqi dövlətin gələcək təminatçıları -  gənclərə ithaf olunur .

ÖNSÖZ

Əlinizdəki  əsər, daha əvvəl  çap  olunmuş  “İnzibati  İda rəetmə  Hüququ”

kitabının  redaktə  və  əlavələr  edilmiş 2-ci  basqısıdır.  İlk  çap  edilmiş əsərin

qalmaması,  inzibati  orqanlar  strukturunda  islahatların  aparılması,  habelə  yeni

qəbul  olunmuş  inzibati  hüquq  qanunvericiliyi  yeni  kitabın  yazılmasını  tələb

edirdi. Bütöv əsərin yazılması 4  il kimi uzun müddət tələb etdi. İnzibati hüquq,



hüquqi  dövlətin  hüququdur.  Bu  cəhətdən  baxıldıqda,  bu  kitabın  yazılması  da

zəruri idi, çünki ölkəmizdə hüquqi dövlətin bərqərar olunması, müstəqilliyimiz

və dövlətçiliyimiz üçün ən əhəmiyyətli hədəflərdən birisidir.

Əfsuslar  olsun  ki,  sosyalist  keçmişdən  sıyrılıb  gələn  Azərbaycanımızın,

kontinental  Avropa  hüququ  mənasında,  bir  inzibati hüquq  sistemi  mövcud

deyildi. Bu  sahədə  çox  əhəmiyyətli  islahatlar aparılmış,  lakin  bunlar  hələ

tamamlanmayıb; gediləsi yol da çox qısa deyildir. Bu kitabın yazılmasında da,

birinci dərəcəli olaraq, Avropa inzibati idarəetmə hüququ sistematikasında olan

institutları  ölkəmiz  baxımından  tanıtmaq  və  tətbiq  etmək  məqsədi  güdülüb.

Beynəlxalq  qurumların  təsiri  ilə  dövlət  idarəetməsində  qəbul  etdiyimiz

institutlar bunu tələb edir. Artıq Fransanın  ya da Almaniyanın inzib ati hüququ

bizə  çox  da  yad  deyildir,  bunun  ən  açıq  dəlili  də, İnzibati  İcraat  Haqqında

Qanun  ilə İnzibati  Prosessual  Məcəllənin  qəbul  edilməsidir .  Qanunvericilik

sistemimizin  zəruri  ehtiyacı  olan  Avropanın  bəzi  müvafiq  institutları  bu

qanunlarla pozitiv hüququmuza artıq daxil edilib.

Kitabda  “hüquqi  dövlətdə  inzibati hüquq  necə  olmalıdır”  sualına  cavab

axtardıq.  Bunun  üçün  hansı  hüquqi  institutlar  tələb  olunur,  onu  tədqiq  etdik.

Kitabın  yazılmasında,  müqayisəli  hüquqda  olan  mənbələrdən  birbaşa  istifadə

elədik.

Bu  kitab  inzibati  xətalar  haqqında  deyildir.  MDB  məkanında  yazılan



inzibati  hüquq  kitabların əhəmiyyətli  hissəsi  inzibati  xətalar və  onların  icraatı

haqqında olduğu halda, bu kitabda Avropa yanaşmasında olduğu kimi, inzibati

xətalara  yer  verilmir. İnzibati  xətalar,  daha  çox  vətəndaşı  məhdudlaşdıran

qaydaları əhatə  edir;  halbuki Administrative  Law  olaraq  bilinən İnzibati

idarəetmə  hüququ,  dövləti  məhdudlaşdıran  qaydaları  incələməlidir. Bu əsərdə,

cəmiyyətin  hansı  hüquqi  mexanizmlərlə  və  necə  idarə  oluna cağından  bəhs

edilir.

Kitab  ali  məktəb  tələbələri  üçün  yazılmaqla  bərabər,  elmi  tədqiqatçılar ,



idarəçilər,  vəzifəli şəxslər  və  hakimlər üçün  da  maraq  doğura  bilər. Qeyd

etməliyik  ki,  Azərbaycan  dilində  yeganə  əsərdir  ki,  inzibati  aktların  məhkəmə

nəzarətində necə yoxlanılacağını incələyir. Əsərdə xeyli xaşiyyə qoyulub, lakin

orada əhəmiyyətli  məlumatlar  olduğundan  oxuculardan  onlara  da  diqqət



vi

yetirmələrini  xahiş  edirik. Ədəbiyyat  saysına  baxıldıqda,  yazılma  sırasında

xarici dildən bir çox kitab və məqalədən istifadə olunduğu, müvafiq beynəlxalq

qurumlarının qərarlarına birbaşa istinad edildiyi görülə bilər. Bu kitabda verilən

fikir  və  tezislərin  hamısı  elmi  istinadla  verildiyi  üçün  onların  mötəbərliyinə

təminat veririk.

Elm  adamlarının  məhsulu,  əlbəttə  ki birinci  dərəcədə  elmi  fikirlər  və

tədqiqatlardır.  O,  şəraitdən  asılı  olmadan,  elmi  öyrənib  yaymaqla  yaşadığı

cəmiyyətə tövhə verməlidir. Əslində verilən tövhə, sadəcə cəmiyyətə aid olmur,

bundan  ümumiyyətlə  bütün  bəşəriyyət  istifadə  edir.  Bunun  sayəsindədi r  ki,

insan ilk yaradıldığı gündən bu yana, ona məqsəd qoyulan mükəməlliyə doğru

addım addım ilərləyir. Bu ilərləyişin ən mühüm faktorlarından birisi də, əlbəttə

ki elmdir.

Bu  mülahizə  ilə,  kitabı  sadəcə  bir  dərs  vəsaiti  deyil,  eyni  zamanda  elmi

əsər kimi yazmayı hədəflədik. Gənclərimiz, dəqiq elm sahələrində olduğu kimi,

humanitar,  o  cümlədən  hüquq  elmi  sahəsində  də,  bəşəriyyətin  ən  son

nailiyyətlərini  öyrənməli  və  tətbiq  etməlidir.  Hər  nə  qədər  bu  kitabda  bir  çox

problemli  məsələ  ortaya  qoyulubsa  da,  bu  məcburiyyətdən  irəli  gəlir  və  bu

promlemlərin  həlli  məqsədini  güdür.  Əsasən,  qərb  təhsil  sistemi  “problem

həllinə  əsaslanan  tədris”  üzərində  qurulduğuna  görə,  bu  əsərdə  problemlərin

müzakirə olunması da məqsədə uyğun görülməlidir. Ali təhsilə yiyələnən insa n,

fərqli düşünməyi öyrənməlidir.

Bu kitabda elə məqamlar görəcəksiniz ki, bizim ölkəmizdə bunların bəlkə

də imkansız  olduğunu  düşünəcəksiniz.  Məsələn  ağlınıza  gələ  bilər  ki,

Azərbaycanda  avtomobil  yollarında  açıq  qalan  kanalizasiya  deşiyinə  düşmüş

bir  sürücü,  çətin  ki  müvafiq  inzibati  orqanı  məhkəməyə  verib  ondan

kompensasiya  ala  bilər.  Ən  azından  indiyə  kimi  buna şahid  olmamışıq.  Şahid

olmasaq  da,  bu  demək  deyil  ki,  bunun  olması  imkansızdır.  Tam  tərsinə,  bu

mümkündür.  Lakin  sistemimiz  ümumilikdə  bu  mexanizmləri  işlətmir.  Bu

kitabın  məqsədi  də,  məhz  bu  mexanizmlərin  varlığını  və  necə  işlədiklərini

göstərməkdir.  Avropa  ölkələrində  inzibati

hüququn  bu  mexanizmləri

olmasaydı, əlbəttə  ki  orada  bu  cür  yüksək  səviyyəli  sosial  rifah  dövləti  də

qurula bilməzdi.

Bu  bir  həqiqətdir  ki,  qarşımızdakı  illərdə  ölkəmiz,  xüsusən  enerji

ehtiyatları  ve  geo-siyasi  mövgeyi  səbəbilə,  getdikçə  ilərləyəcək  və  inkişaf

edəcək.  Bizim  üçün  bu,  sosial  hüquqi  dövləti  qurabilmək  üçün  qaçırılmaz  bir

fürsətdir. Uyğun idarəetmə siyasəti və vasitələri, bu məqsədə nail olmada əsas

faktorlardır.  İnzibati hüquq  da  bu  prosessin əsas  hüquq  sahəsi  olub,  hüquqi

dövlətin “künc daşını” təşkil edir. Mədəni millətlər arasın da yerimizin bərqərar

olması üçün, lazimı inzibati hüquq institutlarını da öyrənib tətbiq etməliyik.


vii

M Ü N D Ə R İ C A T

§1. İDARƏETMƏ, İNZİBATİ ORQANLAR VƏ İNZİBATİ HÜQUQ........... 5

I. İdarəetmə (Administrasiya) Anlayışı .......................................................... 5

A. ORQANİK MƏNADA İDARƏ. İNZİBATİ ORQAN ANLAYIŞI ............................ 6

1. Qanunvericilik orqanı və inzibati orqanlar ..................................................................7

2. Məhkəmə və inzibati orqanlar .....................................................................................8

3. İcra Hakimiyyəti və inzibati orqanlar ........................................................................11

4. Ümumi hüquq şəxsləri ..............................................................................................15

B. İDARƏETMƏ FUNKSİYASI (İNZİBATİ FƏALİYYƏT) ...................................... 19

1. Qanunvericilik fəaliyyəti və inzibati fəaliyyət ..........................................................20

2. Məhkəmə fəaliyyəti və inzibati fəaliyyət ..................................................................21

3. İcra hakimiyyəti və inzibati fəaliyyət ........................................................................22



II. İnzibati Fəaliyyətin Predmeti, Məqsədi və Xüsusiyyətləri ................... 24

A. İNZİBATİ FƏALİYYƏTİN PREDMETİ .................................................................. 24

B. İNZİBATİ FƏALİYYƏTİN MƏQSƏDİ ..................................................................... 25

C. İNZIBATİ FƏALİYYƏTİN XÜSUSİYYƏTLƏRİ ....................................................25

1. İnzibati fəaliyyətin inzibati hüquqi aktlarla həyata keçirilməsi ................................25

2. İnzibati fəaliyyətin üstün və imtiyazli səlahiyyətlər (hakimiyyət gücü) tətbiq

olunaraq yerinə yetirilməsi .......................................................................................26



3. İnzibati fəaliyyətin daimi dövlət funksiyası  olması ..................................................26

III.

İnzibati Hüququn Tənzimləmə Sahəsi ............................................. 28

A. DÖVLƏT HEGEMONLUĞU (HAKİMİYYƏT GÜCÜ) MEYARI .............................28

B. İCTİMAİ XİDMƏT MEYARI ......................................................................................29

C. YENİ DÖVLƏT HEGEMONLUĞU MEYARI .........................................................30

§ 2. İNZİBATİ HÜQUQUN MƏNBƏLƏRİ VƏ XÜSUSİYYƏT LƏRİ .......... 31

I. Mənbələr...................................................................................................... 31

A. KONSTİTUSİYA ............................................................................................................. 31

B. BAŞQA YAZILI MƏNBƏLƏR.....................................................................................31

C. MƏHKƏMƏ QƏRARLARI ..........................................................................................31

D. İNZİBATİ ADƏTLƏR VƏ İNZİBATİ PRAKTİKA.................................................32

E. NƏZƏRİYYƏ ...................................................................................................................32

II. İnzibati Hüququn Xüsusiyyətləri............................................................. 32

A.  İNZİBATİ İDARƏETMƏ HÜQUQU YENİ HÜQUQ SAHƏSİDİR ..................32

viii

B. İNZİBATİ HÜQUQ KODİFİKASİYA OLUNMAMASI ........................................ 33

C. İNZİBATİ İDARƏETMƏ HÜQUQU MƏHKƏMƏ QƏRARLARI İLƏ

İNKİŞAF ETMƏSİ......................................................................................................... 33

D. İNZİBATİ HÜQUQA “İCTİMAİ  MARAĞIN” HAKİM OLMASI.....................34

E. MÜBAHİSƏLƏRİN HƏLLİ.........................................................................................35

§ 3. İNZİBATİ HÜQUQ VƏ HÜQUQİ DÖVLƏT PRİNSİPİ ......................... 36

A. İNZİBATİ HÜQUQ SAHƏSİNİN FORMALAŞMASI ......................................... 36

B. İNZİBATİ İDARƏETMƏ HÜQUQUNA EHTİYAC............................................... 37

C. İNZİBATİ İDARƏETMƏ HÜQUQU VƏ ÜMUMI HÜQUQUN BAŞQA

SAHƏLƏRİ ......................................................................................................................40

D. HÜQUQİ DÖVLƏT PRİNSİPLƏRİNİN TƏMİN EDİLMƏSİNDƏ  İNZİBATİ

HÜQUQUN YERİ .......................................................................................................... 41

§ 4. HÜQUQİ DÖVLƏT PRİNSİPİNİN İNKİŞAFI.......................................... 42

I. Mülk-Dövlət və Polis Dövləti Mərhələsi ................................................... 44

A. MÜLK-DÖVLƏT ............................................................................................................. 44

B. POLİS DÖVLƏTİ............................................................................................................ 45

II. Liberal Dövlətdən Hüquqi Dövlətə .......................................................... 48

A. AYDINLANMA ÇAĞI VƏ LİBERAL DÖVLƏTİN YARANMASI .....................48

B. SOSİAL HÜQUQİ DÖVLƏT........................................................................................50

III. Hüquqi Dövlət Prinsipləri ....................................................................... 52

A. HAKİMİYYƏTLƏR BÖLGÜSÜ ..................................................................................52

B. MƏHKƏMƏLƏRİN MÜSTƏQİLLİYİ ...................................................................... 56

C. İNSAN HÜQUQLARININ TƏMİNATI ..................................................................... 62

D. DEMOKRATİYA ............................................................................................................ 71

E. İCRA HAKİMİYYƏTİ ÜZƏRİNDƏ MƏHKƏMƏ NƏZARƏTİ ...........................76

F. QANUNVERİCİLİK ORQANI ÜZƏRİNDƏ MƏHKƏMƏ NƏZARƏTİ ........... 80

G. İDARƏETMƏDƏ QANUNÇULUQ PRİNSİPİ .......................................................85

1. İnzibati orqanların yaradılmasında qanunçuluq prinsipi ...........................................85

2. İnzibati orqanların səlahiyyətində qanunçuluq prinsipi ............................................87

H. MÜƏYYƏNLİK PRİNSİPLƏRİ ..................................................................................91

İ. DÖVLƏTİN MADDİ MƏSULİYYƏTİ ........................................................................ 94

1. Fransada dövlətin maddi məsuliyyətinin rejimi ........................................................95

2. Almaniyada dövlətin maddi məsuliyyətinin rejimi .......................................................99


ix

§ 5. İNZİBATİ STRUKTUR VƏ TƏŞKİLATLANMANIN PRİNSİPLƏRİ

I. Mərkəzi İdarəetmə (İcra Hakimiyyəti) Orqanlar ı

A. TƏRİFİ............................................................................................................................106

B. XÜSUSİYYƏTLƏRİ .....................................................................................................107

C. MƏRKƏZDƏN İDARƏETMƏNİN ÜSTÜNLÜKLƏRİ .......................................108

D. MƏRKƏZDƏN İDARƏETMƏNİN MƏNFİ TƏRƏFLƏRİ ................................108

E. SƏLAHİYYƏTLƏRİN YAYILMASI, AŞAĞIYA VERİLMƏSİ

(DEKONSENTRASİYA) PRİNSİPİ .........................................................................109

F. ÖLKƏMİZDƏ MƏRKƏZİ İDARƏETMƏ TƏŞKİLATI .......................................110

1. AR Prezidenti və Prezident Administrasiyası..........................................................111

2. Nazirlər Kabineti və nazirliklər ...............................................................................113

II. Qeyri-Mərkəzi İdarəetmə (y erlərdə idarəetmə) - Desentralizasiya

Prinsipi .................................................................................................... 123

A. TƏRİF .............................................................................................................................123

B. QEYRİ-MƏRKƏZİ İDARƏETMƏ PRİNSİPİNİN TƏTBİQİ FORMALARI .123

1. Yerli/coğrafi özünüidarəetmələr (bələdiyyələr).......................................................123

2. Funksional (xidməti) qeyri -mərkəzi idarəetmə orqanları ........................................125

3. Müstəqil administrativ vahidlər (independent agencies) .........................................126



C. QEYRİ-MƏRKƏZİ İDAR ƏETMƏNİN MÜSBƏT CƏHƏTLƏRİ .....................128

D. QEYRİ-MƏRKƏZİ İDARƏETMƏNİN MƏNFİ CƏHƏTLƏRİ ........................128

III. İdarəetmədə Bütövlük Prinsipi ............................................................ 129

A. İERARXİYA ...................................................................................................................131

1. Anlayış ....................................................................................................................131

2. İerarxiya mövqeyində olan orqanlar/səx slər ............................................................131

3. İerarxiya gücünün əhatəsi........................................................................................132



B. İNZİBATİ QƏYYUMLUQ (İNZİBATİ NƏZARƏT) .............................................133

1. Tərif .........................................................................................................................133

2. İnzibati qəyyumluq və mülki hüquqdakı qəyyumluq ..............................................135

3. İnzibati qəyyumluq səlahiyyətlərinin həcmi ............................................................136



§ 6. İDARƏETMƏ 

ORQANLARININ 

FƏALİYYƏTİ

(İNZIBATI

FƏALIYYƏTIN NÖVLƏRI)

I. Ümumi Qeydlər......................................................................................... 139

A. MİLLİ TƏHLÜKƏSİZLİYİN QORUNMASI .........................................................141

B. MÜHAFİZƏ (POLİS) FƏALİYYƏTİ .......................................................................142

C. İCTİMAİ XİDMƏTLƏR..............................................................................................142

D. DƏSTƏKLƏMƏ VƏ HƏVƏSLƏNDİRMƏ FƏALİYYƏTİ .................................143

x

E. DAXİLİ NİZAM-İNTİZAM VƏ DAXİLİ QURULUŞ/TƏŞKİLATLANMA

FƏALİYYƏTİ ................................................................................................................143

F. PLANLASDIRMA FƏALİYYƏTİ .............................................................................143

II. Mühafizə Fəaliyyətinin Hüquqi Rejimi ................................................. 145

A. İNZİBATİ MÜHAFİZƏ TERMİNİ VƏ ONUN MƏQSƏDİ ...............................145

1. İnzibati mühafizə termini ........................................................................................145

2. İnzibati mühafizənin məqsədi - “İctimai Qayda” ....................................................145

3. İctimai qaydanın (Public Safety/Order) ünsürləri ...................................................147

4. İnzibati mühafizə – cinayətkarlığa qarşı .................................................................149

mübarizə - siyasi mühafizə (siyasi polis) ....................................................................149

5. Ümumi və xüsusi inzibati mühafizə ........................................................................151

B. MÜHAFİZƏ AKTLARI, ÜSULLARI VƏ SANKSİYALARI ...............................152

1. Normativ və fərdi mühafizə aktları .........................................................................152

2. Lisenziya və qeydiyyat üsulları ...............................................................................153

3. Ümumi sanksiyalar..................................................................................................155

4. Birbaşa icra və məcburi icra ....................................................................................157

C. MÜHAFİZƏ SƏLAHİYYƏTİNİN TƏTBİQİNİN HƏDLƏRİ ............................158

1. Ümumi qeydlər .......................................................................................................158

2. Konstitusion məhdudiyyətlər ..................................................................................159

3. İnzibatçiliq səlahiyyətlərinin başqa hədləri .............................................................163



III. İctimai Xidmətlər................................................................................... 166

TӘRİFİ, MEYARLARI, QURULMASI, LƏĞVİ ..................................... 166

A. TƏRİFİ VƏ MEYARLARI..........................................................................................166

B. İCTİMAİ XİDMƏTLƏRİN QURULMASI VӘ LƏĞVİ ........................................169

1. Qurulması................................................................................................................169

2. İctimai xidmətlərin maliyyələşdirilməsi ..................................................................171

3. Ləğ vetmə.................................................................................................................172



C. İCTİMAİ XİDMƏTLƏRİN ƏSAS PRİNSİPLƏRİ ................................................172

1. Davamlılıq və sabitlik .............................................................................................172

2. Dəyişkənlik və keyfiyyət .........................................................................................174

3. Obyektivlik və bərabərlik ........................................................................................175

4. Qazanc məqsədinin güdülməməsi ...........................................................................175

5. Digər prinsiplər .......................................................................................................177



D. İCTİMAİ XİDMƏTLƏRİN NÖVLӘRİ VƏ HÜQUQİ REJİMİ .........................177

ŞƏXSLƏRİN İCTİMAİ XİDMƏTLƏR QARŞISINDA VƏZİYYƏTİ .....................177

1. İctimai xidmətlərin növləri ......................................................................................177

2. Yararlanma formaları ..............................................................................................178

3. Sahələr .....................................................................................................................178

4. İctimai xidmətlərin icra edilməsi üsulu ...................................................................181

E. İCTİMAİ XİDMƏTLƏR QARŞISINDA ŞƏXSLƏRİN STATUSU ...............182

1. İctimai idarəetmə üsullarına tabe xidmətlər qarşısında şəxslərin statusu ................182

2. Xüsusi idarəetmə üsullarına tabe xidmәtlәr qarşısında şəxslərin statusu ................182


xi

  1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə