Dərs vəsaiti Bakı 2023


Metalkəsən dəzgahların təsnifat prinsipləri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə90/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

9.3. Metalkəsən dəzgahların təsnifat prinsipləri 
Metalkəsən dəzgahlar emal üsulunun texnologiyası, 
təyinaiı, avtomatlaşma dərəcəsi, baş işçi orqanların sayı, 
hazırlanma dəqiqliyi və b. xüsusiyyətlər nəzərə alınmaqla təsnif 
olunur. Bunlarla yanaşı emal edilən pəstahların şəkil, ölçü, 
kimyəvi tərkibi və xassələri, həmçinin emalın xarakteri də nəzərə 
alınır. Onların təsnifatı aşağıdakı əlamətlər üzrə apanlır: 
Emal üsulunun
t
exnologiyası
üzrə dəzgahlar kəsici alətin 
növünə uyğun, emal edilən səthlərin xarakteri və emal sxeması 
üzrə fərqlənir; bunlar torna, frezer və s. dəzgahlarıdır. 
Təyinatları üzrə dəzgahlar universal, geniş təyinatlı, 
ixtisaslaşdırılmış və xüsusi dəzgahlara ayrılır. Müxtəlif növ işlər 
üçün universal dəzgahlardan (torna-yivkəsən, şaquli-frezer və b.); 
geniş təyinatlı dəzgahlarda çox miqdar pəstahlar üzrə müəyyən 
işlər yerinə yetirilir (çoxkəskili və b.); bir adda, lakin müxtəlif 
ölçülü pəstahlar ixtisaslaşdırılmış dəzgahlarda (dirsəkli valları 
emal etmək üçün və b.) emal edilir; xüsusi dəzgahlarda müəyyən 
bir pəstahda müəyyən işlər yerinə yetrilir (toxucu dəzgahlarının 
batan mexanizminin yumburuğunun profilini frezerləmə ilə emalı 
üçün və b.). 
Avtomatlaşma dərəcəsi
üzrə dəzgahlar əl ilə idarə olunan
yarımavtomat, avtomat və proqramla idarə olunan dəzgahlara 
ayrılır. 
Baş işçi orqanlarırı sayı üzrə
dəzgahlar birşpindelli, 
çoxşpindelli, birsupportlu, çoxsupportlu və s. olmaları ilə 
fərqlənir. 
Konstruksiya əlamətlərinə görə dəzgah- lar şpindelinin 
üfüqi və ya şaquli yerləşməsi, karusel və s. üzrə fərqlənir. 
Hazırlanma dəqiqliyi üzrə dəzgahlar beş sinfə ayrılır: H - 
normal, П - dəqiqliyi yüksəl- dilmiş, B - yüksək, A - xüsusi yüksək 
dəqiq və C - xüsusi dəqiq dəzgahlar. 


Metalkəsən gəzgahların daha geniş təsnifatı kompleks 
əlamətlər üzrə aparılır. Hər qrupun daxilində dəzgahlar öz 
konstruktiv texnoloji xüsusiyyətlərinə ixtisaslaşma dərəcəsinə və 
b. müvafiq olaraq yarımqruplara və tiplərə bölünür. Sistemə 
doqquz qrup üzrə dəzgahlar daxildir; onlar 1 - torna, 2 - deşmə və 
içyonma, 3 - paradaqlama, cilalama, tamamlama və itiləmə, 4 - 
elektrik-fiziki və elektrik-kimyəvi, 5 - diş və yivkəsən, 6 - frezer, 
7 - düzyonuş, iskənə və dartı, 8 - kəsici, 9 - müxtəlif olmaqla 
ardıcıl sıra üzrə qruplara ayrılır. Dəzgahların hər bir qrupu on tipə 
(yarımqupa) bölünür. Tənifata uyğun olaraq hər bir metalkəsən 
dəzgaha müəyyən şifr verilir. Şifrin birinci rəqəmi dəzgahın 
qrupu, ikinci rəqəm onun tipini, üçüncü (bəzi hallarda həm də 
dördüncü) rəqəm dəzgahın ölçüsünü göstərir. Şifrdə göstərilən 
hərfi 
işarə eyni modeldən olan dəzgahların müxtəlif 
modifikasiyalarına uyğun gəlir; məsələn şaquli deşmə dəzgahları 
2H150 şifrindəki - 2 rəqəmi dəzgahın qrupunu, 1 - onun tipini, H-
modernləşdirilmiş olduğunu və 50 mm - deşmə diametrinin ən 
böyük şərti ölçüsünü göstərir. 
Proqramla idarə olunan dəzgahlar hərfi işarələrlə 
indekslərdirilmişdir: Ц - sikl proqramı ilə idarə olunan; Ф-rəqəmli 
proqram ilə idarə olunan (RPİO). Məsələn, 1725MФ3 dəzgahının 
şifri onun torna, patronla mərkəzləşən çoxkəskili yarımavtomat 
(1-ci qrup, 7-ci tip) mərkəzlərin hündürlüyü 250 mm (25 mm) və 
modernləşmiş (M) olduğunu, həmçinin RPİO (Ф3) kontur sistemi 
ilə təchiz edildiyini göstərir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin