4. 3. Təqdimatların animasiyası (hərəkətə gətirilməsi) Təqdimatların animasiyası dedikdə slaydlar arası keçidlər və obyektlərə verilən
animasiyalar nəzərdə tutulur.
Slaydlar arası keçidlərin nizamlanması üçün Переходы(Keçid) menyusunun əmrlərindən
istifadə edilir
.
Keçid animasiyaların tətbiqindən sonra Просмотр düyməsini sıxmaqla keçidlərin hansı
formada icra olunduğunu görmək olar.
Təqdimat zamanı slaydların necə görünəcəyini , ekranda necə əks olunacağını görmək
üçün klaviaturadan F5 və yaxu da Показ слайдов - С начала əmrlərini sıxmaqla slayd –sou
rejiminə keçə bilərik.
Slaydlara keçidlər verildikdən sonra hər bir slaydın qarşısında ulduz işarəsi görsənir.
Звук- Slaydlara səs effekti vermək;
Длительность-Keçidləri vaxtla idarə etmək(Hər bir slaydı seçdikdən sonra vaxt təyin
edilir);
По щелчку-keçid mausla;
После-avtomatik yerinə yetrilir.
Təqdimatların canlandırılması dedikdə slaydların tərkibinə daxil edilmiş obyektlərə də
animasiyaların verilməsi başa düşülür.
Bunun üçün Анимация menyusunun əmrlərindən istifadə edilir.
Obyektlərə animasiya vermək üçün əvvəlcə həmin obyekti seçmək , sonra animasiya
hissəsindən ona müxtəlif animasiyalar vermək olar.
İstər mətnlərə , istərsə də digər obyektlərə , şəkillərə , qrafiklərə animasiya vermək
mümkündür.
Animasiyaların aşağıdakı tipləri vardır:
Lazım gələrsə bir obyektə hər üç obyekti tətbiq etmək olar.
downloaded from KitabYurdu.org
111
1. Əvvəlcə hər hansı bir obyekti seçin
2. Добавить анимацию seçin.Açılan siyahıdan-Giriş;
3. Добавить анимацию-Diqqətçəkmə;
4. Добавить анимацию- Çıxış bölmələrindən lazım olanları tətbiq edin.
Obyektlərə hərəkət animasiyaları da vermək mümkündür. Пользоват..əmrini seçdikdə , obyekt
seçilmiş trayektoriya üzrə hərəkət edəcək.
Obyektə verilmiş animasiyanın sürəti Время показа слайдов bölməsindəki əmrlər
vasitəsilə tənzimlənir.
Təqdimatların hazırlanması zamanı eyni bir slayd üzərində bir neçə obyektə animasia
vermək tələb olunur. Bunun üçün obyektlərin hər birini ayrılıqda seçib , animasiya effektini
tətbiq etmək olar.
Область анимации panelini aktivləşdirdikdə proqram pəncərəsinin sağ tərəfində açılır.
Slayd üzərində olan bütün obyektlərə animasiya verib , Воспроизвести все əmrini
secməklə obyektlərin hərəkətinə baxmaq olar. Animasiya panelindən istifadə edərək
animasiyaların ekranda nə qədər müddətə qalacağını da təyin etmək olar. Müxtəlif yerdəyişmələr
etməklə obyektlərin hərəkət formalarını dəyişmək olar. Obyektlərin eyni anda ekrana gəlməsi
üçün animasiyanın adını animasiya panelindən seçmək və əvvəlki ilə eyni vaxta qoymaq
lazımdır.
Obyektlərə tətbiq olunmuş diqqət çəkmə və çıxış animasiyalarını silmək üçün maus
vasitəsilə onları qeyd edib Delete düyməsi ilə silirik.Göstərdiyimiz bu
əməliyyatları cədvəllər və
downloaded from KitabYurdu.org
112
qrafiklər üzərində apara bilərik.Yadda saxlamaq lazımdır ki , animasiya
verməmişdən əvvəl
mütləq obyekti seçmək lazımdır.