Dərs vəsaiti Bakı 2023


 Plastik kütlənin qaynaq edilmə prosesi və yapışdırılması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə82/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

7.5. Plastik kütlənin qaynaq edilmə prosesi və yapışdırılması 
Plastik kütlələrdən ayrılmaz birləşmələr qaynaq və 
yapışdırma üsulları ilə alınır. Ayrılmaz birləşmə kontakt 
səthlərində polimerin molekulalarının qarşılıqlı diffuziyası və 
yaxud kimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Qaynaq 
birləşməsinin möhkəmliyi qaynaq tikişi səthinin vəziyyətindən, 
qaynaq edilən kütlənin və qatqı materialının möhkəmliklərindən, 
həmçinin qaynaq birləşməsinin konst- ruksiyasından asılı olur. 
Tikişin düzləndirilməsi (təmizlənməsi) birləşmənin möhkəmliyini 
25...30% azalda bilər. 
Hazırda plastik kütlələr istilikdaşıyıcılar (qızdırılmış qaz, 
qızdırılmış alət, qızdırılmış qatqı materialı), yüksək tezlikli 
cərəyanla qızdırmaqla, sürtünmə, ultrasəs, infraqırmızı şüa və s. 
təsiri ilə qaynaq edilir. 
Qızdırılmış hava və ya qazla qaynaq - 
sadə və geniş tətbiq 
olunan üsuldur. Vniplastın ən sadə qaynaq üsulu qızdırılmış hava 
ilə qaynaqdır. Havanı qızdırmaq üçün xüsusi qazyandırıcı 
cihazdan istifadə olunur (şəkil 7.10). 
Şək. 7.10. Viniplastı qaynaq etmək üçün qazyandırıcının 
ümumi görünüşü: 
1
- lülə; 2 - kameranın kanalı;
3
- ştuser;
4 -
borucuq; 5 - gövdə; 6 - müşdük; 7 - qaz kamerası 


Vniplastın qaynağı onun 200...220°C-də axıcı vəziyyətə 
keçməsinə əsaslanır, buna görədə onun qaynağı uyğun 
temperaturlarda aparılır. Vniplastdan qaynaq birləşmələri müxtəlif 
qaynaq tikişləri ilə alınır (şəkil 7.11). 
Qaynaq prosesində vniplastın parçalanmasının qarşısı 
qaynaq yerinin qızdırılması qısa müddətli olmalıdır. Qaynaq qatqı 
materialından istifadə edilməklə və onsuz aparıla bilər. Əksər 
hallarda qaynaq üçün qatqı materialı olaraq plastikləşdirilmiş 
polivinilxloriddən hazırlanmış diametri 1...2 mm olan çubuqdan 
istifadə olunur. Qaynaq qatqı materilından istifadə edilmədən 
aparıldıqda vniplast təbəqənin (2...3 mm qalınlığında) kənarları 
qızmış hava ilə yumşaldılır və kiçik qüvvə ilə sıxılır. Uc-uca tikişli 
qaynaq birləşməsi daha möhkəm olur. Qatqı materialı ilə qaynaqda 
(şəkil 7.11a) qaynaq edilən kütlənin
 1
və qatqı çubuğunun
 3
səth 
qatı özlülüaxma halına qədər, qaynaq yandırıcısının 2 çıxış 
borucuğundan ayrılan, qızmış hava və ya qaz şırnağı ilə qızdırılır. 
Əksər halda ayrılmaz birləşməni almaq üçün birləşdirilən hissələri 
bir-birinə azacıq sıxmaq kifayət edir. Əgər qaynaq edilən 
materialların oksidləşməsinə yol verilmirsə, onda istilikdaşıyıcı 
kimi azot və ya karbon qazı istifadə olunur. 
Şək. 7.11. Vniplast üçün qaynaq tikişlərinin növləri:
a - uc-uda; b - üst-üstə; c - yanlı; ç – bucaq 


Qatqı materialı ilə qaynaqdan boruların, həcmli tutumların, 
kimyəvi cihazların qaynaq edilməsində, həmçinin çeşidli 
hissələrin hazırlanmasınada istifadə olunur. Bu qaynaq üçulunun 
məhsuldarlığı aşağıdır, iqtisadi əlverişli deyil və birləşmənin 
möhkəmlik xassələri dəyişkən alınır. Qatqı materialından istifadə 
etmədən qızdırılmış qazla qaynaq prosesin sürətini artırmağa və 
birləşmənin möhkəmlik göstəricilərini yaxşılaşdırmağa imkan 
verir. 
Qızdırılmış alətlə qaynaq
- daha universal üsuldur- və 
istifadə edilən tərtibatlardan asılı olaraq bir neçə müxtəlif proseslə 
aparılır. Şəkil 7.12 b-də tikişli kontakt-istilik qaynağın sxemi 
göstərilmişdir. Birləşdirilən kütlələr

alətlə - diyircəklərlə 2 
kontakt nəticəsində qızır və qüvvə təsiri ilə preslənir. Diyircək 
şəkilli alətdən uzun tikişlərin alınması üçün isti- fadə olunur. Qısa 
və çeşidli tikişlər elektrik ütüsü və hövnə (lehim aləti) tipli elektrik 
qızdırıcılarından istifadə olunmaqla alınır. Bu üsul ilə əsasən sərt 
və 
yüksək 
dielektrik 
xassələrə 
malik 
termoplastlar: 
polimetilmetakrilat, polistirol, polivinilxlorid, poliamid və bir sıra 
nazik təbəqə materialları (polietilen, polipropilen və b.) qaynaq 
edilir. 
Şəkil 7.12. Termoplastdan təbəqələrin qızdırılmış qaz (a) və 
alətlə (b) qaynaq edilmə sxemi 


Qalınlığı 25... 10 mkm olan polietilen təbəqələr sellofon və 
ya ftorplastdan altlıq qoyulmaqla xüsusi maşınlarda qaynaq edilir. 
Yüksək tezlikli cərəyanla
qızdırmaqla qaynaq bilavasitə 
materialın daxilində elektrik enerjisinin istiliyə çevrilməsinə 
əsaslanır. Bu halda bərabər ölçüdə qızma təmin olunur. Bu üsul ilə 
polivinilxloriddən qalınlığı 5 mm-ə qədər olan təbəqələr qaynaq 
edilir. 
Sürtülmə ilə qaynaq
mexaniki enerjinin istiliyə çevrilməsinə 
əsaslanır. Termoplastların istilikkeçirmə qabiliyyəti pis olduğu 
üçün sürtülmə ilə qaynaqda ayrılan istilik əsasən fırladılma zamanı 
kontaktda olan səthlər üzrə cəmləşir və qızma qaynaq birləşməsi 
almaq üçün kifayət edir. 
Ultrasəslə qaynaq
kontaktda olan səthlərdə ultrasəs dalğa 
enerjisinin istiliyə çevrilməsinə əsaslanır. Ultrasəslə qaynağın 
digər qaynaq üsullarına nisbətən bir sıra üstünlük- ləri vardır: giriş 
çətin olan yerlərdə qaynaq aparmaq mümkündür; düzgün rejimlə 
qaynaqda səthdə alətin izi qalmır. 
Yapışdırma
ilə plastik kütlələrdən möhkəm birləşmələrin 
alınması yüksək texnolojiliyi və iqtisadi əlverişli olması hesabına 
sənayedə geniş tətbiq olunur. 
Yapışdırma ilə plastik kütlələri öz aralarında (kimyəvi 
təbiəti üzrə bircinsli və ya müxtəli), və yaxud onların metalla, 
rezinlə, ağacla, dəri ilə və b. materiallarla birləşmələrini almaq 
mümkündür. 
Termoreaktiv plastik kütlələr qətranlı yapışqanlarla 
birləşdirilir; 
belə yapışqanda fenolformaldehid və ya 
melaminoformaldehid qətran termoreaktiv mərhələdə olur
yapışdırılan səth yapışqanla örtüldükdən və sıxıldıqdan sonra 
qətran termostabil hala keçməlidir. Otaq temperaturunda bu 
reaksiya bir neçə ay müddətində davam edə bilər, buna görə 
yapışqana xüsusi bərkidicilər qatılır və yapışdırılmış məmulat 
yüksək temperatur şəraitində saxlanılır. 


Termoplastik plastik kütlələrdən məmulat materialdan asılı 
olaraq xüsusi yapışqanlar və yaxud həlledicilərlə birləşdirilir. Belə 
ki, üzvi şüşə dixloretanla, polistirolbenzol ilə; selluloid və 
nitrosellülozlu etrolasetonla, viniplastxlorlu matilenlə, aseton və 
ya dixlore- tanla və b. yapışdırılır. Həlledici, materialda yerli şişmə 
əmələ gətirməklə onun yapışma qabiliyyətini artırır. 
Yapışqanlı birləşmələrin möhkəmliyi və etibarlığı 
yapışqanlı 
kompozisiyanın 
düzgün 
seçilməsindən 
və 
yapışdırmanın texnoloji rejiminə əməl olunmasından asılıdır. 
Yapışdırma prosesi ardıcıl yerinə yetirilən - birləşdirilən 
kütlələrin səthinin hazırlanma, yapışqanla örtmə, birləşmənin 
yığılma və preslənmə və lazımi temperaturda təzyiq altında 
saxlama əməliyyatlardan ibarətdir. Tərkibində yapışdırıcı maddəsi 
az olan (BF tipli yapışqan) yapışqanlar səthə bir neçə qat şəklində, 
pərdə yapışqanları isə qataltı maye kompozisiyaların üstündən 
çəkilir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin