Dərs vəsaiti Bakı 2023


 Texnoloji proses və onun quruluşu



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə7/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

1.3. Texnoloji proses və onun quruluşu 
 
Texnoloji proses 
istehsal prosesinin əsas hissəsi olub
ancaq istehsal olunan əşyanın məhsula çevrilməsi üçün lazım olan 
işləri özündə cəmləyir. Texnoloji proses dedikdə pəstahın 
hazırlanması, onun mexaniki emalı, məhsulun yığılması və bu 
proseslərə nəzarət başa düşülür. 
Texnoloji proseslər müxtəlif emal üsulların (mexaniki emal, 
yığma, tökmə, termiki emal prosesləri, örtmə və i.a.) ardıcıl yerinə 
yetirilməsi üzrə qurulur. 
Texnoloji proses 
- əməliyyatlar cəmi deməkdir. 
Texnoloji əməliyyat 
- texnoloji prosesin bir hissəsi olub bir 
iş yerində bir və ya bir neçə hissənin eyni vaxtda bir və ya bir neçə 
fəhlə köməyilə emalı və ya yığılmasına deyilir. 
Hər bir əməliyyatı yerinə yetirmək üçün pəstahı dəzgahın 
işçi orqanlarına nəzərən müəyyən bir vəziyyətə gətirib bağlamaq 
və ya bağlı halda vəziyyətini bir neçə dəfə dəyişmək tələb olunur. 
Bunlar müvafiq olaraq “bağlama” və “vəziyyət” adlanır. 
Texnoloji proses iş yerlərində aparılır. 
İş yeri 
- İstehsal sahəsinin görülən işə uyğun avadanlıqla 
təchiz olunmuş sahəsinə deyilir. 
Texnoloji keçid 
- texnoloji əməliyyatın, eyni bir səthlərin 
quruluşunu dəyişməyən sabit bir alətlə emal edən və ya yığmada 
yerləşdirən tamamlanmış bir hissəsinə deyilir. 
Elementar keçid 
- texnoloji keçidən rejimi dəyişmədən bir 
işçi keçid ərzində pəstahın bir səthinin bir alətlə emal edilən 
hissəsinə deyilir. 
Köməkçi keçid 
- texnoloji əməliyyatın tamamlanmış bir 
hissəsi olub texnoloji keçidin yerinə yetirilməsi üçün vacib 
dəzgahın və ya insanın hərəkətlərinə deyilir. 
İşçi hərəkət 
- texnoloji keçidin tamamlanmış bir hissəsi 
olub pəstahın hər hansı bir xassəsinin, keyfiyyətinin, ölçünün və 
ya formanın dəyişməsi üçün alətin bir dəfədəki hərəkətinə deyilir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin