Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə100/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Qaynaqlama
. Dibçəyin üstünə taxılan flansın pəstahı 
qızğın halda ştamplanmış olur. Torna dəzgahında flansın içini və 
yan üzlərini kobud yonduqdan sonra dibçəyin üstünə taxaraq 5 və 
6 halqaları üzrə, onu yandan dibçəyə qaynaq edirlər (şəkil 10.13, 
d). 
Flansı təmiz yonma əməliyyatı torna və ya karusel 
dəzgahında gedir. Dibçəyi patron vasitəsi ilə tutaraq flansı cizgi 
rəsmi üzrə təmiz yonurlar. 
Bu əməliyyatdan sonra, qaz kəsici vasitəsi ilə dibçəyin yan 
deşikiərini açır və onları kəski ilə yonmaq üçün deşiyin içində 6-
8 mm pay saxlanılır. 
Içyonuş əməliyyatı zamanı dibçəyin qısa boru taxılan (qaz 
kəsici ilə açılmış) deşikiərinin içi yonulur. Bu əməliyyat içyonuş 
dəzgahında gedir. Məmulun flanslı başı dəzgahın stolunun üstünü 
qoyulur və məmul plankalar vasitəsi ilə stolda bağlanır (şəkil 
10.13, q). 
Yığaraq qaynaqlama əməliyyatı zamanı qısa borular 
dibçəyin yan deşikiəri içərisində yerləşdirilir və üstdən halqa (9) 
üzrə qaynaqlanır. Sonra paza istiqamət verən dişlərin, xüsusi 
tərtibatın vasitəsi ilə gövdəsinin içində yerləşdirilir və hər iki 
tərəfdən divara qaynaqlanır(şəkil 10.13, i). 
Qısa boruların pəstahı qızğın halda ştamplanır. Pəstahını 
torna dəzgahında cizgi rəsmi (şəkil 10.13, b) üzrə kobud və 
yarımtəmiz yonduqdan sonra, paz ilə görüşən çəp üzünə, ülz 
markalı elektrod ilə, sormait (bərk xəlitə) qaynaq olunur. Qısa 
boruların çəp üzlərinə sormait, gövdənin paz ilə görüşən üzlərini 
korroziyadan qorumaq məqsədi ilə qaynaq edilir. 
Gövdəni yığaraq qaynaqlama əməliyyatı bitdikdən sonra 
tavını almaq üçün onu termiki sexə göndərirlər. Tavalma zamanı 
qaynaq tikişlərində əmələ gəlmiş gərginliklər itir.


Yanyonuş əməliyyatı karusel dəzgahında gedir. Bu 
əməliyyat gövdənin içində paz ilə görüşən mail üzləri təmiz 
yonmaqdan ibarətdir. Məmul 10.13-cu z şəklində göstərildiyi 
kimi, xüsusi tərtibatın üzərində yerləşdirilir. Tərtibatın məmul 
oturan üzünün mailliyi gövdənin pazoturan üzünün mailliyi ilə 
eyni olur. Ona görə də, məmulu şəkildə göstərilmiş vəziyyətdə 
bağladıqda gövdənin paz ilə görüşən üzlərindən biri (alt, üz) üfqi 
vəziyyət alır. Həmin üzü təmiz yonduqdan sonra məmulu, 
tərtibatın çevrilən hissəsi (10) ilə birlikdə 180° döndərdikdə 
gövdənin ikinci (üst) üzü üfqi vəziyyət alır. Bu üz aşağıdan 
yuxarıya verişlə yonulur. 
Sürtmə əməliyyatı, 10.12-ci d
 
şəklində göstərildiyi kimi
xüsusi tərtibat üzərində gedir. Ancaq bu gövdələrin sürtülən üzləri 
maye keçən deşiyin oxuna perpendikulyar olmadığı üçün məmul, 
10.13-cu z
 
şəklində göstərildiyi kimi, mail oturacaq üzərində 
yerləşdirilir. 
Bu üsul ilə, maye keçən diametri 50, 75, 100, 150 və 200 
mm olan siyirtmələrin qaynaqlanan gövdələri hazırlanır. 
Ventilin gövdəsi də siyirtmənin gövdəsinə oxşayır. Ona 
görə də ventilin gövdəsinin emal texnologiyası siyirtmənin 
gövdəsinin emal texnologiyasına oxşar prinsiplə tərtib edilir. 
Neft emalı zavodlarında işləyən (maye keçən diametri 25, 
32 və 38 mm olan) ventillərin gövdələri (şəkil 10.14, a) qızğın 
halda ştamplanmış pəstahdan hazırlanır (şəkil 10.14, b). 
Maşınqayırma zavodlarından birində ventilin gövdəsinin 
mexaniki emal edilməsi üç əməliyyat ilə başa çatdırılır: 1) boruya 
bağlanan deşiklərin emalı; 2) qapaq bağlanan deşiyin emalı; 3) 
maye keçən deşiklərin açılması. 
Boruya bağlanan deşikiər torna dəzgahında emal edirlər. 
Bunun üçün gövdənin bir başını dördyumruqlu patronda tutaraq o 
biri başının yan üzünü yonurlar (şəkil 10.14, v) Sonra məmulun 
başını burğu ilə lazımi dərinliyə qədər deşərək, içini təmiz yonur 
və yiv açırlar. Məmulu 180° çevirərək bağladıqdan sonra, ikinci 
başını da həmin qayda ilə emal edirlər. 


Qapaq bağlanan baş deşin torna dəzgahında emal edilir. 
Məmulu 10.14-cü q şəkilndə göstərildiyi kimi, dördyumruqlu 
patronda baş üzünü yonur, burğu ilə deşir və içini cizgi rəsmi üzrə 
təmiz yonurlar. Sonra qapağın (2m80x3-k) və yaylı qapaq 
yəhərinin (2m64x3-h) yivlərini açırlar. 
Maye keçən deşikləri açmaq, gövdənin baş deşiyi ilə yan 
deşiklərini birləşdirməkdən (şəkildə göstərilən 38 mm diametrli 
çəp deşikləri burğu ilə açmaqdan) ibarətdir. 
Bunun üçün məmulu, maili oturacaq üzü olan tavanın 
üstündə, 10.14-cü ğ
 
şəklində göstərildiyi kimi, bağladıqdan sonra 
burğu ilə deşərək yan deşikdən baş deşiyinə yol açırlar. Sonra 
mə’mulu 180° çevirərək bağlayır və burğu ilə deşərək ikinci yan 
deşikdən baş deşiyə yol açırlar (şəkil 10.14, d). 
S

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin